MƏZAMİR
MƏZARE
OBASTAN VİKİ
Məzar
Məzar, qəbir, və ya başdaşı — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq və ya qəbiristanlıq adlanır. Kurqan Küp qəbir Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Məzar qartalı
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Qanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır. Avropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır. Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir.
Hakkari məzar daşları
Hakkari məzar daşları - Türkiyənin Hakkari şəhərində tapıntı. 1998-ci ilin iyulunda Hakkari şəhər mərkəzində Hakkari Qalasının şimal ətəklərində bir təsadüflə obelisklər tapıldı. Hadisəyə qısa zamanda əl qoyan arxeoloqlar sayı 13-ə çatan bu daşların ilk tikildikləri günkü vəziyyətlərini qoruduqlarını müəyyən etdilər. Torpaq zəminə, kürəkləri qayalığa gələcək şəkildə yan-yana və qismən də arxa arxaya düzülmüşlər idi. Prof. Dr. Vəli Sevinin Hakkaridə etdiyi qazıntıda M.Ö. 1200-cü illərə aid "Balbal" adı verilən Türklərin istifadə etdiyi məzar daşları tapıldı. Türklərin "M.Ö. 1200-cü illərdə bu bölgədə yaşadıqlarını" sübut edən çox əhəmiyyətli bir tapıldı xüsusiyyətini daşıyan məzar daşlarıdır. Prof. Dr.
Ahlat məzar daşları
Ahlatda yüzlərlə məzar daşı torpaq üzərində, ondan daha çoxu da torpaqaltındadır. Bunlar türk plastik sənətinin meydana gətirdiyi saysız nümunələrdir. Ümumiyyətlə 1203–1300 illərinə tarixlənən bu əsərlər üzərində Axa sözcüyünə rast gəlinməkdədir. Bu söz o dövrlərdə türklərə yaraşdırılan bir sifətdir. Bu məzar daşları eyni zamanda Şərq Anadolu və xüsusilə Ahlat tarixini işıqlandırmaqdadır. Ahlat məzar daşları çölümüzü tüf daşından edilmişlər. Ayrıca sandığalar silindr, sütun formasında və üç parçadan meydana gəlmiş üzəri açıq nümunələrdir. Bunun yanında gəmi formasında və düzbucaqlı prizma formasında tək parça daşdan oyularaq edilmiş nümunələr də var. Ahlat məzar daşları üç ana qrupda toplanmaqdadırlar: == Çatma qəbirlər == Çatma qəbirlər boz tüf daşıdan kəsilmiş iki uzun lövhənin, üst kənarlarda bir bucaq meydana gətirəcək şəkildə bir-birləriylə bağlanmasıyla meydana gəlməkdədir. Bu qəbirlərdə baş və ayaq ucları üçbucaq formalı boşluqların önünə qoyulan kiçik daş bloklardan meydana gəlmişdir.
Tunceli məzar daşları
Tuncəli ətrafında, xüsusilə Ulukale yaxınında Ağqoyunlu və Qaraqoyunlu dövrlərindən qalma məzar daşları var. Bu məzar daşları XV-XVII əsrlərdə bölgədə edilmiş qoç və at motivli məzar daşlarının ən erkən nümunələridir. Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid məzar daşları kafi şəkildə nəşr olunmamışdır. Bölgəyə hakim olan Ağqoyunlular buradakı varlıqlarını göstərən sənədlərdir. Bu cür məzar daşları blok daşlar oyularaq meydana gətirilmişdir. Əksəriyyətlə qoyun və at motivləri işlənmişdir. Ayrıca blok halında şaquli sütunlar olaraq da məzar daşları edilmişdir. Bu daşlarda diqqəti çəkən bir nöqtə isə üzərlərində bir yazı və ya kimə aid olduqlarını ifadə edən bir məlumatın olmamasıdır. Tuncəli məzar daşları Səlcuqluların Ahlat məzar daşları ilə şəkil və forma olaraq yaxınlıq göstərməkdədir. Ancaq Ahlat məzar daşlarında kitabələr olmasına baxmayaraq, buradakı məzar daşlarında yazıya yer verilməmişdir.
