SÜRAHİ

is. [ ər. ]
1. Su və ya şərab tökmək üçün uzunboğaz şüşə qab.
[İbrahim:] Bilmək istəyirəm, bu sürahilərdə nə var? N.Vəzirov.
[Qaragün] tez-tez yerində o tərəf-bu tərəfə çevrilir, ufuldayır, sürahidəki tünd-al şərabdan piyalə-piyalə içir, yenə rahat ola bilmirdi. M.Rzaquluzadə.

// məc. Şairanə təşbehlərdə gözəlin boyuna, gərdəninə işarə, yaxud incəlik, zəriflik, ağlıq mənasında.
Boyun sürahidir, bədənin büllur; Gərdənin çəkilmiş minadan, Pəri. M.P.Vaqif.
Bilmədim qədrini günəş camalın; Sürahi gərdənin, çöhrəyi-alın. Q.Zakir.
Həsənin kobud və nahamar əlləri Sitarənin sürahi əllərinə toxunanda sanki Mənsurun ürəyinə ildırım toxundu. C.Cabbarlı.

2. Məhəccər.
Vaqif başını artırmanın sürahisindən aşağı sallayıb: – Ay camaat, xan bugünkü dustaqlarının təqsirini … bağışlayır. Çəmənzəminli.
Telli içəri keçir, Fəridə sürahiyə yaxınlaşır. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRAHİ sürahi bax 1. məhəccər; 2. qrafın
SÜR-SÜMÜK
SÜRBƏ

Digər lüğətlərdə