MAĞAR

I
(Ağdaş, Bərdə, Bolnisi, Borçalı, İmişli, Qazax, Mingəçevir, Oğuz)
1. toy məclisi. – Qız evində o gecə sübhə tək mağar qurub, küy-kələy elədilər (Ağdaş)
2. toy məclisi keçirmək üçün qurulmuş alaçıq. – Toyçun mağar tikirüg (İmişli); – Mağarın dört böyrünə gəvə, palaz vurrux, yüz-ikü:z adam oturur (Bərdə); – Bizim kətdə mağar qurulub, toy olacax (Qazax)
3. oğlan toyu. – Əlinin mağarına gedəysən? (Ağdaş)
4. evlənən oğlana qohumlarının verdiyi hədiyyə
II
(Zaqatala)
şırım (əkində)
MAĞALLAX
MAĞARA

Digər lüğətlərdə