NOVRUZ

f. «təzə gün» əsasən martın 21-i və ya 22-nə təsadüf edən yeni il bayramı; bahar bayramı.

NOVRƏSTƏ
NOVRUZİYYƏ
OBASTAN VİKİ
Novruz
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Novruz (ad)
Novruz — Azərbaycan kişi adı və təxəllüs. Novruz Rizayev — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı. Novruz ağa Oyrot — Elxanlı sərkərdəsi. Novruz Qartal — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Novruz Axundov — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağayev — biblioqraf, tədqiqatçı, şair. Bu təxəllüsü olan tanınmış şəxslər Cabir Novruz — Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi.
Novruz Allahverdi
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır.
Novruz Allahverdiyev
Allahverdiyev Novruz Muxtar oğlu (Novruz Allahverdi) — texnika elmləri namizədi; kompüter mühəndisliyi üzrə fəlsəfə doktoru, professor, KTO Karatay Universiteti (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürü. Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyaya gəlmişdir. 1955-1963-cü illərdə Qaradağlı 8 illik məktəbində oxumuş, 1966-cı ildə Ağdam 1 nömrəli orta məktəbi gümüş medalla bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) "Riyazi-həlledici cihazlar və qurğular" (kompüter mühəndisliyi ixtisası) üzrə ali təhsil almış (1966-1971), işləmək üçün institutda saxlanılmışdır. 1976-1979-cu illərdə Moskva Energetika İnstitutunun aspiranturasında oxumuş, "Siqnalların rəqəm işləməsi problemləri üçün çoxmikropressorlu hesablama sisteminin layihələndirilməsi və analizi" mövzusunda dissertasiya müdafiə edərək (1979) texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bundan sonra Azərbaycan Politexnik İnstitutunun hesablama texnikası kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. Türkiyənin Səlcuq Universitetində dosent (1992-2000), professor (2000-2015) işləmişdir. Hazırda KTO Karatay Universitetində (Konya) Kompüter mühəndisliyi kafedrasının müdürüdür. Novruz Allahverdi 10 kitabın və beynəlxalq miqyasda yüksək səviyyəli elmi jurnallarda (əsasən SCI sistemində olan) yayınlanmış bir çox məqalənin müəllifidir. Onun ümumilikdə 200-ə yaxın elmi məqaləsi yayınlanmışdır.
Novruz Aslanov
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Novruz Axundov
Novruz Ağa oğlu Axundov (9 may 1938, Naxçıvan) — Azərbaycan aktyoru və rejissoru. Novruz Ağa oğlu Axundov 1938-ci il may ayının 29-da Naxçıvanda doğulub. Anası Qərbi Azərbaycanın Dərələyəz mahalından, atası Şərurdandır. Uşaq ikən ailəsi Bakıya köçüb. Ailə əvvəl Kürdəxanı, sonra Pirşağıda yaşayıb. Novruz Axundov 1955-ci ildə Kürdəxanı orta məktəbini bitirib. 1962-ci ildə İncəsənət İnstitutunun "Kino və dram aktyorluğu" fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun tələbəsi olub. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib. Novruz Axundov "Əhməd haradadır" filmində "Uzunduraz Oqtay" rolunu oynayıb.
Novruz Azərbaycanda
Azərbaycanda Novruz bayramı və ya Azərbaycan Milli Yeni İli — Azərbaycanda baharın və Yeni ilin gəlişinin qeyd edilməsi. Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Ədəbiyyatşünas Əzizə Cəfərzadə "Xıdır Nəbi" bayramı haqqında yazırdı: Tədqiqatçı "Unudulmuş əziz günlərimizdən" adlı məqaləsində bu bayramı xüsusi araşdırır, mahiyyəti, mənası haqqında ətraflı məlumat verirdi. Novruz bayramı ərəfəsində qeyd edilən çillə çıxarma bayramı haqqında isə yazırdı: Əzizə Cəfərzadə çillə çıxarmaq bayramının ağrılı-acılı Kiçik çilləyə vida, baharın gəlməsinə, Novruzun yaxınlaşmasına sevinc bayramı olduğunu vurğulayırdı. Bu bayramın daha çox qadınlar arasında və hansısa bir işinin düzəlməsini əhd edənlərin keçirdiyini bildirirdi: XX əsrin 1920-ci illərinə qədər Azərbaycanda Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi.
