SÜRÜ-SÜRÜ

sif. Sürülərlə, böyük-böyük dəstələrlə; çoxlu, saysız-hesabsız. Sürü-sürü qoyun-quzu.
– O qarlı dağları duman bürüdü; Çar tərəfdə qoşun sürü-sürüdü. Qaçaq Nəbi”.
Sürü-sürü qoyunları çoban yamacda otladır; Alar ələ papağını, oxur şikəstə, fit çalır. A.Səhhət.

SÜRÜ
SÜRÜCÜ
OBASTAN VİKİ
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Sürü psixologiyası
Sürü psixologiyası (ing. Bandwagon Effect) ifadəsi 1848-ci ildə Amerikanın siyasi sistemində istifadə edilməyə başlandı. Dan Rays adında bir təlxək o zamanların orkestr avtomobilini (Bandwagon) istifadə edərək siyasi turlara qatılmışdı. Orkestr avtomobili həvəsli musiqilərlə turlara çıxır və "orkestra qatıl" şüarıyla insanların diqqətini çəkirdi. Bunun sayəsində əldə etdiyi məşhurluğuna görə seçkilərdə böyük bir müvəffəqiyyət qazanmışdır. Bu ifadənin təməlində bu hadisə dayanır və buna görə sürü psixologiyası ingilis dilində "Bandwagon Effect" (Orkestr maşını təsiri) olaraq adlandırılır. İngilis alimlər bundan illər əvvəl bir araşdırma edir. Yığdıqları qoyun sürülərini bir məkana həbs edib üzərlərində təcrübə aparırlar. Aralarından seçdikləri 10 qoyunu digər qoyunların içindən ayırıb tək istiqamətə dönmələrini təmin edirlər. Təkrar digər qoyunların içinə buraxılanda qoyunlar sürü halında, başdakı 10 fərqli qoyuna ayaq uydurmağa başlayır.
Sürü (dəqiqləşdirmə)
Sürü — canlılar qrupu. Sürü (teleserial, 2023) — teleserial.
Sürü (teleserial, 2023)
Sürü (ing. Swarm) — Canin Nabers və Donald Qlover tərəfindən yaradılmış amerikan qorxu-komediya serialı. Serial pop ulduzunun böyük pərəstişkarı olan gənc qız Dredən bəhs edir. Serial məşhur müğənni Ni'Jahın "Sürü" kimi bilinən fandomunun üzvü olan Dre adlı qızdan bəhs edir.

Digər lüğətlərdə