Tuncəli məzar daşları
Tuncəli ətrafında, xüsusilə Ulukale yaxınında Ağqoyunlu və Qaraqoyunlu dövrlərindən qalma məzar daşları var. Bu məzar daşları XV-XVII əsrlərdə bölgədə edilmiş qoç və at motivli məzar daşlarının ən erkən nümunələridir. Ağqoyunlu və Qaraqoyunlu dövrlərinə aid məzar daşları kafi şəkildə nəşr olunmamışdır. Bölgəyə hakim olan Ağqoyunlular buradakı varlıqlarını göstərən sənədlərdir. Bu cür məzar daşları blok daşlar oyularaq meydana gətirilmişdir. Əksəriyyətlə qoyun və at motivləri işlənmişdir. Ayrıca blok halında şaquli sütunlar olaraq da məzar daşları edilmişdir. Bu daşlarda diqqəti çəkən bir nöqtə isə üzərlərində bir yazı və ya kimə aid olduqlarını ifadə edən bir məlumatın olmamasıdır. Tuncəli məzar daşları Səlcuqluların Ahlat məzar daşları ilə şəkil və forma olaraq yaxınlıq göstərməkdədir. Ancaq Ahlat məzar daşlarında kitabələr olmasına baxmayaraq, buradakı məzar daşlarında yazıya yer verilməmişdir.
Xocalı məzar düzü
Xocalı məzar düzü — Şuşa yaxınlığında yerləşən, yüzdən artıq kurqandan ibarət qədim qəbiristanlıq . Müxtəlif formada və ölçüdə yüzdən artıq kurqandan ibarət analoqu olmayan böyük qədim qəbiristanlıq Şuşa yaxınlığında aşkar olunub, tədqiq edilmişdir. Orada çoxlu sayda daş qutu qəbir abidələri aşkar edilmişdir. Qədim qəbiristanlıq e.ə.II minilliyin son əsrlərindən e.ə. VIII-VII əsrlərə qədər uzun müddət mövcud olmuşdur. Ən sonuncular daş qəbir qutularının üzərində olan daş təpəli kurqanlardır. Onların içində bir çox maraqlı inventar aşkar olunmuşdur. Burada Assuriya şirli keramikası və çar Adadnerarinin adının yazılı olduğu mixi yazılı muncuq dənəsi tapılmışdır. Bundan başqa, Assuriya çarının şirli mücrüsü də aşkar olunmuşdur. Son dəfnlərin tarixi bu əşyalara görə qoyulmuşdur.
İspan məzar qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Adsız məzar (film, 2006)
Adsız məzar qısametrajlı sənədli filmi rejissor Kəmalə Musazadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film "Muğam Film"də istehsal edilmişdir. Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub. == Məzmun == Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir.
Farkaşreti məzarlığı
Farkaşreti məzarlığı (mac. Farkasréti temető) — Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. 1894-cü ildə istifadəyə verilən məzarlıq Budapeştin görməli yerlərindən biri sayılır. Burada bir çox tanınmış macar əsilli aktyorlar, aktrisalar, rəssamlar, opera müğənniləri, musiqiçilər, heykəltəraşlar, memarlar, yazıçılar, şairlər dəfn edilmişdir. Bundan başqa məzarlıqda bir çox alim, akademik, elm xadimlərinin məzarları mövcuddur. == Haqqında == Buradakı məzarlar əksərən diqqətəlayiq heykəllərlə bəzədilmişdir. 1950-ci ildə məzarlığın ətrafında park salınmış, 1980-ci illərdə isə morq salonu və yeni şapel inşa edilmişdir. Tikinti məşhur macar memar İmre Makoveçin planları əsasında həyata keçirilmişdir. Macarıstanda kommunist hakimiyyəti zamanı Kerepeşi məzarlığında dəfn mərasimlərinə məhdudiyyət qoyulması, buranı ölkənin əsas məzarlığına çevirdi. Farkaşreti Budapeşt şəhərinə 3 km məsafədə yerləşir.
