Qara Yanvar faciəsinin qurbanlarının siyahısı

Vikipediya, azad ensiklopediya
(Qara Yanvar faciəsinin şəhidlərinin siyahısı səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qara Yanvar faciəsinin qurbanlarının siyahısı — 1990-cı il yanvarın 19-dan 20-nə ötən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərкəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhalini müxtəlif tipli silahlardan atəşə tutularaq qətlə yetirilib.

Qətlə yetirilənlərdən çoxu xüsusi amansızlıqla öldürülmüşdür.

Qara Yanvar nəticəsində XXX nəfər həyatını itirmiş, XXX nəfər yaralanmışdır. Öldürülənlərdən X nəfəri qadın, X nəfəri uşaq idi.

Qətlə yetirilənlər sırasında milislər, fəhlələr, tələbələr, şağirdlər də olmuşdur.

Öldürülənlərdən X nəfər azərbaycanlı, 6 nəfər rus, 3 nəfər yəhudi, 2 nəfər isə tatar mulliyyətinə mənsu idi.

Qara Yanvar faciəsinin qurbanları

S/S
Şəhid
Yaşı
Peşəsi
Ölümü
1.
Abbasov Sabir Rzaqulu oğlu
22
satıcı 1968-ci ildə Binə qəsəbəsində anadan olub. Subay idi. Binə hava limanında satıcı işləyib. Axşam saat 22:00-da işdən çıxıb. Yolda əsgərlər tərəfindən güllələnmiş, gecə saat 23.05-də xəstəxanaya gətirilmişdir. Səhər onun meyidi 26 nömrəli xəstəxanadan tapılmışdır. Qarın nahiyəsindən yaralanmışdır. Binə qəbiristanlığında dəfn edilmişdir.
2.
Abbasov Zöhrab Heydərəli oğlu
19
işsiz 1970-ci ildə anadan olub. Subay idi. Vərəm xəstəliyi olduğu üçün heç yerdə işləmirdi. Yanvarın 19-da XI Qızıl Ordu meydanına getmişdi. Gecə saatlarında tüfəngin qundağı ilə döyülmüş, ağır bədən xəsarəti almışdır. Elə həmin gün də neyrocərrahiyyə xəstəxanasında ölmüşdür. Xırdalan qəbiristanlığında dəfn olunub.
3.
Abbasova Fəridə Nəriman qızı
37
evdar 1952-ci ildə anadan olub. Evdar qadın idi. 2 oğlu, 1 qızı var idi. Yanvarın 19-da axşam saat 00:00 radələrində evinin həyətində paltar sərdiyi yerdə güllələnmişdir. Yanvarın 20-də Nardaran qəbiristanlığında dəfn olunub.
4.
Abdullayev Eyyub Mahmud oğlu
22
fəhlə 1967-ci ildə Vedi rayonunda anadan olub. Subay idi. Soyuducular zavodunda fəhlə işləyib. Yanvarın 20-də gecə saat 00.30-da evdən çıxıb. Valideynləri onu itgin hesab edib. "Naxçıvan" mehmanxanasının yanında öldürülmüşdür. Yanvarın 22-də naməlum şəxs olaraq Şəhidlər Xiyabanında dəfn olunub. Martın 11-də isə şəxsiyyəti müəyyənləşdirilmişdir.
5.
Abdullayev Zahid Abdulla oğlu
30
fəhlə 1959-cu ildə Xaçmaz rayonunda anadan olub. Maşınqayırma zavodunda fəhlə idi. Həmin zavodda işləyən Z. Abdullayeva ilə evlənmişdi. 2 oğlu, 1 qız var idi. Kirayədə yaşayırdılar. Yanvarın 19-dan 20-nə ötən gecə Salyan Kazarmasının yanında avtobusun atəşə tutulması nəticəsində Zahid Abdullayev başından aldığı güllədən öldürülmüşdür. Xaçmaz rayonnda dəfn olunub.
6.
Abdullayev Tariyel Oruc oğlu
40
rəngsaz 1949-cu ildə Şəmkir rayonunda anadan olub. 4 nömrəli inşaat idarəsində rəngsaz işləyib. 2 övladı var idi. Kirayədə yaşayırdılar. Yanvarın 19-dan 20-nə ötən gecə XI Qızıl Ordu meydanında ağır güllə yarası almışdır. Saat 04:00 radələrində xəstəxanada əməliyyat olunmuşdur. Növbəti dəfə yanvarın 22-də cərrahiyyə əməliyyatı aparılmışdır. Bununla belə yanvarın 27-də vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
7.
Ağahüseynov Ağahəsən Yarı oğlu
32
mantyor 1957-ci ildə anadan olub. 2 övladı var idi. Xətai rayonunda mantyor işləyib. Yanvarın 19-dan 20-nə ötən gecə qardaşı Tavabil Ağahüseynovla bir yerdə Salyan Kazarmasının yanında olmuşdur. Gecə saatlarında güllə yarası almışdır. Xəstəxanaya aparılmış, cərrahiyyə əməliyyatı olunmuş, bədənindən dörd güllə çıxarılmışdır. Bununla belə səhər saat 07:00 radələrində vəfat etmişdir. Əhmədli qəbiristanlığında dəfn olunub.
8.
Ağaverdiyev Aslan Əlikram oğlu
37
satıcı 1952-ci ildə anadan olub. Çay evində satıcı işləyib. Üç qızı var idi. Həmin gecə saat 00:00 radələrində güllə səsinə evdən çıxıb. Bütün gecə ailəsi ondan xəbər ala bilməyib. Yanvarın 20-də onun meyidini xəstəxananın ölüxanasından tapıblar. Güllə onun bağırsaqlarını, mədəsini və böyrəyini zədələmişdir. Xəstəxanaya gətirilənə qədər qan itirmiş, nəticədə vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
9.
Alimov Ramis Xarisoviç
31
çilingər 1958-ci ildə anadan olub. Milliyyətcə tatardır. 1973-cü ildən Boru Kəməri İdarəsində maşın təmiri çilingəri işləyib. Evli idi. Bir qızı var idi. Həmin gecə güllə səsinə evdən çıxıb. Bütün gecə ailəsi ondan xəbər ala bilməyib. Yanvarın 20-də qardaşı onun meyidini xəstəxananın ölüxanasından tapmışdır. Gülləş yarasından ölmüşdür. Şəhidlər Xiyabanında dəfn olunub.
10.
Allahverdiyev İlham Əjdər oğlu
27
fəhlə 1962-ci ildə Ağdam rayonunda anadan olub. Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda fəhlə işləyirdi. 1989-cu il iyunun 30-da Fərizə Allahverdiyeva ilə toyları olmuşdu. Həmin gecə güllə səsinə evdən çıxıb. Sonra qonşularla XI Qızıl Ordu meydanına gedib. Saat 00:30 radələrində yaralanıb. Xəstəxanaya aparılıb və gecə saat 01:00 radələrində cərrahiyyə əməliyyata alınıb. Saat 01:00 radələrində aldığı güllə yarasından vəfat etmişdir. Yanvarın 21-də, saat 06:00 radələrində həyat yoldaşı Fərizə Allahverdiyeva intihar etmişdir. Şəhidlər Xiyabanında yanaşı dəfn olunublar.
11.
Allahverdiyev Nəriman Əmir oğlu
50
12.
Allahverdiyev Ruslan Kamal oğlu
22
fəhlə 1967-ci ildə Ucar rayonunda anadan olub. Subay idi. Şampan zavodunda fəhlə işləyirdi. Yanvarın 19-u axşam Salyan Kazarmasının yanında olub. Güllə yarası alıb. Atası onun meyidini Salyan Kazarmasının yanından tapıb. Xırdalanda dəfn olunub.
13.
Allahverdiyeva Fərizə Çoban qızı
19
14.
Aliməmmədov Teymur Yəhya oğlu
17
tələbə 1972-ci ildə Şahbuz rayonunda anadan olub. N. Nərimanov adına Tibb Universitetinin əczaçılıq bölməsinin təhsil alırdı. Subay idi. Birinci imtahan sessiyasını uğurla başa vurmuşdu. Şahbuz rayonuna ailəsinin yanına getməyi düşünürdü. Dostu ilə birgə Naxçıvana bilet alıb, qayıdan zaman başından güllə yarası alıb. Güllə onun əmgəyindən dəymiş, üst çənəsində ilişib qalmışdı. Yeddi gün xəstəxanada qaldıqdan sonra yanvarın 31-i saat 03.45-də vəfat etmişdir. Şahbuz rayonunda dəfn olunub.
