SİNƏDƏFTƏR

sif.is. [ fars. sinə və ər. dəftər] Yaddaşı, hafizəsi möhkəm olan; çox bilən, ürəyində çox sözü olan, hazırcavab.
[Mürsəl:] Dədə, deyirlər Turaclıda sinədəftər kişilər olub. Ə.Vəliyev.
[Aşıq Valehin] gəncliyi gözəllərin həsrəti ilə yanmış, sinədəftəri qapanmış, səsindəki şux təranələr susmuşdu. Ə.Məmmədxanlı.

// Hafizə, yaddaş. Çox şairlərin əşarı [Mirzə Səfərin] sinədəftərində səbt olunmuşdu.
Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyri-üyrü rus dilinə tərcümə edərdi. Ə.Haqverdiyev.

SİNƏBƏNDLİ
SİNƏDƏN

Digər lüğətlərdə