MEN

n man isminin cəm forması

MEMORY
MEND
OBASTAN VİKİ
Kane & Lynch: Dead Men
Kane & Lynch: Dead Men (azərb. Keyn və Linç: Ölümə məhkumlar‎) — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Geympleydə iki nəfər, bir-birindən xasiyyətcə tamamilə fərqli qəhrəmanların birgə hərəkətləri ideyası dayanır. PC ilə yanaşı oyun həmçinin PlayStation 3, Xbox 360 və mobil telefonlar üçün buraxılıb. Videooyun sənayəsində ən keyfiyyətli və təsirli oyunlardan biri olmuş və yüksək rəy alaraq ikinci hissəsi yaradılmışdır. == Oyun prosesi == Bütün birnəfərli oyun iki əsas qəhrəmanın sıx əməkdaşlığı ilə gedir. Oyun boyu oyunçu Keyni, süni intellekt isə Linçi idarə edir. Kane & Lynch-də həmçinin kooperativ oyun imkanı da var ki, burada qəhrəmanların hər ikisini oyunçular idarə edir. Fərdi kompüterdə birgə oyun ən azı bir Xbox 360 kontrolleri olduqda mümkündür. Yaradıcıların əsas ideyası qəhrəmanların xasiyyətini oyundakı hərəkət tərzinə keçirməkdir.
Men
Men (ing. Maine (/meɪn/)) - Şimal-şərqi ABŞ-nin ən şimal ştatı. 50 ABŞ ştatından Men ərazisinə görə ən kiçik 12-ci, ən az əhalisi olan 9-cu və ən az əhali sıxlığına malik 13-cüdür. Yeni İngiltərədə yerləşir, qərbdə Nyu-Hempşir, cənub-şərqdə Atlantik okeanı və şimal-şərqdə və şimal-qərbdə müvafiq olaraq Nyu-Bransuik və Kvebek adlı Kanada əyalətləri ilə həmsərhəddir. Men başqa bir tək ştatla həmsərhədd olan yeganə ştatdır, kontinental ABŞ-nin ən şərqidir və Böyük göllərin şərqindəki ən şimal ştatdır. Men nahamar, qayalı sahil xətti, alçaq, dərəli-təpəli dağları, sıx meşəli daxili və mənzərəli su yolları, həmçinin dəniz məhsulları mətbəxi, xüsusən də omar və molyusk ilə tanınır. Ştatın əksər hissəsində, o cümlədən sahilyanı ərazilərdə rütubətli kontinental iqlim mövcuddur. Men ən çox əhaliyə malik şəhəri Portlend, paytaxtı Oqastadır. Min illər boyu yerli xalqlar indiki Men ərazisinin yeganə sakinləri idi. Avropalılar indiki Menə gəldiyi zaman ərazidə bir çox Alqonkin dilli xalq yaşayırdı.
Men Tıva men
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Men-Tszı
Men-Tszı (çin. 孟子) (e.ə. 372, Tszou[d], Çjou sülaləsi – e.ə. 289) — Çin filosofu. Konfutsinin davamçısı Men-Tszı (е.ə. 372–289) belə bir nəzəriyyə irəli sürürdü ki, insanın həyatı ilahi iradəyə tabedir, bilik isə insanda anadangəlmə-dir. İnsan anadan olanda bilik ilahi, "Hüdudsuz ruh" tərəfindən ona verilir. İnsan bu biliklərin köməyi ilə həyatın bütün suallarına cavab verməlidir. O, insanları bütün müvəffəqiyyətsizliklərin və bədbəxtliklərin səbəbini müəy-yənləşdirməyə, dözümlü və mərhəmətli olmağa çağırırdı.
Men Adası
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. Adanın adının dəqiq etimologiyası məlum deyil.
Men adaları
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. Adanın adının dəqiq etimologiyası məlum deyil.
Men dili
Men dili - Men adasında yayılmış, kelt dillərinə aid, hazırda ölü dillərdən hesab olunan dil.
Men körfəzi
Men körfəzi (ing. Gulf of Maine) — Şimali Amerika sahillərində yerləşən körfəz. Körfəz Keyp-Kod və Yeni Şotlandiya yarımadaları arasında yerləşir. Maksimal dərinliyi 329 metrdir. Şimal-şərqində Fandi körfəzi yerləşir. Cənub-qərbində isə digər iri Massaçusets körfəzi qərarlaşır. Mərkəzi sahilində Men ştatının iri Portlend şəhəri yerləşir. Sahillərində ən iri limanlar — Boston, Portlend (ABŞ), Sent-Con (Kanada). Körfəzə axan iri çaylar — Annapolis, Kennebank, Kennebek, Sako, Sent-Krua, Merrimak, Penobskot, Sent-Con, Piskataqa çayı və s. Bura tökülən çayların hövzəsinin sahəsi 179 008 km² təşkil edir.
