İŞTİYAQ

is. [ ər. ] klas. Şövqündə olma, həsrətində olma, həsrətini çəkmə; şövq, həvəs, şiddətli arzu, həsrət.
Saraldı mehrtək yüzüm cəmalın iştiyaqindən. Kişvəri.
Eylərəm hər yerdə sənin sorağın; Gündən-günə artar bil iştiyaqın… Qurbani.
Seyr edin iştiyaqü həsrət ilə; Bu gözəl lövhə sonra düşməz ələ. H.Cavid.
Bu dəfə Sitarə Mənsurun məhəbbətinə bənd olub, iştiyaqında gəzir idi. C.Cabbarlı.

□ İştiyaq(ını) çəkmək – həsrətini çəkmək, həsrətində olmaq.
Nə müddətdi iştiyaqın çəkirdim; Şükür həqqə, pərizada gedirəm… Q.Zakir.
Didarına mən müştaqəm, mən müştaq; Vəqtü bivəqt çəkməkdəyəm iştiyaq. Aşıq Hüseyn.

İştiyaqa düşmək – şövqə düşmək, həvəsə düşmək.
Aşiqləri iştiyaqə düşdü; Hər kəs ayılıb qabağə düşdü. M.Ə.Sabir.
[Ziba:] Axır o izdihamlı şəhərdən çıxandan, atamın arxasınca buraya gələndən sonra niyə mən bu fikrə, bu iştiyaqə düşdüm? S.Rəhimov.

İŞTİRAKÇILIQ
İŞTÜX

Digər lüğətlərdə