QİYMƏT

is. [ ər. ]
1. Bir şeyin (əmtəənin) pul vahidləri ilə ifadə olunan dəyəri. Malın qiyməti. Bazar qiymətləri. Baha qiymət. Ucuz qiymət. Malların qiyməti aşağı salınmışdır.
2. məc. Əhəmiyyət, dəyər, rol; etibar. Bu sözlərin heç bir qiyməti yoxdur. O, mənim gözümdə bütün qiymətini itirmişdir. Bu şeyin bizim üçün qiyməti azdır.
– Haqq sözə gərəkdi, düz qiymət olsun; Qiyməti verməyə mərifət olsun. Aşıq Ələsgər.

□ Qiymətdən salmaq – hörmətdən, etibardan salmaq, gözdən salmaq.
[Şəmsiyyə] …özünü qiymətdən sala biləcəyini, sərhəng Səfainin belə bir şərəfə layiq olmadığını kəsdirdi. M.İbrahimov.

// məc. Qədir-qiymət, dəyər.
Bilməz vəfanın qiymətin hər kim cəfayə tən edər. Nəsimi.

3. Şagirdin, tələbənin bilik dərəcəsi haqqında verilən nömrə. Orta qiymət. Pis qiymət. Dərslərindən əla qiymət almaq.
◊ Qiymət vermək (qoymaq)1) bir şeyin dəyəri və keyfiyyəti haqqında fikir söyləmək, hökm vermək, qiymətləndirmək, dəyərləndirmək.
– Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. M.İbrahimov.
Sağlığında qiymət verin insanlara! C.Novruz;

2) şagirdi, tələbəni və b. imtahan edərək bilik dərəcəsinə nömrə vermək;
3) bax qiymətləndirmək.
Mənim rəncimə, yəni zəhmətimə qiymət verərsən. S.Rəhimov.
Damla zəhmətimə, zərrə şerimə; Sənsən qiymət verən dəryalar qədər. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QİYMƏT QİYMƏT Çox ucuz qiymətə hər şey satıram.. (M.Ə.Sabir); BAHA Bu sandıqda yüz min dinar bahasında daş-qaş, cavahirat vardır (M
  • QİYMƏT əhəmiyyət — dəyər
  • QİYMƏT qədir-qiymət — dəyər
QİYMƏŞABALID
QİYMƏTDAR

Digər lüğətlərdə