Duqlas (Men adası)
Duqlas (ing. Douglas, men dilində Doolish) — Men adasının 1863-cü ildən paytaxtı, adanın nəqliyyat və iqtisadi mərkəzi. Əhalisi — 26218 nəfər (2006-cı il siyahıyalanması), ada əhalisinin üçdə birini təşkil edir. Şəhərdə dünyada yeganə atlı tramvay nəqliyyat növü işləyir. Duqlasda dünyada ən qədim parlamentlərdən biri - Tinvald fəaliyyət göstərir. == Coğrafiyası == Duqlas iki çayın Du və Qlassın qovuşmasında yerləşir. Şimal-qərbdən və cənub-şərqdən onu təpələr əhatə edir.
Men adası funtu
Men adası funtu (ing. Manx pound) — Böyük Britaniyanın və Men adasının pul vahidi. Men adası hökuməti tərəfindən buraxılır. 1 Men funtu = 100 pens. Simvolu: £ , bank kodu: IMP (Isle of Men Pound). Dövriyyədə 1, 5, 10, 20, 50 funtluq əskinazlar; 1, 2, 5, 10, 20, 50 pensli və 1, 2, 5 funtlu sikkələr vardır.
Men və Luara
Men və Luara (fr. Maine-et-Loire, bret. Maine e Léger) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 49. İnzibati mərkəzi — Anje. Əhalisi — 808 298 nəfər (departamentlər arasında 27-ci yer, 2010-cu ilin məlumatları). Ərazisi — 7166 km². Departamentin ərazisi Luara çayının yaxınlığında yerləşir. Departamentə 4 rayon, 41 kanton və 363 kommun daxildir. Maine və Loire - 1790-cı ilin mart ayında Anju əyalətinin ərazisində Böyük Fransa İnqilabı zamanı yaranmış ilk departamentdən biridir.
Men ştatının səhrası
Men ştatının səhrası (ing. Desert of Maine) — meşələrlə əhatələnmiş olan və qumluqlardan ibarət olan ABŞ-nin Men ştatı Kamberlend dairəsində yerləşən səhra. Men şəhərindən 4 km qərbdə yerləşir. 1783-ci ildə Vilyam Tattl ərazidə 300 ha torpaq sahəsi alır. 10 illərlə o, öz heyvanlarını normal şəkildə otarırdı. Onun törəmələri qoyuna sahib olaraq heyvanlarının sayını artırırlar. Heyvanların sayı artdiqca intensiv otarılma torpaqların eroziyaya məruz qalmasına səbəb olur. Səbəb isə sonuncu buzlaşma zamanı, buzlar əraziyə 27 metr qalınlığında qum toplanışdır. İlk əvvəllər kiçik bir ərazi səhralaşmışdı. Son əsrlər zamanı isə əraziyə avropadan çoxlu sayda insan köçürülmüşdür.
Men’s Health
Men's Health — kişilər üçün aylıq jurnal. Əsası 1987-ci ildə ABŞ-də qoyulmuşdu. Jurnal dünyanın 45 ölkəsində çap olunur. Seks və əlaqə Orqanizm Dieta Stress Karyera Macəra Şəxsi məşqçi «Dəmir» texnika üzrə gid moda üzrə gid Men's Health ABŞ-də yaranmasınabaxmayaraq, bu gün bu jurnal bütün dünyada nəşr edilərək, dünyanın ən böyük brend kişilər üçün jurnala çevrilmişdi. Jurnalın dünya üzrə oxuyucuların sayı 20 milliondan çoxdur. Men's Health dünyanın 45 ölkəsində buraxılır. Aşağıda 2013-cü ilə ölkələr üzrə jurnalın çap göstərilmişdir: Jurnalın əsas oxuyucuları — 20-dən 44 yaşa gədər, ali savadlı və yüksək qəlirli kişilərdir. Onlardan: 38,1 % — 25-dən 35 yaşa kimi insanlar; 75,5 % — kişilər; 45,0 % — ali təhsilləri var; 76,6 % — daimi əsaslarla işləyirlər; 60,8 % — yüksək gəlirlidirlə (С и С+); 49,7 % — işə götürənlər, mütəxəssislər və işçilər. Website der deutschen Ausgabe Website der US-amerikanischen Ausgabe (engl.) Men's Health, verschiedene Ausgaben bei Google Books Detailed article on Men's Health magazine at magsdirect.com Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine. Academic article comparing Men's Health with women's magazines at maglab.org.uk Arxivləşdirilib 2013-10-01 at the Wayback Machine.
