SILDIRIM

sif. Çılpaq, dik və uca; yalçın. Sıldırım dağ.
[İskəndər bəy] sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan bina olunmuş ikimərtəbəli sarayında oturub hər tərəfə fərman göndərərdi. Ə.Haqverdiyev.
Xoş gəldin söyləyir yenə şairə; Sinəsi sıldırım qayalı dağlar. S.Rüstəm.

// Sıldırımlı.
Biz sıldırım və çətin bir yol ilə gedirik. M.İbrahimov.

// is. Dik qaya.
Uşaqlığım uçurumlar, sıldırımlar arasında keçmişdi. İ.Əfəndiyev.
Nərgizin fikri … qanad çalır, sıldırımlarda dayanan ağacların … yanında süzürdü. B.Bayramov.

// Uçurum, yarğan.
[Koroğlu] atı vurub sıldırımın kənarına gəldi. Koroğlu”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SILDIRIM uçurum — yalçın — sarp
  • SILDIRIM SILDIRIM Məsələn, yerdən qaynayıb çıxan dumduru və buz kimi soyuq bulaq suyu, qalın meşələr, axar çaylar, sıldırım qayalar, elə qayalar ki, ucunda dur

Etimologiya

  • SILDIRIM Ordubadda sıldır sözü (feili) var, “uçurum” deməkdir. Kəlmə bununla bağlıdır, əsli saldırım kimi olub
SIXYARPAQLI
SILDIRIMLI

Digər lüğətlərdə