SƏMİMİYYƏT

is. [ ər. ]
1. Səmimilik, açıqürəklilik; səmimi münasibət. Ailədəki səmimiyyət. Səmimiyyət göstərmək.
– Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfiq.
Oğlanın sözlərindəki səmimiyyəti hiss edən Məşədibəy bir qədər arxayınlaşıb sükuta qərq oldu. M.Hüseyn.

2. Səmimiyyətlə şəklində zərf – səmimi olaraq, səmimi; açıq ürəklə, saf qəlblə. Səmimiyyətlə cavab vermək.
[Mansur] …hər dəfə əlimi əlinə aldıqda səmimiyyətlə sıxardı. Çəmənzəminli.
Məmmədov böyük bir səmimiyyətlə arvadın əlini sıxdı. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏMİMİYYƏT mehribanlıq — istiqanlılıq — ürəyiaçıqlılıq — sədaqət

Antonimlər (əks mənalı sözlər)

  • SƏMİMİYYƏT SƏMİMİYYƏT – CİDDİYYƏT Səmimiyyət olmayan yerdə sənət yoxdur (M.İbrahimov); Birdən-birə qızın üzündə yaranmış ciddiyyət bu suallardan xoşlanmadığını g
SƏMİMİLİK
SƏMİR

Digər lüğətlərdə