SAYRIŞMAQ

f.
1. Titrək, zəif işıq saçmaq, parlamaq, şəfəq buraxmaq.
Məğrib səmtində hələ ulduzlar göy üzündə sayrışırdı. F.Köçərli.
Gecə idi, göydə ulduzlar sayrışırdı. S.Rəhman.
Bir-birinə sığınan ulduzlar sayrışmağa başladı. B.Bayramov.

// məc. Bəlirmək, görünmək.
Ana! Bayaq gördüm Mehribanıtək; Üzündə sayrışır xalları tək-tək. S.Vurğun.
Sənin gözlərinmi gənclik çağında; Yoxsa nərgizlərin sayrışıb oynar? M.Müşfiq.
Payızın sonu olduğuna baxmayaraq, evlərin qarşılarındakı bağçalarda al-əlvan güllər, çiçəklər sayrışırdı. M.Rzaquluzadə.

2. Qaçışmaq mənasında.
Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışar yollara doğru. Qurbani”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAYRIŞMAQ parıldamaq — işıldamaq
  • SAYRIŞMAQ titrəmək — səyrimək
SAYRIŞMA
SAYSIZ

Digər lüğətlərdə