Feriköy Məzarlığı
Feriköy Məzarlığı — İstanbul şəhərində Şişili və Okmeydanı bölgələrinin arasında yerləşən qəbiristanlıq. == Haqqında == Məzarlıq öz adını yerləşdiyi təpəlikdən alıb. Bir çox məşhur siyasətçinin və incəsənət xadimlərinin məzarları burada yerləşir. Məzarlıqda Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədli, ilk hərbi naziri Xosrov bəy Sultanov, mühəndis Qulam Mirzə Şərifzadə, "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, Türkiyə İstiqlaliyyət Müharibəsinin iştirakçısı Baba bəy Behbud, mühacirlər Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı dəfn olunublar. == Məzarlıqdakı azərbaycanlıların xatirəsi == 2018-ci ildə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, Feriköy məzarlığında uyuyan Xəlil bəy Xasməmmədli, Xosrov bəy Sultanov, Qulam Mirzə Şərifzadə, Əhməd bəy Ağaoğlu, Baba bəy Behbud, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlının adları yazılıb.
Fluntern məzarlığı
Fluntern məzarlığı - İsveçrənin Sürix şəhərində yerləşən qəbiristanlıq.
Göy məscid (Məzari-Şərif)
Göy məscid (Məzari-Şərif) — Əli Məqbərəsi və Həzrət Əlinin ziyarətgahı adları ilə də tanınır - Əfqanıstanın Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərindəki cümə məscidi və məqbərədir. Məzari-Şərif və Bəlx vilayətinin əsas simvolu və vizit kartıdır. Bəzi məlumatlara görə, Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu, son saleh xəlifə Əlinin dəfn olunduğu ehtimal edilən yerlərdən biridir. == Tarixi == Bəzi tarixi məlumatlara görə, Əli öldürüldükdən və nəşi Bağdad yaxınlığındakı Nəcəfdə dəfn edildikdən az sonra bəzi ardıcılları onun cəsədinin düşmənlər tərəfindən murdarlanacağından narahat olub, cəsədi gizlətməyə qərar veriblər. Cəsədi dəvənin üstünə qoyub, dəvə yıxılana qədər bir neçə həftə getdilər. Bundan sonra cəsədin dəvənin yıxıldığı yerdə basdırılması qərara alınıb. Dəfn yeri sonralar müqəddəsin məzarı kimi — farsca “Məzari-şərif” adı ilə tanınmağa başladı. Sonralar dəfn yerinin - Məzari-Şərifin (fars. مزار شریف‎) ətrafında eyni adlı şəhər yarandı. Rəvayətə görə, qəbir təsadüfən aşkar edilib və qəbrin üzərində ilk ziyarətgahı Səlcuq imperiyasının sonuncu sultanı Əhməd Səncər tikdirib.
Kerepeşi məzarlığı
Kerepeşi məzarlığı (mac. Kerepesi úti temető or Kerepesi temető) — Macarıstanın Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. Bura Macarıstan tarixində indiyə kimi qorunub saxlanılmış ən qədim məzarlıqlardan biridir. == Tarixi == 1847-ci ildə qurulan Kerepeşi məzarlığı Keleti dəmir yolunun yaxınlığında, Yojefvaroşun çölünə yerləşir. Bura Budapeşt şəhərinə 2 km-lik məsafədə yerləşməsinə baxmayaraq şəhərin daxili məzarlığı sayılır. Kerepeşi məzarlığı təxminən 56 hektarlıq ərazini əhatə edir və Avropanın ən böyük milli sərdabələrindən biridir. Məzarlıqda ilk dəfn mərasimi 1849-cu ildə açılışından 2 il sonra həyata keçirilmişdir. Həmin gündən bir çox macar dövlət adamları, yazarlar, heykəltaraşlar, elm adamları, sənətçilər burada dəfn edilmişdir. 1885-ci ildə məzarlıq “Şərəfli torpaq” elan edilmişdir. Buradakı ən qədim məzar 1855-ci ildə vəfat etmiş Mixali Vöröşmartiyə aiddir.
