SAĞANAQ

is.
1. Qaval, ələk, xəlbir və bu kimi dəyirmi şeylərə keçirilən çənbər; qasnaq. Dəf sağanağı. Xəlbir sağanağı. Təkər sağanağı.
[Vəzir:] Qəflətən [xəlbirin] sağanağının bir tərəfini basdıqda, o biri tərəfi qalxıb dizimə elə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm. M.F.Axundzadə.
[Mirzə Cəmil:] Zağarası getmiş papaq, sağanağı cırılmış ələk mənə qalmayıb ki! Ə.Vəliyev.

2. Ümumiyyətlə, çənbər şəklində olan hər cür şey.
Zülfüqar katibin yanından əl çəkmir, şüşəsiz sağanaqdan gözünü bərəldirdi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAĞANAQ SAĞANAQ, ÇƏNBƏR, QASNAQ (dəf və bu kimi şeylərin dairəsi)

Etimologiya

  • SAĞANAQ 1. Bu əşyaya çəmbər (alınma sözdür) də deyilir. Koma (alaçıq) çubuq­la­rının başını əyərək bir-birinə bağlanmasını bu sözlə əks etdiriblər
SAĞALTMAQ
SAĞDIRMA

Digər lüğətlərdə