OL

“O” işarə əvəzliyinin klassik dildə işlədilən forması.
Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş; Sən həm özünü göstər, əgər bir hünərin var. Füzuli.
Ol gün ki, sənə xaliq edər lütf bir övlad; Olsun ürəyin şad! M.Ə.Sabir.

OKULİST
OLACAQ
OBASTAN VİKİ
Həbl-ol-mətin
Həbl-ül-mətin və ya Həblülmətin (fars. حبل المتین‎ — "möhkəm kəndir") — ictimai-siyasi həftəlik İran qəzeti. Şah rejiminə qarşı İran inqilabı və ya Məşrutə hərəkatından (1905–1911) əvvəl və sonra Kəlkətə və Tehranda dərc olunmuşdur. == Haqqında == XIX əsrin sonu – XX əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin redaktoru Seyid Cəlaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşani (Seyid Cəlaləddin Kaşaninin qardaşı) redaktorluğu ilə Tehranda davam etdirilmişdir. "Həbl-ül-mətin" XIX əsrin 90-cı illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır. Qəzet adının mənası "möhkəm kəndir" deməkdir. Bu qəzet digər beş — "Nidayi-vətən", "Sübhi-sadiq", "Məclis", "Müsavat", "Suri-İsrafil" — qəzetlə birlikdə xalqın azadlıq düşüncələrinin oyanışında və Konstitusiya tələbi ideyalarının yayılmasında böyük rol oynamışlar.
Əjdər Ol
Əjdər Ol (tam adı: Cəbiyev Əjdər Feyzulla oğlu) — azərbaycanlı şair, publisist, tərcüməçi, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Əjdər Ol — Cəbiyev Əjdər Feyzulla oğlu 1958-ci il avqustun 17-də Azərbaycanın Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. Orta məktəbi Hacıqabulda bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmişdir (1975—1979). 1994—1999-cu illərdə Moskva Dövlət Sosial Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə müəllimliklə başlamışdır. Sonra "İşıq" nəşriyyatında kiçik redaktor (1986—1988), Yazıçıların yaradıcılıq evində direktor müavini (1988—1990), Bədii Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini (1990—1992), Azərbaycan Respublikasının Prezidenti Aparatında Milli məsələlər üzrə məsləhətçi (1992-1994), "Şur" nəşriyyatında baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində protokol və mətbuat xidməti bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Kadr və Hüquq Departamentinin direktoru (2002—2004), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Aparatın rəhbəri (2004—2013) vəzifələrində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəridir. 8 fevral 2021-ci il tarixdə korrupsiya hüquqpozmaları ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmişdir. == Yaradıcılığı == Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. "Dünənim də belə keçdi", "Necə sevməyəsən?!" adlı ilk şeirləri "Azərbaycan" jurnalında (1981, N 9) dərc ediləndən sonra almanax, jurnal və qəzetlərdə müxtəlif ədəbi janrlarda yazdığı əsərləri ilə müntəzəm çıxış edir.
Ol-e-Renod
Ol-e-Renod (fr. Ols-et-Rinhodes, oks. Òls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnö kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12175. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfərin (15–64 yaş arasında) 65-i iqtisadi cəhətdən fəal, 13-ü fəaliyyətsizdir (fəaliyyət göstərici — 83,3%, 1999-cu ildə 66,3%).
Tac-ol-Mülük
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Adam ol! 3
Adam ol! 3 — film rejissor Vaqif Şərifov tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Zeynal (Sərxan Kərəmoğlu) varlı hesab etdiyi bir qadınla — Naibə (Naibə Allahverdiyeva) ilə evlənir. Lakin hər şey onun fikirləşdiyi kimi olmur və Zeynalın başına olmazın əhvalatlar gəlir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Naibə Allahverdiyeva, Gülnar Salmanova, Yaşar Nuri, Arif Quliyev, Səyavuş Aslan və Firəngiz Mütəllimova ifa edirlər. == Məzmun == Zeynal (Sərxan Kərəmoğlu) varlı hesab etdiyi bir qadınla — Naibə (Naibə Allahverdiyeva) ilə evlənir. Lakin hər şey onun fikirləşdiyi kimi olmur və Zeynalın başına olmazın əhvalatlar gəlir.
