RUT

rut1

n I 1. təkər izi; çuxur, çökək, çala; 2. köhnəpərəstlik, köhnəlik, ətalət

n II fiziol. cinsi oyanma (erkək heyvanlarda)

rut2

v (-tt-) iz / çuxur açmaq

RUSTY
RUTHLESS
OBASTAN VİKİ
Eliu Rut
Eliu Rut (15 fevral 1845[…] – 7 fevral 1937[…], Nyu-York, Nyu-York ştatı) — Prezident Teodor Ruzveltin dövründə ABŞ-nin dövlət katibi, Ruzvelt və Prezident Vilyam Mak-Kinli dövründə Hərbi nazir vəzifələrində çalışmış Amerika vəkili və dövlət xadimi. Vasinqtonda bir neçə yüksək səviyyəli hökumət vəzifələrini icra edib və Nyu-York şəhərində özəl sektorda hüquq təcrübəsi qazanıb. Bu səbəbdən bəzən XX əsrin siyasi "müdrik adamının" prototipi sayılır, bir sıra xarici və daxili məsələlərdə prezidentlərə məsləhət də verib. Ştatın qanunverici orqanı tərəfindən Nyu-Yorkdan ABŞ senatoru seçilərək, 1909–1915-ci illərdə bu vəzifəni icra edib. Rut 1912-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Rut,Endrü Karnegi kimi güclü sahibkarda daxil olmaqla,böyük şirkətlərdən müştəriləri olan aparıcı vəkil idi. Rut,Karnegi Beynəlxalq Barış Vəqfinin, Vaşinqton Karnegi İnstitutu və Nyu-Yorkun Karnegi Korporasiyasının prezidenti və ya sədri vəzifəsində çalışıb. Vilyam Mak-Kinli və Teodor Ruzvelt dövründə Hərbi nazir olaraq Rut,xüsusilə Filippinlər və Kuba daxil olmaqla yeni müstəmləkə mülkləri üçün Amerika siyasətini hazırladı. Filippin qiyamını yatırmaqdakı rolu evindəki anti-imperialist fəalları qəzəbləndirdi. Rut,Tərəqqi dövrünün etik standartlarında göstərildiyi kimi texnologiya,mühəndislik və maraqsız ictimai xidməti vurğulayaraq,müstəmləkə idarəsinə atılqan yanaşmanı dəstəklədi.
Rut Asava
Rut Ayko Asava (ing. Ruth Aiko Asawa; 24 yanvar 1926, Noruolk, Kaliforniya – 6 avqust 2013, San-Fransisko, Kaliforniya) – yaponəsilli ABŞ heykəltəraşı və rəssamı. O, yaratdığı biomorfik tel formalarına, eləcə də, ictimai sənət quraşdırmalarına görə tanınır. Rut Asava 24 yanvar 1926-cı ildə Kaliforniya ştatının Norualk ferma icmasında doğulmuşdur. Valideynləri Umakiçi və Haru Asava ABŞ-yə immiqrasiya etmiş yaponlar idi. Rut yeddiuşaqlı ailənin dördüncü uşağı idi. Rut uşaq yaşlarından etibarən sənətə maraq göstərməyə başlamışdır. Onun ağ ayı rəsmi 1935-ci ildə sərgiyə qoyulmuş və üçüncü sinif müəllifi onun sənət bacarığını tərifləmişdir. Asava 1939-cu ildə Azadlıq heykəlinin rəsmini çəkərək məktəbdə keçirilən bir rəsm müsabiqəsinin qalibi olmuşdur. Şənbə günləri yapon dili və mədəniyyəti ilə məşğul olur, eləcə də, kalliqrafiya öyrənirdi.
Rut Belvil
Rut Belvil (5 mart 1854, Qriniç[d], Kent qraflığı – 7 dekabr 1943) — öz müştərilərinə dəqiq vaxt satan londonlu qadın-sahibkar. Biznesin mahiyyəti ondan ibarət idi ki, xanım Belvil hər səhər Qrinviç rəsədxanasına gedib xronoqrafı ilə vaxtı dəqiqləşdirirdi və sonra onun xidmətlərindən istifadə edən müştərilərə həmin xronoqraf üzrə dəqiq vaxtı bildirirdi. Vaxt satışı üzrə biznes Rut Belvillə valideynlərindən qalmışdı. Onun atası Con Henrinin 1856-cı ildə artıq 200-ə yaxın müştərisi var idi. Hər səhər o , Qrinviç rəsədxanasına yollanıb öz saatını Qrinviç vaxtı ilə dəqiqləşdirirdi. Henrinin ölümündən sonra onun dul qalmış arvadı Mariya Elizabet 1892-ci ilədək onun işini davam etdirir. 1892-ci ildə 80 yaşlı Mariya biznesi qızı Ruta ötürür. Hər bazar ertəsi saatını rəsədxananın saatı ilə quran Rut həftə boyunca müştəriləri ziyarət edirdi. Vaxtın bildirilmə dəqiqliyi təxminən 10 saniyə təşkil edirdi. XX əsrin əvvəlində Belvillin rəqibi peyda oldu.