Kim Men-Ce
Kim Men-Ce (15 noyabr 1996, Thonyon[d], Kyonsan-Namdo[d]) — Cənubi Koreyalı futbolçu, "Napoli" klubunun və Koreya Respublikası millisinin mərkəz müdafiəçisi. == Karyera == Kim karyerasına 2016-cı ildə Koreyanın "Kyoncu" klubunda başlayıb. O, altı ay klubda oynadıqdan sonra, Koreya Respublikasının əsas liqasında yarışan "Jeonbuk Hyundai Motors" klubuna keçib. 2019-cu ilin yanvar ayında Çinin "Beijing Guoan" klubuna keçib. Çin klubu müdafiəçi üçün 3,5 milyon funt sterlinq ödəyib. Çin klubunda 2 il qaldıqdan sonra Kim Avropa klubuna keçmək qərarına gəlib. 2021-ci ilin yayında o, Türkiyənin o dövrün ən yaxşı klublarından biri olan "Fənərbaxça" ilə müqavilə imzaladı. 16 avqust 2021-ci ildə baş tutan transfer üçun "Fənərbaxça" 3 milyon avro ödəyir. İlk mövsümdə Türkiyə Superliqasında 30 matça çıxıb, 1 qol vuraraq klubun əsas mərkəz müdafiəçisi olub. 2022-ci ilin iyulunda o, 18 milyon avroya, klubdan ayrılan Kalid Kulibalini əvəz etmək üçün "Napoli"yə keçdi.
Mun Son Men
Mun Son Men (6 yanvar 1920 və ya 25 fevral 1920, Şimali Pxenyan[d] – 2 sentyabr 2012 və ya 3 sentyabr 2012) Moon sektasının banisi həmçinin də dini lider, iş adamı və fəal. Məsih olduğunu iddia edərək 1954-cü ildə Vəhdət Kilsəsini (Unification Church) yaratmış və “İlahi Prinsip” (Divine Principle) adlı kitab yazmışdır.Onun təriqətinin əsas məqsədi xristianların hamısını vahid bir kilsənin ətrafında birləşdirmək və eyni zamanda da antikommunizm olmuşdur. O həmçinin də, Koreyanın birləşdirilməsini də dəstəkləmişdir. Men on yaşında olarkən onun ailəsi xristianlığı qəbul etmiş və bununla da onun xristianlıqla tanışlığı başlamışdır; 1947-ci ildə Şimali Koreyada casusluqda təqsirli bilinərək 5 il həbs cəzasına məhkum edilmişdir.
Men's Health
Men's Health — kişilər üçün aylıq jurnal. Əsası 1987-ci ildə ABŞ-də qoyulmuşdu. Jurnal dünyanın 45 ölkəsində çap olunur. == Tarix == == Jurnalın əsas rubrikaları == Seks və əlaqə Orqanizm Dieta Stress Karyera Macəra Şəxsi məşqçi «Dəmir» texnika üzrə gid moda üzrə gid == Digər ölkələrdə çap == Men's Health ABŞ-də yaranmasınabaxmayaraq, bu gün bu jurnal bütün dünyada nəşr edilərək, dünyanın ən böyük brend kişilər üçün jurnala çevrilmişdi. Jurnalın dünya üzrə oxuyucuların sayı 20 milliondan çoxdur. Men's Health dünyanın 45 ölkəsində buraxılır. Aşağıda 2013-cü ilə ölkələr üzrə jurnalın çap göstərilmişdir: == Auditoriya == Jurnalın əsas oxuyucuları — 20-dən 44 yaşa qədər, ali savadlı və yüksək qəlirli kişilərdir. Onlardan: 38,1 % — 25-dən 35 yaşa kimi insanlar; 75,5 % — kişilər; 45,0 % — ali təhsilləri var; 76,6 % — daimi əsaslarla işləyirlər; 60,8 % — yüksək gəlirlidirlə (С и С+); 49,7 % — işə götürənlər, mütəxəssislər və işçilər. == İstinadlar == == Web links == Website der deutschen Ausgabe Website der US-amerikanischen Ausgabe (engl.) Men's Health, verschiedene Ausgaben bei Google Books Detailed article on Men's Health magazine at magsdirect.com Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine. Academic article comparing Men's Health with women's magazines at maglab.org.uk Arxivləşdirilib 2013-10-01 at the Wayback Machine.
Ped Men (film, 2018)
Ped Men — rejissor R. Balkinin 2018-ci ildə çəkilmiş filmidir. Hindistanın Tamil Nadu əyalətindən olan fəal Arunaçalam Muruqanantham haqqında olan bioqrafik filmdir. Arunaçalam Muruganantham, Hindistanın kəndlərində yoxsul qadınlara ucuz gigiyenik salfetlər təqdim etmək üçün sanitar salfet maşını yaradır.
X-Men: Birinci sinif
İks-adamlar: Birinci dərəcə (ing. X-Men: First Class) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Metyu Vonnun rejissorluq etdiyi filmin baş rollarında Ceyms MakEvoy, Maykl Fassbender və Cennifer Laurens çəkilmişlər.