15.
Atakişiyev Bəhruz Tofiq oğlu
28
sürücü 1961-ci ildə anadan olub. Avtomobil dəstəsində sürücü işləyib. Subay idi. Həmin gecə saat 00:00 radələrində atəş səslərinə evdən çıxıb. "Gənclik" metrosu istiqamətində güllə yarası alıb. 5 nömrəli xəstəxanaya aparılıb və gecə saat 02:00 radələrində cərrahiyyə əməliyyatına alınıb. Səhər saat 06:00 radələrində vəfat edib. Şəhidlər Xiyabanında dəfn olunub.
16.
Atakişiyev Şakir Xandadaş oğlu
28
çilingər 1961-ci ildə Abşeron rayonunun Sitalçay qəsəbəsində anadan olub. Sumqayıt qaz idarəsində çilingər işləmişdir. 2 oğlu, 1 qızı var idi. Yanvarın 19-da axşam saatlarında Xırdalan pivə zavodunun yanında dostunun "Jiquli" maşınında odlu silahla vurulub. Sinəsində beş güllə yarası olub. Dostu isə yaralanıb. Yanvarın 21-də saat 15:00-da meyidinu xəstəxanada tapıblar. Şəhidlər Xiyabanında dəfn edilib.
17.
Babayev Əlövsat Hidayət oğlu
41
Nizami Rayon Məhkəməsinin qərarı ilə 20 yanvar 1990-cı il tarixindən itgin hesab olunur.
18.
Babayev Fuad Yavər oğlu
22
tələbə 1967-ci ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat bölməsinin tələbəsi idi. Həmin gecə güllə səsi evdən çıxıb. XI Qızıl Ordu meydanı yaxınlığında güllələnib. Yanvarın 20-də səhər saat 07:00 radələrində onun meyidini xəstəxananın meyidxanasından tapıblar. Şəhidlər Xiyabanında dəfn olunub.
19.
Babayev Rahim Vaqif oğlu
19
tələbə 1970-ci ildə Ordubad şəhərində anadan olub. M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun tələbəsi idi. Yanvarın 19-da gecə saat 00:00-da evdən çıxıb. Beş gün barəsində xəbər olmayıb. Yanvarın 25-də meyidi xəstəxananın meyidxanasında tapılıb. Şəhidlər Xiyabanında dəfn olunub.
20.
Babayeva Sürəyyə Lətif qızı
76
evdar 1913-cü ildə anadan olub. Biləcəri qəsəbəsində oğlunun yanında yaşayıb. Yanvarın 22-də saat 17:25 dəqiqədə Biləcəri şosesində hərbi zirehli maşınlardan binalar atəşə tutulmuş, mətbəxdə axşam yeməyi hazırlayan Sürəyya Babayeva aldığı güllə yarasından yerindəcə ölmüşdür. Bina 5 dəqiqədən çox avtomat və pulemyotlardan atəşə tutulmuş, daha bir qonşu isə yaralanmışdır. İmişlidə dəfn olunub.
21.
Bağırov Baloğlan Həbib oğlu
24
baytar 1966-cı ildə Maştağa qəsəbəsində anadan olub. 3 övladı var idi. Azərquşsənaye birliyinin baytarlıq laboratoriyasında işləyib. Yanvarın 23-də Baloğlan Bağırov qaynanasını Gürcüstana yola salmaq üçün qardaşı Atamoğlanla birgə şəhərə gəliblər. Həmin gün təxminən saat 16:00-da Tbilisi pr. yaxınlığında benzindoldurma məntəqəsinin yaxınlığında hərbçilər heç bir səbəb olmadan onların getdiyi maşını atəşə tutmuşlar. Baloğlan Bağırov döş qəfəsindən və qarın boşluğundan yaralanmış, onu xəstəxanaya aparmışlar. Həmin gün vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
22.
Bağırov Telman Malik oğlu
29
milis 1960-cı ildə anadan olub. Milis şöbəsində serjant vəzifəsində işləyirdi. Yanvarın 20-də təxminən saat 20:00 radələrində evə gəlib, şam edib və yenidən işə qayıdacağını bildirib. Təxminən saat 22:30 radələrində naməlum şəxs evə zəng edib və ailə üzvündən Telman Bağırov adlı qohumunun olub-olmadığını soruşub və onu xəstəxanaya apardığını bildirib. Telman Bağırov "Dostluq" Kinoteatrının yaxınlığında telefon danışıq məntəqəsinin qarşısında əsgərlər tərəfindən güllələnmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
23.
Baxşəliyev Elçin Mirzə oğlu
24
sürücü 1965-ci ildə anadan olub. Avtobus sürücü işləyirdi. Subay idi. 19-dan 20-nə ötən gecə 2 nömrəli maşınlar dayanacağının yanında yaralılara yardım edirdi. Bu vaxt hərbçilər onu da atəşə tutmuş, nəticədə qarın nahiyəsindən güllə yarası almışdır. Elçin Baxşəliyev xəstəxanada ölmüşdür. Qohumları onun meyidini yanvarın 20-də həmin xəstəxananın ölüxanasından tapıblar. Abşeron rayonunda dəfn edilib.
24.
Bayramov İsabala Əli oğlu
22
işsiz 1967-ci ildə anadan olub. 2 övladı var idi. Günəmuzd işləyirdi. Yanvarın 19-da əmisi oğlu Mübariz Bayramovla XI Qızıl Ordu meydanına gediblər. Təxminən 00:30 radələrində yaralanmış, aparıldığı xəstəxanada ölmüşdür. Güllə baş nahiyəsindən dəymişdir. Şəhidlər Xiyabanında dəfn edilib.
25.
Bessantina Vera Lvovna
16
şagird 1973-cü ildə anadan olub. Milliyyətcə yəhudidir. 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi idi. Salyan Kazarması ilə üzbəüz binada yaşamışdır. Yanvarın 20-də gecə saatlarında binanın atəşə tutulması nəticəsində Vera Bessantina qarın nahiyəsindən yaralandı, qısa müddətdə qanaxmadan həyatını itirdi. Şəhidlər Xiyabanında dəfn edilib.
26.
Boqdanov Valeri Zakiroviç
31
milis 1958-ci ildə Gəncə şəhərində anadan olub. Milis leytenantı idi. Yanvarın 19-da səhər tezdən işə çağırılıb. Yanvarın 20-də səhər saat 07:15-də onların maşını Tbilisi pr. yaxınlığında atəşə tutulmuşdur. Nəticədə Valeri Boqdanov güllə yarası almış, 4 saatdan sonra isə xəstəxanada vəfat etmişdir. Gəncə şəhər qəbiristanlığında dəfn olunub.
27.
Bünyadzadə Ülvi Yusif oğlu
20
tələbə 1969-cu ildə Vardenis rayonunun anadan olub.

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili bölməsinin tələbəsi idi. Tərcümələr edir, şeirlər yazırdı. Həmin gecə XI Qızıl Ordu meydanında güllələnmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.

28.
Cavanşirov İlkin Zülqədər oğlu
56
sürücü 1933-cü ildə 28-də anadan olub. 2 nömrəli maşınlar dayanacağında sürücü işləyirdi. 9 övladı var idi. Yanvarın 20-də gecə saatlarında güllə səsləri eşidəndə evdən çıxıb. Avtovağzal yaxınlığında qolundan və başından güllə yarası almışdır. Yanvarın 23-də təcili yardım xəstəxanasında vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn edilib.
29.
Durdıyev Anagəldi
35
Nizami Rayon Məhкəməsinin qərarı ilə 20 yanvar 1990-cı il tarixindən itgin hesab olunur.
30.