Rut Benedikt
Rut Benedikt (ing. Ruth Benedict; 5 iyun 1887[…] və ya 5 iyul 1887, Nyu-York, Nyu-York ştatı – 17 sentyabr 1948[…], Nyu-York, Nyu-York ştatı) – ABŞ antropoloqu, folklorşünası və şairəsi. Rut Benedikt 1909-cu ildə Vassar kollecindən məzun olduqdan sonra 1914-cü ildə evlənmiş və Nyu-York şəhərinə köçmüşdür. 1919-cu ildə Sosial Tədqiqatlar üzrə Yeni Məktəbdə antropoloqlar Aleksandr Qoldenveyzer və Elsi Klüs Parsonsun tələbəsi olmuşdur. 1921-ci ildə Kolumbiya Universitetinə daxil olaraq Frans Boasdan dərslər almış, 1923-cü ildə fəlsəfə doktoru dərəcəsi almışdır. O, dilçi Eduard Sepir və Marqaret Middən təsirlənmişdir. 1920-ci illərdə Anna Sinqlton adı ilə şeirlər yazmışdır. Kolumbiya Universitetində Boasla işləmiş, 1923-cü ildə mühazirəçi, 1948-ci ildə professor olmuşdur. O, 1930 və 1940-ci illərdə Nyu-York şəhərini antropologiya tədqiqatlarının mərkəzinə çevirmişdir. Benedikt Amerika hinduları arasında bir sıra sahə tədqiqatları aparmışdır.
Rut Hendler
Rut Marianna Hendler (4 noyabr 1916, Denver – 27 aprel 2002) amerikalı biznesmen qadın və ixtiraçı.Oyuncaq istehsalçısı Mattel Inc-in keçmiş prezidenti.1959-cu ildə bütün dünya üzrə milyarddan çox satış etmiş Barbi kuklalarını ixtira etməsi ilə məşhurdur. O,1916-cı ildə Kolorado ştatının Denver şəhərində polyak-yəhudi immiqrantları olan İda və Yakob Moskonun övladı olaraq dünyaya gəlib.Orta məktəb sevgilisi Elliot Hendler ilə evlənərək və 1938-ci ildə Los-Ancelesə köçdü.Əri yeni növ plastik olar pleksidən özlərinə mebel düzəltməyə başlayandan Rut mebel biznesinə başlamağı təklif etdi.Douglas Aviasiya Şirkəti ilə müqavilə imzalayaraq işə başladı. Elliot Hendler və iş ortağı Harold "Matt" Matson şəkil çərçivələri istehsalı üçün kiçik bir şirkət qurdular və adlarının bir hissəsini birləşdirərək "Mattel" adlandırdılar("Matt" və "Elliot") Daha sonra istehsalat artıqlarından kukla evi qurdular.Daha sərfəli olduğunu görüb kukla istehsalına daha çox diqqət ayırdılar.Şirkətin ilk böyük satışı oyuncaq ukulele olan "Uke-a-doodle" oldu. Barbi kuklasını yaradərkən Rut,qızı Barbaradan ilhamlanmışdı.Rut,qızının və dostlarının yetkin qız formasında oyuncaqlarla oynamağı kiçik uşaq oyuncaqlarından daha çox sevdiyini görmüşdü.Həmin vaxta qədər yetkin qız formasında oyuncaqları karton kağız formasında olurdu.Rut isə oyuncağın üçölçülü formasını düzəltməyə qərar verdi. Rut əvvəlcə Mattel şirkıtini buna razı sala bilməsə də Almaniyaya gedərək oradan Lili adlı oyuncaq kuklanı almış və Mattel şirkətini Barbi kuklası istehsal etməyə razı salmışdı.İlk Barbi kuklası 1959-cu ildə istehsal olundu.
Rut Lorenso
Rut Lorenso(isp. Ruth Lorenzo; doğ. 10 noyabr 1982, Mursiya, İspaniya) —ispan müğənnisi, aktrisası. Rut Lorenso 10 noyabr 1982-ci ildə İspaniyanın Mursiya şəhərində doğulub. İspaniya nümayəndəsi Rut Lorenso 2008-ci il Britaniyada "X Factor" müsiqi müsabiqəsində iştirak edib. O zaman o, həmin müsabiqədə 5-ci yeri tutmişdu. Rut Lorenso "Dancing in the Rain" ("Yağış altında rəqs") trekini Londonda yazıb. Onun sözlərinə görə, Britaniya iqlimi onu bu mahnını seçməyə sövq edib. "Britaniyalı pərəstişkarlarım məni dəstəklədiklərinə görə özümü çox xoşbəxt sayıram", Ruth BBC-yə bildirib.
