İŞILDATMAQ

f.
1. Bir şeyi silməklə, yaxud üzərinə bir şey çəkməklə, sürtməklə parıldatmaq. Şüşələri işıldatmaq. Döşəməni işıldatmaq.
– Kəndə yetişəndən sonra Almaz uzunboğaz çəkməsini keçi piyi ilə yağlayıb işıldadır. S.Rəhimov.

2. Parlatmaq, parıldatmaq.
Canavarlar bu yerləri hələ də adamsız sayaraq, gecələr çadırların ətrafında dolanır və alovlu gözlərini işıldadaraq, öz ruzilərini gözləyirdilər. Ə.Sadıq.

İŞILDATMA
İŞILTI

Digər lüğətlərdə