QAMA

Bax: qəmə. (“Kitabi-Dədə Qorqud” leksikası)

QALMIŞ
QAN
OBASTAN VİKİ
Böyük Qama
Qulam Məhəmməd Bəkş Butt (22 may 1878 – 23 may 1960, Lahor, Qərbi Pakistan) əsasən, Rüstəm-e-Hind kimi tanınır və rinq adı ilə Böyük Qama. Britaniya Hindistanında pəhləvani güləşçisi və stronqməndir. 20-ci əsrin əvvəllərində o, məğlubedilməz dünya güləş çempionu idi. 1878-ci ildə Britaniya Hindistanının Pəncab əyalətinin Amritsar rayonunun Cabboval kəndində anadan olub. Bəkş 1910-cu il oktyabrın 15-də ağır çəkidə dünya çempionatının versiyasına layiq görüldü. 52 ildən çox davam edən karyerasında məğlub olmayan o, bütün zamanların ən böyük güləşçilərindən biri hesab olunur. 1947-ci ilin avqustunda Britaniya Hindistanı Hindistan dominionuna və Pakistan dominionuna bölündükdən sonra Qama Pakistanı seçdi və burada 23 may 1960-cı ildə Lahorda öldü.
Qama dağıtması
Qamma paylanması, Ehtimal nəzəriyyəsi və Riyaziyyatda, təsadüfi kəsilməz paylanmalar ailəsindən sayılır. Bu paylanmanın bir parametri miqyas parametri (θ) və başqa parametri isə, şəkilli parametr (k) dir. Əgər k Tam ədəd olarsa, paylanma hər birinin ədədi ortası θ(1/θnın nisbət parametri ilə ekvivalentdir) olan k qədər qüvvət funksiyası şəklində paylanmış təsadüfi dəyişənin cəmini göstərir.
Qama şüaları
Qamma şüalanma (simvolu: γ) –olduqca qısa dalğa uzunluğu ilə xarakterizə olunan elektromaqnit şüalanmasının bir növüdür. Dalğa uzunluğu 0.1 nm və ondan kiçik elektromaqnit dalğaları olub, yüksək enerjili foton selindən ibarətdir. İonlaşdırıcı şüalanmaya, yəni bir maddə ilə qarşılıqlı təsir göstərərək fərqli əlamətlərin ionlarının meydana gəlməsinə səbəb ola biləcək radiasiyaya aiddir. Qamma şüalanması yüksək enerji fotonların (qamma şüalarının) axınıdır. Qamma və rentgen şüaları arasındakı kəskin sərhəd müəyyən edilməməsinə baxmayaraq, qamma-şüa kvantının enerjisinin 105 eV-dən çox olduğu qənaətindədir. Elektromaqnit dalğalarının miqyasında, qamma şüaları rentgen şüaları ilə həmsərhəddir, daha yüksək tezlik və enerji aralığını tutur. 1-100 keV aralığında qamma şüalanması və rentgen şüalanması yalnız mənbəyində fərqlənir: əgər nüvə keçidində kvant yayılıbsa, onu qamma şüalanmasına aid etmək olar. Bir parçalanma zamanı verilən maddənin nüvəsindən xaricə alfa və betta zərrəciklər olmaqla yalnız biri atılır. İstənilən radioaktiv nüvə parçalanması isə qamma - fotonların şüalanması ilə müşahidə olunur. Beta şüalanmasının spektrinin nə üçün bütöv alınmasını araşdıran Pauli 1932-ci ildə fərz edib ki, nüvədən betta zərrəciyi ilə yanaşı kütləsi kiçik neytral zərrəcik də kənar edilir.
Vasko da Qama
Vasko da Qama (1469 və ya təq. 1460, Sineş[d], Portuqaliya krallığı – 24 dekabr 1524, Koçin[d], Koçin knyazlığı[d]) — portuqaliyalı dəniz səyyahı. Avropadan Hindistana dəniz vasitəsilə səyahət etmiş ilk avropalı səyyah. Böyük coğrafi kəşflər'in əsas nümayəndələrindən biri. Manuel Vasko da Qama 1469-cu ildə anadan olub. 1497-ci ildə Portuqaliya kralı I Manuel Hindistana dəniz yolunu kəşf etmək üçün Vasko da Qamanın başçılığı ilə o ölkəyə dəniz ekspedisiyası göndərdi. O, Afrika qitəsini keçərək Hind okeanına çıxmış və qitənin şərq sahilindəki Malindi limanında ərəb dənizçisi Əhməd ibn Məcidi özünə losman götürərək, onun köməyi ilə Hindistanın Kalikut (indiki Kojikode) şəhərinə gəlir və bununla da Hindistana dəniz yolunu kəşf edir. Hindistanla ticarəti öz əllərində saxlayan ərəb tacirləri portuqalların bura gəlişindən narahat olaraq, Kalikut hakiminin sahilə çıxan portuqalları həbs etdirməsinə nail olurlar. Buna cavab olaraq Vasko da Qama gəmiyə baxmağa gələn hind əyanlarını buraxmır. Racənin əyanlar üçün göndərdiyi qayığı isə atəşə tuturlar.
