Nigar Bahadırqızı
Məmmədova Nigar Bahadır qızı (Nigar Bahadırqızı; 23 aprel 1988, Bakı) — Azərbaycan aktrisası.
== Həyatı ==
Nigar Məmmədova 1988-ci il aprelin 23-ü Bakı şəhərində anadan olub. 2005-ci ildə məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsinə daxil olub. Universiteti 2009-cu ildə bitirib. 2007-ci il sentyabr ayının 2-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası olaraq çalışıb. 2013-cü ildə teatr sənəti sahəsində əldə etdiyi uğurlarına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi "Gənclər mükafatı"na layiq görülüb. 2015-ci ildə həmin teatrdan öz istəyi ilə ayrılıb. Türkiyə vətəndaşı Ersel Aktar ilə ailə həyatı qurub (2015).
İstanbulda yaşayır.
== Əsas rolları ==
Orxan — ("İncəbel qarı", R. Tohidoğlu)
Bala siçan — ("Çəkməli pişik", Ş. Perro)
Keçi — ("Pişiyin evi", S. Marşak)
Rəqqasə, müğənni, Tıq-tıq xanım — ("Tıq-tıq xanım", A. Şaiq)
Ərəb şahzadəsi — ("Zoluşka", Ş. Perro)
Susanna – ("Aydın", C. Cabbarlı)
Mari – ("Şelkunçik", E. T. A. Hofman)
Pərzad – ("Hekayəti xırs quldurbasan", M. F. Axundzadə)
Xəlil – ("İfritin kələyi", Y. Şvarts)
Gözəl qız – ("Ələddinin sehrli çırağı", ərəb xalq nağılı)
Şardot – ("Oliver Tvistin macəraları", Ç. Dikkens)
Səidə – ("Mənim ağ göyərçinim", T. Vəliyeva)
Lalə – ("Mən səni sevirəm – MSS", Ə. Əmirli)
Fəridənin dublyoru – ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev)
Ofeliya – ("Buzovna kəndinin əhvalatları", Elçin)
Şərəfnisə – ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundzadə)
Büllur, qaravaş – ("Şahzadə Xəzərin nağılı", K. Ağabalayev, N. Kazımov)
B – ("Mən gəldim, qızlar", L. Nuren)
Qorlin Kelleqer – ("Yalqız Qərb", M. Makdonax)
Benina — "Müharibə"
== Filmoqrafiya ==
Xoca (film, 2012) – Günel
Ağabəyovlar (film, 2012-2014)
Tək olanda qorxma...