SƏSLƏNMƏK

f.
1. Səs çıxartmaq.
Budaqlar tərpəndi, ağaclar səsləndi. Mir Cəlal.
Ağaclar başında səslənir külək; Yarpaqlar uzaqdan yelpiklənərək. B.Vahabzadə.

// Səsi çıxmaq, səsi eşidilmək.
Qonşu otaqdan zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi. C.Cabbarlı.
Radio səslənir: – Hüseyn, dön geri; Qalxmışdır ehtiyat təyyarələri. M.Rahim.

2. Çağırana cavab vermək, səsini ucaltmaq.
Bu vaxt eşikdən Qulam xan səslənir. M.S.Ordubadi.
…Nəriman əmi nəşə ilə səsləndi. İ.Əfəndiyev.
…Sahibkarlar və dükançılar dayanan topadan kimsə bərkdən səsləndi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏSLƏNMƏK cingildəmək — danqıldamaq
SƏSLƏNMƏ
SƏSLƏŞMƏ

Digər lüğətlərdə