Kral qaya məzarları
Kral qaya məzarları — Hellenistik dönəmdə, Amasyadakı Harşena dağının cənub ətəklərindəki əhəng daşlı qayalara oyulmuş olan abidə məzarları. Amasyada, sahili Qara dəniz ilə Anadolunun digər bölgələrini birləşdirən, prehistorik çağlardan bəri istifadə yollarının kəsişmə nöqtəsində yerləşir. Yeşilırmak çayının yaratdığı dərin bir vadi içərisində qurulmuşdur. Çayın ikiyə ayırdığı bu vadinin şimalındakı 272 metr yüksəkliyində, sivri külah formasındakı əhəng daşı yığını minlərlə ildir Harşena dağı olaraq adlandırılır. Harşena dağının Yeşilırmak və vadisi ilə birlikdə meydana gətirdiyi bütöv kompozisiya, unikal bir mənzərəni göstərir. İlk yaşayış Erkən Tunc dövründən başlamış və Osmanlı dövlətinin sonuna qədər da onlarla sivilizasiya (Frigya, İskit-Med, Fars, Pontos, Roma, Şərqi Roma, Danişmendli, Elxanlı, Səlcuqlu, Osmanlı) tərəfindən sığınacaq edilmişdir. Ərazidə Amasya qalasının yanı ilə, ellinizm dövrünün divarları, monumental qaya məzarları e.ə. I əsrə aid monumental sarnıçlar və Yalıboyu evləri qalmaqdadır. Antik dövr tarixçisi Strabona görə Mitridat krallığı zamanında krallar adına düzəldilmiş abidə məzarlardır. Yeşilırmak vadisi boyunca irili xırdalı 23 ədəd qaya məzarı olan bölgə Krallar vadisi olaraq da tanınır.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi. Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.
Kütləvi məzarlıq
Kütləvi məzarlıq - dəfn edilmədən öncə təyin edilə bilən və ya bilinməyən bir neçə cəsəddən ibarət məzarlıq. BMT kriminal kütləvi məzarlığı dəfn ərazisində qətl edilmiş üç və daha çox qurbanın olduğu yer kimi qəbul etsə də, yekdilliklə qərar verilmiş konkret bir izah yoxdur. Kütləvi məzarlıqlar, adətən, çox insan öldükdən və ya öldürüldükdən sonra sanitariya narahatlığı səbəbindən cəsədləri tez zamanda basdırmaq üçün yaradılır. Baxmayaraq ki, kütləvi məzarlıqlar müharibə və cinayət kimi böyük münaqişələrdə ortaya çıxır, müasir dünyada belə məzarlıqlardan aclıq, epidemiya və təbii fəlakətlərdən sonra da istifadə edilir. Fəlakətlərdən sonra infeksiya və xəstəliklərin yayılmasının qarşısını almaq üçün kütləvi məzarlıqlar yaradılır. Belə hallarda tez-tez fərdi orqanların düzgün müəyyənləşdirilməsinə və atılmasına imkan yaradan sosial infrastrukturun sıradan çıxması olur.