Eminov Vəfadar Osman oğlu
23
fəhlə 1966-cı ildə Borçalı mahalında anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetinin hüquq bölməsində axşam şöbəsində oxuyurdu, paralel olaraq fəhlə işləyirdi. Yanvarın 21-də imtahandan çıxandan sonra təxminən saat 13:00 radələrində yolüstü Qədirli adına xəstəxanaya gedib, yaralılara vurulmaq üçün qan verib. Xəstəxanadan çıxıb «Olimp» mağazasına tərəf piyada düşən zaman hərbçilər tərəfindən güllələnmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
31.
Əbilhəsənov İlqar Yusif oğlu
22
milis 1967-ci ildə anadan olub. Yasamal Rayon Daxili İşlər Şöbəsində serjant işləyirdi. Həmin gecə xidməti növbədə idi. Təxminən saat 00:00 radələrində «Naxçıvan» mehmanxanasının yanında özünəməxsus QAZ-24 maşınından enən zaman avtomatdan atəşə tutulmuş, sonra xəstəxanaya aparılmışdır. Beş saatlıq cərrahiyyə əməliyyat olunsa da, yanvarın 22-də səhər saat 11:00 radələrində həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
32.
Əbülfətov Mircamal Mirsaleh oğlu
31
fəhlə 1958-ci ildə Lənkəranda anadan olub. Lənkəran şəhərlərarası daşıma idarəsində fəhlə işləyib. 1 qızı var idi. Həmin gecə XI Qızıl Ordu meydanında yaralıların xəstəxanalara aparılmasına yardım edib. Gecə saatlarında güllələnib. Qarın və sinə nahiyəsindən güllə yarası alıb. Xəstəxanaya aparılan zaman saat 03:30 radələrində həyatını itirib. Lənkəranda dəfn edilib.
33.
Əhmədov İlqar Hümbət oğlu
24
tələbə 1965-ci ildə Borçalı mahalında anadan olub. Ç. İldırım adına Azərbaycan Politexniк İnstitutunun tələbəsi idi. Yanvarın 19-dan 20-nə ötən gecə dostları ilə birgə Salyan Kazarmasının yanında olub. Gecə saat 02:30 radələrində hərbçilər tərəfindən güllələnib. Sol gözündən güllə yarası alan İlqar Əhmədov hadisə yerindəcə həyatını itirmişdir. Borçalı mahalında dəfn olunub.
34.
Ələkbərov Azər Nəsib oğlu
22
tələbə 1967-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq bölməsinin tələbəsi idi. Yanvarın 19-dan 20-nə ötən gecə boynundan aldığı güllə yarasından həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
35.
Əsgərov Novruz Faiq oğlu
21
fəhlə 1968-ci ildə anadan olub. İnşaat Kooperativində işləyirdi. Yanvarın 20-də gecə saatlarında Əzizbəyov metrostansiyasının yaxınlığında güllələnmişdir. Səhər saatlarında meyidini Caparidze adına xəstəxananın meyidxanasından tapıblar. Əhmədli qəbiristanlığında dəfn olunub.
36.
Ələsgərov Zaur Rasim oğlu
20
işsiz 1969-cu ildə anadan olub. Yanvarın 20-də gecə saatlarında dostları ilə birgə XI Qızıl Ordu meydanına gedib. Yanvarın 21-də meyidini təcili yardım maşını xəstəxananın meyidxanasına gətirib. Haradan gətirildiyi bəlli deyil. Üç yerdən - başından, ürəyindən və ayağından güllə yarası alıb. Şəhidlər Xiyabanında dəfn edilib.
37.
Əliyev Əruz Əhmədəli oğlu
?
? barəsində ətraflı məlumat yoxdur
38.
Əliyev Bayram Mədət oğlu
39
icraçı 1950-ci il ildə Kalinino rayonunda anadan olub. 2 nömrəli Ev İnşaatı Kombinatında icraçı işləyib. Ailəli idi. Həmin gecə hərbçilər tərəfindən öldürülmüşdür. Rəsmi diaqnoza əsasən döş qəfəsinin alətlə travması, daxili orqanların və qabırğaların sınması və zədələnməsi, həmçinin odlu silahla yara qeydə alınmışdır. "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
39.
Əliyev Xəlqan Yusif oğlu
20
dülgər 1969-cu ildə anadan olub. Subay idi. «İsкra» zavodunda dülgər işləyirdi. Zavodun qarşısında hərbçilər tərəfindən güllələnib. Qarın nahiyəsindən aldığı güllə yarası nəticəsində yanvarın 20-də vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
39.
Əliyev Namiq Kamil oğlu
24
aşpaz 1965-ci ildə anadan olub. «Zümrüd» restoranında aşpaz işləyib. Subay idi. Yanvarın 19-da səhər işə gedib və geri qayıtmayıb. "Olimp" mağazasının yaxınlığında yuxarı çıxmağa çalışan zaman atəşə məruz qalmış, ürəyinə və gicgahına dəyən 2 güllədən hadisə yerindəcə həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn edilib.
40.
Əliyev Rüstəm Şahvələd oğlu
24
sürücü 1965-ci ildə anadan olub. Subay idi. 2 nömrəli avtobus dayanacağında sürücü işləyirdi. Yanvarın 19-da axşam dostu Elmanla Salyan Kazarmasının yanına gedib. Hərbçilər dinc əhaliyə atəş açan zaman yaralıları avtobusla xəstəxanaya daşıyıb. Sonra yolda Rüstəm Əliyevin avtobusunu da atəşə tutublar. O, döş qəfəsindən, qarın boşluğundan bir neçə odlu güllə yarası alıb. Gecə saat 03:30 radələrində xəstəxanaya gətirilib. Yanvarın 25-də, saat 13:00 radələrində həyatını itirib. Şəhidlər Xiyabanında dəfn edilib.
41.
Əliyev Zahid Bayram oğlu
26
satıcı 1963-cü ildə Vedi rayonunda anadan olub. Bir qızı var idi. Mağazada satıcı işləyib. Yanvarın 19-da işdən evə gəlib. Axşam saatlarında Binə qəsəbəsinə, bacısıgilə gedib. Həmin gün evə qayıtmayıb. Suraxanı döngəsində yaxınlığında hərbçilər tərəfindən güllələnib. Suraxanı xəstəxanasına çatdırılanda həyatını itirib. Şəhidlər Xiyabanında dəfn edilib.
42.
Əliyev Zəbbulla Xeyrulla oğlu
43
sürücü 1946-cı ildə Sabirabad rayonunda anadan olub. Sürücü işləyib. Beş uşaq atası idi. XI Qızıl Ordu meydanında başından odlu güllə yarası almış, yanvarın 20-də xəstəxanada vəfat etmişdir. Sabirabad rayonunda dəfn olunub.
43.
Əlizadə Faiq Əbdülhüseyn oğlu
37
fəhlə 1953-cü ildə Ağcabədi şəhərində anadan olub. Binəqədi rayon təmir-inşaat idarəsində fəhlə işləyib. Üç övladı var idi. Yanvarın 19-u gecə saatlarında güllə səslərinə evdən çıxıb. «Gəncliк» metrosunun yaxınlığında güllələnib. Yanvarın 20-də səhər saatlarında 5 nömrəli xəstəxanada həyatını itirib. Şəhidlər Xiyabanında dəfn edilib.
44.
Əsədullayev Asif Kamil oğlu
36
fəhlə 1952-ci ildə Lənkəranda anadan olub. 2 övladı var idi. Maşınqayırma zavodunda fəhlə işləyib. Yanvarın 19-dan 20-nə ötən gecə Əmircan qəsəbəsində qohumlarının evindən «Jiquli» maşını ilə Sabunçu qəsəbəsinə qayıdan zaman Ramana yaxınlığında güllələnmişdir. Lənkəranda dəfn olunub.
45.
Əşrəfov Rəhman İsmixan oğlu
34
işsiz 1955-ci ildə Binə qəsəbəsində anadan olub. Evli idi. İdarə etdiyi maşınında təxminən saat 23:00 radələrində güllələnmişdir, nəticədə ağır yaralanmışdır. Vəziyyəti ağır olduğu üçün yanvarın 22-də neyrocərrahiyyə xəstəxanasına yerləşdirilmişdir. Yanvarın 24-də həmin xəstəxanada vəfat etmişdir. Nardaran qəbiristanlığında dəfn edilib.
