SEÇİLMƏK

məch.
1. Səsvermə nəticəsində üstünlük almaq. İclasa sədr seçilmək.
2. Hər hansı xüsusiyyətinə, keyfiyyətinə və s.-yə görə başqalarından fərqlənmək, ayrılmaq. Qız ala gözləri ilə rəfiqələrindən seçilirdi.
– Kamran bu barədə bizim hamımızdan seçilirdi. M.Hüseyn.

3. Nəzərə çarpmaq, görünmək.
Kəndin evləri ağaclar içində güclə seçilirdi. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEÇİLMƏK fərqlənmək — ayrılmaq
  • SEÇİLMƏK 1. SEÇİLMƏK, ÜSTÜNLÜK ALMAQ 2. SEÇİLMƏK, GÖRÜNMƏK, NƏZƏRƏ ÇARPMAQ 3. seçilmək bax fərqlənmək
SEÇİLMƏ
SEÇİLMİŞ

Digər lüğətlərdə