Müqəddəs Pyotrun məzarı
Müqəddəs Pyotrun məzarı Müqəddəs Pyotr bazilikasının altında yerləşən və Vatikan hakimiyyəti tərəfindən Müqəddəs Pyotrun məzarının əbədiləşdirilməsi üçün inşa edildiyi bildirilən abidə kompleksidir. Müqəddəs Pyotrun məzarı b.e. 130–300-cü illəri arasındakı dövrə aid edilən yeraltı mavzoleylər kompleksinin qərbində yerləşir. I Konstantinin hakimiyyəti dövründə, təxminən 330-cu illərdə birinci Müqəddəs Pyotr bazilikasının inşası zamanı, binanın təməli üçün yer açmaq üçün kompleksin bəzi hissələri dağıdılmışdır. XII Piyin göstərişi ilə 1950-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı II əsrə aid məzarlardan çoxsaylı insan sümükləri aşkarlansa da, onlardan hər hansı birinin Müqəddəs Pyotra aid olması dəqiqliklə təsbit edilməmişdir. Abidə altında yerləşən ikinci məzarın tədqiq edilməsindən sonra VI Pavel 26 iyun 1968-ci ildə Müqəddəs Pyotrun relikviyalarının aşkarlandığını elan etmişdir. Kilsənin bildirdiyinə görə Müqəddəs Pyutrun məzarı döşəmə altındakı edikulanın içində yerləşir. Bu məzardan Müqəddəs Pyotrdan başqa daha dörd nəfərin və bir neçə ev heyvanının sümükləri aşkarlanmışdır. 1953-cü ildə erkən arxeoloji tədqiqatların sonunda divarın şimal tərəfində (qraffiti divarı) daha bir qrup sümüklər aşkarlasa da, arxeoloqların xəbəri olmadan həmin sümüklər yoxa çıxmışdır. Sonrakı tədqiqatlar göstəmişdir ki, sümüklər 60–70 yaşlarında bir kişiyə məxsusdur.
Məcnun Leylinin məzarı üstündə
Məcnun Leylinin məzarı üstündə — 1897-ci ildə Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən göstərilmiş musiqili səhnəcik. M. Füzulinin "Leyli və Məcnun" poemasından götürülmüş, muğam musiqisi əsasında oynanılmış bu səhnəcikdə Məcnun rolunda Cabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) idi. 13 yaşlı Üzeyir bəy Hacıbəyov bu tamaşada xorda oxumuşdur. Səhnəcik balaca Üzeyirə güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk Azərbaycan operasının — "Leyli və Məcnun"un yaranması üçün əsas təkan olmuşdu.
Məcnun Leylinin məzarı üstündə (1897)
Məcnun Leylinin məzarı üstündə — 1897-ci ildə Ə. Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə Şuşada həvəskar artistlər tərəfindən göstərilmiş musiqili səhnəcik. M. Füzulinin "Leyli və Məcnun" poemasından götürülmüş, muğam musiqisi əsasında oynanılmış bu səhnəcikdə Məcnun rolunda Cabbar Qaryağdı oğlu çıxış etmişdi. Tamaşanın musiqi tərtibatçısı məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) idi. 13 yaşlı Üzeyir bəy Hacıbəyov bu tamaşada xorda oxumuşdur. Səhnəcik balaca Üzeyirə güclü təsir etmiş və bəstəkarın etirafına görə, bir neçə ildən sonra ilk Azərbaycan operasının — "Leyli və Məcnun"un yaranması üçün əsas təkan olmuşdu.
Məzari-Şərif
Məzari-Şərif, (fars. مزارِ شریف‎) - Əfqanıstanın şimalındakı Bəlx vilayətinin inzibati mərkəzi. Əfqanıstanın dörd böyük şəhərindən biri olan Məzari-Şərif eyni zamanda Bəlx vilayətinin inzibati mərkəzidir. Özbəkistan sərhədlərinin 56 km cənubunda, dəniz səviyəsindən 380 m yüksəkdə yerləşir. Adı İmam Əlinin məzarının burada olduğu inancından verilmişdir. Həzrəti Əlinin dəfn olunduğu söylənən yerdə mavi çinili məscid və bir türbə inşa edilib. XIX əsrdə əfqanların tabeçiliyinə keçən Məzari-Şərif 1869-cu ildə Əfqan Türküstanının inzibati mərkəzi oldu.