Novruz Ağayev
Ağayev Novruz Ağagül oğlu (1870 (Bakı)—1948 (Bakı)) — biblioqraf, araşdırmaçı, şair N.Ağayev şəxsi mütaliə yolu ilə fars dilini, Yaxın və Orta Şərq xalqlarının tarixi və ədəbiyyatını yaxşı öyrənmişdir. Xüsusilə Məhəmməd Füzuli, Ömər Xəyyam, Əlişir Nəvai kimi klassikləri gözəl bilirdi. O, Bakıdakı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ilə təmasda olmuş, bu məclisin ən görkəmli iştirakçılarından olan Mirzə Abdülxalıq Cənnəti ilə dostluq etmişdir. XX əsrdə Azərbaycan bibliofil və biblioqrafları arasında bir kitab aşiqi kimi tanınan Novruz Ağayev Bakının Saray kəndində doğulmuşdur. Doqquz yaşında olanda ailələri Bakı şəhərinə köçür, o burada bir neçə il mollaxanada oxuyur; ailə vəziyyətlərinin ağırlığına görə gənc Novruz təhsilini yarımçıq qoymalı olur. Bir müddət baqqal, sonra daşyonan şagirdi işləyir. 1905-ci ildən Bakıda, Rusiya şəhərlərində ticarətlə məşğul olur. 1917-1920-ci illər arasında "Musavat" partiyasının üzvü olub siyasi fəaliyyət göstərir. Sovet hakimiyyəti illərində təsərrüfat idarələrində işləmişdir. Hələ cavan vaxtlarından kitab, qəzet, jurnal, əlyazma toplamağa və onları öyrənməyə böyük həvəsi olmuşdur.
Novruz Bayramı
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez) — Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.
Novruz Cəfərov
Novruz Adil oğlu Cəfərov (d. 13 mart 1953) — Azərbaycan aktyoru. Azərbaycanın əməkdar artisti (2013), Ağdam Dövlət Dram Teatrının baş rejissoru (2017-ci ildən). Novruz Cəfərov 13 mart 1953-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olmuşdur. 1970-ci ildə Könüllü kənd orta məktəbini bitirib. 1971-ci ildə Azərbaycan Dİ institutunun “dram-kino aktyor”- u fakültəsinə qəbul olub. Professorlar; M.Məmmədov, F.Sultanov, Ə.Quliyev və xalq artisti aktyor H.Salayevdən dərs almışdır. 1975-ci ildə Azərbaycan Dİ institutunu bitirib; Şəki DD teatrına təyinat almışdır. 1975- ci ildən -1997-ci ilə qədər, tam 21 il Şəki DD teatrında aktyor işləmişdir. 1997- ci ildən aktyor kimi Gəncə DD teatrında çalışır.
Novruz Gəncəli
Novruz Gəncəli (azərb. Novruz Sadıqov İsmayıl oğlu‎; 12 sentyabr 1921, Maştağa, Bakı qəzası – 19 oktyabr 1995, Bakı) — Azərbaycan sovet yazıçısı. Novruz Gəncəli 12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Sadıqovun himayəsində yaşamışdır. Qardaşı Qulamhüseyn Sadıqov və anası H.Z. Tağıyev adına Toxuculuq fabrikində işə düzəlmiş, Novruz Gəncəli isə həmin fabrikin nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil almışdır. Bir müddət sonra Qulamhüseyn Sadıqovun təcrübəsi nəzərə alınaraq Gəncədəki fabrikə gönədrilir. O, orada baş mühəndis vəzifəsini icra edir. Beləliklə, Sadıqovlar ailəsi 1929-cu ildə Gəncəyə köçür. Novruz Gəncəli Gəncə şəhər 3 saylı beynəlmiləl orta məktəbində təhsilini davam etdirir. Lakin 1938-ci ildə qardaşı Qulamhüseyn Sadıqov vəfat edir və ailənin bütün qayğıları Novruz Gəncəlinin üzərinə düşür.