Adam ol! (film, 2005)
Adam ol! tammetrajlı bədii filmi rejissor Vaqif Şərifov tərəfindən 2005-ci ildə çəkilmişdir. Film SK Prodakşnda istehsal edilmişdir. Leyli xanım (İlhamə Quliyeva) özündən cavan bir şəxslə (Sərxan Kərəmoğlu) nikaha girmək niyyətindədir. Amma həmin şəxs ailəli olduğundan və ilk tanışlıqda bunu gizlətdiyindən, onların sevdası baş tutmur. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, İlhamə Quliyeva,Səyavuş Aslan, Yaşar Nuri və Firəngiz Mütəllimova ifa edirlər. == Məzmun == Leyli xanım (İlhamə Quliyeva) özündən cavan bir şəxslə (Sərxan Kərəmoğlu) nikaha girmək niyyətindədir. Amma həmin şəxs ailəli olduğundan və ilk tanışlıqda bunu gizlətdiyindən, onların sevdası baş tutmur.
Dərdimə şərik ol (roman)
Günəşim ol (serial, 2016)
== Məzmun == Təhsilin önəmindən, erkən nikahların yaratdığı problemlərdən, qadınlara qarşı fiziki və mənəvi zorakılıqlara qarşı mübarizədən, eləcə də gənclərimizin doğma torpaqlara bağlılığından, zəhmətin və elmin birgəliyinin yaratdığı inkişafdan bəhs edən serialda Azərbaycanın regionlarının birində yaşayan gənclərinin həyatı öz əksini tapıb. Serial gənc nəsillə yaşlı nəsil arasında, müasir həyat imkanları ilə mental adət-ənənələr arasında, eləcə də kənd insanı ilə şəhər insanı arasında bir bağ kimidir.
Günəşim ol (teleserial, 2016)
== Məzmun == Təhsilin önəmindən, erkən nikahların yaratdığı problemlərdən, qadınlara qarşı fiziki və mənəvi zorakılıqlara qarşı mübarizədən, eləcə də gənclərimizin doğma torpaqlara bağlılığından, zəhmətin və elmin birgəliyinin yaratdığı inkişafdan bəhs edən serialda Azərbaycanın regionlarının birində yaşayan gənclərinin həyatı öz əksini tapıb. Serial gənc nəsillə yaşlı nəsil arasında, müasir həyat imkanları ilə mental adət-ənənələr arasında, eləcə də kənd insanı ilə şəhər insanı arasında bir bağ kimidir.
Hazır ol (film, 1939)
== Məzmun == Təxribatçı sərhədi gizli yolla keçərkən onu tutub saxlamağa çalışan traktorçunu ağır yaralayır. Həyəcan siqnalı ilə ayağa qaldırılan sərhədçilər axtarışdan və təqiblərdən sonra sərhədi pozanları tuturlar. Yaralanmış traktorçunu isə Bakıya göndərirlər. Burada vaxtında görülən cərrahiyyə əməliyyatı və qan köçürülməsi nəticəsində onun həyatı xilas edilir. Dövlət sərhədinin pozulması ilə bağlı macəralı hadisələr fonunda qanköçürmənin müalicəvi üstünlükləri və donorluq təbliğ olunur. == Film haqqında == Film Azərbaycan Dövlət Qanköçürmə İnstitutunun sifarişi ilə çəkilmişdir. Kinolent ölkəmizdə donorluğun əhəmiyyəti haqqında söhbət açır. Filmdə görkəmli cərrah Fuad Əfəndiyev bu sahədəki elmi təcrübələrini nümayiş etdirir. Kinolentin bir parçası Azərbaycan Dövlət Film Fondunda saxlanılır. Filmin tamamı saxlanılmayıb.
Rədd ol (film, 2017)
Rədd ol və ya Tələ (ing. Get Out) — Cordan Pilin rejissorluq debütü olan və eyni zamanda ssenarisini yazdığı 2017-ci il istehsalı olan Amerika qorxu filmidir.
