SÜPÜRMƏK

f.is. Bir yerin zibilini, töküntüsünü və s.-ni süpürgə, ya şotka ilə təmizləmək. Evi süpürmək. Həyəti süpürmək.
– …[Ağabala] məktəbi hər gün süpürər, bazara gedib mollaya piti alardı. Çəmənzəminli.
[Səfər Səriyyəyə:] Xanım, dur, o biri otağa keç, buranı süpürüm. C.Cabbarlı.

◊ Süpürüb yemək – tərtəmiz yemək, boşqabda heç bir şey qoymayıb hamısını yemək.
Razaqla Burun Fərəc plovu süpürüb yedilər. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜPÜRMƏK təmizləmək — sovurmaq
SÜPÜRMƏ
SÜPÜRTMƏ

Digər lüğətlərdə