Novruz Haxverdiyev
Novruz Əli oğlu Haxverdiyev (25 mart 1996; Alunitdağ, Daşkəsən rayonu, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Novruz Haxverdiyev 25 mart 1996-cı ildə Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində Əli Haxverdiyevin dörduşaqlı ailəsində anadan olmuşdur. 2002-2013-cü illərdə Daşkəsən rayon Alunitdağ qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi. Novruz Haxverdiyev 2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Novruz Haxverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Novruz Haxverdiyev 2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Novruz Həmzəyev
Novruz Bəkir oğlu Həmzəyev (21 mart 1992; İsmayıllı, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Novruz Həmzəyev 1992-ci il martın 21-də İsmayıllı şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Novruz Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz Həmzəyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Novruz Həmzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Novruz Həsənov
Novruz Cumalı oğlu Həsənov (20 fevral 1996, Gədəbəy – 9 noyabr 2020) - Şəhid (2020) Həsənov Novruz Cumalı oğlu 20 fevral 1996-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 2002-2013-cü illərdə Milli Qəhrəman İlham Əliyev adina 1 sayli Gədəbəy şəhər tam orta məktəbində təhsil almışdir. Həsənov Novruz 6 yaşindan etibaran cüdo va sərbəst güləş idman növləri ilə məşğul olmuşdur. Bir çox yarişlarda qalib gəldiyi üçün 15-dən çox medal, diplom və fəxri fərmanları vardır . 23 sentyabr 2013-cü ildə Bakı Dövlət Iqtisadiyyat və Humanitar kollecinin "Bank işi" ixtisasina daxil olub. 25 iyun 2018-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar kollecində təhsilini başa vurmuşdur. 2014-2016-ci illərdə Azərbaycan Respublikasinin Mingəçevir şəhərində N sayli hərbi hissədə "Minaatan" batareyasinda həqiqi hərbi xidmətdə olmuşdur. 27 sentyabr 2020- ci ildə başlayan ikinci vətən müharibəsinə könüllü gedən Novruz qəhərmanlıqlar göstərir, əlbəyaxa döyüşlərdə 6 ermənini məhv edib, lakin ayağından və kürəyindən yaralanıb. Müharibənin qurtarmasına 2 gün qalmış şəhidlik zirvəsinə ucalır.
Novruz Məmmədov
Novruz İsmayıl oğlu Məmmədov (15 mart 1947, Şıxmahmud, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının 9-cu baş naziri (2018–2019), ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi (2017–2018), Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini (2012–2017), Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri (1997 – 1 iyun 2017) və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri (1 iyun 2017 – 21 aprel 2018). Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib. Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı və nəvələri var. Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993–1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir. 12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olmuşdur.
Novruz Novruzlu
Novruz Novruzlu (12 may 1960, Ordubad – 20 noyabr 2018, Bakı) — müğənni, aktyor, Savalan qrupunun bədii rəhbəri və Akademik Opera və Balet Teatrının solisti. Novruz Novruzlu 12 may 1960-cı ildə Ordubad şəhərində anadan olub. 5 yaşında ikən atasını itirib. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. Oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib. Universiteti bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib. Ömrünün sonunadək Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Novruz Novruzov
Novruzov Novruz Nəcəf oğlu (2 may 1954, Lerik rayonu) — Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı. Novruz Novruzov 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1971-ci ildə Lerik rayonundakı Səməd Vurğun adına Kolxozda kolxozçu kimi başlamışdır. 1971-ci ildən kolxozçu, fəhlə, Lerik rayonu Züvüc kənd orta məktəbində pioner baş dəstə rəhbəri, 1974–1976-cı illərdə isə hərbi xidmətdə olmuşdur. 1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən LKGİ Lerik Rayon Komitəsinin ikinci katibi, 1982-ci ildən Lerik Rayon Partiya Komitəsində təlimatçı, 1983-cü ildən LKGİ Lerik Rayon Komitəsinin birinci katibi, 1985-ci ildən Lerik Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1987–1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. Bir neçə çağırış rayon XD Sovetinin deputatı seçilmişdir. 1995–2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007–2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.
Novruz Qartal
Novruz Yaqub oğlu Əliyev (3 mart 1947, Bakı – 8 yanvar 2022, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb. 1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.
Novruz Quliyev
Novruz Quliyev (22 mart 1952, Əmirvarlı, Cəbrayıl rayonu) — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini (2005–2020), Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı. Biologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001). Novruz Quliyev 1952-ci il martın 22-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. 1977-ci ildə SSRİ EA-nın Biokimya İnstitutunun aspiranturasını bitirib. 1978-ci ildə biologiya elmləri namizədi və 1992-ci ildə biologiya elmləri doktoru alimlik dərəcələrini alıb. 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilb. 1974-cü ildə əmək fəaliyyətinə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda başlayıb. 1981-ci ilin may ayından AMEA-da böyük, aparıcı elmi işçi vəzifələrində çalışmışdır və hal-hazırda Botanika İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir. 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
Novruz Qurbanov
Novruz Qurbanov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. 1975-ci il 2 iyun tarixində Ağstafa rayonunun Göycəli (Yuxarı Göycəli) kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. "N" saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu. Subay idi. Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra "Azərbayvcanın Milli Qəhrəmanı" adı verilmişdir. Ağstafa rayonu Göycəli kəndində dəfn edilmişdir. Göycəli kəndində büstü qoyulmuşdur.
