SOYULMAQ

f.
1. Qabığı, dərisi çıxarılmaq, kəsilib götürülmək.
2. məc. Var-yoxu, paltarı və üstündə nə varsa əlindən alınmaq, qarət edilmək.
Yenə kimin isə öldürüldüyünü, qız qaçırıldığını, ya adam soyulduğunu güman edirdilər. Mir Cəlal.
Nə üçün sən soyulduğun haqda milis şöbəsinə xəbər vermədin? H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SOYULMAQ qopmaq — sıyırılmaq — çıxmaq — silinmək
SOYULMA
SOYUMA

Digər lüğətlərdə