TRACE

trace1

n 1. iz, ləpir; to disappear without a ~ izsiz yoxa çıxmaq / yox olmaq; to keep ~ of smth. bir şeyi izləmək; 2. məc. iz, əsər-əlamət; His face showed traces of tears Onun üzündə göz yaşları izləri vardı; 3. cizgi, çertyoj; 4. cüzi miqdar, az say(da); not a ~ of evidence heç bir sübut yox; 5. qayış, yan qayış (qoşquda)

trace2

v 1. xətləmək, cızmaq (plan, çertyoj və s.); 2. izləmək, pusmaq; The hunter traced the lion to his den Ovçu pələngi yuvasınadək izlədi, 3. müəyyən etmək, görmək; I cannot trace any connection to the event Mən hadisə ilə heç bir əlaqə görmürəm; 4. aşkar etmək, müəyyən etmək; The police were unable to trace the whereabouts of the missing girl Polis itkin düşmüş qızın yerini müəyyən edə bilmədi; 5. çətinliklə fərqləndirmək / ayırd etmək; 6. gedib çıxmaq, aid olmaq (keçmişə); This custom has been traced to the twelfth century Bu adət on ikinci əsrə gedib çıxır; 8. yazıb təsbit etmək, qeyd etmək; 9. naxış / bəzək vurmaq, naxışlamaq

TOYSHOP
TRACER
OBASTAN VİKİ
Cisco Packet Tracer
Cisco Packet Tracer — Şəbəkə simulyasiya proqramı. Heç bir fiziki qurğu istifadə etmədən qarışıq sistemlərin simulyasiyasının aparıldığı proqram təminatı. Proqram istifadəçilərə simulyasiya edilmiş komanda xətti interfeysindən istifadə edərək Cisco marşrutlaşdırıcılarının və açarlarının konfiqurasiyasını simulyasiya etməyə imkan verir. Packet Tracer istifadəçilərə simulyasiya edilmiş şəbəkə cihazlarını uyğun gördükləri kimi əlavə etmək və silmək imkanı verən sürükləyib buraxan (Drag and drop) istifadəçi interfeysindən istifadə edir. Proqram təminatı əsasən Cisco Şəbəkə Akademiyası tələbələrinə fundamental CCNA-nı öyrənməyə kömək etmək üçün tədris vasitəsi kimi diqqət mərkəzindədir. Əvvəllər CCNA Akademiyası proqramında qeydiyyatdan keçmiş tələbələr bu aləti pulsuz yükləyə və təhsil məqsədləri üçün istifadə edə bilərdilər. == Üstünlükləri == Cisco Packet Tracer də, əsasən CCNA kurikulum mövzuları ilə bağlı modelləşdirmələr yer alıb. Sadə Lan dizaynı, OSPF, RIP, EIGRP və.s kimi mövzuların realizəsini aparmaq mümkündür. Proqram Windows və Linux platformalarında 6 dildə yayılır. == İstifadəsi == Proqram təminatı əsasən təhsildə tətbiq olunur.
TRACECA
TRASEKA (abreviatur ing. TRACECA — Transport Corridor Europe-Caucasus-Asia — Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) — Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilmişdir. Avrasiya İpək Yolu ideyasının hazırda yenidən gündəmə gəlməsi Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-TRASEKA-da öz təzahürünü tapmışdır. TRASEKA dəhlizi ilə nəqliyyat axını ilbəil artır. TRASEKA-nın məqsədi yalnız xüsusi iqtisadi maraqlarla məhdudlaşmır, o, həm də zəngin tarix və mədəniyyətin gələcək üçün qorunub saxlanmasını təmin edir. TRASEKA ərazisindən keçdiyi ölkələrin iqtisadi inkişafının ayrılmaz hissəsidir və eyni zamanda qarşılıqlı inteqrasiya və səmərəli əməkdaşlıq üçün güclü bir alətdir. Avropa İttifaqı bütün ənənəvi marşrutlara əlavə kimi TRASEKA proqramını təklif edir. Bu layihə Avropa ittifaqının TRASEKA üzv -dövlətlərinə dair qlobal strategiyasına uyğun olaraq, aşağıdakı məqsədlərə xidmət edir: Alternativ nəqliyyat marşrutları vasitəsilə Avropa və dünya bazarlarına çıxışı təmin etməklə, bu respublikaların siyasi və iqtisadi sabitliyinə yardım göstərməsi.

Digər lüğətlərdə