TULUNQ
TUMAL
OBASTAN VİKİ
Aleksandr Tumanov
Aleksandr Tumanov (rus. Александр Туманов; 11 yanvar 1912, Göyçay, Bakı quberniyası, Rusiya İmperiyası — 29 noyabr, 1984, Kiyev, Ukrayna SSR, SSRİ) — sovet sənaye xadimi, "Ukrqazprom" ümumittifaq sənaye birliyinin rəisi, Sosialist Əməyi Qəhrəmanı (1981). == Həyatı == Aleksandr Tumanov 1912-ci il yanvarın 11-də Göyçayda anadan olub. 1941-ci ildə Azərbaycan Sənaye Universitetini bitirib. İkinci Dünya müharibəsi dövründə və ondan sonra "Saxalinneft" trestində çalışıb. 1950-ci ildə Neft sənayesi Akademiyasını bitirib, sonra isə bir müddət SSRİ Neft sənayesi nazirliyi aparatında çalışıb. 1951–1957-ci illərdə "Ukrqaz" Birliyinin (Lvov) baş mühəndisi olub. 1957-ci ildə isə Xarkov xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinə rəhbərlik edib. 1960–1965-ci illərdə Ukrayna xalq təsərrüfatı şurasının Qaz və neft sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb. 1966-cı ildə Tumanovun təşəbbüsü ilə "Ukrqazprom" ixtisaslaşmış istehsalat idarəsi (sonralar birlik) yaradılıb və o, ömrünün sonunadək həmin quruma rəhbərlik edib.
Aleksandr Tumanski
Aleksandr Qriqoriyeviç Tumanski (rus. Александр Григорьевич Туманский; 1861 – 1920, Konstantinopol) — Rusiyalı şərqşünas, tərcüməçi, general-mayor. == Həyatı == Aleksandr Qriqoriyeviç Tumanski məşhur tumanskilər soyundandır. O, 23 sentyabr 1861-ci ildə anadan olmuşdu. 1888–1891-ci illərdə Rusiya imperiyası ordusunun zabiti olmuşdu. Şərq dilləri kursunda Ərəb, Fars və Türk dillərini öyrənmişdi. Bunlardan başqa onbir dildə danışmağı bacarırdı. Aleksandr Tumanski 1891–1895-ci illərdə Mərkəzi Asiyada xidmət etmişdi. 1894-cü ildə Qacarlar dövlətində rabitə əlaqələrini öyrənmişdi. 1900–1905-ci illərdə Osmanlı imperiyasının Van vilayətində baş konsul vəzifəsində çalışmışdı.
Alina Tumiloviç
Alina Arturovna Tumiloviç (d. 21 aprel 1990; Minsk, Belarus) — Belarusu təmsil edən bədii gimnast. Alina Tumiloviç, 2008 və 2012-ci illərdə Belarusu Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Alina Tumiloviç, 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina və Kseniya Sankoviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı. Alina Tumiloviç, növbəti dəfə Olimpiya Oyunlarına 2012-ci ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Kseniya Sankoviç və Anastasiya İvankova ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Hovannes Tumanyan
Hovannes Tumanyan (erm. Հովհաննես Թումանյան; 7 (19) fevral 1869[…], Dsex, Tiflis quberniyası[…] – 23 mart 1923[…], Moskva[…]) — erməni yazıçısı və şairi.
II Tumanbəy
II Tuman bəy (ərəb. طومان باي‎) kimi tanınan Əl-Əşrəf Əbu Əl-Nəsir Tuman bəy 1517-ci ildə ölkənin Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən əvvəl Misirin sonuncu sultanı. Misirdə Məmlük hökmranlığının son dövründə sələfi Sultan Əl-Əşrəf Qansu əl-Ğavrinin 1516-cı ildə Mərcidabık döyüşündə Osmanlı sultanı I Səlim tərəfindən məğlub edildikdən sonra sultan taxtına çıxdı. 397 il sonra, 1914-cü ildə Hüseyn Kamilin hakimiyyəti altında yenidən qurulmasından əvvəl Misir sultanı tituluna sahib olan son adam idi.
I Tumanbəy
Əl-Adil Seyfəddin Tuman bəy — (ərəb. السلطان الملك العادل أبو النصر طومان باى الأشرفى قايتباى‎ Misir Burci sülaləsindən iyirmi beşinci Məmlük sultanı. 1501-ci ildə hakimiyyəti təxminən yüz gün çəkdi. Tuman bəy sultan seçildiyi zaman qırx yaşında idi. Sultan olmadan əvvəl populyar olmasına baxmayaraq, sultan olandan qısa müddətdə tədbirləri səbəbiylə populyarlığını itirdi. Bu da şahzadələrdən birini iddia edilən sui-qəsdlə asaraq ölümünə məhkum edilməsində özünü büruzə verdi. Əl-Əşrəf Qansu al-Ğavri tərəfindən hakimiyyətdən devrilərək yerinə gəldi.