Yen-Men qalasının mühasirəsi
Yen-Men qalasının mühasirəsi — Çin-Suy sülaləsi Yanq-tinin bu gün Taiyuan adı ilə bilinən şəhərin qalasında Şərqi Göytürk xaqanlığı ordusu tərəfindən 615-ci ildə mühasirəyə alınmasıdır. Mühasirədən sonra Suy sülaləsinin ölkə içərisindəki nüfuzu tamamilə zəifləmiş və sülalə devrilmişdir. İmperator Yanq-ti və oğlu vəliəhd şahzadə Yanq Çien qızlıq imperiya sarayında qalmaq üçün Şansiyə hərəkət etməyi düşünürdü. Bu səyahət zamanı imperator öz sarayında bir müddət qaldıqdan sonra Çin səddini keçərək şimaldakı hüdud torpaqlarını ziyarət etməyə qərar verdi. Türk xaqanının çinli şahzadəylə evli olub, türklərlə çinlilərin sülh dövründə olmasına baxmayaraq, Yanq-tinin Serbi xaqanın gücündən çəkinməsi və onu ortadan qaldırmaq üçün planlar hazırlaması iki dövlətin arasını açdı. Çin imperatoru İçkin Şada xaqanlıq və Çin şahzadəsi təklif edib, onu Şərqi Göytürk dövlətinin cənub hissəsinə yerləşdirmək istəmişdi. Ancaq İçkin Şad Çinin bu təklifini qəbul etmədi. Vəziyyətdən xəbərdar olan Serbi Çin tərəfindən öldürülən Soqd mənşəli dövlət adamı və ətrafının da qısasını almaq üçün Çinə müharibə elan etdi. Hökmdarın müharibə qərarı Çin kökənli xatun İçinq tərəfindən qısa zamanda Çin imperatoruna çatdırıldı. Çin ilə əlaqələrdə Göytürk hakimiyyətinin müşavirliyini edən soqdların öldürülməsi və sonrasında alınan müharibə qərarını duyan Sui sülaləsi göytürklərə "soqdlar sizə üsyan qaldırmaq üçün bizdən yardım istəmişdi.
Men adasında COVID-19 pandemiyası
Men adasında 19 martda ilk koronavirus xəstəsi təsdiqləndi. Men adasında 19 martda ilk koronavirus xəstəsi təsdiqləndi. Bu şəxs İspaniyadakı futbol matçından sonra Men adasına qayıtmışdı. 23 martda hökumət bütün tədbirləri gördü və fövqəladə vəziyyət elan etdi. Bir neçə aylıq məktəbləri bağladı. 27 martda tibb işçilərindən başqa çölə çıxan bütün insanlara pul cəzası verilməsi barədə qərar qəbul etdi. Men adasında hər şey bağlandı.
Men adasında koronavirus pandemiyası 2020
Men adasında 19 martda ilk koronavirus xəstəsi təsdiqləndi. Men adasında 19 martda ilk koronavirus xəstəsi təsdiqləndi. Bu şəxs İspaniyadakı futbol matçından sonra Men adasına qayıtmışdı. 23 martda hökumət bütün tədbirləri gördü və fövqəladə vəziyyət elan etdi. Bir neçə aylıq məktəbləri bağladı. 27 martda tibb işçilərindən başqa çölə çıxan bütün insanlara pul cəzası verilməsi barədə qərar qəbul etdi. Men adasında hər şey bağlandı.
X-Men vs. Street Fighter
X-Men vs. Street Fighter — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. Bu, "Capcom" şirkətinin içərisində "Marvel" personajları olan üçüncü faytinq oyunudur və "Marvel vs. Capcom" videooyun seriyasındakı 1-ci əsas epizoddur. Videooyunda "Marvel" nəşriyyatının İks-adamlar və "Capcom" şirkətinin "Street Fighter" seriyasının personajları var. Videooyun ilk dəfə 1996-cı ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1997-ci ildə Sega Saturn, 1998-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. "X-Men vs. Street Fighter" videooyununun geympleyi "Street Fighter" videooyun seriyasına çox oxşayır, ancaq cüt personaj seçimi və teq-tim əsaslı döyüş mexanikasına sahibdir. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər.
Ed Menninq
Ed Menninq (ing. Edward R. "Ed" Manning 2 yanvar 1944-cü ildə ABŞ, Missisipi, Sammit - 4 mart 2011-ci il, ABŞ, Texas, Fort Uert) - Milli Basketbol Assosiasiyasının (NBA) ardıcıl olaraq 4 mövsümündə və həmçinin Amerika Basketbol Assosiasiyasının beş mövsümündə çıxış etmiş peşəkar basketbolçu və məşqçi. Larri Braunun assisenti kimi o, 1987-1988-ci il mövsümündə "Kanzas Ceyhoks" komandasının tərkibində Tələbə İdmanının Milli Assosiasiyanın çempionu olmuşdur.
Eduard Menetries
Eduard Menetries (fr. Édouard Ménétries,2 oktyabr 1802, Paris – 10 (22) aprel 1861, Sankt-Peterburq) Rusiya entomoloqu. == Menetriesin şərəfinə adlandırılmış taksonlar == Mellicta menetriesi Caradja, 1895—Mellicta Borearctia menetriesii Eversmann, 1846 Carabus menetriesi Hummel, 1827 Lebia menetriesi Ballion, 1869 Phyllophaga menetriesi Blanchard, 1850—Phyllophaga Megathous menetriesi Reitter, 1890—Cebrioninae Anadastus menetriesi Motschulsky, 1860—Languriidae Aphodius menetriesi Ménétriés, 1849—Aphodiinae Microdera menetriesi Fischer-Waldheim, 1844 Blaps menetriesi Kraatz, 1881 Bembidion menetriesi Kolen, 1845 == İşlərinin siyahısı == Observations sur quelques Lépidoptères du Brésil — Mém. Soc. Natur. Mosc., 1829, V, p. 81-96. Catalogue de quelques Lépidoptères des Antilles avec la descriptions de plusieurs espèces nouvelles.- Bull. Soc. Nat.