Novruz Rizayev
Novruz Kərim oğlu Rizayev (1883 və ya 1886, Ordubad, Naxçıvan qəzası – 30 iyul 1941) — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Rizayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib. Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq etmişdi. O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Novruz Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir.
Novruz Rzayev
Novruz Kərim oğlu Rizayev (1883 və ya 1886, Ordubad, Naxçıvan qəzası – 30 iyul 1941) — Cənubi Qazaxıstan Vilayət Soveti İcraiyyə Komitəsinin sədr müavini, Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin sədri, Azərbaycan SSR xalq daxili işlər komissarı (22.05.1927 – 10.07.1929), Bakı Şəhər Soveti sədrinin müavini. Novruz Rizayev 1886-cı ildə Azərbaycanın Naxçıvan vilayətinin Ordubad şəhərində qulluqçu ailəsində anadan olub. 1905-ci ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb. 1905-ci ildən inqilabi fəaliyyətə başlayan Novruz Rizayev həmin ilin iyulundan 1917-ci ilin yanvar ayına qədər fasiləsiz olaraq Culfa-Təbriz şose yolunda müxtəlif vəzifələrdə çalışıb, məhz bu dövrdə İran Azərbaycanında baş verən proseslərdə iştirak edib və həm də çar rejiminin təqibləri ilə üzləşib. Novruz Rizayev 1927-ci il mayın 22-dən Azərbaycan SSR Dövlət Siyasi İdarəsinə başçılıq etmişdi. O, 1929-cu ilin oktyabrında Dövlət Siyasi İdarəsinin rəhbərliyindən kənarlaşdırılır. Novruz Rizayevin sonradan partiya-təsərrüfat orqanlarında yenidən yüksək vəzifələrə irəli çəkilməsi təsdiqləyir. 30-cu ilin fevralında Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının razılığı ilə Rizayev Perm şəhərinə getmiş və orada Meşə Sənaye Təsərrüfatının direktoru vəzifəsində işləmişdi. 1931-ci ildə Sverdlovsk şəhərində trest müdiri təyin edilir. 1933-cü ilin fevralında Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi tərəfindən Cənubi Qazaxıstan Vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə göndərilir.
Novruz Səlimov
Novruz bayatıları
Novruz bayatıları— bayatı xalq şerinin əski nümunəsidir. Örnəklərdə Novruz bayramı və onun ənənələri öz əksini tapmışdır. Şərq xalqları klassik musiqisindəki 12 muğam və altı avazatdan əlavə qeydə alınmış 24 şöbədən biri.
Novruz bəy
Novruz bəy (v. 1640) — I Abbas (1588-1629) və I Səfinin (1629-1642) dövründə xidmət etmiş gürcü Tulaşvili tayfasından olan Səfəvi məmuru. O, bir vaxtlar görkəmli Səfəvi-gürcü hərbi və siyasi lideri olan İmamqulu xanın qızı ilə evləndi. 1626-1627-ci illərdə I Abbas Novruz bəyi Qarabağda Cavanşir tayfasına naib, onun bacanağı Davud xan Undiladzeni isə Qarabağa qalabəyi təyin etdi. Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran". Studia Iranica (32). 2003: 272. Maeda, Hirotake. The forced migrations and reorganisation of the regional order in the Caucasus by Safavid Iran: Preconditions and developments described by Fazli Khuzani // Ieda, Osamu; Uyama, Tomohiko (redaktorlar ).
Cəmilə Novruzova
Cəmilə Novruzova (tam adı: Novruzova Cəmilə Həsən qızı; 9 aprel 1930, Naxçıvan – 4 may 2011) — sənətşünas, pedaqoq, sənətşünaslıq doktoru, professor (1990). Cəmilə Novruzova 9 aprel 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 4 may 2011-ci ildə vəfat etmişdir. 1952-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Memarlıq və İncəsənət İnstitutunda baş elmi işçi vəzifələrində çalışır. Azərbaycan heykəltəraşlığının yaranması və inkişafı problemlərinə, görkəmli nümayəndələrinin yaradıcılığına dair elmi əsərlərin müəllifidir. "SSRİ xalqları incəsənət tarixi" əsərinin hazırlanmasında iştirak etmişdir. 1988-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğuldur. 1978-ci ildən Sənətşünaslıq doktoru, 1990-cı ildə professor olub. Sənətşünas Əsəd Quliyev sənətşünas alim haqqında yazırdı: "Professor Cəmilə Novruzovanın elmi fəaliyyət dairəsini XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin yaranması və inkişaf xüsusiyyətləri, heykəltəraşlıq problemləri və tanınmış heykəltəraşların yaradıcılığının araşdırılması əhatə edirdi.
