1. Pambıq lifindən hazırlanan möhkəm, davamlı sap. Pambıq iplik.
– Uşağın iki əlinin baş barmaqlarını iplik ilə birbirinə bağlayıb sonra ipliyi kəsirlər.
[Ayna:] Budur, boyatmaq üçün iplik aparıram.
2. Sif. mənasında. Həmin sapdan toxunmuş, hazırlanmış. İplik tor.
– Ala iplik çuvalları heç kəs tanımır, hamı mat qalıb çiynini çəkirdi.
◊ İplik kimi dolaşmaq – qarışmaq, birbirinin içinə keçmək.
Hatəm dayı … təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı.