SƏBBAR
SƏBİQƏ
OBASTAN VİKİ
Qantəmir Qafur Səbi oğlu
Qantəmir Qafur (tam adı: Qafur Sədrəddin oğlu Əfəndiyev; 22 may 1888, Potu, Göyçay qəzası – 28 yanvar 1944, Cizak vilayəti) — Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı. İstanbul Darülfununun tarix-ədəbiyyat fakültəsini (1914), Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini (1929) bitirmişdir. == Həyatı == 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazardı. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb. Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də Şərq ədəbiyyatını müntəzəm mütaliə edər, sənətə, elmə xüsusi maraq göstərərdi. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub. Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlamışdır.
Səbihə Bəngüdaş
Səbihə Bəngüdaş (1904, İstanbul – 2 oktyabr 1992, Ankara) — türk rəssam və heykəltaraşdır. Türkiyənin ilk heykəltaraş qadındır. == Tərcümeyi-halı == Səbihə Bəngüdaş (qızlıqda Səbihə Ziya) 1904-cü ildə İstanbulda anadan olub. İlk təhsilini Əyyub Sultan Rəşad məktəbini (Əyyub Anadolu Lisesi) bitirmişdir. Atası Ziya bəy Şamdan Türkiyəyə gəlmişdir. Təhsilinin 4 ilini Şamda almışdır. Bundan sonra 1 il Fransada katolik məktəbində təhsilini davam etdirir. İstanbula qayıdan ailəsi Böyükada da məskunlaşır. O burada faud Paşanın məktəbinə daxil olur. 1920-ci ildə liseni bitirmədən Sanayi Nefis Mektebinin (bugünkü Mimar Sinan Güzel Sanatlar Üniversitesi)rəssamlıq bölməsinə daxil olur.
Səbihə Gökçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. == Həyatı == O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Səbihə Gökçən Beynəlxalq Hava Limanı
Səbihə Göyçən Hava Limanı (türk. Sabiha Gökçen Havalimanı) — İstanbulun Pendik ilçəsinin sərhədlərində inşa edilən, şəhərin ikinci hava limanı. Havalimanı, dünyanın ilk qadın savaşçı pilotu və Türkiyənin ilk qadın pilotu olan Səbihə Göyçənin şərəfinə adlandırılmışdır. Təməli 1998-ci ilin fevralında qoyulmuş və 2001-ci ilin yanvarında tamamlanmış hava limanının dəyəri 550 milyon ABŞ dollarına bərabər olmuşdur. Hava limanı Malaysia Airports tərəfindən idarə olunur. Yerüstü xidmətləri, əməliyyatları, yük və təhlükəsizlik əməliyyatları ISG adlandırılan İstanbul Səbihə Göyçən Hava Limanı İnvestisiya İnşaat və İdarəetmə ASM tərəfindən həyata keçirilir. 2017-ci ildə 31.385.841 sərnişini, 219.656 təyyarəsini və 50.868 ton yük daşınmasını qəbul edən Səbihə Göyçən Hava Limanı, ölkənin ikinci ən işlək hava limanıdır. AirHelp Score 2019-a əsasən, dünyanın ən yaxşı 29-cu hava limanı seçilib, sorğuda 40-dan çox ölkədən 40 mindən çox sərnişinin iştirak etdiyi sorğuda 10-dan 7,93 bal toplayıb. == Quruluş == === Beynəlxalq terminalı === Yeni terminal binası illik 25 milyon sərnişin tutumuna malikdir, daxili və beynəlxalq reyslər eyni binada həyata keçirilir. İstanbul Səbihə Göyçən Beynəlxalq Hava Limanının terminalında yer alır: 4.818 nəqliyyat vasitəsi və 72 avtobus tutumlu 4 mərtəbəli avtopark 4 mərtəbəli və 128 otaqlı hava limanı oteli, quru və hava fərqli girişləri 112 check-in sayğacı, 24 şəxsi self-check sayğacı VIP bina və şəhər mənzərəsi olan CIP bölmələr 8 böyük gövdəyə (ICAO kodu E) və ya 16 orta gövdəyə (ICAO kodu C) eyni vaxtda xidmət edə biləcək çoxsaylı təyyarələrin dayanacaq sistemi, 400 m² konfrans zalı 5.000 m² qida və içki sənayesinin aparıcı markaları tərəfindən idarə edilən restoran və kafe sahəsi 4.500 m² beynəlxalq səviyyədə rüsumsuz mağazalar === Yük terminalı === İldə 90.000 ton yük anbarı 7.000 m² qapalı anbar ərazisi Hər biri 20 m² olmaqla 18 soyuq anbar === Aviasiya baxım, təmir və modifikasiya zonası === Hava limanı tərkibində THY Texniki ASM və Turkish Engine Center (TEC) şirkətləri ilə aviasiya baxımı, təmiri və modifikasiyasının həyata keçirildiyi bölgəsi yer alır.
