Şeyx Mənsur
Şeyx Mənsur (çeç. Мансур; iyun 1762 – 13 aprel 1794, Şlisselburq[d], Sankt-Peterburq quberniyası[d]) — XVIII əsrin sonunda Qafqaz qaçaqlarının hərbi, dini və siyasi lideri; müridizmin yayıcısı.Sovet tarixşünaslığında o, ilk Qafqaz inqilabçısı kimi tanınır .
== Həyatı ==
Qafqazda müridizmin ilk yayıcısı 1760-ci ildə Çeçenistanda doğulmuş Şeyx Mənsur olmuşdur. O, istilaçılara qarşı cihad elan etmiş, on minlik qoşun yaradaraq 1783-cü ildə rusları Terek nəhri ətrafında məğlubiyyətə uğratmışdı. 1786-cı ildə Kabarda bölgəsinin bir hissəsini işğaldan qurtarmış, çərkəzləri də düşmənlər əleyhinə qaldırmağa müvəffəq olmuşdu.
XVIII əsrin sonlarında Mənsur öz təlimini çeçenlər arasında təbliğ etməyə, onları Rusiyaya qarşı yönəltməyə başladı. Mənsurun müasirləri qeyd edirdi ki, onu digərlərindən daha çox dəstəkləyənlər çeçenlər olmuşdur , bu, yəqin ki, Şeyx Mənsurun çeçenlərlə birgə olduğu müddətdə onlara verdiyi dəstəklə bağlı idi. Çərkəzlərin torpaqlarına köçdükdən sonra onun əsas silahdaşları çərkəzlər olmuşdur.
Mənsur Çeçenistanda fəaliyyətə başlayanda (Benniqsenin fikrincə, o, 1784-cü ildə özünü imam elan etmiş, 1785-ci ildə fəal təbliğata başlamışdır) Türkiyə Krımın qaytarılması üçün Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşırdı.
Tədqiqatçı Benniqsen hesab edir ki, Mənsur Çeçenistanda İslamı təbliğ etməyə başlayanda formal olaraq, İslamı qəbul etmiş, lakin bütpərəstlik inanclarını qoruyub saxlayan sadə dağlılardan fərqli olaraq,çeçen aristokratiyasının əksər hissəsi artıq İslamı qəbul etmişdi .