46.
Əzizov Habil Komunar oğlu
22
tələbə 1968-ci ildə Qazax rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tələbəsi idi. Yanvarın 19-da, təxminən saat 00:00 radələrində güllə səsləri gəlməyə başlayanda dostları ilə Salyan Kazarmasının yanına getmişdilər. Gecə saatlarında güllələnib. Ertəsi gün ailəsi onun meyidini xəstəxananın ölüxanasından tapdılar. Qazax rayonunda dəfn olunub.
47.
Hacıyev Mübariz Məhəmməd oğlu
37
sürücü 1952-ci ildə Ucar rayonunda anadan olub. Dörd övladı var idi. 5 nömrəli maşın dayanacağında sürücü işləmişdir. Yanvarın 19-dan 20-nə ötən gecə XI Qızıl Ordu meydanında sol ayağından, sol çiynindən və ağ ciyər nahiyəsindən ağır yaralanmışdır. Xeyli qan itirən xəstəyə qan vurulmuş, amma bunun da yardımı olmamışdır. Şəhidlər Xiyabanında dəfn olunub.
48.
Həmidov İzzət Atakişi oğlu
59
laborant 1930-cu ildə anadan olub. Yer Quruluşu Layihə İnstitutunda işləyib. Üç övladı var idi. Yanvarın 20-də, saat 00:00 radələrində Salyan Kazarmasının yaxınlığında yaralanmışdır. 2 gün reanimasiya şöbəsində qaldıqdan sonra yanvarın 22-də həyatını itirmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
49.
Həmzəyev Balahüseyn Mirqəzəb oğlu
60
sürücü 1929-cu ildə anadan olub. 2704 nömrəli avtomobil xəttində sürücü işləyib. Beş övladı var idi. Yanvarın 19-da, axşam saatlarında Yeni Suraxanı dairəvi yolunda güllələnmişdir. Caparidze adına xəstəxanaya aparılsa da, martın 24-də müalicə aldığı xəstəxanada vəfat edib. Yeni Suraxanı qəbiristanlığında dəfn edilib.
50.
Həsənov Əli Xudaverdi oğlu
32
sürücü 1957-ci ildə anadan olub. Meliorasiya Su İnşaat İdarəsində sürücü işləyib. 2 övladı var idi. Yanvarın 20-də, gecə saat 00:00 radələrində güllə səslərinə evdən çıxıb. Səhər ailə üzvləri onun meyidini xəstəxananın meyidxanasına tapıblar. Şəhidlər Xiyabanında dəfn olunub.
51.
Həsənov Mehman İbrahim oğlu
25
dövlət qulluqçuqu 1964-cü ildə anadan olub. Ailənin yeganə övladı idi. İnşaat Materialları Sənayesi Nazirliyinin məlumat-hesablama şöbəsində işləmişdir. Yanvarın 19-da evdən iş adıyla çıxıb. Səhər evə gəlməyib. Yanvarın 21-də meyidini ölüxanadan tapıblar. XI Qızıl Ordu meydanında güllələnmişdir. Şəhidlər Xiyabanında dəfn olunub.
52.
Həsənov Müzəffər Qəzənfər oğlu
50
sürücü 1939-cu il anadan olub. İnşaat-quraşdırma trestinin avtobazasında sürücü işləmişdir. Dörd övladı var idi. Yanvarın 19-u gecə oğlu Zahid evə gec gəlib. Övladını axtarmağa gedib. Gecə saat 04:00-05:00 radələrində Salyan Kazarmasının yanında olub, yaralı və ölüləri xəstəxanaya daşıyıyıb. Yanvarın 22-də ailə üzvləri onun meyidini xəstəxanada tanınmaz hala düşmüş halda tapıblar. Şəhidlər Xiyabanında dəfn olunub.
53.
Həsənov Sahib Nəsib oğlu
40
satıcı 1949-cu ildə Gədəbəy rayonunda anadan olub. Məşədi Əzizbəyovun abidəsinin yaxınlığında qəzet satışı məntəqəsində satıcısı idi. Üç övladı var idi. Yanvar ayının 20-də səhər tezdən öz maşınında işə getdiyi vaxt İnşaatçılar pr. yaxınlığında yanğınsöndürmə məntəqəsinin qarşısında əsgərlər maşını atəşə tutmuş, güllələrdən biri onun alnına dəymiş, nəticədə həyatını itirmişdir. Bədənində 8 güllə yarası olub. Şəhidlər Xiyabanında dəfn olunub.
54.
Həşimov İsrafil Ağababa oğlu
25
satıcı 1964-cü ildə anadan olub. Azərittifaq sistemində satıcı işləyib. 2 qızı var idi. Həmin axşam evdən çıxıb, bütün gecə evə gəlməyib. Səhər meyidini xəstəxanadan tapıblar. Döş qəfəsindən güllə yarası alıb. Ehtimala görə hadisə XI Qızıl Ordu meydanında olub. Şəhidlər Xiyabanında dəfn olunub.
55.
Hüseynov Əlimərdan Əbil oğlu
27
montyor 1962-ci ildə Biləsuvar rayonunda anadan olub. Montyor işləmişdir. Yanvarın 19-dan 20-nə ötən gecə Salyan Kazarmasının yanında olmuşdur. Yanvarın 21-də onu meyidxanadan tapıblar. Güllələr ona qolundan və sinəsindən dəymişdir. Sifətinin sağ tərəfində ağır zərbə izləri olub. Biləsuvar rayonunda dəfn olunub.

Şəhidlərin siyahısı

Sıra Şəhid Doğum tarixi Milliyəti Məşğulliyəti Vəfat səbəbi Vəfat tarixi
5 Abdullayev Tariyel Hacıbala oğlu 25 fevral 1965 Azərbaycanlı Kalinin adına cihazqayırma zavodunda
fəhlə işləyirdi.
Haftoni meşəliyindən götürüldükdən sonra
Bakıya vertolyotla aparılarkən Sovet əsgərləri tərəfindən
boğazından bağlanan məftilin bərk sıxılması
səbəbindən boğularaq ölmüşdür.
26 yanvar 1990
7 Adilov Musa Ramazan oğlu 5 sentyabr 1959 Azərbaycanlı Təmir-tikinti idarəsində işləmişdir. Gecə saat 01:00 radələrində dostlarını aeroporta apararkən
Komsomol və Suraxanı dairələri arasındakı yolda əsgərləri görmüş,
maşını geri döndərməyə çalışarkən kürəyindən yaralanmışdır.
Aldığı xəsarətdən 2004-cü il 19 mart tarixində vəfat etmişdir.
19 mart 2004
10 Ağahüseynov Nurəddin Aslan oğlu 15 dekabr 1951 Azərbaycanlı Neftçala rayonunun 26-lar qəsəbə yeməkxanasında
aşpaz işləmişdir.
Yanvarın 25-də axşam təxminən saat 19-da yoldaşı ilə sükanında oturduğu "Zaporojets"də işdən evə gələrkən
Neftçala mərkəzi univermağının qarşısında tankları görmüş,
geri dönməyə çalışarkən ona güllə dəymişdir. Güllə boynundan dəyib alnından çıxmış, aldığı xəsarətdən həmin gün xəstəxanada vəfat etmişdir.
25 yanvar 1990
14 Ağayev Şövkət Həsənoviç 14 dekabr 1936 Azərbaycanlı Poladtökmə zavodunda vəkil. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə
19 yanvar 1990 tarixindən itkin elan edilmişdir.
19 yanvar 1990
16 Allahverdiyev Nəriman Əmir oğlu 11 oktyabr 1939 Azərbaycanlı Bənna. 20 yanvar 1990
17 Allahverdiyeva Fərizə Çoban qızı 11 avqust 1970 Azərbaycanlı 1 nömrəli Tibb məktəbinin
sonuncu kurs tələbəsi idi.
Həyat yoldaşı İlham Allahverdiyevin ölümünə dözə
bilmədiyi üçün sirkə ilə özünə sui-qəsd etmişdir.