Adam ol! 2 (film, 2006)
'Adam ol! 2' — tammetrajlı bədii filmi rejissor Sərxan Kərəmoğlu tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Film SK Prodakşnda istehsal edilmişdir. Film Sərxan (Sərxan Kərəmoğlu) adlı prodüserin başına gələn əhvalatlardan danışır. O Vəfa (Vəfa Zeynalova) adlı qızı məşhur müğənni edir, lakin hər şey onun düşündüyü kimi getmir. Vəfa onun əməklərini nəinki qiymətləndirmir, hətta təkzib edir. Xəyanətə uğramış Sərxan şou-biznes həyatını tərk etmək qərarına gəlir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Nüşabə Ələsgərli, Vəfa Zeynalova, Gülşən Qurbanova, Könül Kərimova, Arif Quliyev, Yaşar Nuri və Vüqar Camalzadə ifa edirlər. == Məzmun == Film Sərxan (Sərxan Kərəmoğlu) adlı prodüserin başına gələn əhvalatlardan danışır. O Vəfa (Vəfa Zeynalova) adlı qızı məşhur müğənni edir, lakin hər şey onun düşündüyü kimi getmir.
Adam ol! 3 (film, 2007)
Adam ol! 3 — film rejissor Vaqif Şərifov tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Zeynal (Sərxan Kərəmoğlu) varlı hesab etdiyi bir qadınla — Naibə (Naibə Allahverdiyeva) ilə evlənir. Lakin hər şey onun fikirləşdiyi kimi olmur və Zeynalın başına olmazın əhvalatlar gəlir. Filmdə əsas rolları Sərxan Kərəmoğlu, Naibə Allahverdiyeva, Gülnar Salmanova, Yaşar Nuri, Arif Quliyev, Səyavuş Aslan və Firəngiz Mütəllimova ifa edirlər. == Məzmun == Zeynal (Sərxan Kərəmoğlu) varlı hesab etdiyi bir qadınla — Naibə (Naibə Allahverdiyeva) ilə evlənir. Lakin hər şey onun fikirləşdiyi kimi olmur və Zeynalın başına olmazın əhvalatlar gəlir.
Rusiya döyüş gəmisi, rədd ol!
Rus döyüş gəmisi, sikdir get (rus. Русский военный корабль, иди нахуй, Russki voyenni korabl, idi naxuy) — 2022-ci il fevralın 24-də rus qoşunlarının Ukraynanın İlan adasına hücumundan əvvəl adadakı sərhəd mühafizəçilərinin son sözləri. Özünü döyüş gəmisi kimi təqdim edən rus kreyseri Ukrayna sərhəd mühafizəçilərini təslim olmağa çağırdıqdan sonra aldıqları cavab belə olmuşdur. Adadakı on üç sərhədçi təslim olmaqdan imtina etdikdən sonra, rus əsgərləri 42 hektarlıq adayı əvvəlcə döyüş gəmiləri, daha sonra isə hərbi təyyarələri ilə bombalamışdırlar. Səs yazısı internetdə ajertaj yaratmış və müxtəlif sosial media platformalarında çox sürətlə yayılmış və o vaxtdan bu ifadə həm Ukrayna hərbçiləri, həm də işğala etiraz edən mülki şəxslər tərəfindən mitinqlərdə istifadə edilən şüarlardan birinə çevrilmişdir. Ukrayna prezidenti Vladimir Zelenski İlan adasındakı əsgərlərə ölümlərindən sonra Ukraynanın ən yüksək milli titulu olan Ukrayna Qəhrəmanı adını verəcəyini açıqlamışdır. 28 fevral 2022-ci ildə Ukrayna Hərbi Dəniz Qüvvələri öz Facebook səhifəsində adanın bütün sərhədçilərinin sağ olduqlarını və Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanıldığını bildirmişdir.
Sağ ol, dostum (film, 1980)
== Məzmun == Əbədi mövzu-insan və ev heyvanlarıdır. Filmdə Sadiq adlı itin öz sahibinə sədaqətindən bəhs edilir. == Festivallar və mükafatlar == 1)1980-ci ildə İrəvanda IX Ümumittifaq televziya filmləri festivalı Film ən yaxşı rejissor işinə görə Priz almışdır. == Film haqqında == Kukla filmidir.