Rut Vesthaymer
Karola Ruth Siegel (ing. Ruth Westheimer; 4 iyun 1928) — Almaniya aktyoru, "Oskar" mükafatı laureatı.
Rut Ayko Asava
Rut Ayko Asava (ing. Ruth Aiko Asawa; 24 yanvar 1926, Noruolk, Kaliforniya – 6 avqust 2013, San-Fransisko, Kaliforniya) – yaponəsilli ABŞ heykəltəraşı və rəssamı. O, yaratdığı biomorfik tel formalarına, eləcə də, ictimai sənət quraşdırmalarına görə tanınır. Rut Asava 24 yanvar 1926-cı ildə Kaliforniya ştatının Norualk ferma icmasında doğulmuşdur. Valideynləri Umakiçi və Haru Asava ABŞ-yə immiqrasiya etmiş yaponlar idi. Rut yeddiuşaqlı ailənin dördüncü uşağı idi. Rut uşaq yaşlarından etibarən sənətə maraq göstərməyə başlamışdır. Onun ağ ayı rəsmi 1935-ci ildə sərgiyə qoyulmuş və üçüncü sinif müəllifi onun sənət bacarığını tərifləmişdir. Asava 1939-cu ildə Azadlıq heykəlinin rəsmini çəkərək məktəbdə keçirilən bir rəsm müsabiqəsinin qalibi olmuşdur. Şənbə günləri yapon dili və mədəniyyəti ilə məşğul olur, eləcə də, kalliqrafiya öyrənirdi.
Rut Zavaleta
Rut Zavaleta (27 avqust 1966) — Meksikalı siyasətçi. O, 2009-cu ilin noyabrına qədər Demokratik İnqilab Partiyasının (PRD) üzvü idi, lakin dəyişərək hazırda Meksikanın Ətraf Mühitçi Yaşıllar Partiyasının bir üzvüdür. O, PRD-nin qurucularından biridir və 2007-2008-ci illərdə Deputatlar Palatasının sədri vəzifəsini icra edən ilk qadın PRD siyasətçisidir. Zavaleta Meksika Milli Muxtar Universitetində (UNAM) sosiologiya üzrə bakalavr dərəcəsində təhsil almışdır. 1989-cu ildə Zavaleta PRD-nin yaradıcılarından biri olmuşdur. 1997-ci ildə Kuautemok Kardenas Meksika Federal Dairəsi hökumətində sosial inkişaf naziri təyin edilmişdir. Daha sonra (1998-2000) Meksika Federal Dairəsinin Maliyyə Naziri vəzifəsində çalışmışdır. 2000-2003-cü illərdə Meksika Federal Dairəsinin Qanunvericilik Assambleyasında çalışmışdır. 2003-cü ildə o, rayonun Venustiano Karranza meri seçilib.
Galium ruthenicum
Galium vernum var. ruthenicum
Galium verum subsp. ruthenicum
Galium verum var. ruthenicum
Jorj Rutaqanda
Jorj Rutaqanda (tam adı: Jorj Rutaqanda, fr. Georges Rutaganda; 27 noyabr 1958 – 11 oktyabr 2010, Porto-Novo) — Ruandalı hutu milisi İnterahamvenin ikinci vitse-prezidenti. == Haqqında == Rutaqanda 1994-cü il Ruanda soyqırımına görə qismən məsuliyyət daşıyırdı. Prokuror Ceyms Stüart qeyd edirdi ki, "Jorj Rutaqanda olmasaydı, Ruanda soyqırımı baş verdiyi kimi işlənməzdi." O, 1994-cü ildə Kiqalidə radioda çıxış edərkən İnterahamve milisini bütün tutsilərin kökünü kəsməyə təhrik etmişdir. İddialara görə, Rutaqanda Kiqalidəki İnterahamve sığınacağında tutsi qadınlarını tutmuş, zorlamış və işgəncə etmişdir. Digər mənbələrə görə, Rutaqanda cadugər olduqlarına inandığı tutsi fahişələrini tutmuşdur. Bu müddət ərzində Rutaqandanın öz milisini Ruanda ordusundan oğurlanmış təchizatlarla təmin etdiyi deyilir. Rutaqanda 10 oktyabr 1995-ci ildə tutulmuş və 26 may 1996-cı ildə Tanzaniyanın Aruşa şəhərinə göndərilmişdir. Soyqırım, insanlıq əleyhinə cinayətlər və qəsdən adamöldürmədə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmişdir. 11 oktyabr 2010-cu ildə Benində cəzasını çəkərkən xəstəlikdən vəfat etmişdir.
