UZUNBIĞ

sif. Bığları uzun olan, uzun bığ qoymuş. Uzunbığ kişi.
– Məmməd bəyin ilk zərbəsindən uzunbığlı, sallaq birçəkli bir sərkərdənin başı qələm kimi atıldı. Çəmənzəminli.

UZUNBAŞLI
UZUNBIĞLI
OBASTAN VİKİ
Bozbığlı uzunbığ
Döşüdişli uzunbığ
== Təsviri == Erkək fərdlərin bədəninin uzunluğu 30 – 40 mm, dişilərinki isə 60 mm - ə qədərdir. Bədəni iridir, qanadüstlükləri adətən bir qədər açıq rəngdədir. Ön döş önə doğru daralmışdır, ön ucları itidir. Ön döşün yan tərəfləri uzun dişiciklərlə əhatə olunmuşdur. Sonuncu dişicik qalanlarından uzun olub, arxaya doğru əyilmişdir. Erkək fərdlərin çənələri dişilərinkinə nisbətən iri olub, içəri kənarında iri dişi vardır. Dişi fərdlərdə bu diş zəif inkişaf etmişdir. Bığcıqlar erkək fərdlərdə qanadüstlüklərin yarısından uzundur, dişi fərdlərdə isə yarısına çatmır. == Yayılması == Albaniya, keçmiş Yuqoslaviya, Yunanıstan, Bolqarıstan, Türkiyə, İran, Suriya, Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycanda Şəki – Zaqatala, Quba – Xaçmaz, Gəncə, Yevlax, Mingəçevir, Samux, Neftçala və Lənkəran rayonlarında rast gəlinir. == Sayı == 1904-cü və 1906-cı ildə M.Vinovski tərəfindən Yevlaxda 1 fərd, 1909-cu ildə M.Vinovski tərəfindən Gəncədə 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, 1931-ci ildə V.Kavdişev tərəfindən Zaqatalada 1 fərd, 1941-ci ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 3 ədəd, 1946-cı ildə A.V.Boqaçev tərəfindən Mingəçevirdə 1 fərd, 1947-ci ildə A.V.Boqaçev tərəfindən Samuxda 1 fərd, 1949-cu ildə A.V.Boqaçev tərəfindən Xaldanda 5 fərd, 2008-ci ildə X.Z.Əsgərzadə tərəfindən Nabranda 5 fərd, 2011-ci ildə Z.B.Şahverdiyeva tərəfindən Neftçalada 1 fərd, 2010-cu ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Şabranda 2 fərd, 2012-ci ildə İ.Q.Kərimova tərəfindən Zaqatalada 2 fərd qeydə alınmışdır.
Dənəvərbığlı uzunbığ
Qara uzunbığ
Qara uzunbığ (lat. Morimus asper) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Təhlükə həddinə (VU) yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Bədəni qara rəngdə olub, 16–38 mm uzunluqdadır. Qanad üstlükləri və ön döşün üzəri dənəvərdir. Qanadüstlüklərin üzərində qara ləkələr vardır. Krım, Qafqaz, Cənubi Qafqaz; Türkiyə, Şimali İranda rast gəlinir. Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, Astara və Yardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır. Sürfələr müxtəlif enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağı və qabığı altında yaşayırlar.
Uzunbığ rezuslar
Uzunbığ rezuslar (lat. Rhaesus) — Uzunbığlar fəsiləsinə aid böcək cinsi. İri ölçülərə malik olan böcəklərdir. Onların uzunluğu 60 mm təşkil edir. Gövdə hissəsinin kənarları dişlikli olur. Bu cinsə aşağıdakı növlər daxildir: növ: Rhaesus persicus Motschulsky, 1875 növ: Rhaesus serricollis (Motschulsky, 1838) Бей-Биенко Г. Я. Часть 1. Жесткокрылые и веерокрылые // Определитель насекомых европейской части СССР в пяти томах. — Москва—Ленинград: "Наука", 1965. — Т. II. — С. 389–419. — 668 с.
Böyük qısaqanad uzunbığ
Böyük qısaqanad uzunbığ (lat. Necydalis major) — Sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Nadir növdür. Mənfi təsirlərə həssasdır. == Təsviri == Bədəni yığcam formaya malik olub, 21 –32 mm uzunluqdadır. Rəngi qaradır, qanadüstlükləri qırmızımtıl – boz rəngdə olub zirvədə qaradır. Qanadüstlükləri qısadır və qarıncığı örtmür, qanadlar qarıncıq boyu açıqda yerləşmişdir. Bığcıqları erkək fərdlərdə birinci yarısına qədər, dişilərdə isə tamamilə qırmızımtıl – sarı rəngdədir. Ətrafları qırmızımtıl – sarı rəngdə, arxa budların zirvələri isə qaradır. Qarıncığın birinci buğumu qırmızımtıldır.
Böyük palıd uzunbığı
