SƏSLƏNDİRMƏK f. Hər hansı bir musiqi alətini, yaxud zəngi və s.-ni çalmaq, səsini çıxartmaq. Tarı səsləndirmək. Sazı səsləndirmək. – Sən də alıb ələ bir qızıl rübab; İncə tellərini səsləndir, a qız! M.Müşfiq. Hümmət sükut içində zəngi səsləndirdi. İ.Əfəndiyev.