SARSITMAQ

f.
1. Lərzəyə salmaq, titrətmək, yerindən oynatmaq, laxlatmaq, dağıtmaq, pozmaq, alt-üst etmək. Zəlzələ bir çox binanı sarsıtdı.
– Böyük bir gurultu ətrafı sarsıtdı. M.İbrahimov.

2. məc. Dəhşətə gətirmək, lərzəyə salmaq.
Faşizmin gözünə sancdınız bir ox; Sarsıtdı zərbəniz lovğa düşməni. R.Rza.

3. məc. Müvazinətini pozmaq; bərk həyəcanlandırmaq.
Başqa mühit, başqa vəziyyət meyli [Rozanın] dəruni aləmini sarsıtmışdı. Çəmənzəminli.
Arvadının ölümü Haşım kişini bərk sarsıtmışdır. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SARSITMAQ zəiflətmək
  • SARSITMAQ laxlatmaq — yırğalamaq — tərpətmək — boşaltmaq — pozmaq
SARSITMA
SARVAN

Digər lüğətlərdə