İSTEMAL

is. [ ər. ] İşlətmə, istifadə etmə, tətbiq etmə.
[Mirzə:] On gün ki siz dərman istemalına məşğul olacaqsınız, o gərək gecə və gündüz sizin yanınızda olsun. Ə.Haqverdiyev.

□ İstemal etmək – işlətmək, istifadə etmək, tətbiq etmək.
[Mirzə:] Sabah dərmanı özünüzlə götürüb apara bilərsiniz və orada axund Ağa mollanın təhti-tərbiyəsində istemal etməyə məşğul olarsınız. Ə.Haqverdiyev.

İstemal olunmaq (edilmək) – işlədilmək, istifadə edilmək, tətbiq edilmək.
O yerdə ki söz düşəndə gərək “millət” sözü danışıla, orada “əşxas” ləfzi istemal olunur. C.Məmmədquluzadə.

İSTEHZAYANA
İSTÉRİK

Digər lüğətlərdə