Səbihə Göyçən

Səbihə Göyçən Beynəlxalq Hava Limanı

Səbihə Göyçən Hava Limanı

Səbihə Sultan
Ruqiyə Səbihə Sultan və ya Səbihə Osmanoğlu (19 mart 1894, İstanbul və ya Osmanlı imperiyası – 26 avqust 1971) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. == Həyatı == Səbihə Sultan 2 aprel 1894-cü ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Səbihə Sultan bacısı Ülviyyə Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə İzzəddin Əfəndinin müəmmalı şəkildə vəfatının ardından, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin qızı olaraq Səbihə Sultanın evləndirilməsi müzakirə edildi. Onun üçün seçilən namizədlər arasında Rauf Orbay, Əhməd Muxtar Paşanın qardaşı oğlu Mehmed Əli Paşa və bir çox başqa ordu mənsubu da vardı. Üstəlik, sonuncu Qacar şahı Əhməd şah Qacar və o illərdə ordu daxilində yüksəlməyə başlayan Mustafa Kamal Paşa da Səbihə Sultan üçün əmisi Sultan Rəşada elçi düşmüşdü. Ancaq Səbihə Sultan o illərdə vəliəhd Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə eşq yaşayırdı və bu səbəblə bu təkliflərin hamısını geri çevirdi.
Səbihə Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Səbinə Abbasova
Səbinə Abdullayeva
Səbinə Xanlar qızı Abdullayeva - Azərbaycanı 57 kq çəki dərəcəsində təmsil edən, B2 kateqoriyalı paralimpiyaçı cüdoçu. Beynəlxalq Görmə əlilləri İdman Federasiyası (ing. IBSA - International Blind Sports Federation) tərəfindən 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan cüdo üzrə Dünya Çempionatında 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. BGİF tərəfindən təşkil olunan 2013-cü ildə Macarıstanın Eger şəhərində və 2015-ci ildə Portuqaliyanın Odivelaş şəhərində keçirilən Cüdo uzrə Avropa Çempionatlarının ikisində də 57 kq çəki dərəcəsində gümüş medala layiq görülmüşdür. Bundan əlavə 2015-ci ildə paytaxtımızda təşkil olunan İlk Avropa Oyunlarında da 57 kq çəkidə gümüş mükafatçı olmuşdur. İlk Avropa Oyunlarındakı böyük nailiyyəti və Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci ildə imzaladığı sərəncamına əsasən "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca XV Yay Paralimpiya Oyunlarında Azərbaycanı cüdonun 57 kq çəki dərəcəsində təmsil edib 7-ci yeri tutmuşdur.
Səbinə Alməmmədova
Səbinə Məmməd qızı Alməmmədova (18 mart 1972, Bakı) — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent. == Həyatı == Səbinə Alməmmədova 18 mart 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-1994-cü illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alıb. 1994-2004-cü illərdə AMEA RH “Analitik informasiya” şöbəsində aparıcı mütəxəssis həmçinin “Azərbaycan və Azərbaycanlılar” jurnalının məsul katibi və tərcüməcisi vəzifəsində çalışmışdır. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2008-ci ildən etibarən Azərbaycan Texniki Universitetində “Xarici dillər” kafedrasında ingilis dilini tədris edir. 2008-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda “Bəxtiyar Vahabzadə poeziyasının dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə xarici dillər kafedrası üzrə ixtisası üzrə dosent elmi adı verilmişdir. 2016-2018-ci illərdə "Azərbaycan dilinin lüğət tərkibində alınmalar" adlı layihənin aparıcı koordinatoru olub. 2018-ci ildə AMEA-nın İ.Nəsimi adına Dilçilik institutunda filologiya elmləri doktoru dərəcəsi almaq üçün “Müasir Azərbaycan ədəbi dilində alınma terminlərin unifikasiya və standartlaşdırma formaları” mövzusunda dissertasiya müdafiə etmişdir.