Məzarlıq
Qəbiristanlıq və ya məzarlıq — ölülərin dəfn edildiyi ümumi ərazi. Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub. İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbirstanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur.
Məzarqazan
Məzarqazan (ing. Gravedigger) — Qəbiristanlıqlarda işləyən və məzarların qazılması ilə məşğul olan işçi. Məzarçı vəzifəsini icra edən şəxslər, adətən vəfat etmiş şəxslərin yaxınlarından olan könüllü şəxslərdən ibarət olur. Kilsə mülkləri yerləşən ərazilərdə dini mərkəzlərin öz məzarçılarınında olduğu məlumdur. Məzarqazan bir vəzifə kimi orta əsr kilsələrində vəzifə hesab edilirdi və həmin şəxslərə aylıq maaş öndənilmişdir. Günümüz Avropasında məzarların qazılması işləri ilə özəl məzarlıq xidməti göstərən şirkətlər məşğul olmaqdadır. Bəzi qəbiristanlıqlarda saxlanılan texniki işçilər arasında məzarqazanlarda olur. Tarix boyunca məzarqazan kimi çalışan insanlara bir mənalı münasibət göstərilməyib. Hindistanda məzarqazan olaraq işləmək aşağı sinfin gördüyü iş hesab edildiyindən kasta sistemində toxunulmazlar olaraq qəbul edilən insanlar bu işi görməkdədir. Ölüm mövzusu ədəbiyyatda çox işlənən mövzu olduğundan məzarqazan obrazlarıda müxtəlif bədii əsərlərdə öz yerini tapmışdır.
Məzarınıza tüpürüm (film, 2010)
Məzarınıza tüpürüm (ing. I Spit on Your Grave) Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının Günü" (və yaxud "Məzarınıza tüpürəcəyəm") filminin remekidir. Filmin ABŞ-də premyerası 2010-cu ildə baş tutub. Cennifer Hills adlı gənc yazıçı xanım yazacağı yeni roman üçün başqa şəhərə gələrək burada bir ev kirayə tutur. Sakit çayın kənarındakı bu evdə işini görməyi planlaşdıran Cennifer burada başına gələcəklərdən xəbərsizdir. Hər şeyin qaydasında getdiyi bir vaxt gecə Cenniferin evinə bir neçə oğlan gəlir. Bu oğlanlar onun bura təzə gəldiyi vaxt yanacaqdoldurma məntəqəsində gördüyü həmin oğlanlardır. Əylənmək istəyən oğlanlar bu gənc xanımla amansız rəftar edərək ona fiziki, mənəvi və cinsi zorakılılar edirlər. İşləri qurtardıqdan sonra onu aradan götürməyə qərar verən oğlanlar onu öldürmək istəyirlər.
Məzarınıza tüpürüm 2 (film, 2013)
Məzarınıza tüpürüm 2 (ing. I Spit on Your Grave 2) — Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının günü (və yaxud "Məzarınıza tüpürüm") filminin motivləri əsasındadır və eyni zamanda 2010-cu ildə nümayiş olunmuş "Məzarınıza tüpürüm" filminin davamıdır. Keyt model olmaq niyyətindədir. Bunun üçün fotosessiyalar, müsahibələr və s. kimi yerlərdə olmağa çalışır. Gələcək üçün çoxlu xəyalları var. Lakin həyatda heçdə hər şey insanın istədiyi kimi olmur. Xüsusəndə bəzi vəhşi insanların yaşadığı dünyada yaşayırsınızsa. Bir gün Keyt firmanın təyin etdiyi bir iş üçün deyilən yerə çəkilişlər üçün gedir.