Erisimo Mencisius
Erisimo Mencisius –Menzies' wallflower ümumi adı ilə tanınan Erysimum növüdür.Bu nadir bitki Kaliforniyaya endemikdir. O, yalnız Kaliforniya sahil zolağında Humboldt, Mendocino və Monterey qraflıqlarında üç ərazidə azalan çimərlik qum təpələrinin yaşayış yerində rast gəlinir. Kaliforniya ştatında və federal səviyyədə nəsli kəsilməkdə olan növlər siyahısındadır. Səlahiyyətdən asılı olaraq üç-dörd alt növ var və hər biri nadirdir. == Təsvir == Erisimo Mencisius xardalvari ikiillik və ya çoxillik ot bitkisidir, boyu qısadır, hündürlüyü adətən 15 santimetrdən çox deyil. Yarpaqları gövdə boyu uzun və düzdür, çox vaxt daha qalın, tüklü və kökündə loblu olur. Sapın yuxarı hissəsini parlaq sarı, yuvarlaq ləçəkləri olan qalın bir çiçək dəstəsi tutur. Çiçəklər düz yapışan çox uzun silikalar olan meyvələri geridə buraxmaq üçün düşür. Bitki, xüsusən də alt növlərə görə fərqli ola bilər. Ən azı bir alt növ, eyni dərəcədə əziyyət çəkən Emphoropsis miserabilis arısı tərəfindən tozlanır.
Eva Mendes
Eva Mendes (ing. Eva Mendes) — Kuba əsillli amerikalı aktrisa, model və müğənni. Sənətə 1990-cı ildə oynadığı TV serialları ilə gəlmişdir. == Həyatı == 5 mart 1974-cü ildə Mayami şəhərində anadan olmuşdur.
Feliks Mendelson Bartoldi
Yakob Lüdviq Feliks Mendelson Bartoldi (alm. Jakob Ludwig Felix Mendelssohn Bartholdy‎; 3 fevral 1809, Hamburq - 4 noyabr 1847, Leypsiq) — alman bəstəkarı. Dünyaca məşhur toy marşının müəllifi, pianoçu, dirijor. == Həyatı == 1809-cu ildə fevral ayının 3-də Hamburq şəhərində dünyaya göz açmışdır. Romantizm cərəyanının əsas yaradıcılarından sayılır. Uşaq yaşlarından İohan Sebastian Bax, Motsart və Handelin sənətinə böyük maraq göstərmiş, özünü həmin məktəbin davamçısı olaraq görmüşdür. Sənətə lap kiçik yaşlarından maraq göstərməsi, onu tezliklə yaradıcılığa sövq etmiş, ilk təcrübələrini yeniyetməlik dövründə sınamışdır. Əsas etibarı ilə, orkestr üçün musiqilər bəstələyirdi. Ən məşhur əsərləri Hark Herald Mələkləri oxuyur və Toy Marşıdır.
Feredrik Menson Beyli
Feredrik Menson Beyli (ing. Frederick Manson Bailey; 8 mart 1827, London – 25 iyun 1915, Brisben) — Avstraliya botaniki. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Feredrik Menson Beylinin şərəfinə 50 bitki növü adlandırılmışdır ki, Beyli akasiyası (Acacia baileyana F.Muell.) onların ən tanınmışıdır. == İstinadlar == == Ədəbiyyat == E. N. Marks, 'Bailey, Frederick Manson (1827 - 1915)', Australian Dictionary of Biography, Volume 3, MUP, 1969, pp 73–74. Serle, Percival. Bailey, Frederick Manson // Dictionary of Australian Biography. Sydney: Angus and Robertson. 1949. Australian National Botanic Garden; Bailey, Frederick M. (1827-1915) == Xarici keçidlər == E. N. Marks, 'Bailey, Frederick Manson (1827—1915)', Australian Dictionary of Biography, Volume 3, MUP, 1969, pp 73–74.
Ferland Mendi
Ferland Mendi (8 iyun 1995, Myölan-an-İvelin[d]) — sol cinah müdafiəçisi.