Səbinə Ağayeva
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Səbinə Ağayeva (aparıcı)

Səbinə Babayeva
Səbinə Eldar qızı Babayeva (2 dekabr 1979, Bakı) — Azərbaycan pop müğənnisi, Azərbaycanın əməkdar artisti (2018). Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub. == Həyatı == Səbinə Babayeva 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinfinə daxil olub. Burada o, Azərbaycanın xalq artisti Natəvan Şeyxovadan dərs alıb. Kolleci bitirdikdən sonra Səbinə xanım Azərbaycanı musiqi müsabiqələrində təmsil edib. 2003-cü ildə Səbinə Babayeva "Bəyaz həyat" serialında "Röya kimi" mahnısını ifa edıb və geniş tamaşaçı kütləsinə tanınıb. Sonrakı illərdə o, caz janrında mahnılar ifa edib və Bakı Caz Mərkəzində çalışmağa başlayib. 2013-cü il 28 mart tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Emin Ağalarova məxsus olan "Oceans away" mahnısının təqdimat mərasimi keçirilib. 2014-cü ildə 17 yanvar tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Günay Malikqızına məxsus olan "Ey Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirilib.
Səbinə Hacıyeva
Səbinə Hacıyeva (aktrisa)
Səbinə Hacıyeva (aktrisa)
Səbinə Sabir qızı Hacıyeva (16 noyabr 1983) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == 1999–cu ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinorejissorluq" fakültəsinə daxil olmuş və 2003-cü ildə universiteti bitirib. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "magistratura" pilləsinin "Mədəniyyətşünaslıq" fakültəsinə qəbul olmuş və 2005-ci ildə həmin fakültəni bitirmişdir. 16 noyabr 2003-cü ildən hal-hazıradək Dövlət Pantomima Teatrının aktrisasıdır. O, B.Xanızadə "Şərqə səyahət" – (Hind qızı), M.Mkusabəyov "Şəngül, Şüngül, Məngül" – (Küpəgirən qarı, Məngül), B. Xanızadə "Eşq" (V. Şekspirin sonetləri əsasında plastik düşüncə) – (AY, Vərəq), Z.Zeynalov "Maska" – (Qadın), A.Ekzüperi "Balaca Şahzadə" – (Qızılgül), A.Kamyu "İnsan" – (Masonun arvadı, Ərəb qızı), A.Məmmədov "Korlar" – (Ölüm) tamaşalarında oynamışdır. R.Həsənoğlu "Hüseyn Cavid" – (Gənc Şairə) filmində çəkilmişdir. S.Hacıyeva Tatarıstanda (Kazan 30 may – 6 iyun 2005 "Novruz" Türkdilli xalqların teatr festivalı) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Səbinə Hacıyeva (memar)
Səbinə Xalid qızı Hacıyeva (13 oktyabr 1971, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Azərbaycan Memarlar İttifaqının Elm və təhsil üzrə komissiyasının sədri, memarlıq üzrə elmlər doktoru, professor, Əməkdar memar. == Həyatı == Səbinə Xalid qızı Hacıyeva 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1988-1994-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (sonra Azərbaycan İnşaat Mühəndisləri Universiteti, hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti) memarlıq fakültəsində ali təhsil alıb. Təhsilini 1994-1998-ci illərdə həmin universitetdə aspirantura pilləsi üzrə davam etdirib. 1998-ci ildə “Orta əsr Azərbaycanın müsəlman və xristian dini memarlığının qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya işini müdafiə edərək “Memarlıq namizədi” (Memarlıq üzrə fəlsəfə doktoru), 2013-cü ildə “Azərbaycan Respublikasının Şimal-qərb regionunun memarlıq irsi, onun qorunma və istifadə problemləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi ilə “Memarlıq üzrə elmlər doktoru” elmi adlarını alıb. 2019-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur. == Fəaliyyəti == Elmi Fəaliyyəti 1994-2003-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Landşaft memarlığı” kafedrasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasında dosent, professor vəzifəsində çalışıb. 2016-cı ildən son təyinatınadək həmin kafedranın müdiri olub.
Səbinə Hacıyeva (professor)

Səbinə Heydərova
Səbinə Ağayeva (1985, Marneuli) — REAL TV-nin Baş Redaktoru. == Həyatı == Səbinə Ağayeva 1985-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olub. 2006-cı ildə Tarix fakültəsinin bakalavr pilləsini, 2008-ci ildə magistr pilləsini bitirib. ANS Media akademiyasının və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur. 2011-ci ildə ANS televiziyasının vitse-prezidenti Mir Şahinlə ailə həyatı qurub.2012-ci ildə Aysan, 2015-ci ildə Sevin adlı qızları dünyaya gəlib. == Fəaliyyəti == "İç xəbər"ə 2005-ci ildə layihənin o vaxtkı rəhbəri Fidan Quliyevanın vasitəsilə gəlmişdir. 3 aylıq jurnalistika kurslarını bitirdikdən sonra "İç xəbər" verilişində fəaliyyətə başlamışdır. 2006-2012-ci illərdə İç Xəbər, Növbətçi və Xəbərçi verilişlərinin aparıcısı, 2013-cü ildən isə Xəbərçi verilişinin layihə rəhbəri və aparıcısı olub. 2015-ci ildən Baş Xəbər verilişinin aparıcısı və layihə rəhbəri olub. 2016- cı ilin Mart ayının 1 də ANS TV- dən öz ərizəsi ilə ayrılıb.