Kani Tumar (Bükan)
Kani Tumar (fars. كاني طومار‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (56 ailə).
Müşfiq Tumurcuq
Müşviq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor. Şahverdiyev Müşviq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır. "My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir. Yanmış körpülər (film, 2007) Niyə? (film, 2007) Niyə?
Payız tumu yüksək məhsulun əsasıdır (film, 1952)
Elmi-kütləvi filmdir. Kinolent əmək məhsuldarlığının artırılmasında şum dövründə aqrotexnika qaydalarına düzgün riayət olunmasından danışır.
Qışlaq-i Tumar (Biləsuvar)
Qışlaq-i Tumar (fars. قشلاق تومار‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Tumarhacıqayıb (Pərsabad)
Qışlaq-i Tumarhacıqayıb (fars. قشلاق تومارحاج غايب‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Qışlaq-i Tumarhacısəd (Pərsabad)
Qışlaq-i Tumarhacısəd (fars. قشلاق تومارحاج سعد‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (34 ailə).
Sonia Tumiotto
Tumamə ibn Vəlid
Tumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (ərəb. ثمامة بن الوليد بن قعقاع العبسي‎‎) — Abbasi sərkərdəsi. İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan (hak. 685–705) Tumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin (hak. 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür. İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır. O, Bizansın idarəsində olan Anadoluya 777-ci və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir.
Tumamə ibn əl-Vəlid
Tumamə ibn əl-Vəlid ibn Qəqa əl-Əbsi (ərəb. ثمامة بن الوليد بن قعقاع العبسي‎‎) — Abbasi sərkərdəsi. İbn əl-Vəlid Banu Əbs ailəsindən idi. Bu ailə xəlifə Əbdülməlik ibn Mərvan (hak. 685–705) Tumamənin babası Qəqa ibn Xüleyd əl-Əbsinin əmisi qızı ilə evlənəndə Əməvilər sülaləsi ilə qohum olmuşdur. Onun atası əl-Vəlid Əməvi sərkərdəsi və Kinnəsrin valisi olmuşdur. Buna baxmayaraq, o, ibn əl-Vəlidin əmisi Əbdülməlik ilə birlikdə II Validin (hak. 743–744) hakimiyyətə çıxmasına qarşı çıxdıqlarından digər ailə üzvləri tərəfindən işgəncə edilərək öldürülmüşdür. İbn əl-Vəlid bu təmizləmə siyasətindən sağ çıxmış və Əməviləri devirən Abbasilər sülaləsinə xidmət etməyə başlamışdır. O, Bizansın idarəsində olan Anadoluya 777-ci və 778-ci ildə iki dəfə yürüş etmiş, ancaq Bizans sərkərdəsi Mixail Laxanodrakon tərəfindən məğlub edilmişdir.
Xara-Tumus yarımadası
Xara-Tumus yarımadası (rus. Полуостров Хара-Тумус) — Krasnoyarsk diyarı şimal-şərqində, Xatanqa körfəzi suları ilə əhatələnən yarımada. Cənub-şərqdən Saxanın Anabarski ulusu ilə sərhədlənir. Şərqində Nordvik buxtası yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxil olsa da onunla quru əlaqəsi yoxdur.
Çit tuman
Çit tuman — Azərbaycanın milli rəqsi. Çit tuman qrup halında ifa olunan mahnı və rəqsdir. Onu qadınlardan, çox vaxt cavan qadınlardan ibarət olan bir qrup oynajır. Rəqsin qəti müəyyənləşdirilmiş quruluş və ya şəkili olmayıb, hərə öz bacarığına görə oynamağa çalışıb, lakin hərəkətlərin xarakteri hamıda təqribən eyni olub. Rəqs XX əsrin ikinci yarısında Naxçıvanda yaranıb və yaxın vaxtlara qədər burada ifa edilib. İndi bu rəqs barəsində yalnız arabir eşitmək olur.