Fransua Meninski
Fransua Menien (fr. François Mesgnien; 1620, 1623[…] və ya 1632, Lotaringiya hersoqluğu[d] – 1698[…], Vyana) — Fransız şərqşünası. == Həyatı == Fransua Menien 1623-ci ildə Lotaringiyada anadan olmuş, 1698-ci ildə Vyanada vəfat etmişdir. Mesnien ilk əvvəl təhsilini Romada almış və 1652-ci ildə Polşanın İstanbuldaki səfirliyinə qoşulmuşdur. Burada o özünü türk dilinin öyrənilməsinə həsr etmişdir. O, öncədən ali tərcüməçi, sonra isə Konstantinopolda Polşanın səfiri olmuşdur və ona zadəganlıq bəxş ediləndən sonra Meninski (fransız Mesgnien adının polyaklaşdırılmış şəkli) adını qəbul etdi. Daha sonra Avstriya xidmətinə keçdi. 1669-cu ildəki Qüdsə gedişindən sonra, 1671-ci ildə Vyanaya yola düşüb, orada Şərq dillərin baş dilmanc vəzifəsinə təyin olunmuşdur. Bu vəzifəni ölümünədək tutmuşdur. Əsas əsəri Tesaurus linguarum orientalium, turcicea, arabic, persicæ (latınca: Türk, ərəb, fars və s.
Genişləndirilmiş yaddaş meneceri
Genişləndirilmiş yaddaş meneceri (ing. Expanded Memory Specification və ya qısaca EMS) — spesifikasiyasının proqram hissəsini gerçəkləşdirən qurğu drayveri. Adətən, EMS-sistemlər üçün əlavə aparat təminatı tələb olunsa da, Intel firmasının 80386 və 80486 prosessorları üçün yazılmış menecer-proqramlar bu mikrosxemlərin xüsusi imkanlarının vasitəsilə yardımçı yaddaşın bazasında EMS modelini hazırlaya bilər.
Herbert Estuardo Meneses Koronado
Herbert Estuardo Meneses Koronado — Qvatemalanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
II. Mentuhotep
II Nebhepetre Mentuhotep (e. ə. XXI əsr – e.ə. 2013) (hökmdarlığı (təxmini olaraq): e.ə. 2046 — e.ə. 1995) Antik Misirin 11. sülaləsi dövründə 51 il hökm sürən bir firondur. Taxtda olduğu 39 il müddətində Misirin müxtəlif problemlərlə mübarizə etdiyi Birinci boşluq dövrü deyilən dövrdə iqtisadi və siyasi problemlərlə məşğul oldu və nəhayət Misiri yenidən birləşdirməyi bacardı. Bu səbəbdən də Misirin Orta krallıq dövrünün ilk fironu olaraq qəbul edilir. == Mənbə kitablar == Gae Callender: The Middle Kingdom Renaissance, In: Ian Shaw (edit.): The Oxford History of Ancient Egypt, Oxford University Press, Oxford, 2000, ISBN 0-19-815034-2, pp.
II Mentuhotep
II Nebhepetre Mentuhotep (e. ə. XXI əsr – e.ə. 2013) (hökmdarlığı (təxmini olaraq): e.ə. 2046 — e.ə. 1995) Antik Misirin 11. sülaləsi dövründə 51 il hökm sürən bir firondur. Taxtda olduğu 39 il müddətində Misirin müxtəlif problemlərlə mübarizə etdiyi Birinci boşluq dövrü deyilən dövrdə iqtisadi və siyasi problemlərlə məşğul oldu və nəhayət Misiri yenidən birləşdirməyi bacardı. Bu səbəbdən də Misirin Orta krallıq dövrünün ilk fironu olaraq qəbul edilir. == Mənbə kitablar == Gae Callender: The Middle Kingdom Renaissance, In: Ian Shaw (edit.): The Oxford History of Ancient Egypt, Oxford University Press, Oxford, 2000, ISBN 0-19-815034-2, pp.
I Aleksandr Menşikov
Aleksandr Daniloviç Menşikov (6 noyabr 1673, Moskva[…] – 12 noyabr 1729, Beryozovo[d], Sibir quberniyası[d]) — Rusiya diplomatı, knyaz ya hersoq. Aleksandr Menşikov yeganə rus zadəganıdır ki, "İjor hersoqu" titulunu daşımışdır. == Həyatı == Əsgərlik və idarəçilik istedadı sayəsində yüksək bir mövqeyə çatmasına baxmayaraq, həddən aşırı acgözlüyü və istəkləri ilə öz sonunu hazırlamışdır. Yoxsul və sıradan bir ailədəndi. Gələcəyin Böyük Pyotrunun sərbəst və macəralı uşaqlıq dönəmində xalq arasından çıxan dostlarından biri olan Menşikov, 1686-cı ildə onun əmir əri oldu; qısa sürədə Pyotrun gözünə girərək sərkərdəliyə qədər yüksəldi. Preobrajenski alayının üzvi olaraq Azov səfərlərinə (1695–96) və Qərbi Avropadaki "Böyük vəzifə"ə qatıldı (1697–98). 1703-cü ildə İngriyada daha yeni fəth edilən bölgələrə vali göndərildi və Peterburqun inşasını edarə etdi. İdarəçilik və əsgəri öndərlik istedadı nəticəsində sürətli bir yüksəlmə göstərdi; 1705-ci ildə general rütbəsinə yüksəldi, 1700-cü ildən sonra İsveçlilərə qarşı yürüdülən II Şimal Savaşında Kalisz zəfərini qazandı (1706), 1707-ci ildə knyaz ünvanı aldı, Poltavada savaşdı (1709) və feldmarşal rütbəsi aldı. Daha sonra gətirildiyi yönətim görəvlərində yolsuzluqlar üzündən sürəkli kovuşdurmalara uğradı; onun açgözlülüyü və pul yiyiciliğından düş qırıxlığına uğrayan Böyük Pyotr, 1713-cü ildən sonra onu xaricə göndərmədi. Haqsız qazançlar sağladığı və qanunlara aykırı torpaqlar və sərflər ədindiği ortaya çıxınca, Yekaterinanın müdafiəsinə baxmayaraq, 1717–24 illər arasında başında bulunduğu Savaş kolejindən uzaqlaşdırıldı.