El-Qamal sxemi
El-Qamal sxemi — 1985-ci ildə Sahib El-Qamal tərfindən təklif olunmuşdu. Bu sxem elektron imza və şifrləmə (encryption) üçün istifadə olunur. El-Qamal alqoritmi Diffie-Hellman alqoritminə əsaslanır. O, Diffie-Hellman alqoritmini iki alqoritm şəklində ifadə etmişdi. El-Qamal sxemi vasitəsilə şifrləmə 3 kompanentdən ibarətdir: Xüsusi açarın generasiyası Şifrləmə alqoritmi (Encryption algorithm) Deşifrlmə alqoritmi (Decryption algorithm) Xüsusi açarın generasiyası. n bit uzunluğunda təsadüfi p sadə ədədi generasiya olunur. Zp çoxluğundan təsadüfi g primitiv elementi seçilir. Elə təsadüfi x tam ədədi seçilir ki, 1<x<p-1 “y=gx mod p” hesablanır Burada açıq açar (p,g,y) üçlüyü, qapalı açar isə x-dır == Şifrləmə alqoritmi == Hər hansı “M” məlumatı aşağıdakı şəkildə şifrlənir Sessiya açarı seçilir - Elə təsadüfi k ədədi seçilir ki, 1<k<p-1 intervalında dəyişsin “a=gk mod p” və b=ykM mod p hesablanır (a,b) ədədlər cütü şifrlənmiş mətindir Asanlıqla görmək mümkündür ki, şifrlənmiş mətnin uzunluğu daxil edilmiş M mətnindən iki dəfə çoxdur. Digər tərəfdən k-nı göstərilən intervalda deyil, 1-ə və ya p-1-ə bərabər götürsək onda verilmiş məlumatın deşifrlənməsi ilk addımda baş verər ki, buda çox göndərilən məlumat üçün çox təhlükəlidir. == Deşifrləmə alqoritmi == x qapalı açarını bilməklə (a,b) şifrlənmiş mətnindən qəbul edilən mətni aşağıdakı düstur vasitəsilə əldə etmək olar: M=b(ax)-1 mod p Asanlıqla görmək olar ki, (ax)-1 ≡ g –kx (mod p) bu səbəbdən b(ax)-1 ≡ (ykM)g-xk ≡(gxkM) g-xk ≡ M (mod p) hesablamaq olar.
Kristina Qamak
Kristina Qamak — Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Hərbi Korpusunun Amerika Samoasında yerləşən stansiyasının rəhbəri. Qamak 1997-ci ildə Daremdəki Elm və Riyaziyyat üzrə Şimali Karolina Məktəbin bitirib, sonra Rolunda Şimali Karolina Ştat Universitetində təhsil alır, o, elektrik mühəndisliyi (2002) elmi dərəcəli iki bakalavr, elektrotexnika (2001) və fizika (2002) elm dərəcə ustası qazanıb.
Nikolay Qamaleya
Nikolay Fyodoroviç Qamaleya (rus. Никола́й Фёдорович Гамале́я; 5 (17) fevral 1859 və ya 1859, Odessa, Xerson quberniyası – 29 mart 1949 və ya 1949, Moskva) — sovet mikrobioloqu və epidemioloq, SSRİ EA fəxri akademiki (1940; müxbir üzvü, 1939), SSRİ Tibb EA akademiki (1945), 1948-ci ildən Sov. İKP üzvü, RSFSR əməkdar elm xadimi (1934), SSRİ Dövlət mükafatı laureatı (1943). Nikolay Fedoroviç Qamaleya 5 (17) fevral 1859-cu ildə Odessada Kanatnaya küçəsindəki evdə anadan olmuşdur. O, Borodino döyüşünün və Qafqazdakı döyüşlərin keçmiş iştirakçısı, o zaman Odessa kommersiya məhkəməsinin sədri olmuş, istefada olan polkovnik Fyodor Mixayloviç Qamaleyanın (1881-ci ildə vəfat etmişdir) 12 övladının ən kiçiyi idi. Kiçik oğlu dünyaya gələndə ata artıq qoca idi, xidməti tərk etmişdi. Bu dövrdə əmlakdan gələn gəlirlə yaşayırdı. Nikolay Fedoroviç atasının yaxın qohumlarını şəxsən tanımırdı. Xatirələrində qohumlarının, o, ata tərəfdən babasının Tulada tibb müfəttişi olduğunu və Tula vilayətinin Efremovski və Boqoroditski rayonlarında mülklərə sahib olduğunu bildirirdi. Bu mülklər atasının böyük qardaşlarına miras qalmış, onlardan biri nazir, digəri isə qubernator olmuşdur.