Deh-i Novruz (Xuzistan)
Deh-i Novruz (fars. ده نوروز‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Dərman novruzgülü
Eldar Novruzov
Eldar Novruzov — Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini, Bitki ehtiyatları şöbəsinin müdiri. Biologiya elmləri doktoru, dosent. Amerika Birləşmiş Ştatları Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü. Eldar Novruzov 1942-ci ilin 30 may tarixində Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Orta təhsilini Qarabağlar kənd orta məktəbində almışdır. 1961-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikomunun aqranomluq fakultəsini, 1969-cu ildə Gəncə Dövlət Pedoqoji İnstitutunun (indiki GDU) biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Botanika İnstitutunun əyani aspiranturasına daxil olmuş, 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1987-ci ildə SSRİ Ali Atestasiya Komissiyası Eldar Novruzova “biokimya” ixtisası üzrə baş elmi işçi (dosent) elmi rütbəsini vermişdir. E.Novruzovun 1973-cü ildə aspiranturanı bitirdikdən sonrakı bütün elmi fəaliyyəti Botanika İnstitutu ilə bağlı olmuşdur. Burada o, kiçik elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə kimi yüksəlmiş və hazırda bitki ehtiyatları şöbəsinə rəhbəri, eyni zamanda AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavinidir.
Elvin Novruzov
Elvin Novruzov (tam adı: Elvin Ziyafət oğlu Novruzov; 3 may 2001; Sumqayıt, Azərbaycan — 23 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvin Novruzov 2001-ci il mayın 3-ü Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi.23 oktyabr 2020 ildə qəhrəmancasına Şəhid olmuşdur Elvin Novruzov 2019-cu il iyunun 22-si hərbi xidmətə çağırılmışdır. Xidmətinə Ağcabədidə başlamışdır. Manqa komandiri olmuşdur. 2020-cil sentyabrın 27-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Qubadlının azad edilməsi uğrundan gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Əsgər Novruzov Elvin Ziyafət oğlu ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə" medalı, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Elçin Novruzov
Elçin Qismət oğlu Novruzov (9 avqust 1989, Voronej – 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elçin Novruzov 9 avqust 1989-cu ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. 1996-2005-ci illərdə Masallı rayon Hüseynhacılı kənd tam orta məktəbində təhsil almışdır. 2005-2007-ci illərdə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. Elçin Novruzov 2007-ci ildə Hava Hücumundan Müdafiə qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini Qaradağ rayonunun Şıxov qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə keçmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elçin Novruzovi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elçin Novruzov Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 16 noyabr 2020-ci ildə Masallı rayonunun Hüseynhacılı kəndində dəfn olunmuşdur.
Firuzə Novruzova
Novruzova Firuzə Saleh qızı — Azərbaycanın ilk qadın elektrokimyaçılarından biri. Firuzə Novruzova 1937-ci il iyunun 15-də Bakıda ziyalı ailəsində anadan olub. 1944-1954-cü illərdə Biləcəri qəsəbəsində orta məktəbi bitirdikdən sonra, 1954-1959-cu illərdə indiki Azərbaycan Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsini bitirmişdir. 1959-cu ildən indiki Azərbaycan Milli Elmlər Akademiyası akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ilk əmək fəaliyyətinə başlamışdır. İşlədiyi illər ərzində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrinə qədər yüksəlmişdir. 1970-ci ildə Rusiyada "Elektroliz zamanı tellurun xlorid turşusu məhlulunda katod və anod proseslərinin tədqiqi" mövzusunda kimya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 50-dən artıq elmi əsərin və 10-dan artıq patentin müəllifidir. F.Novruzova 2016-cı il iyulun 1-də dünyasını dəyişmişdir.
