LIBIDINOUS
LIBRARIAN
OBASTAN VİKİ
Libido
Libido (lat. libido — ehtiras, nəfs, istək) — Ziqmund Freydin psixoanalizində anlayış. Seksual ehtirası və cinsi instinkti nəzərdə tutur. Bu termin seksuallığın müxtəlif təzahürlərini təsvir etmək üçün işlənir. Freyd libidonu Platonun Erosu ilə eyniləşdirirdi və onu "vurğunluq" sözünü əhatə edən hər şeyə: cinsi vurğunluq, özünə-vurğunluq (narsissizm), valideynlərə və uşaqlara vurğunluq, ümumi insansevərlik və sairəyə aid edirdi. "Libido" terminini Freyd psixi pozuntuların, nevrozun, və eləcə də normal insanın psixi inkişaf gedişini, onun elmi və bədii fəaliyətini, sublimasiyanı izah etmək üçün istifadə edirdi. == Libido və Freydizm == Böyümə zamanı libido enerjisinin bədənin hansı hissəsində konsentrasiya olunması insanın inkişafını şərtləndirir. Psixoseksual inkişaf nəzəriyyəsində Freyd aşağıdakı mərhələləri qeyd etmişdir: oral mərhələ (doğuşdan 0–1.5 yaşa kimi) — ananın döşlərinin əmilməsi nəticəsində yaşanan həzz; anal mərhələ (1.5–3 yaş arası) — yoğun bağırsağın və ya sidik kisəsinin ekskretor fəaliyyəti nəticəsində yaşanan həzz; falistik mərhələ (3–6 yaş arası) — seksual xarakterli araşdırmalar, oğlanlarda Edip kompleksinin, qızlarda isə Elektra kompleksinin yaranması; latent mərhələ (6–12 yaş arası); genital mərhələ (12 yaşdan sonra). Freydin fikrincə, libidonun inkişafının pozulması nəticəsində, psixi pozuntular yaranır. Libido — həzz hissi doğuran bütün hərəkətlərin əsasını təşkil edir..

Digər lüğətlərdə

до иго́лки жа́лостно задава́листый обро́к отса́живание прилыга́ть разоби́деться ча́рочка чур я́рый добри́ть жу́ткий литьё прове́с сродство́ выну фургон anticoincidence docudrama inertialless panatella radio-compass деликатничать рвачество членораздельно