Mark Rutte
Mark Rutte (nid. Mark Rutte; 14 fevral 1967[…], Haaqa, Niderland) — Niderlandın baş naziri. == Həyatı == 14 fevral 1967-ci il tarixində Haaqada anadan olmuşdur. 1984-cü ildə Haaqada orta məktəbi bitirmişdir. 1984–1992-ci illərdə Leyden Universitetində Niderland tarixi üzrə təhsil almışdır. 1988–1991-ci illərdə "İnsanların Azadlığı və Demokratiyası Partiyası"nın (VVD) gənclər təşkilatının milli sədri olmuşdur. 1992–1997-ci illərdə "Unilever" şirkətində kadrlar üzrə menecer vəzifəsində çalışmışdır. 1993–1997-ci illərdə VVD partiyasının icra aparatının üzvü olmuşdur. 1997–2002-ci illərdə "Unilever" şirkətinin "Van den Bergh Nederland" bölümündə kadrlar üzrə menecer vəzifəsində çalışmışdır. 2002–2002-ci illərdə "Unilever" şirkətinin "İGLOMora Group BV" şöbəsində kadrlar üzrə direktor vəzifəsində çalışmışdır .
Mişleş (Rutul)
Mişleş — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik saxurlar təşkil edir.
Peucedanum ruthenicum
Rus dağçətiri (lat. Peucedanum ruthenicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü. Çoxillik, hündürlüyü 50–80 (150) sm, ensiz, silindrvari, nazik qabırğalı, aşağı hissələri qəhvəyi liflərlə örtülmüş, yaşıl, çılpaq, yoğun köklü bitkidir. Kökyanı yarpaqları və aşağı gövdə yarpaqları uzun saplaqlıdır, 3–4 dəfə üç hissələrə bölünmüşdür. Yarpaqları enli üçkünc, iri, ucları uzun və dar xətli, 1,5–4 sm uzunluqda və 1–2 (3) mm endə, cod, iti ucludur. Orta yarpaqlar xırda, yuxarıdakılar uzunsovdur. Çətirlər 2,5–6 sm uzunluqda, 13–24 qeyri-bərabər şüalıdır. Sarğısı və sarğıcığının yarpaqları 5–7 sayda, xətvaribizvaridir. Kasacığın dişləri qısa, ləçəkləri 1–1,5 mm uzunluqda, açıq sarı rəngdədir. Yarım meyvəcikləri 6–7,5 mm uzunluqda və 3–4 mm enində, ellipsvari, beli qabırğalıdır.
Potentilla ruthenica
Potentilla norvegica (lat. Potentilla norvegica) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Fragaria monspeliensis (L.) Crantz Pentaphyllum norvegicum (L.) Gaertn. Potentilla dichotoma Moench Potentilla diffusa Willd. Potentilla fragariifolia Hoppe ex Lehm. Potentilla geminiflora Schrank Potentilla grossa Douglas ex Hook. Potentilla gusuleacii Hormuz. Potentilla monspeliensis L. Potentilla monspeliensis var. norvegica (L.) Rydb. Potentilla norvegica f.
Qala (Rutul)
Qala — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Ricinus rutilans
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
RuTube
RuTube (rus. Рутьюб) — ən böyük rus videoportalı. İstifadəçilərə videolentlərin saxlanması, ötürülməsi və göstərilməsi xidməti göstərir.
Ruta
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Ruta graveolens
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Rutaceae
Sədokimilər (lat. Rutaceae) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Rutales
Sabunağacıçiçəklilər (lat. Sapindales) — bitkilər aləminə aid bitki dəstəsi.
Ruten Qaqloyev
Ruten Qaqloyev (12 (24) fevral 1888 – 19 iyul 1937, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı və şairi, mühəndis və ictimai xadim. oset. Музукк Сидæйнаг təxəllüsü ilə əsərlərini yazmışdır. Gələcəkdə Transqafqaz avtomagistralı olacaq Roki keçidindən keçən bir tuneli olan Zaramaq - Uanel yolunun bir hissəsinin layihəsi ona məxsusdur. 12 fevral 1888-ci ildə Sidan kəndində Cav dərəsindəki çoxuşaqlı Qıbi və Saba Qaqloyevlərin ailəsinə anadan olmuşdur. Dzau kəndində ibtidai məktəbi bitirdikdən sonra, Tiflisdəki 3-cü gimnaziyaya daxil olur. Gimnaziyanı gümüş medalla bitirir. Sonra gimnaziya direktorunun məsləhəti ilə 1906-cı ildə Mokovo Universitetinin Fizika və Riyaziyyat fakültəsinə daxil olur və burada üç il oxuyur. Sonra 1913-cü ildə mühəndis-mexanik dərəcəsi ilə bitirdiyi Moskva Ali Texniki Məktəbinin birinci kursuna daxil olur. Tələbə ikən ədəbi fəaliyyətlə məşğul olmağa başlayır.