21 yanvar 1990
27 Baxşəliyev Elçin Mirzə oğlu 12 fevral 1965 Azərbaycanlı 2 nömrəli avtobus parkında sürücü. Qarın nahiyəsindən güllə yarası almış,
Semaşko adına xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
28 Baxşıyev Salman Babaxan oğlu 1 mart 1949 Azərbaycanlı Lənkəran şəhər qarışıq mallar ticarəti idarəsində işçi. Haftoni meşəliyində gizlənərkən
vertolyotlardan atılan güllə
boğazına dəymiş,
aldığı xəsarətdən yerindəcə həlak olmuşdur.
26 yanvar 1990
31 Bədəlov Rövşən Seyfulla oğlu 25 sentyabr 1965 Azərbaycanlı Yanvarın 26-sı motosikllə gedərkən Haftoni kəndindən
Kirov kəndinə gedən yolda hərbçilər
tərəfindən xəbərdarlıqsız atəşə tutulmuşdur.
Öldürüldükdən sonra meyidi yandırılmışdır.
26 yanvar 1990
34 Cabbarov Firuz Vəli oğlu Azərbaycanlı
36 Cəfərov Əbülfəz Böyükağa oğlu 1966 Azərbaycanlı Bankə qəsəbəsində balıq ovlayan gəmilərin birində işçi. Neftçaladan Bakıya gələrkən
AXC-nin Neftçala şöbəsinin önündə tutulmuş
şəxslərə kömək üçün əsgərlərin üzərinə gedərkən
ayağından və döşündən güllə ilə yaralanmış,
tutulduqdan sonra işgəncələrə məruz qalmış,
aldığı xəsarətlərdən həlak olmuşdur.
25 yanvar 1990
47 Əliyev Çingiz Mirzəhüseyn oğlu 5 may 1963 Azərbaycanlı Aldığı ağır yaralardan 1994-cü ildə vəfat etmişdir. 1994
61 Həsənov Fuad Əvəz oğlu 11 iyul 1971 Azərbaycanlı
66 Hüseynov Bəxtiyar Məmməd oğlu 24 aprel 1969 Azərbaycanlı 20 yanvar 1990
68 Hüseynov Nəriman Vəli oğlu 12 yanvar 1976 Azərbaycanlı 42 nömrəli məktəbin 8-ci sinif şagirdi. Atışma səsinə küçəyə çıxmış,
Salyan qazarmasının yanında
avtomat güllələri ilə döş qəfəsindən yaralanmışdır.
Semaşko adına xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
69 Hüseynov Nizami Polad oğlu 1 aprel 1957 Azərbaycanlı Maşınla işdən evə qayıdarkən tankla qarşısı kəsilmiş və vəhşicəsinə qətlə yetirilmişdir. 20 yanvar 1990
70 Hüseynov Rahib Məmməd oğlu 29 noyabr 1939 Azərbaycanlı Ticarət işçisi. Fevralın 12-si 16.30 radələrində
"Xəzər" kinoteatrının yaxınlığında, Salyan kazarması istiqamətində mindiyi
taksi atəşə düşərkən ağır yaralanmış,
xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmamışdır.
12 fevral 1990
71 Xammədov Baba Məmməd oğlu 1 iyul 1939 Azərbaycanlı 84 nömrəli texniki-peşə məktəbində fizika müəllimi. Gecə 02.10 radələrində boğazının sağ tərəfindən güllə yarası almış,
cərrahiyyə əməliyyatı aparılsada, yanvarın 21-də vəfat etmişdir.
21 yanvar 1990
72 Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu 23 dekabr 1939 Azərbaycanlı Bakı kanalizasiya idarəsində fəhlə. Aldığı güllə yaralarından
saat 4 radələrində
Caparidze adına Xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
73 Xaritonov Vladimir Aleksandroviç 1949 Rus Hərbi qulluqçu, mayor zabiti. Fevralın 8-də gecə saat 12.00-da "Moskviç" markalı maşınla işdən evinə gedərkən
Dərnəgül körpüsünün ayağında hərbçilərin dəfələrlə
xəbərdarlığına maşını saxlamamış,
başından aldığı güllə nəticəsində yerindəcə həlak olmuşdur.
8 fevral 1990
74 İbadzadə Ağamehdi Seyfulla oğlu Azərbaycanlı
75 İbrahimov İbrahim İsmayıl oğlu 10 oktyabr 1928 Azərbaycanlı Kimya elmləri doktoru, professor. Yanvarın 24-də iclasa getdiyi zaman
Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində
hərbi zirehli maşın yolun
kənarında dayanan 05–10 AQU nömrəli "Jiquli"
markalı maşının üstündən keçmiş, aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdur.
24 yanvar 1990
76 İbrahimov İlqar Rəşid oğlu 13 oktyabr 1976 Azərbaycanlı 167 nömrəli məktəbin 7-ci sinif şagirdi. "Zaporojets" maşınında XI Qızıl Ordu meydanına
gedərkən mebel fabriki tərəfdən geri dönən
tank maşının üstündən keçmiş,
maşından çıxmağa müvəffəq olsa da, atəşlərdən qaçarkən
tankdan atılan pulemyot gülləsi qarın nahiyəsinə dəymiş,
Semaşko adına xəstəxanada həmin gecə vəfat etmişdir.
20 yanvar 1990
77 İmanov Elçin Beydulla oğlu 12 avqust 1967 Azərbaycanlı N. Nərimanov adına Tibb
Universitetinin 4-cü kurs
tələbəsi.
L. Şmidt adına zavodun Mədəniyyət Evinin
önündə ölümcül yaralanmış, 4 nömrəli xəstəxanaya aparılsa da,
cərrahiyyə stoluna çatmamış vəfat etmişdir.
20 yanvar 1990
78 İsayev Fəxrəddin Xudu oğlu 21 mart 1963 Azərbaycanlı Cənubi geologiya idarəsində sürücü. XI Qızıl Ordu meydanında
yaralılara kömək etdiyi yerdə vurulmuş,
baş, sinə və qarın nahiyəsindən güllə yarası almışdır.
20 yanvar 1990
79 İsayev Müşviq Ağaəli oğlu 28 yanvar 1966 Azərbaycanlı "Sağlamlıq" kooperativində işçi. "Gənclik" metrostansiyası yaxınlığında yaralanmış, güllə ürəyinin üstündən dəyib, sağ çiynindən çıxmışdır. 20 yanvar 1990
80 İsayev Rauf Sultanməcid oğlu 25 sentyabr 1962 Azərbaycanlı Məişət kondisioneri zavodunda çilingər. Salyan qazarmasının qabağında açılan
atəşdən alnından yaralanmmış, baş-beyin nahiyəsi tamamilə dağılmışdır.
20 yanvar 1990
81 İsmayılov Cavad Yunus oğlu 9 may 1962 Azərbaycanlı Bakı şüşə zavodunda fəhlə. XI Qızıl Ordu meydanı istiqamətində atəşə düşmüş,
sinəsinin sağ və kürəyinin sol tərəfindən yaralanmışdır.
Xəstəxanaya aparan maşın avtovağzalın yanında
atəşə düşmüş, maşın aşarkən əzilmişdir.
Yanvarın 22-si Semaşko adına xəstəxanada vəfat etmişdir.
22 yanvar 1990
82 İsmayılov Məmmədəli Novruz oğlu 1946 Azərbaycanlı Taksimotor parkında sürücü. Fevralın 8-dən 9-na keçən gecə yoxa çıxmışdır.
Sürdüyü AQB 34–03 nömrəli nömrəli maşın bir gün sonra Qaladakı 28001 nömrəli hərbi hissənin həyətindən,
meyidi isə martın 16-sı Mərdəkan çöllüyündə tapılmışdır.
Meyidin üzərində süngü zərbələri və 3 güllə yarası olmuşdur.
9 fevral 1990
83 İsmayılov Rəşid İslam oğlu 27 avqust 1949 Azərbaycanlı Azərbaycan dəmiryol idarəsində dispetçer. Gecə işdən evə qayıdarkən Biləcəri
qəsəbəsində qarın nahiyəsindən yaralanmış,
Biləcəridəki 2 nömrəli dəmiryol xəstəxanasına aparılmışdır.
Cərrahiyyə əməliyyatından sonra 3 gün yaşamış və
yanvarın 23-də səhər saat 5-də vəfat etmişdir.