Inga mendoncaei
Inga mendoncaei (lat. Inga mendoncaei) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Karl Menger
Karl Menger (alm. Carl Menger‎; 23 fevral 1840[…], Novı-Sonç, Kiçik Polşa voyevodluğu[d] – 26 fevral 1921, Vyana) — 27 fevral 1921, Vyana, Avstriya) — Avstriya iqtisadçısı. == Həyatı == Avstriya məktəbinin ilkin yaradıcılarından biri K. Menger olmuşdur. O, "Xalq təsərrüfatı haqqında elmi prinsiplər", ictimai elmlərin, xüsusən "Siyasi iqtisadın metodları haqqında tədqiqat" (1883) və s. əsərlərin müəllifidir. Bununla belə onun son faydalıqla bağlı nəzəri baxışları əsasən "Siyasi iqtisadın əsasları" (1871) əsərində irəli sürülmüşdür. Bu əsərdə K. Menger Avstriya məktəbi nümayəndələri içərisində ilk dəfə sərvətin faydalığının onun az tapılmasından (nadirliyindən) asılılığını göstərməyə çalışmış, faydalığın azalması prinsipini əsaslandırmışdır. Bu prinsipə üyğun olaraq məhsulun dəyəri təklifin həcmindən asılıdır və onun sərəncamda (ehtiyatda) olan son vahidinin, yəni az vacib olanının faydası ilə müəyyən olunur. Son faydalılıq prinsipinə tərif verərək K. Menger göstərirdi ki, onun nəzəriyyəsi sərvətlər və insanlar arasında olan münasibətlərə həsr edilmişdir. Bu münasibətlərdə isə ən mühüm məsələ hər hansı bir məhsulun tələbatlar sırasında tutduğu yerdir.
Karlos Mensia
Ned Arnel Mencía (ing. Carlos Mencia; 22 oktyabr 1967, San Pedro Sula, Honduras) — ABŞ aktyoru.
Katalin Mençinqer
Katalin Mençinqer (d. 17 yanvar 1989) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Katalin Mençinqer, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Klint Mensell
Klint Mensell (ing. Clint Mansell, tam adı Klinton Derril Mensell, d. 7 yanvar 1963, Koventri, İngiltərə) — vokalist və Pop Will Eat Itself qrupunun gitaraçısı olmuş Britaniyalı musiqiçi və bəstəkar. Darren Aronofski və Dankana Consun filmlərinin musiqi müəllifi. == Karyera == Mensell yaradıcılıq fəaliyyətinə Britaniya qrupu Pop Will Eat Itselfin solisti kimi başlamışdır. O həmçinin Nine Inch Nails qrupunun dəvəti ilə The Fragile albomunun yazılmasında iştirak edir. 1996-cı ildə Pop Will Eat Itself qrupunun dağılmasından sonra öz dostu, o vaxt elə də tanınmayan rejissor Darren Aronofskinin debüt filmi olan Pi üçün musiqi yazmaq təklifini alır. Filmin müvəffəqiyyətinə baxmayaraq, Mensellin musiqisi filmin izləyiciləri və film tənqidçiləri tərəfindən arxa planda qaldı. Darren Aronofskinin ikinci filmi Requiem for a dream üçün də musiqi işi Mensellə həvalə edildi. Həmçinin Mensell pilotlardan bəhs edən serial C.S.I.: Cinayət yeri Nyu-York və Dankana Consun debüt filmi olan Ay 2112 filmi üçün də musiqilər yazmışdır.
Kostas Mendilor
Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ing. Constantinos "Costas" Theodosopoulos; yun. Κωνσταντίνος "Κώστας" Θεοδοσόπουλος; 3 sentyabr 1965, Melburn) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Polis bölməsi dramında Kenni roluna və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır. == Həyatı == Mendilor Melburnda Peloponnesdən yunan imminqrantlarının oğlu olaraq dünyaya gəlmişdir. Kostasın atası – taksi sürücüsü olan Yannis Feodosopulos Tripolisdə anadan olub. Kostasın anası Luiz (qızlıq soyadı ilə Mendilaris) Kalamatalıdır. Öz soyadı çox uzun olduğundan anasının qızlıq soyadını özləşdirərək götürmüşdür. O, Sent-Kildada və Cənubi Melburnda böyüyüb. Mendilor ABŞ-yə, aktyorluq dərsi aldığı yerə 1987-ci ildə köçüb.