Sağ ol, müəllim (film, 1985)
Kurdistan Beit-ol-Moqaddas Corps
Kürdüstan Beytül-Müqəddəs Korpusu Bəsic və İİKK-ın tabeliyində olan hərbi birləşmədir. Onların qərargahı Sənəndəcdə yerləşir və onlar ən böyükdür və Kürdüstan ostanındəki bütün İİKK Korpusu və Bəsic bölmələrinə nəzarət etməkdən məsuldurlar. == Tarix == Bu bölmənin yaranma tarixi 1984-cü ilə gedib çıxır və İran-İraq müharibəsi zamanı 662-ci Qüds Briqadası ilə birlikdə formalaşıb. Bu bölmə Nəsr 1, Kərbəla 1, Kərbəla 4 və Kərbəla 5, Vəl-Fəcr 8, Vəl-Fəcr 9 və Vəl-Fəcr 10 əməliyyatlarında döyüş hissəsi kimi iştirak edib. İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə Bəsic quru qüvvələrinin birləşməsindən sonra əyalət korpusunun formalaşdırılması yaradıldı. Bu bölmənin bir hissəsi olan ən böyük alt birliklər 22-ci Qüds Ordusu, Sənəndəc Ordusu, Saqqez Ordusu, Marivan Ordusu və Baneh Ordusudur ki, onların hamısı etnik kürdlərdir. Hazırda bu bölmənin komandiri briqada generalı Sadegh Hosseinidir. == Fəaliyyətlər == 2019-cu ilin fevral ayında korpusun yoxsulluqdan əziyyət çəkən Kürdüstan əyalətinin xalqına kömək etmək üçün təxminən 6000 layihəsi var idi. Onlar KDP-İ ilə çoxlu toqquşmalarda iştirak ediblər. 1996-cı ildə KDP-İ İrandakı bütün hərbi fəaliyyətini dayandırmağa razı oldu.
Nə geri çəkil, nə də təslim ol
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. == Məzmun == Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Gəncə Şəhidlər Xiyabanında dəfn olunanlar
Gəncə Şəhidlər Xiyabanı — Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların dəfn olunduğu məzarlıq. == Tarixi == Gəncənin 4 saylı qəbiristanlığında yerləşir. 2012-ci ilə qədər Gəncə şəhəri Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda 468 şəhid verib və 367 şəhid burda dəfn olunub. Xiyabanın 1000 kvadratmetrə yaxın ərazisində Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinin hündürlüyü 18 metrdir 2020-ci il əvvəində Şəhidlər Xiyabanında 376 şəhidin, həmçinin 5 nəfər Azərbaycanın Milli Qəhrəmanının (Ənvər Arazov, Elbrus Allahverdiyev, Şahlar Hüseynov, İqor Makeyev, Pərviz Səmədov) və Gəncənin ilk qadın şəhidi Sevda Cabbarovanın məzarları var.
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur
Azərbaycan Turu, Tour d'Azerbaïdjan (tələffüzü: Tur dö Azerbaycan) və ya Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur (ing. Heydar Aliyev Anniversary Tour) — "BVİ Avropa Turu" çərçivəsində hər il may ayında Azərbaycanda keçirilən 2.1 çoxmərhələli velosiped yarışı. İştirakçılar hər gün yarışın yeni bir mərhələsinə start verir. Velotur Azərbaycanın 7 regionunda keçirilir və ölkənin paytaxtı olan Bakı şəhərində sona çatır. Veloturun keçirildiyi digər şəhərlər arasında Oğuz, Mingəçevir, Sumqayıt, Şamaxı, İsmayıllı, Qəbələ və Şəki var. 2018-ci ildə keçiriləcək "Azərbaycan Turu" maliyyə səbəblərindən ləğv edilmişdir. Yarış 2019-cu ildə də keçirilməmişdir. == Turlar == === 2012-ci il turu === 2012-ci il Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq velotur 2012-ci ilin may ayının 9-dan 13-nə qədər keçirilmişdir. Bu, ilk "Azərbaycan Turu" olmuşdur. Velotur 2011-ci ildə keçirilmiş "Big Caucasus" (azərb.