Fərahim Novruzov
Fərahim Nadir oğlu Novruzov (d. 1 sentyabr 1996; Səmədabad, Biləsuvar rayonu, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Fərahim Novruzov 1 sentyabr 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. Əsgər Fərahim Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Fərahim Novruzov doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Fərahim Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Fərid Novruzi
Fərid Novruzi (azərb. Fərid Əlibəy oğlu Novruzi‎) — "Novco" şirkətlər qrupunun rəhbəri, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti və səyyah-alpinist. Fərid Əlibəy oğlu Novruzi 24 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. O, məşhur arxitektor, Azərbaycan Respublikasının əməkdar memarı Əlibəy Novruzinin oğludur. Fərid Novruzi 1993-cü ildə 150 saylı məktəbi bitirmişdir. Həmin il Memarlıq və İnşaat Universitetində Memarlıq fakultəsinə qəbul olmuş, 1998-ci ildə isə bakalavr dərəcəsinə yiyələnmişdir. 2000-2002-ci illərdə isə Qərb Universitetində MBA dərəcəsi almışdır. Ailəlidir, yeddi övladı var. Fərid Novruzinin qurucusu olduğu Novco şirkətlər qrupu 1994-cü ildə yaradılmışdır, bu onun memarlıq fəaliyyəti ilə bağlı idi. 1999-cu ildə isə Bakıda ilk mağazasını açmışdır.
Heydər Novruzov
Heydər Novruzov (tam adı:Novruzov Heydər Qulu oğlu; 1902, Təzəkənd, Naxçıvan qəzası – 5 yanvar 1938) — dövlət qulluqçusu, Azərbaycan Xalq Cümhuriyyətinin zabiti Novruzov Heydər Qulu oğlu 1902-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olub. 5 yanvar 1938-ci ildə "Naxçıvan fəalları” adlı gizli əksinqilabi siyasi təşkilatın rəhbəri ittihamı ilə həbs edilərək, “xalq düşməni” kimi güllələnmişdir. Tiflisdə (1924-27), Moskvada (1928-30) və Bakıda (1931-33) təhsil almış, tarixçi və iqtisadçı ixtisaslarına yiyələnmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə zabiti kimi daşnakların Naxçıvan və Qarabağda azərbaycanlılara qarşı soyqırımın dəf olunmasında iştirak etmiş, sonralar Abbasqulu Şadlinskinin rəhbərlik etdiyi “Qırmızı tabor”un sıralarında vuruşmuşdur. Azərbaycan. K(b)P Naxçıvan Vilayət Komitəsi təşkilat (1927-28) və aqrar (1929-30) şöbələrinin müavini, Noraşen (indiki Şərur) və Naxçıvan (indiki Babək) rayon partiya komitələrinin katibi, Masallı rayon İcraiyyə Komitəsinin sədri olmuşdur (1933-36). 1937-ci ildən Bakı şəhər Sovet sədrinin müavini idi. Naxçıvan Ensiklopediyası. Bakı. 2002.
Kərim Novruzov
Ağakərim (tam adı: Kərim Novruzov; 1 may 1964, Maştağa, Bakı, Azərbaycan SSR) — Azərbaycan meyxanaçısı. 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır. Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb. 2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür. Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.
Kərim bəy Novruzov
Kərim bəy Mirzə Baba bəy oğlu Novruzov (1838-?) — Rusiya İmperator Ordusunun zabiti, Rusiya-Osmanlı müharibəsinin qəhrəmanı, polkovnik. Kərim bəy Mirzə Baba bəy oğlu 1838-ci ildə Yelizavetpol qəzasının Qovlar kəndində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu. 1854-cü ildə vəkil kimi Zaqafqaziya atlı alayında hərbi xidmətə başlamışdı. 3 iyun 1856-cı ildə fərqləndiyinə görə praporşik rütbəsinə layiq görülmüşdü. 28 oktyabr 1878-ci ildə podpolkovnik, 24 dekabr 1886-cı ildə polkovnik rütbəsi almışdı. 1914-cü il sentyabrın 17-də Müqəddəs Georgi ordeninin o zamanlar sağ qalmış ən qocaman daşıyıcısı polkovnik Kərim bəy Novruzov Rusiya İmperatorunun saray qrenaderlar potasının (Rusiya imperatorları yanında fəxri keşikçi (qarovul) xidmətini daşıyan xüsusi hərbi hissə) komandiri vəzifəsinə təyin olunmuşdu[1]. Kərim bəy mayor rütbəsində 31 iyul 1877-ci ildə 3-cü dərəcəli "Müqəddəs Georgi", Osmanlı müharibəsində 17 may 1877-ci ildə, Bəyli Əhməd ətrafında 2 silah və Musa Kunduxovun nişanını almışdı. 3 aprel 1878-ci ildə, Osmanlı savaşında Alacin civarında fərqləndiyi üçün "igidliyə görə" yazılı qızıl qılıncla təltif olunmuşdu.