Səbinə Mikina
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var. == Karyerası == Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu. Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.
Səbinə Nemətzadə
Səbinə Nemətzadə (24 oktyabr 1974, Bakı) — Azərbaycanın şərqşünas alimi, əlyazmaşünas, sənət tarixçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini. == Həyatı == Səbinə Ələsgər qızı Nemətzadə 1974-cü il oktyabr ayının 24-də Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini əla qiymətlərlə bitirərək Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutuda aspiranturanın əyani şöbəsinə qəbul olur. 2002-ci ildə "Əllamə Həsən İbn Sədidəddin İbn Əl-Mütəhhər Əl-Hilli və onun "İrşadül-əzhan ila əhkamil-iman" əsərinin fiqh tarixində yeri" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 2001–2003-cü illərdə Müasir Təhsil Kompleksində ərəb dili fənnini tədris etmişdir. 2004–2005-ci illərdə Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakültəsində "Şərq ölkələri fəlsəfə tarixi" fənnini tədris etmişdir. Səbinə Nemətzadənin tədqiqatı tarixşünaslıq, dinin tarixi və fəlsəfəsi, İslam sənət tarixi, dinşünaslıq, İslam fəlsəfəsi, mədəniyyətin fəlsəfəsi elm sahələri üzrədir. Fəlsəfə tarixçisi Səbirə Nemətzadənin bacısıdır. Səbinə Nemətzadə jurnalist-publisist Hüseynbala Nemətzadənin qardaşı qızıdır. == Yaradıcılığı == Səbinə Nemətzadə 2000-ci ildə aspiranturanı bitirərək M. Füzuli adına Əlyazmalar İnstitutuna təyinat almışdır, kiçik elmi işçi vəzifəsiylə fəaliyyətə başlamış, 2001–2004-cü illərdə elmi işçi, 2004-cü ildən 2014-cü il 1 mart tarixinə qədər böyük elmi işçı vəzifələrində çalışmışdır.
Səbinə Nuriyeva
Səbinə Xasayeva
Səbinə Səməd qızı Xasayeva (qızlıq soyadı: Süleymanova; 30 mart 1993, Bakı) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb. İngilis və norveç dillərini bilir. Evlidir, 2 övladı var. == Fəaliyyəti == Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir. 2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.
Səbinə İlyasova
Səbinə Babaverdi qızı İlyasova — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti 2012.İfa etdiyi mahnıların lent yazıları AzTV-nin Qızıl fondunda qorunub saxlanılır. == Həyatı == İlyasova Səbinə Babaverdi qızı 1959-cu il 12 oktyabrda Azərbaycan Respublikası Siyəzən şəhərində ziyalı ailəsində anadan olub. Respublikamızın bütün füsunkar guşələrində qastrol səfərlərində olmuş, hərbi hissələrdə, didərgin düşmüş soydaşlarımızın məskunlaşdığı bölgələrdə, bu cəhətdən uşaq evlərində geniş konsert proqramları ilə iştirak etmişdir. 1986-cı ildə ailə qurmuş və 1 övladı var. == Təhsili == 1979–1984-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin "Muğam" sinifini bitirmişdir. Muğam dərslərini əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevdən almışdır. == Fəaliyyəti == 1982–1989-cu ilə qədər dünya şöhrətli müğənni, görkəmli sənətkar Rəşid Behbudovun dəvəti ilə Azərbaycan Dövlət mahnı teatrında çalışmışdır. 1980–1991-ci illərdə mərhum sənətkar Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında fəaliyyət göstərmişdir. 1989–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti olaraq Azərbaycanın milli musiqisini dünyanın müxtəlif ölkələrində (Almaniya, Türkiyə, Ruminiya, Belçika, Hollandiya, Rusiya, İsveç və s.) uğurla təmsil etmişdir. == Mükafatları == 1979-cu ildə "Oxu Tar" Respublika müsabiqəsinin qalibi kimi birinci dərəcəli diploma layiq görülmüşdür.

Digər lüğətlərdə