Həmişə səninlə olan bayram
Ernest Heminqueyin 1950-ci illərdə qələmə almış olduğu "Həmişə səninlə olan bayram" avtobioqrafik əsəri onun Paris həyatından, dövrünün görkəmli adamları ilə görüşlərindən, Parisin füsünkar gözəlliyindən bəhs edir. Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbiri kimi 1921-ci ildə Parisə gələrək 1926-cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezra Paundla tanış olur və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir. 1956-cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür. Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilə geri alırsan.
Inula oligocephala
Inula oligocephala (lat. Inula oligocephala) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Jurinea olgae
Jurinea olgae (lat. Jurinea olgae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
KXDR 2018 Qış Olimpiya Oyunlarında
Koreya Xalq Demokratik Respublikası 2018 Qış Olimpiya Oyunlarında 2 idman növündə 10 idmançı ilə təmsil olunacaqdır. Amma 17 yanvar tarixində Cənubi Koreya və Şimali Koreya Hokkey komandasının vahid bayraq altında çıxış etməsi barədə razılığa gəlirlər. 20 yanvar tarixində isə olimpiya oyunlarında iştirak etməklə bağlı Şimali Koreya razılığa gəlir. Bundan sonra ölkə 22 idmançı, 24 nümayəndə heyəti və 21 jurnalistlə olimpiya oyunlarına qatılır. 12 idmançı isə Koreya Milli Komandasının heyətində oyunlara qatılacaq. Cənubi Koreyada Olimpiya oyunları başlayan ərəfədə Çimali Koreyanın paytaxtında milli ordunun yaradılması münasibətilə mitinq keçirilmişdir == Millinin tərkibi == ==== Fiqurlu konkisürmə ==== Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Bunun nəticəsi olaraq KXDR bir lisenziya əldə edə bilmişdir. Bu lisenziya əldə olunmasına baxmayaraq cütlük registrasiyaya gecikmişdir. Bununla belə iki ölkə arasında olan razılığa əsasən cütlük üçün əlavə kvota yeri açılmışdır. ==== Şort-trek ==== Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir.
KYRM 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
KYRM — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. KYRM Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 2 idman növündə təmsil olundu.
Kamandar Olimpiya çempionudur (film, 1989)
Kayman adaları 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Kayman adaları — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Kayman adaları Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 1 idmançı ilə 1 idman növündə təmsil olundu.
Kaş ki, olmasaydı (film, 2007)
Kaş ki, olmasaydı — 24 TV-də nəşr olunan və prodüserliyini Okan Bacaranın etdiyi, yaxın tarixə bağlı hadisələri dərininə araşdıran sənədli fim. 2007-ci ildə nəşr həyatına başlayan və Türk yaxın tarixini maraqlandıran mövzuları sənədliləşdirən istehsal, bu günə qədər çox sayda avtobioqrafiya sənədlisinə imzalaymış ancaq Əhməd Qaya, Cahar Dudayev, Uğur şamçı, Yılmaz cənub, Kamal Sunal, Adnan Menderes, Cem cüyür, Barış manço, Sadri vərdişkar, Səidi nursi, Ruhi su, Turqut özal, Muhsin Yazıcıoğlu, Rəcəb Yazıcıoğlu, Dəniz Gəzmiş, Qazıntım Qoyunçu kimi avtobiyografiya sənədlilərinin yanında 12 Sentyabr Zərbəsi, 21 Fevral böhranı, Diyarbakır həbsxana, Sivas Qırğını, 17 Avqust zəlzələsi, Maraş qırğını, qürbətçilər, Srebrenitsa, Nurhak, 24 Yanvar Qərarları, 28 Fevral kimi sənədlilər ilə tanınar olmuşdur. Sənədli filmin Fantastikası Mustafa İldırım, Köməkçi Rejissorluğu İpək İltaş Gümüş və Fərhad Cüyür Tərəfindən Edilməkdədir. == Film haqqında == Sənədli proqram Radio Televiziya Jurnalistləri Dərnəyi tərəfindən hər il verilən Media Oscar Mükafatlarında, 2007-e 2009 illərində İlin sənədli mükafatını qazanmışdır. 2008-ci ildə Avropa Jurnalistlər Dərnəyi, Müasir Jurnalistlər Dərnəyi Ən Yaxşı Sənədli mükafatını almışdır. 2008-ci ildə Böyük Anadolu Birliyi tərəfindən ən yaxşı sənədli mükafatını almağa haqq qazanmışdır.
