QƏBİR

is. [ ər. ] Ölüləri basdırmaq üçün xüsusi şəkildə qazılan çuxur: məzar, gor.
Hər cümə axşamı [Zeynəb] ərinin qəbri üstə gedib, bir yekə mərəkə qurar. C.Məmmədquluzadə.

◊ Qəbri qazılmışdır – ölümünə az qalmışdır, ölümü yaxınlaşmışdır.
Bir ayağı qəbirdə – ölümünə az qalmış (adətən çox qoca adam haqqında deyilir). [Səadət xanım:] Qardaş, biz heyvan deyilik, bizə insan deyirlər.
…Atamızın bir ayağı qəbirdədir, lazımdır ki, biz mane olaq onun vəhşi işlərinə. N.Vəzirov.

Birinə qəbir qazmaq məc. – birinin əleyhinə işləmək, birini bədbəxt etmək üçün gizlində tədbir görmək, quyu qazmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QƏBİR qəbir bax məzar
  • QƏBİR məzar — gor
QƏBİLƏ
QƏBİRDAŞI

Digər lüğətlərdə