Talıbov Təbriz Məhrəməli oğlu (11 iyun 1994, Lerik rayonu – 23 oktyabr 2020, Zəngilan rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Təbriz Talıbov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ləkər, Lerik, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu, Azərbaycan |
Dəfn yeri | Ləkər, Lerik, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Təbriz Talıbov 1994-cü il iyunun 11-də Lerik rayonunun Ləkər kəndində anadan olub.[1] Ailəli idi. 2 qızı yadigar qaldı.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Təbriz Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Talıbov oktyabrın 23-də Zəngilanın azad edilməsi zamanı Vejnəli istiqamətində şəhid olub. Lerik rayonunun Ləkər kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Talıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Talıbov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Talıbov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]