Məzrayə-i Məzarə (Əhər)
Məzrayə-i Məzarə (fars. مزرعه مزارع‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (27 ailə).
Məğlubedilməzlərin məzarı
Məğlubedilməzlərin məzarı (mak. Могила на непобедените) — Şimali Makedoniya, Prilepdə II Dünya Müharibəsi xatrəsidir. Abidə kompleksi 1961-ci ildə Makedoniyadakı Xalq Qurtuluş Mübarizəsinin şəhid və döyüşçülərinin şərəfinə inşa edilmişdir. Xatirə kompleksinin müəllifi serbiyalı memar Boqdan Boqdanoviçdir. Kompleks əsgərlərin küp qəbirləri və ümumi məzarlarından ibarətdir. Küpşəkilli qəbirlər mərmərdən tikilib və antik dövrdəkiləri xatırladır. Kompleksdəki ən böyük belə məzar üstündə əbədi alov simvoluna malikdir, bu Makedoniya xalqının azadlıq uğrunda mübarizəsinin rəmzidir. Kompleksin ikinci hissəsində Prilepdən və qonşu yerlərdən ölən 462 partizan döyüşçünün qalıqlarını özündə cəmləşdirən gizli sərdabə var. Buradakı mərmər sütunlara həmin şəxslərin adları yazılmışdır. Xatirə kompleksi üzərindəki tikinti işləri 2007-ci ildən 2008-ci ilə qədər dəvam etmişdir.
Naməlum əsgər məzarı
Naməlum əsgər — hərbi münaqişə zamanı həlak olmuş şəxsiyyəti bilinməyən əsgər. Adətən hərbi qulluqçuların üzərində onların kimliyini təsdiq etmək və ya bildirmək üçün boyunbağı olur. Bu boyunbağında onun adı, təvəllüdü, cinsi, qan qrupu qeyd olunur. Naməlum əsagərin dəfn olunduğu məzardır. Naməlum əsgərlərin xatirəsin əbədiləşdirmək üçün bir çox ölkələrdə həmçinin Azərbaycanda memorial tiklilər vardır.
Nəsrəddin Xocanın 12 məzarı (film, 1966)
Molla Nəsrəddin və zaman maşınında səyahət mövzusunda rəngli fantaziya. Film 2 hissədən ibarətdir. Birinci hissədə hadisələr Molla Nəsrəddinin öz çağında baş verir. Orada onu daim etdiyi "günahlara" görə cəzalandırmağa çalışırlar. Janrın qanunlarına görə, bütün çabalar cəlladlar və hakimlər üçün uğursuz bitir. İkinci hissə "Nəsrəddin XX əsrdə" adlanır. Dirilmiş heykəl səkidən düşür və yeni şəhərin küçələrini gəzir. Amma yenə hakimi qüvvələrlə üzləşir. Və bu yenə həmin simalardır, ancaq indi əyinlərində qalstuk və tünd pencəklər var... Film rejissor Klimenti Mintsin çəkdiyi sonuncu filmdir.
Per-Laşez məzarlığı
Per-Laşez qəbiristanlığı (fr. Cimetière du Père-Lachaise) – Parisdəki ən böyük (43,93 hektar) və ən məşhur qəbiristanlıqdır. Edmond About Onore de Balzak Anri Barbüs Jak-Lui David Jorj Bize Frederik Şopen Yılmaz Güney Ahmet Kaya Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info. 09-03-2015. 2015-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-19.
Qazan xanın məzarı
Qazan xanın məzarı — Burla xatun və Dədə Qorqud kimi Qazan xanın da məzarı Azərbaycan ərazisindədir. Onun məzarı qədim dövrlərdən ziyarətgah kimi məşhur olub. Qazan xanın məzarı Təbriz yaxınlığında, Acdərə çayının sahilində yerləşib. Məzrı məşhur səyyah Adam Oleari ziyarət edib.

Digər lüğətlərdə