23 yanvar 1990
84 İsmayılov Tofiq Babaxan oğlu 5 yanvar 1956 Azərbaycanlı Nəsimi rayon Kommunal təsərrüfat idarəsinin istilik şəbəkəsində ocaqçı Təcili tibbi yardım maşınına yaralı qoyanda arxadan güllələnmişdir. 20 yanvar 1990
85 İsmayılov Yusif Tələt oğlu 1 may 1958 Azərbaycanlı Maqnitofon kassetləri zavodunda işçi Qoşunun qarşının almaq üçün həbsxanadan qaçarkən arxadan vurulmuşdur. 20 yanvar 1990
86 İsrayılov Ağanəzər Araz oğlu 1 iyul 1960 Azərbaycanlı Milis leytenantı. Səhər saat 7.15 dəqiqədə olduğu xidməti maşın
Tbilisi prospektindəki kimya şəhərciyinə
dönərkən maşının arxasından açılan
atəşlə arxadan və boyun nahiyəsindən
aldığı güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
87 Kazımov Əflatun Həşim oğlu 21 fevral 1958 Azərbaycanlı 28 nömrəli tikinti idarəsində fəhlə. 20 yanvar gecəsi təxminən saat 04:00 radələrində
Moskva prospektindəki körpünün yanında hərbçilər qarşısına çıxmış, xəbərdarlıq etmədən atəş açmışlar.
Hadisə yerindəcə həlak olmuş, bədənində 14 güllə yarası tapılmışdır.
20 yanvar 1990
88 Kərimov Aleksandr Ramazan oğlu 27 mart 1970 Azərbaycanlı Səhər saat 6 radələrində "KAMAZ" markalı maşında
yaralıları daşıyarkən Papanin küçəsindəki körpünün
yanında hərbçilərin açdığı atəş nəticəsində
qarın nahiyəsindən və sol buddan yaralanmış,
aldığı xəsarətlərdən fevralın 5-də saat 23 dəqiqədə vəfat etmişdir.
5 fevral 1990
89 Kərimov İlqar İsa oğlu 22 avqust 1962 Azərbaycanlı Pirküşkül qəsəbəsinin Broyler fabrikində işçi. İşdən evə qayıdarkan Biləcəridəki dəmiryolu xəstəxanasının yanında
güllələnmiş, Semaşko adına xəstəxanada həmin gecə vəfat etmişdir.
19 yanvar 1990
90 Kərimov Oqtay Ayvaz oğlu 21 mart 1964 Azərbaycanlı 28 nömrəli təmir-tikinti idarəsində fəhlə. "Gənclik" metrosunun yanındakı stadionun şimal
qapısının yanında yaralılara kömək edərkən güllələnmişdir.
19 yanvar 1990
91 Qayıbov Ələsgər Yusif oğlu 15 mart 1966 Azərbaycanlı Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun 2-ci kurs tələbəsi idi. Yaralılara kömək edərkən özü də yaralanmışdır.
Güllə sol qolunu qıraraq qarnını yaralamışdır.
Üzərində 3 mürəkkəb əməliyyat aparılsa da,
yanvarın 21-i səhər 7-də vəfat etmişdir.
21 yanvar 1990
92 Qarayev İlqar Əli oğlu 10 sentyabr 1959 Azərbaycanlı Bakı metropoliten idarəsində mexanik işləmişdir. Alnından aldığı güllə yarasından həlak olmuşdur. 20 yanvar 1990
93 Qasımov Abbas Şəmməd oğlu 10 iyun 1966 Azərbaycanlı Günəmuzd fəhləlik edirdi. XI Qızıl Ordu meydanında yaralanmış, təxminən
saat 3-də Respublika xəstəxanasına gətirilmiş, 4 saatdan sonra vəfat etmişdir.
20 yanvar 1990
94 Qasımov Yusif İbrahim oğlu 1948 Azərbaycanlı "Şərur" kafesində fəhlə işləyib. "Xəzər" kinoteatrının yanında olduğu maşın
atəşə tutulmuş, Yusif sağ qulaq nahiyəsindən aldığı yaradan həlak olmuşdur.
20 yanvar 1990
95 Qeybullayev Elçin Suyəddin oğlu 4 dekabr 1968 Azərbaycanlı Bakı Baş Tikinti idarəsinin 20 №-li tikinti idarəsində fəhlə. Küçədə güllələnmişdir. 20 yanvar 1990
96 Qəniyev Mirzə Rzabala oğlu 13 sentyabr 1958 Azərbaycanlı Bakı su kəmərləri idarəsində çilingər. Salyan kazarmasının yanında olduğu maşın atəşə düşmüş,
kürəyindən və ayağından yaralanmışdır.
Daha sonra isə, maşından düşürülərək əsgərlər tərəfindən təpiklə döyülmüşdür.
Aldığı xəsarətlərdən 19 fevral tarixində Semaşko adına xəstəxanada vəfat etmişdir.
19 fevral 1990
97 Qocamanov Əliyusif Bilal oğlu 1 iyun 1933 Azərbaycanlı "Naxçıvan" mehmanxanasındakı qəzet köşkündə satıcı, "Kaspar"da matros. Güllə səslərinə küçəyə çıxmış,
"Xəzər" kinoteatrının yanında güllələnmiş,
güllə ürəyinə dəymişdir.
20 yanvar 1990
98 Quliyev Səxavət Balay oğlu 13 aprel 1940 Azərbaycanlı Nəsimi Rayon İstehlak Cəmiyyətində mağaza müdiri. Güllə səslərinə küçəyə çıxmış,
kürəyindən aldığı güllə yarasından həlak olmuşdur.
20 yanvar 1990
99 Marxevka Alekandr Vitalyeviç 11 yanvar 1958 Yəhudi Buzovna təcili yardım məntəqəsində həkim işləyirdi. Təcili tibbi yardım maşınında çağırışa gedərkən
açılan atəşlər nəticəsində
döş qəfəsindən yaralanmış, təcili yardım məntəqəsinə
çatdırılana qədər vəfat etmişdir.
20 yanvar 1990
100 Meyeroviç Yan Maksoviç 2 yanvar 1955 Yəhudi Moskvadakı "Molodyojnıy" kooperativinin Bakı filialının direktoru idi. Aeroporta gedərkən Bakı-Binə yolunda
əsgərlər tərəfindən sürdüyü
maşın avtomat atəşinə tutulmuş,
aldığı 15 güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
101 Məmmədov Eldar Zeynal oğlu 13 may 1966 Azərbaycanlı 5 nömrəli çörək zavodunda fəhlə. "Olimp" mağazasının yanında tankla üz-üzə gəlmiş,
tankın üzərinə qaçmış və tank tərəfindən atəşə tutulmuş,
güllə boğazından dəymiş və bel hissəsindən çıxmışdır.
Yaxındakı evlərin birinə aparılsa da,
həkim gələnə kimi aldığı yaralardan vəfat etmişdir.
20 yanvar 1990
102 Məmmədov İbiş Behbud oğlu 13 iyun 1961 Azərbaycanlı Fəhlə işləmişdir. Salyan kazarmasının yanında öldürülmüşdür. 20 yanvar 1990
103 Məmmədov İlham İslam oğlu 30 dekabr 1951 Azərbaycanlı Əsgərlər tərəfindən döyülmüş, Semaşko xəstəxanasında səhər
radələrində aldığı xəsarətlərdən vəfat etmişdir.
20 yanvar 1990
104 Məmmədov Kamal Seyidqurban oğlu 13 dekabr 1955 Azərbaycanlı Sabunçu mətbəx fabrikində anbardar işləyirdi. Sabunçudan Suraxanı benzindoldurma məntəqəsinə gedərkən
Suraxanı qəsəbəsi yaxınlığında əsgərlər tərəfindən atəşə tutulmuş,
bədənində çoxsaylı güllə yarası olmuş, kəskin qanitirmədən vəfat etmişdir.
20 yanvar 1990
105 Məmmədov Mehman Sahibəli oğlu 26 yanvar 1971 Azərbaycanlı
106 Məmmədov Anar Vilen oğlu 17 may 1972 Azərbaycanlı Zığ şosesinin yaxınlığındakı Radiozavodun yanında
avtomat qundağı ilə döyülmüş, daxili orqanları tamamilə zədələnmişdir.
