SÜRMƏK₂

f.
1. Davam etmək, çəkmək. Külək üç gün sürdü. İclas iki saat sürdü. Xəstəliyi uzun sürdü.
2. Vaxt keçmək, zaman keçmək. Heç bir saat sürmədi ki, özü gəldi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRMƏK uzadılmaq — artırılmaq
  • SÜRMƏK qovmaq — çapmaq — səyirtmək
  • SÜRMƏK şumlamaq — əkmək
  • SÜRMƏK yollamaq — göndərmək
  • SÜRMƏK 1. SÜRMƏK, İDARƏ ETMƏK (maşın və s.) 2. sürmək bax şumlamaq

Omonimlər

  • SÜRMƏK SÜRMƏK I f. Çapmaq. Nəbigil atlarını minib iki boy sürməmişdilər, Şəfi bəyi Çay Tumasda gördülər (“Qaçaq Nəbi”)

Etimologiya

  • SÜRMƏK Mənalarından biri “itələmək”, “hərəkət etdirmək” deməkdir. Buğa inəyi sürür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
SÜRMƏK₁
SÜRMƏLƏNMƏ

Digər lüğətlərdə