Böyük palıd uzunbığı (lat. Cerambyx cerdo L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəklərin bədən uzunluğu 24–25 mm-ə çatır. Rəngi qara-qəhvəyidir. == Həyat tərzi == Böcəklərin uçuşu may ayından avqust ayınadək davam edir. Əsasən meyvə, meşə və introduksiya edilmiş bəzək ağaclarına palıda, cökəyə, tuta, əriyə, qoza, at şabalıdına və şama zərər verir. Bakı və Sumqayıt şəhərlərində daha çox yayılmışdır. Yaşlı fərdlər ağacların ifraz etdiyi şirə ilə qidalanırlar. Bir neçə gün cütləşmədən sonra, iyun-iyul aylarında ağacların gövdəsi daxilinə yumurta qoymağa başlayırlar. 12-14 gündən sonra yumurtadan çıxan sürfələr gövdənin içərisində qidalanaraq öz inkişaflarını 2-3 ilə başa vururlar.
Kürəni ev uzunbığı
Kürəni ev uzunbığı (lat. Stromadium unicolor) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. == Təsviri == == Yayılması == Kürəni ev uzunbığı Cənubi Avropada, Krımda, Qafqazda, Qərbi Asiyada yayılmışdır. Azərbaycanda bu növə bütün rayonlarda təsadüf edilir. == Həyat tərzi == Sürfəsi müxtəlif ağac cinslərinin oduncaq hissəsində yaşayır. Yemləndiyi bitkilərdən palıd, püstə, fıstıq, qarağac, cökə, şabalıd, meyvə ağacları, söyüd, şam və s. xüsusi yer tutur. Bu uzunbığ nəinki tələf olmuş və ya qurumaqda olan ağac budağı və gövdəsi, həmçinin müxtəlif taxta-şalban, tir, ağac məmulatları və tikililəri də yoluxdurur. O, qismən quru olan oduncaqlara üstünlük verir. Çoxalma illərində böyük zərər verə bilir.
Skovits uzunbığı
Tünd qırmızı talış uzunbığı
Tünd qırmızı talış uzunbığı (lat. Purpuricenus Talyshensis) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid növ. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. Azərbaycanın endemik canlısıdır. Bədənin uzunluğu 12,5–17 sm-dir. Rəngi qaradır. Qanadüstlükləri açıq-qırmızı və ya çəhrayımtıl-sarı rəngdə olub hər birinin üzərində 3 iri qara ləkə vardır. Qanadüstlüklərin əsasında nisbətən kiçik qara ləkə, orta hissəsində iri və qismən oval, zirvədə isə ən kiçik qara ləkə vardır. Ön döş açıq –qırmızı rəngdə olub əsasda qalın qara ləkə ilə əhatələnmişdir, öndə iki qara nöqtəlidir. Bığcıqları 11 buğumludur.
Uzunbığcıqlılar
Uzunbığcıqlılar (lat. Ensifera) düzqanadlılar (lat. Orthoptera) dəstəsinə aid yarımdəstə. Uzunbığcıqlılar hər şeydən öncə, adətən bədəndən uzun olan qılşəkilli bığcıqları ilə seçilirlər. Eşitmə orqanı ön ayaqların baldırında yerləşmişdir. Dişinin qarıncığında uzun yumurtaqoyanı vardır.
Uzunbığlar
Uzunbığlar (lat. Cerambycidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Uzunbığ böcəklərin sürfələri başqa böcəklərin sürfələrindən asanlıqla seçilir. Sürfələrin bədəni yoğun, uzunsov-silindrşəkilli olub, 12 buğumdan ibarətdir. Baş, döş və qarıncıq hissələrindən ibarət olan bədənin baş hissəsi tünd rəngdə, yerdə qalan hissələr isə ağ və ya sarımtıl olur. Başdan sonrakı üç buğum sürfənin döşünü, 9 buğum isə qarıncıq hissəsini təşkil edir. Sürfənin başı möhkəm, tünd rəngdə olub, xitin örtüklə örtülmüşdür. Başın qabaq hissəsində ağız aparatı yerləşmişdir. Xitin örtükdən başın içərisinə doğru bir sıra çıxıntılar uzanır ki, bunlar da sürfənin başının daxili skeletini təşkil edir. Bir sıra növlərin başının yanlarında 1–5 cüt bəsit gözlər yerləşmişdir.
Uzunbığlı qumlaqçı
Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür. Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur. Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur.
Uzunbığlılar
Uzunbığlılar (lat. Nematocera) – ikiqanadlılar dəstəsinə aid həşərat yarımdəstəsi. Yarımdəstənin nümayəndələri bığcıqlarının çoxbuğumlu olması ilə səciyələnirlər. Əksəriyyətinin sürfəsində baş vardır, Pupları açıq və ya azad tipdədir. Növlərinin çoxu suda və rütubətli yerlərdə olur.

Digər lüğətlərdə