İTİLİK

is.
1. İti şeyin hal və keyfiyyəti; kəsicilik. Bıçağın itiliyi. Baltanın itiliyi.
2. Sürətlilik, tezlik, cəldlik. Sürətin itiliyi. Yerişin itiliyi. Axının itiliyi.
3. məc. Kəskinlik. Ağlın itiliyi.
– Mən bu cavan oğlanın gözlərinin itiliyinə … heyran qaldım. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İTİLİK kəsicilik
  • İTİLİK tezlik — cəldlik

Antonimlər (əks mənalı sözlər)

  • İTİLİK İTİLİK – KÜTLÜK Bıçağın itiliyi və ya kütlüyü ancaq bir şeyi doğramaq zamanı bilinir
İTİLƏYİCİ
İTİLMƏ

Digər lüğətlərdə