Manaf Novruzov
Manaf Novruzov (tam adı: Manaf Əbdülrəhim oğlu Novruzov; 26 dekabr 1926, Naxçıvan) — həkim-terapevt, Tibb elmləri doktoru, professor. Novruzov Manaf Əbdülrəhim oğlu 26 dekabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitunun tarix fakültəsini bitirmişdir. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir. 1962-ci ildə SSRİ Elmlər Akademiyası Vərəm Xəstəlikləri İnstitunun aspiranturasını bitirmişdir. Tibb elmləri doktoru (1970), prof.(1975).150-dən çox elmi əsərin, vərəmlə mübarizəyə dair yaddaş kitabçalarının, elmi-kütləvi filmin ssenari müəllifidir. Noraşen (indiki Şərur) rayonun mərkəzi xəstəxanasının baş həkimi (1955–58), Bakı şəhər 4saylı vərəm xəstəxanası baş həkiminin müavini və şöbə müdiri (1958–59), Azərbaycan Elmi-Tədqiqat Vərəm xəstəlikləri İnstitutunda baş elmi işçi (1963–68), təşkilat şöbəsinin müdiri (1970–81), elmi işlər üzrə direktor müavini (1981–95) işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş ftizio-pulmonoloqu, respublika ftiziatr və pulmonoloq həkimləri assosiasiyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasında vərəm xəstəlikləri üzrə milli əlaqələndiricisi olub. Naxçıvan Ensiklopediyası. Bakı.
Mirvari Novruzova
Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949). Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb. 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib. İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.
Mirvarid Novruzova
Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949). Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb. 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib. İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.
Mirzə Hacı bəy Novruzov
Mirzə Hacı bəy Əli bəy oğlu Novruzov (20 iyul 1832, Qovlar – 14 fevral 1902) — Rusiya İmperator Ordusunun zabiti, general-leytenant. Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanan "Əlahiddə Qafqaz Hərbi Dairəsinin generallara və zabitlərə məxsus 1894-cü və 1899-cu illərin sənədləri"ndə general-leytenant Mirzə Hacı bəyin 1832-ci ildə anadan olduğu göstərilir. Zadəgan nəslindən olduğuna görə o, Peterburqdakı Paj hərbi korpusunda təhsil almışdır. 1849-cu il iyunun iyirmi dördündə ilk zabit rütbəsilə təltif olunub. Sənədlərdə göstərilir ki, Mirzə Hacı bəy 1862-ci il, avqustun iyirmi altısında on altıncı Nijeqorod draqun alayına divizion komandiri təyin olunub. 1875-ci il, noyabrın iyirmi beşinədək yenə də polkovnik rütbəsində 44-cü Nijeqorod draqun alayında şimal ehtiyat eskadronunun süvari komandiri vəzifəsində çalışmışdır. Həmin il xidmət yeri Əlahiddə Qafqaz Hərbi Dairəsinə dəyişdirilən polkovnik Mirzə Hacı bəy Novruzov 43-cü Tver draqun alayının komandiri təyin olunmuşdur. General Mirzə Hacı bəy Novruzov 1849-cu ildə Macarıstanda Viloqoş qalası uğrunda gedən ağır döyüşlərdə və 1877–1878-ci illərdə Rusiya-Türkiyə müharibəsində iştirak etmişdir. Sonuncu müharibədəki əla döyüş xidmətlərinə görə 1878-ci il, dekabrın on üçündə ona general-mayor rütbəsi verilmişdir. Süvari qoşunlarında nümunəvi zabit kimi xidmət edən Mirzə Hacı bəy Novruzova məxsus sənədlərdə göstərilir ki, ona imperiyanın kavaler ordenləri məhz döyüşlərdə göstərdiyi igidliyə görə verilmişdir.
Mirzə Novruzov
Mirzə Səlvər oğlu Novruzov (1984, Bakı – 2 aprel 2016, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Mirzə Novruzov 1984-cü ildə Bakı şəhərində anadan olub. Mirzə Novruzov ailəli idi, iki övladı yadigar qalıb. Baş leytenant Mirzə Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Mirzə Novruzov doğulduğu Bakı şəhərində, II Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Mirzə Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.