20 yanvar 1990
107 Məmmədov Məmməd Yarməmməd oğlu 2 fevral 1959 Azərbaycanlı 2 nömrəli avtobus parkında sürücü. L. Şmidt adına zavodun yanında yerləşdiyi
"İkarus" avtobusunda olarkən
maşın güllə atəşlərinə tutulmuş,
35 güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
108 Məmmədov Rahim Vəliağa oğlu 16 aprel 1969 Azərbaycanlı "Arzu" kooperativində fəhlə işləyirdi. Yanvarın 26-sı Haftoni meşəsindəki əməliyyat zamanı öldürülmüşdür.
Güllə başından dəymiş, şok vəziyyətindən yerindəcə həlak olmuşdur.
26 yanvar 1990
109 Məmmədov Səxavət Heydər Əli oğlu 21 aprel 1958 Azərbaycanlı Bakıdakı 4 nömrəli avtonəqliyyat dəstəsində sürücü. Olduğu 40–79 AQS markalı "ZİL" maşınında
Vodnikov adına Xəstəxananın yaxınlığında,
"Xəzər" kinoteatrından "Olimp" mağazasına enən yolda hərəkət edərkən güllələnmişdir.
Güllələrdən biri böyründən keçərək qarnını parçalamış,
digəri isə arxaya baxmağa çalışarkən ağzından dəymiş və dişlərini parçalamışdır.
20 yanvar 1990
110 Məmmədov Şahin Zahid oğlu 31 yanvar 1972 Azərbaycanlı 113 nömrəli texniki-peşə məktəbində təhsil almışdır. Yanvarın 26-sı motosikllə gedərkən Haftoni kəndindən
Kirov kəndinə gedən yolda hərbçilər
tərəfindən xəbərdarlıqsız atəşə tutulmuşdur.
Öldürüldükdən sonra meyidi yandırılmışdır.
26 yanvar 1990
111 Məmmədov Vaqif Məmməd oğlu 11 sentyabr 1960 Azərbaycanlı Tikinti idarəsində fəhlə. Yanvarın 26-sı Haftoni meşəsindəki əməliyyat zamanı öldürülmüşdür.
Necə öldürüldüyü haqqında dəqiq məlumat yoxdur.
26 yanvar 1990
112 Məmmədov Vidadi Üzeyir oğlu 17 iyul 1949 Azərbaycanlı Cənubi Xəzər Balıqçılıq hövzəsi idarəsində baş mühəndis. XI Qızıl Ordu meydanında odlu silahla arxadan vurulmuşdur. 20 yanvar 1990
113 Məmmədova Larisa Fərman qızı 11 avqust 1977 Azərbaycanlı 134 nömrəli məktəbin 7-ci sinif şagirdi. L. Şmidt adına zavodun yanında yerləşdiyi
"İkarus" avtobusunda olarkən
maşın güllə atəşlərinə tutulmuş,
ürəyindən aldığı güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
114 Məmmədova Svetlana Həmid qızı 18 dekabr 1939 Azərbaycanlı Kimya elmləri doktoru, professor. Yanvarın 24-də iclasa getdiyi zaman
Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində
hərbi zirehli maşın yolun
kənarında dayanan 05–10 AQU nömrəli "Jiquli"
markalı maşının üstündən keçmiş, aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdur.
24 yanvar 1990
115 Məmmədova Rəna Təyyar qızı Azərbaycanlı
116 Mirzəyev Azad Əliheydər oğlu 22 yanvar 1961 Azərbaycanlı Nəsimi Rayon İctimai İaşə idarəsində işləyirdi. Olduğu evində aldığı güllə
yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
117 Mirzəyev Elçin Hüseynqulu oğlu 1961 Azərbaycanlı Bakı Şəhər Səhiyyə İdarəsində inspektor. Aeroporta gedərkən Bakı-Binə yolunda
əsgərlər tərəfindən oturduğu
maşın avtomat atəşinə tutulmuş,
aldığı 19 güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
118 Mirzəyev Vaqif Səməd oğlu 12 noyabr 1959 Azərbaycanlı Binə qəsəbəsindəki elektrik qovşağında montyor işləyirdi. 19 yanvar Binə qəsəbəsinin yaxınlığında — Binə-Mərdəkan yolunda
təxminən saat 22.00 radələrində əvvəl süngü ilə, sonra isə avtomatla vurulmuşdur.
Saat 23.05 dəqiqədə Mərdəkandakı 26 nömrəli xəstəxanaya gətirilmişdir.
Yanvarın 19-dan 20-nə keçən gecə vəfat etmişdir.
20 yanvar 1990
119 Mövludov Fuad Fərhad oğlu 25 sentyabr 1968 Azərbaycanlı 39 nömrəli Yanğından Mühafizə İdarəsində döyüşçü. Şimali DRES yaxınlığında tanklardan
qaçmağa çalışsa da, əsgərlər ona çatmış,
süngü-bıcaqla zərbə endirmiş, sonra iki güllə ilə yaralamış, daha sonra isə təpiklə döymüşlər.
Uzun müddət yaralandığı yerdə qalmış,
bir neçə saatdan sonra 26 saylı xəstəxanaya çatdırılmışdır.
Aldığı xəsarətdən yanvarın 25-i vəfat etmişdir.
25 yanvar 1990
120 Muxtarov Rasim Mustafa oğlu 10 iyul 1958 Azərbaycanlı Məişət kondisionerləri zavodunda çilingər işləmişdir. Fevralın 26-sı öz göy rəngli
"Moskviç" maşınını sürərkən Tağızadə küçəsi ilə
Papanin küçəsinin kəsişməsində başından
güllə yarası almış, xəstəxanaya çatdırıldıqdan
5 dəqiqə sonra vəfat etmişdir.
26 fevral 1990
121 Muradov Mehman Əsəd oğlu 21 noyabr 1961 Azərbaycanlı "Azərelektroterm" Elm İstehsal Birliyinin təmir-tikinti idarəsində iş icraçısı. Avtovağzal rayonundan Salyan qazarması
istiqamətinə gedərkən təxminən saat 15
radələrində qazarmanın giriş qapısının yaxınlığında güllələnmiş,
ancaq bir neçə saatdan sonra xəstəxanaya aparılsa da, həmin gün vəfat etmişdir.
20 yanvar 1990
122 Mursaqulov İsmayıl Həsən oğlu 13 noyabr 1939 Azərbaycanlı Kimya elmləri doktoru, professor. Yanvarın 24-də iclasa getdiyi zaman
Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində
hərbi zirehli maşın yolun
kənarında dayanan 05–10 AQU nömrəli "Jiquli"
markalı maşının üstündən keçmiş, aldığı xəsarətlərdən
3 fevral tarixində xəstəxanada vəfat etmişdir.
3 fevral 1990
123 Musayev Tofiq Ayvaz oğlu 1962 Azərbaycanlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarı ilə
19 yanvar 1990 tarixindən itkin hesab olunur.
19 yanvar 1990
124 Mustafayev Mahir Vaqif oğlu 25 noyabr 1968 Azərbaycanlı 2 nömrəli avtobus parkında sürücü. Səhər saat 6 radələrində "KAMAZ" markalı maşında
yaralıları daşıyarkən Papanin küçəsindəki körpünün
yanında hərbçilərin açdığı atəş nəticəsində
sol sinə nahiyəsindən yaralanmış,
bir neçə saat sonra vəfat etmişdir.
20 yanvar 1990
125 Nəsibov Allahyar İsgəndər oğlu 6 aprel 1952 Azərbaycanlı Tarix müəllimi. XI Qızıl Ordu meydanında döş qəfəsi və sol əlindən aldığı yaralardan həlak olmuşdur. 20 yanvar 1990
126 Nəsirov Yanvar Şirəli oğlu 1 yanvar 1957 Azərbaycanlı Məişət kondisionerləri zavodunun nəzdindəki "Sərin" kooperativində çalışmışdır. "Olimp" mağazası yaxınlığında kürəyindən aldığı odlu güllə
yarasından çoxlu qan itirmiş, Vodnikov adına Xəstəxanada vəfat etmişdir.