Kaş ki mən dəniz olaydım
Kaş ki, mən dəniz olaydım — 1998-ci il RAST qrupunun Rast Dünyası albomundan olan mahnı. Mahnının musiqisi Rəşad Haşımova aiddir. == Klip == Mahnının videosu Bakıda lentə alınıb. Videoda Bəhram Bağırzadə çəkilib.
Kaş ki mən dəniz olaydım (mahnı)
Kaş ki, mən dəniz olaydım — 1998-ci il RAST qrupunun Rast Dünyası albomundan olan mahnı. Mahnının musiqisi Rəşad Haşımova aiddir. == Klip == Mahnının videosu Bakıda lentə alınıb. Videoda Bəhram Bağırzadə çəkilib.
Keniya 2016 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Keniya 2016-cı ildə Norveçin Lillehammer şəhərində baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında. 12-21 fevral tarixləri arasında Lillehammerdə baş tutan Yeniyetmələrin II Qış Olimpiya Oyunlarında Keniya 1 idmançı ilə 1 idman növündü təmsil olundu. Keniya Lillehammerdən vətənə medalsız döndü.
Keniya 2018 Qış Olimpiya Oyunlarında
Keniya 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Sonuncu dəfə Keniya 2006-cı ildə xizək yarışlaında Filip Boytla təmsil olunmuşdur. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları "B" kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən "A" kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Sabrina Simanderə məxsusdur.
Keraselma oleraceum
Dirrik südləyəni (lat. Euphorbia peplus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum peplis (L.) Haw. Chamaesyce maritima Gray Chamaesyce peplis (L.) Prokh. Esula minima Haw. Esula peplus (L.) Haw. Esula rotundifolia (Lam.) Gray Euphorbia calabrica Huter, Porta & Rigo Euphorbia chamaepeploides Lotsy Euphorbia dichotoma Forssk. Euphorbia minima (Haw.) Mart. Euphorbia oleracea Pers. Euphorbia peplus var.
Kerri Ollivyerre
Kolumbiya 2018 Qış Olimpiya Oyunlarında
Kolumbiya 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 4 idmançı ilə təmsil olunacaqdır. Bu ölkənin artıq ikinci Qış olimpiya oyunlarındakı çıxışıdır. == Millinin tərkibi == == Kanki ilə qaçış == Kecən dəfəki olimpiya yarışmaları ilə müayisədə bu idman yarışlarında dəyişikliklər baş vermişdir. Bura mass-start əlavə edilmişdir ki, burada idmançılar 16 dövrə vururlar. Həmçinin 1994-cü ildən bəri ilk dəfə olaraq kanki srənlər 500 m məsafəni 1 dəfə qət edəcəklər. Kvotalar 2017/2018 illər dünya kubokuna əsasən müəyyən edilir. Bu yarışma əsasında siyahı tərtib edilmişdir. Kolumbiyaya bu idman növündə ilk lisenziyanı Pedro Kausil qazanmışdır. Bir həftə sonra isə Laura Qomes ikinci lisenziyanı qazanır. Bu cənubi Amerika tarixində bir ilkdir.
Kolya, Olya və Arximed (cizgi filmi, 1972)
Kolya, Olya və Arximed (rus. Коля, Оля и Архимед) — 1972-ci ildə çəkilmiş Arximed qanunundan bəhs edən cizgi filmi. == Məzmun == Kolya adında oğlan, Olya adında qız qədim Sirakuz şəhərində böyük həndəsi kəşflər etmiş Arximedlə görüşürlər. Uşaqlar Arximedin kəşflərinə baxan zaman Roma legionu onlar üzərinə hücuma keçir. Və uşaqlar evə qayıdırlar.
