MADDƏ₁

is. [ ər. ]
1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey. Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr.
// Cisim, şey.
2. bax materiya 1 və 2-ci mənalarda.
3. dan. Bədənin bir yerində gizli illət, açılmamış yara; irinlik.
□ Maddə etmək (eləmək) dan. – bədənin bir yerində irin əmələ gəlmək, çirk etmək.
4. məc. Keyfiyyət; zirəklik, bacarıq, çoxbilmişlik mənasında.
[Ağa Hüseyn:] Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə böyük sövdəgər olarsan. Ə.Haqverdiyev.

// zar. dan. Bu cür keyfiyyətlərə malik olan adam haqqında. Zirək maddədir.
O elə bir maddədir ki… ◊ Maddələr mübadiləsi fiziol. – canlı orqanizmlərdə maddələrin xarici mühitlə qarşılıqlı əlaqə şəraitində həzm olunması ilə bağlı olan proseslərin məcmusu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MADDƏ I MADDƏ (qanun məcəlləsinin, yaxud hər hansı bir mətnin, sənədin və s.-nin kiçik hissəsi) ..isbatlarından sonra ev komitəsinin müəyyən qanan maddəsi m
  • MADDƏ cisim
  • MADDƏ bənd

Omonimlər

  • MADDƏ MADDƏ I is. [ ər. ] Əşya, materiya. Məhlula ağırlaşdırıcı maddələr qatmaq olar (M.İbrahimov). MADDƏ II is
MADDƏ₂
MADDƏBƏMADDƏ

Digər lüğətlərdə