SARSINTILI

sif.
1. Silkələnən, yırğalanan, laxlayan, sarsıntıdan zədələnmiş; davamsız, etibarsız. Sarsıntılı divar. Sarsıntılı pilləkən.
– Otaqdan qarasifət, dolaşıq saçlı, pəjmürdə bir qadın çıxıb, sarsıntılı balkonda durdu. Çəmənzəminli.

2. məc. Qüssəli, kədərli, pəjmürdə, halı pozulmuş.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SARSINTILI davamsız — qərarsız — səbatsız
  • SARSINTILI çaşqın — karıxıntılı
SARSINTI
SARSITMA

Digər lüğətlərdə