Şahin Tuma Cəfəroğlu
Şahin Tuma Cəfərqulu (23 yanvar 1997, Suonsi və ya Uels) — azərbaycanlı aktyor və müğənni. Şahin Tuma Cəfəroğlu 1997-ci il yanvarın 27-də Böyük Britaniyada, Uels bölgəsinə aid Svansea şəhərində anadan olub. İran azərbaycanlısı olan atası ilə anası Şahin kiçik yaşlarında olarkən boşanıblar. Hazırda Şahin anası ilə birlikdə Uelsdə yaşayır. 12 yaşlı Şahin Svanseada ictimai məktəbin 7-ci sinfində oxuyur, eyni zamanda həftəsonları səhnə dərsləri alır. Bir sıra filmlərə və seriallara çəkilib. BBC-nin altı ay davam edən "Ulduz zərbəsi" sənədli film seriyasının qəhrəmanı olub. "Həyat" adlanan trillerdə isə Maykl Ceksonun cavanlığını oynayıb. Cekson heyranı olan Cəfəroğlu Britaniyada 2009-cu ilin mayında məşhurlaşıb. "Britaniyanın istedadları" adlanan televiziya yarışmasına qatılan Cəfəroğlu Maykl Ceksonun "Who’s Lovin’ You" ("Səni kim sevir") mahnısı ilə bütün zalı ayağa qaldırıb.
Kirill Tumanov
Kirill Lvoviç Tumanov (rus. Кири́лл Льво́вич Тума́нов, ing. Cyril Leo Toumanoff; 13 oktyabr 1913, Sankt-Peterburq – 4 fevral 1997, Roma) Cənubi Qafqaz və Cənubi Qafqaz aristokrat ailələri tarixi üzrə ABŞ mütəxəssisi. Orta əsr Qafqaz tarixi üzrə ən böyük Qərb ekspertlərindən biridir. == Həyatı == Kirill Tumanov 1913-cü ildə Sankt-Peterburqda Rusiya İmperator Ordusunun zabiti Lev Tumanovun ailəsində anadan olmuşdur. Anası rus zadəgan Yelizaveta Jdanova olmuşdur. Lev Tumanov zadəgan erməni-gürcü mənşəli Tumanovlar ailəsindən idi. 1917-ci il Oktyabr inqilabından sonra Lev Tumanov ailəsini Yelizavetanın valideynlərinin yaşadığı və o dövrdə ikili hakimiyyətin mövcud olduğu Həştərxana aparmışdır. Ağların məğlubiyyətindən sonra Tumanovlar Parisə mühacirət etmişdilər. 1928-ci ildə Lev və Kirill Tumanov ABŞ-yə köçmüşdür.
Mixail Tumanişvili
Mixail İvanoviç Tumanişvili (gürc. მიხეილ ივანეს ძე თუმანიშვილი; 6 fevral 1921, Tiflis – 11 may 1996, Tbilisi) — gürcü, sovet teatr rejissoru və müəllimi. SSRİ xalq artisti (1981). Mixail Tumanişvili 1939-cu ildən Şepetovka (Ukrayna) şəhərində Qırmızı Ordu sıralarında xidmət etmişdir.O, Kiçik rabitə komandirləri məktəbini bitirib. Müharibədə iştirak etmişdir. Əsir düşüb,iki dəfə qaçan Tumanişvili 1944-cü ildə ordudan tərxis olunub. 1949-cu ildə Tbilisi Teatr İnstitutunun rejissorluq fakültəsini, Georgi Tovstonoqovun sinfini bitirib. 1949-1971-ci illərdə Şota Rustaveli adına Tbilisi Milli Teatrının direktoru (1965-1966-cı illərdə - baş rejissor) vəzifəsində çalışıb. Janr və üslub baxımından rəngarəng olan rejissorun əsərləri bədii lüğətin sadəliyi, psixoloji dəqiqliyi, insan xarakterlərinin inkişafındakı ən incə nüansları ilə seçilirdi. 1971-1975-ci illərdə Mixail Tumanişvili Gürcüstan televiziyasının baş direktoru olub.
Tuman (dəqiqləşdirmə)
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Tumelaia
Canavargiləsi (lat. Daphne) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinə aid bitki cinsi. Thymelaea All.
Seyfəddin Tumanbəy
Əl-Adil Seyfəddin Tuman bəy — (ərəb. السلطان الملك العادل أبو النصر طومان باى الأشرفى قايتباى‎ Misir Burci sülaləsindən iyirmi beşinci Məmlük sultanı. 1501-ci ildə hakimiyyəti təxminən yüz gün çəkdi. Tuman bəy sultan seçildiyi zaman qırx yaşında idi. Sultan olmadan əvvəl populyar olmasına baxmayaraq, sultan olandan qısa müddətdə tədbirləri səbəbiylə populyarlığını itirdi. Bu da şahzadələrdən birini iddia edilən sui-qəsdlə asaraq ölümünə məhkum edilməsində özünü büruzə verdi. Əl-Əşrəf Qansu al-Ğavri tərəfindən hakimiyyətdən devrilərək yerinə gəldi.
Tumion
Torreya (lat. Torreya) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Caryotaxus Zucc. ex Henkel & W.Hochst. Foetataxus J.Nelson Struvea Rchb. Tumion Raf.
Tumionella
Ericameria (lat. Ericameria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Macronema Nutt. Stenotopsis Rydb.

Digər lüğətlərdə