Mirzəmət Novruzov
Məmmədəli Novruzov
Məmmədəli Novruzov — Azərbaycanın dilçi alimi, türkoloq, türk dillərinin araşdırıcısı, filologiya elmləri doktoru, professor 1956-cı il mart ayının 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulmuşdur. 1973–1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1981–1984-cü illərdə ADU-nun Türkologiya kafedrasının aspirantı olmuşdur. 1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləmiş, 2006-cı ildən ömrünün sonuna qədər professor vəzifəsini tutmuşdur. 15 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1989-cu ildə "Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı mövzusunda namizədlik, 2003-cü ildə "Kəmiyyət anlayışının dildə ifadəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat aparır. Bakı Dövlət Universiteti. 1985-ci ildən türkologiya kafedrasında çalışır."Türkologiyaya giriş", "Qədim türk dili", "Qədim türk yazılı abidələri", "Türk dillərində kəmiyyət *kateqoriyası", "Türk əlifbaları" fənlərindən mühazirə və seminar dərsləri aparır.
Məşədi Abış bəy Novruzov
Natiq Novruzov
Nemət Novruzov
Nemət Hüseyin oğlu Novruzov - Azərbaycan SSR sovxozlar naziri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri. Nemət Novruzov 1908-ci ildə anadan olmuşdur. Bakı Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Kirovabad Kənd Təsərrüfatı İnstitutunda və Bakı Ali Partiya Məktəbində təhsil almışdır. İş fəaliyyətinə mexanik kimi başlamışdır. Daha sonra mühəndis olara çalışan Nemət Novruzov, 1942-ci ildə Avtomobil Təmiri Zavodunun direktoru olmuşdur. Nemət Novruzov 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur. 1944-1946-cı illərdə Azərbaycan SSR Xalq sovxozlar komissarının birinci müavini işləmişdir. Daha sonra Azərbaycan KP-də şöbə müdiri, Azərbaycan SSR Pambıqçılıq nazirinin müavini olmuşdur. 1952-ci ildə Azərbaycan SSR Dövlət nəzarəti nazirinin birinci müavini təyin olunmuşdur. Nemət Novruzov 1953-1955-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin sədri, 1955-1957-ci illərdə Azərbaycan SSR Sovxozlar naziri vəzifələrində çalışmışdır.
Nizami Novruzov
Nübar Novruzova
Nübar Novruzova (tam adı: Nübar Qulu qızı Novruzova; 8 mart 1958, Naxçıvan) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). Nübar Qulu qızı Novruzova 1958-ci ilin martın 8-də (sənədlə 1 martdır) Naxçıvanda anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil almışdır. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilmişdir. Daim axtarışlar aparan, yorulmadan çalışan aktrisa az vaxt ərzində teatrın aparıcı aktrisası olub, baş rollarda müvəffəqiyyətlə çıxış etmişdir. Aktrisanın əsas rolları bunlardır: "Qonşu qonşu olsa" Ağca — ("Qara qız" S. S. Axundov, A. Şaiq) Xumar — ("Qızaran üfüqlər") Leyla — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli) Qumru — ("Sabah çoxdan başlanır", Rəhman Əlizadə) Nazlı — ("Ərizə", Əli Əmirli) Bala Dovşan — ("Çal oyna", İskəndər Coşğun) Bahar — ("Ana laylası", İskəndər Coşğun) Qadın — ("Unutmağa kimsə yox", Kamal Abdulla) Naza — ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev) Yetər — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov) Şeytan — ("Toxmaq Əhməd", Rauf İçərişəhərli) Naza — ("Ləyaqət", Marat Haqverdiyev) Nargilə — ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev) Jannina — ("Məzəli hadisə", Karlo Qoldoni) Sona xanım — ("Hacı Qara", Mirzə Fətəli Axundov) Böyükxanım — ("Aydın" C. Cabbarlı) Zalxa — ("Hekayəti-xırs quldurbasan" M. F. Axundov) Ana — ("Ələddinin sehrli çırağı" N. Kazımov) Tənbəl qız — ("Göyçək Fatma" Azərbaycan xalq nağılı) Missis Sauberi — ("Oliver Tvistin macəraları" Çarlz Dikkens) Qonşu — ("Viktoriya" Knut Hamsun) Sədəf qarı — ("Əcəl atı" Vaqif Əlixanoğlu) Səkinə — ("Mən səni sevirəm" Əli Əmirli) Dayə — ("Romeo və Cülyetta" U. Şekspir) Xeyransa — ("Buzovna kəndinin əhvalatları" Elçin) Yelena xala– ("Dörd əkizin nağılı" P. Pançev) Markolfa — ("İtalyansayağı xoşbəxtlik" D. Fo, P. Filippo) Ana — ("Ağ ölüm" V. Siqarev) Teatr sənətinin inkişafındakı xidmətlərinə görə o, 1991-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Digər lüğətlərdə