Pyer Qamarra
Pyer Qamarra (fr. Pierre Gamarra; 10 iyul 1919[…], Tuluza – 20 may 2009[…], Arjantöy) — fransız yazıçı, şair, ədəbiyyatşünas, ədəbi tənqidçi, Fransa Kommunist Partiyasının üzvü. Müharibə və faşizm əleyhinə, sülh və sosializm uğrunda mübarizə Qamarra yaradıcılığının əsas mövzusudur: "Lənət eskizi" (1944), "Arras qalasının nəğməsi" (1951) şeir kitabları; "Yoxsulluq övladları" (1950), "Müəllim" (1955), "Simonun arvadı" (1961), "Pireney rapsodiyası" (1963), "Tuluza sirləri" (1967), "Qızıl və qan" (1971) romanları və s., "72 günəşli gün" (1975) romanı Paris kommunasına həsr olunmuşdur. Pyer Qamarra 10 iyul 1919-cu ildə Tuluzada anadan olmuşdur. 1938-ci ildən 1940-cı illərdə Fransanın cənubunda müəllim işləmişdir. Alman işğalı zamanı o, Tuluzada müxtəlif Müqavimət qruplarına qoşulmuş, gizli nəşrlərin yazılması və yayılması ilə məşğul olmuşdur. Bu, onun jurnalist karyerasına, daha sonra isə, daha dəqiq desək, həm yazıçı, həm də ədəbi jurnalist kimi karyerasına ciddi təsir göstərmişdir. Tuluza azad edildikdən sonra bu şəhərdə La Renaissance kitab mağazasının yaradılmasında iştirak etdi. O, 1944-cü ildə Fransa Kommunist Partiyasına qoşularaq müqavimət hərəkatında fəal iştirakını davam etdirdi. 1945-1950-ci illərdə Tuluzada "El Patriota du Southwest" jurnalının jurnalisti olmuşdur.
Qamalı Xaç ilə Qızıl Ulduz arasında (film, 2006)
Qamalı Xaç ilə Qırmızı Ulduz arasında – 23 yanvar 2006-cı ildə TRT 2 kanalında nümayişə girən sənədli film. İkinci Dünya müharibəsində ölən, itkin düşən, sürgünə göndərilən Sovet şərqi xalqlarının – qazaxların, kazanlıların, krımlıların, tatarların, qırğızların, türkmənlərin, Qafqaz xalqlarının, qaraçayların və balkarların həyatlarından bəhs edir. Sənədli film 8 bölümdən ibarət olmuşdur. Hər bölüm isə 30 dəqiqədir. Rejissor-prodüser: Neşe Sarısoy Karatay Ssenari müəllifi: Neşe Sarısoy Karatay Ümumi məsləhətçi: Zəfər Karatay Məsləhətçi: Prof.
Qamazidlər
Qamazidlər (lat. Gamasoidea) — parasitiformes dəstəsinə aid gənə qrupu. Təqribən 20 fəsiləni əhatə edir. Uzunluğu 0,3-4 mm-dir. Oval və ya uzunsov qılcıqlarla örtülüdür. Yumurta qoymaqla, bir çox növü diri doğmaqla çoxalır. İnkişafı metamorfozladır, mövsüm ərzində bir neçə nəsil verir. Torpaqda çürüməkdə olan üzvi qalıqlarda, zirzəmi, hin və yuvalarda yaşayır. Qamazidlərin əksəriyyəti sürünənlərin, quşların, məməlilərin bədənində parazitlik edir. Bəziləri siçovul səpgili yatalağı, taun və s.
Qamaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Qamalı xaç ilə Qızıl ulduz arasında
Qamalı Xaç ilə Qırmızı Ulduz arasında – 23 yanvar 2006-cı ildə TRT 2 kanalında nümayişə girən sənədli film. İkinci Dünya müharibəsində ölən, itkin düşən, sürgünə göndərilən Sovet şərqi xalqlarının – qazaxların, kazanlıların, krımlıların, tatarların, qırğızların, türkmənlərin, Qafqaz xalqlarının, qaraçayların və balkarların həyatlarından bəhs edir. Sənədli film 8 bölümdən ibarət olmuşdur. Hər bölüm isə 30 dəqiqədir. Rejissor-prodüser: Neşe Sarısoy Karatay Ssenari müəllifi: Neşe Sarısoy Karatay Ümumi məsləhətçi: Zəfər Karatay Məsləhətçi: Prof.

Digər lüğətlərdə