Kombinə olunmuş malonik və metilmalonik asiduriya
Kombinə olunmuş malonil və metilmalonil asiduriya (İngiliscə: Combined malonic and methylmalonic aciduria, CMAMMA), həmçinin kombinə olunmuş malonil və metilmalonil asidemiya adlanır. Bu xəstəlik malonil turşusu və metilmalon turşusunun yüksək səviyyəsi ilə xarakterizə olunan irsi metabolik xəstəlikdir. Bəzi tədqiqatçılar fərz edirlər ki, CMAMMA metilmalonil asidemiyanın ən geniş yayılmış növlərindən biridir və ehtimal ki, metabolizmin ən çox rast gəlinən anadangəlmə xətalarından biridir. Nadirən diaqnoz qoyulduğu üçün əksər hallarda bu, aşkar edilməmiş olur. == Simptomlar və əlamətlər == CMAMMA-nın klinik fenotipləri yüksək heterogendir və asimptomatik, mülayim və ağır simptomlar arasında dəyişir. Əsas patofiziologiya hələ ki, başa düşülməmişdir. Ədəbiyyatda aşağıdakı simptomlar haqqında məlumat verilmişdir: metabolik asidoz koma hipoqlikemiya tutmalar mədə-bağırsaq xəstəlikləri inkişaf ləngiməsi nitq ləngiməsi inkişaf uğursuzluğu psixi xəstəlik yaddaş problemləri koqnitiv tənəzzül ensefalopatiya kardiomiopatiya dismorfik xüsusiyyətlər İlk simptomlar uşaqlıqda meydana çıxdıqda aralıq metabolik pozğunluqlar olma ehtimalı daha yüksəkdir, halbuki böyüklərdə adətən nevroloji simptomlar olur. == Səbəblər == CMAMMA yaranma səbəbinə görə iki ayrı irsi pozuntuya bölünə bilər: biri ACSF3 geni (OMIM#614265) tərəfindən kodlanmış mitoxondrial fermentin asil-CoA sintez ailə üzvü 3-ün çatışmazlığıdır; digər pozulma MLYCD geni (OMIM#248360) tərəfindən kodlanmış malonil-CoA dekarboksilaza çatışmazlığıdır. == Diaqnoz == Müxtəlif klinik simptomların mövcudluğu və böyük miqyasda yeni doğulmuş müayinə proqramlarında gözdən qaçdığı üçün CMAMMA-nın az tanınan xəstəlik olduğu güman edilir. === Yeni doğulmuş müayinə proqramları === ACSF3-ə bağlı CMAMMA-nın metilmalonil-CoA, malonil-CoA və ya propionil-CoA-nın toplanması ilə nəticələnməməsi, həmçinin akilkarnitin profilində müşahidə olunan anormallıqlar olmadığı üçün CMAMMA standart qan əsaslı yeni doğulmuş müayinə proqramları ilə aşkar olunmur.
Kommunizm qurbanlarına həsr olunmuş abidə
Kommunizm qurbanlarına həsr olunmuş abidə (çex. Pomník obětem komunismu) — abidə 1948-1989-cu illər ərzində ölkəni idarə edən kommunist rejimin qurbanlarına həsr olunub. Yeddi heykəlcikdən ibarət olan abidə Praqanın tarixi Malo strana bölgəsində, Ujezd küçəsində yerləşir. == Abidənin qoyulması və məzmunu == Abidə ölkədə kommunist rejimin devrilməsindən 12 il sonra 22 may 2002-ci ildə qoyulub. Abidə çex heykəltaraşı Olbram Zubek və memarlar Yan Kerellə Zdenek Xolzelin ortaq işidir. Abidənin qoyulması yerli hakimiyyət və Siyasi Məhbuslar Konfederasiyası tərəfindən dəstəklənmişdir. Memorial abidə pilləkandan aşağı düşən 7 bürünc heykəldən ibarətdir. Gözlə baxıldığı zaman ən axıra doğru heykəllərin daha da çox dağıntılı olması, hissələrinin olmaması, bədənlərindəki qopuqlar gözə çarpır. Heykəllərin bədənində olan bu qopuqlar siyasi məhbusların kommunist rejimindən nə dərəcədə ziyan gördüyünü simvolizə edir.