Kostas Mendilorun filmoqrafiyası
Kostas Mendilor (Konstantinos "Kostas" Feodosopulos, ing. Constantinos "Costas" Theodosopoulos; yun. Κωνσταντίνος "Κώστας" Θεοδοσόπουλος; d. 3 sentyabr 1965) — yunan-avstraliya əsilli aktyor. O, ən çox Taxta çəpərlər dramına və "Mişar" film seriyasında Mark Hoffman roluna görə tanınır. Mendilorun ilk əsas rolu 1989-cu ildə Auşvitz həbs düşərgəsində çəkilən Zəfər ruhu filmində avropalı yəhudi Avram Arux roludur. O, rejissor Oliver Stoun ilə görüşmək üçün Los-Ancelesə qayıtdı və müəyyən danışıqlardan sonra 1991-ci ildə çəkilən Dorz filmində italyan rolunu qəbul etdi. Mendilor Qanqsterlər filmində amerikan mafiyası bossu Frenk Kostello rolu ilə baş rolda oynamışdır. Özünü bu rola zehni olaraq hazırlayırdı. Los Angeles Times qəzetinə demişdir: 1992-ci ildə o, CBS-də yayımlanan televiziya dramı "Taxta çəpərlər"də dram 1996-cı ildə bitənə qədər zabit Kenni Lakos rolunu aparmışdır.
Layihə menecmenti
Layihə – müəyyən vaxt ərzində, tələb olunan büdcə daxilində gözlənilən nəticəyə çatmaq üçün həyata keçirilən işlərdir. Layihənin gündəlik işlərdən fərqi onun konkret müddətlə bağlı olmasıdır. Layihənin həyata keçirilməsi üçün maliyyə resurslarından (büdcə) başqa, digər resurslar da müəyyən edilir. Bunlara insan resursları, fiziki və informasiya rersursları aiddir. Xüsusi şərtlərlə, vaxt məhdudiyyəti, qiymət, keyfiyyət, fəaliyyət növü və digər məqsədlərlə xarakterizə olunan nadir işlər çoxluğu Layihə adlarıir. == Layihənin əlamətləri == Dəyişkənlik əlaməti; vaxt məhdudiyyəti əlaməti; büdcə əlaməti; ehtiyatlar əlaməti; təkrarolunmazlıq əlaməti; yenilik əlaməti; bütövlük, tamlıq əlaməti; hüquqi təminat əlamətləri təşkilat əlamətləri məhdudiyyətçilik əlamətləri; === Dəyişkənlik əlaməti === Layihələrdə bu əlamət əsas xassələrdən biri kimi qiymətləndirilir. Əgər layihədə bu əlamət hiss olunarsa, onda layihə "yaşayır". İlk növbədə, yəni layihənin start dövründə, onun bütün elementləri passiv vəziyyətdə olurlar. Vaxt keçdikcə layihədəki işlər (elementlər) yerinə yetirilir. Bu zaman işlər passiv vəziyyətdən aktiv vəziyyətə keçir.
Le-Menil-Obri
Le-Menil-Obri (fr. Le Mesnil-Aubry) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 920 nəfər (2005). Bələdiyyə Paris şəhərinin təxminən 22 km şimalda, Serji belediyyənin 25 km şərqdə yerləşir.
Liu Menq
Liu Menq (v. 272) — Kubeyin böyük oğlu idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Üsyana qərar versə də həbs edilərək edam edildi.
Liza menada
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Men ştatındakı dik atılan fransız sindromu
Men ştatındakı dik atılan fransız sindromu (ing. Jumping Frenchmen of Maine) - 1878-ci ildə amerikalı nevropatoloq Georq Börd tərəfindən aşkarlanmış müəmmalı xəstəlik. Nevropatoloq müşahidə edib ki, Men ştatında meşələrdə ağac qıran və odun tədarükü görən kanadalı fransızlar belə xəstəliyin daşıyıcılarıdır. Onlar Men ştatının şimalındakı Mushed gölünün yanındakı meşələrdə çalışırdılar. Yekəpər, cüssəli kanadalılar qəflətən yerlərində dik atılır və bərk qorxmuş adamlar kimi qışqırırdılar. Həkimlər hesab edirlər ki, indi də yüzlərlə adamın mübtəla olduğu bu xəstəlik ifrat qorxu refleksi ilə bağlıdır. Üstəlik, xəstəlik yalnız kanadalılar arasında müşahidə olunub. Xəstələrdən bəzilərində eşidilən söz və ifadələrin avtomatik təkrarı olan exolalliya sindromu da var. Amerikalı psixiatrların fikrincə, xəstəlik Turett sindromunun xüsusi forması ilə bağlıdır. Bu sindrom xəstələrində mərkəzi əsəb sistemində ciddi fəsadlar müşahidə olunur.

Digər lüğətlərdə