Məhəmməd Aydın oğlu Talıbov (10 mart 1996, Böyük Bəhmənli, Füzuli rayonu — 3 noyabr 2020, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Məhəmməd Talıbov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1996 |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 2020 (24 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vətəndaşlığı | |
Atası | Aydın Talıbov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Cəbrayılın azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Məhəmməd Talıbov 10 mart 1996-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində dünyaya göz açmışdır.[1] Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət müddətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Talıbov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Şuşa şəhəri döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Talıbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]