Kor Şahmat Olimpiadası
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır. == Tarix == 1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu. İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi. 3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
Korey Olliviyerre
Korey Olliviyerre (16 mart 1997) — Qrenadalı üzgüçü. Korey Olliviyerre Qrenadanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Korey Olliviyerre birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:08.68 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Koreya 2018 Qış Olimpiya Oyunlarında
Koreya Milli komandası 2018 Qış Olimpiya Oyunlarında qadınların hokkey komandasında təmsil olunması. Bu komanda 36 idmançıdan ibarətdir. Şimali və Cənubi Koreyanın idmançılarından təşkil olunmuş komanda vahid baytraq altında iştirak edir. idman növündə 10 idmançı ilə təmsil olunacaqdır. Himn olartaq isə xalq mahnısı "Ariran" seçilmişdir. Bununla belə hər iki ölkənin digər idmançıları öz ölkələrini təmsil edəcəklər. 20 yanvar tarixində isə olimpiya oyunlarında iştirak etməklə bağlı Şimali Koreya razılığa gəlir. Bununla yanaşı kişilərdən ibarət bobsley yığmasınında təşkil olunması təklif edilirdi. == Millinin tərkibi == == Nəticə == === Hokkey === ==== Qadınlar ==== Koreya milli komandası iki ölkənin idmançılarından təşkil olunmuşdur. komandanın məşqçisi kanadalı Sara Myurreydir.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Nə geri çəkil, nə də təslim ol 2
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. == Məzmun == Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Nə geri çəkil, nə də təslim ol (film, 1986)
Nə geri çəkil, nə də təslim ol (ing. No Retreat, No Surrender) — Jan-Klod Van Damm ilk seçilən filmidir. Van Damm İvan roluna görə mükafatı cəmi $250 ABŞ dollar olub. Filmdə Ceyson Stilvell rolunu taekvondo üzrə qara kəmər sahibi Kurt Makkini və Brüs Linin ruhu rolunu Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim ifa edir. Tai Çanq Kim 1978-ci ildə çəkilən Ölüm oyunu filmində Brüs Linin rolunu canlandırmışdır. Filmin sonuncu döyüş səhnəsində aktyor Kurt Makkinni Van Damma təpik vuraraq arxaya fırlanması göstərilir. Bu səhnə filmin ən məşhur səhnəsidir. Hərəkəti isə Makkinninin yerinə kaskadyor Manq Hoi yerinə yetirir. Film tənqidçilər tərəfindən zəif qarşılanmışdır. == Məzmun == Ceyson Stilvell Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Şerman Oaks məntəqəsində atası Timoti Bakerin idarə etdiyi karate məktəbində məşq edir.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. == Məzmun == Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır...
Nə geri çəkil, nə də təslim ol 2: Şiddətlənmiş ildırım (film, 1987)
Nə təslim ol, nə də geri çəkil 2: Şiddətlənmiş ildırım (ing. No Retreat, No Surrender 2) — 1987-ci ildə döyüş janrında çəkilən filmdir. Əslində, filmin orijinal adı "Şiddətlənmiş ildırım" (ing. Raging Thunder) kimi səslənir və Nə geri çəkil, nə də təslim ol filminin davamı deyildir. == Məzmun == Skott Tailanda yola düşür ki, nişanlısı Sulin və sparrinq-dostu Mak Cervis ilə görüşsün. Lakin onun görüşməsi qorxulu hadisə ilə üzləşir. Skottun nişanlısını qaçırırlar. Skott və Mak qonşu Kambocaya getmək üçün vertolyot təyin edirlər ki, burada Sulini tapa bilsinlər. Vertolyotun pilotu isə Skottun əvvəllər istədiyi qız Terri olur. Terri öyrənir ki, Sulin sovet-vyetnam hərbi düşərgəsində əsir saxlanılır.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (film, 1990)
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. == Məzmun == Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır...

Digər lüğətlərdə