20 yanvar 1990
127 Nikolayenko Alla Alekseyevna 1972 Rus "Krasnı Vostok" hərbi şəhərciyində
yerləşən evinə atılan 5 güllədən
1-inin dəyməsi nəticəsində həlak olmuşdur.
20 yanvar 1990
128 Nişşenko Andrey Aleksandroviç 6 may 1972 Rus 2 nömrəli Dəmiryol məktəbinin 3-cü kurs tələbəsi. "Xəzər" kinoteatrı yaxınlığında süngü ilə aldığı
zərbədən boynunun ön səthi kəsilmiş, nəfəs boruları zədələnmişdir.
20 yanvar 1990
129 Novruzbəyli Ağabəy Oqtay oğlu 23 may 1971 Azərbaycanlı M. Əzizbəyov adına Azərbaycan
Sənaye Universitetinin
kimya-texnologiya fakültəsində tələbə.
Rəsmi qurumlara hadisə ilə bağlı
müraciətlərin cavabsız qalmasına etiraz edərək
kalium-dixromat zəhəri ilə özünə sui-qəsd etmişdir.
27 may 1990
130 Novruzov Tofiq Heydər oğlu 5 may 1935 Azərbaycanlı 20 yanvar 1990
131 Nuriyev Zahir Zəbi oğlu 8 sentyabr 1971 Azərbaycanlı Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun
Maşınqayırma fakültəsində tələbə.
Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qərarı ilə
19 yanvar 1990 tarixindən itkin elan edilmişdir.
19 yanvar 1990
132 Orucov Rafiq Ümid oğlu 1974 Azərbaycanlı 20 yanvar 1990
133 Orucov Rəfael Ümid oğlu 1975 Azərbaycanlı 20 yanvar 1990
134 Orucov Şəmsəddin Əbilhəsən oğlu 2 avqust 1950 Azərbaycanlı Bakı İdman Malları Fabrikində mühəndis. Yaşadığı mənzilin pəncərəsinə
hərbçilərin atəş açması nəticəsində
ürək nahiyəsindən aldığı
güllə yarasından yerindəcə həlak olmuşdur.
23 yanvar 1990
135 Poladi Saleh Əliqulu oğlu 6 dekabr 1968 Azərbaycanlı Sənaye malları kooperativində işçi. XI Qızıl Ordu meydanında
yaralı qadına kömək etmək istəyərkən
başından aldığı güllə yarasından yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
136 Rəhimov Rəhim İsmayıl oğlu 1947 Azərbaycanlı 20 yanvar 1990
137 Rəhmanov İslam Oqtay oğlu 14 oktyabr 1968 Azərbaycanlı 1 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə. Zirehli maşınlardan atılan güllələrdən
hər iki ayağından və sağ qolundan yaralanmış,
yanvarın 29-u vəfat etmişdir.
29 yanvar 1990
138 Rüstəmov Rövşən Məmməd oğlu 1961 Azərbaycanlı 204 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə. Əzizbəyov metrosu istiqamətində, Sabunçu qəsəbəsinə gedən yolun üstündə oturduğu "Tatra" maşınında çoxsaylı avtomat atəşlərinə məruz qalmışdır. Bundan sonra, maşında birgə olan dostları təcili yardım maşınını çağırmış, təcili yardım maşınına yerləşdirərkən onu yerləşdirən həkim dubinka ilə əlindən zərbə almışdır. Bununla belə, təcili yardım maşını Rövşəni 03:40-da Çaparadze adına xəstəxanaya yerləşdirməyə müvəffəq olmuşdur. Sinəsinin sağ tərəfində çoxsaylı güllə yarası olmuşdur (vəfat etdikdən sonra ekspertiza bədənindən 32 güllə yarası çıxarmışdır). Səhər saat 9.20-də vəfat etmişdir. 20 yanvar 1990
139 Rzayev Azad Allahverdi oğlu 10 oktyabr 1965 Azərbaycanlı Dərin Dəniz Özülləri zavodunda işləyirdi. Yanvarın 20-də gecə saat 00.04-də "KAMAZ" markalı maşında
Bakıya gələrkən Ələt qəsəbəsinin 2 km-də UAZ-469
hərbi maşını bu maşını ötüb keçmiş və onlara güllə atmağa başlamış,
bunun nəticəsində ağır güllə yarası almışdır.
Qobustan rayon xəstəxanasına çatdırılsa da,
həkimlər orada onu qəbul etməyərək
Hərbi xəstəxanaya yerləşdirilməli olduğunu qeyd ediblər.
Oraya çatdırılarkən yolda vəfat etmişdir.
20 yanvar 1990
140 Sadıqov Yusif Allahverdi oğlu 19 yanvar 1964 Azərbaycanlı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin aspirantı. Yalnız sağ əli və papağı tapılmış, sağ əlinə görə həlak olduğu ehtimal edilərək sağ əli basdırılmışdır. 19 yanvar 1990
141 Salahov Şərafəddin Müzəffər oğlu 11 sentyabr 1963 Azərbaycanlı Nəşriyyat işçisi. Boynuna baş hissəyə yaxın nahiyədən
aldığı güllə yarasından
hadisə yerində həlak olmuşdur.
20 yanvar 1990
142 Salayeva Sevda Məmmədağa qızı 5 iyun 1968 Azərbaycanlı Bakı Şəhərlərarası Telefon Stansiyasında telefonçu. 20 yanvar 1990
143 Semyonov Vladimir Aleksandroviç 30 mart 1947 Rus Yanvarın 20-də axşam saat 20:00-da
Tbilisi prospektində 81–27 nömrəli
QAZ-24 markalı maşında vurulub.
Odlu silahla vurandan sonra
əsgərlər onu başqa maşına
qoyub Hərbi Hospitala göndəriblər.
Yanvarın 25-də vəfat edib.
25 yanvar 1990
144 Səfərov Bafadar Ağamirzə oğlu 8 mart 1923 Azərbaycanlı Təqaüdçü. Q-87–99 AQ markalı "Moskviç" maşınında
Qarayev adına xəstəxanaya nəvəsinin yanına gedərkən
yolda hərbçilər tərəfindən atəşə tutulmuş,
aldığı xəsarətlərdən yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
145 Şərifov Mürvət Rəhim oğlu 1932 Azərbaycanlı "Zəngəzur mis-molibden kombinatı"nın keçmiş işçisi. Həyətdə hadisələrə baxarkən ona tərəf atılan güllələrdən yaralanmış, xəstəxanaya çatdırılana qədər yolda vəfat etmişdir. 19 yanvar 1990
146 Şıxnəbiyev Məmmədəli Mədət oğlu 1946 Azərbaycanlı Fəhlə. Yaralıları daşıyarkən tankla rastlaşmış,
maşını saxlayaraq silahsız olduğunu desə də,
polkovnik tərəfindən atəşə məruz qalaraq başından yaralanmışdır.
Aldığı xəsarətdən 14 il yataq xəstəsi kimi müalicə aldıqdan sonra vəfat etmişdir.
2004
147 Tokarev Vladimir İvanoviç 15 sentyabr 1954 Rus Taksimotor parkında sürücü. Aeroporta gedərkən əsgərlər
tərəfindən bir neçə güllə yarası alaraq vəfat etmişdir.
20 yanvar 1990
148 Tuxtamışov Fərqat Şərifullaeviç 29 oktyabr 1958 Tatar Bakı elektrik maşınqayırma zavodunda yığıcı çilingər. Salyan kazarmasının yanında
başından aldığı güllə
yarası səbəbindən həlak olmuşdur.
20 yanvar 1990
149 Turabov Tengiz Məmməd oğlu 24 mart 1966 Azərbaycanlı İrkutskda inşaat işçisi,
tibb məktəbinin 1-ci kurs tələbəsi.
L. Şmidt adına zavodun
qarşısında aldığı güllə
yarasından həlak olmuşdur.
20 yanvar 1990
150 Yaqubov Nüsrət İsmayıl oğlu 9 yanvar 1958 Azərbaycanlı Mərdəkan yaxınlığındakı Dübəndi Neftboşalma bazasında operator. Yanvarın 19-u gecəsi təxminən
saat 22 radələrində Qala kəndindən
öz şəxsi "Jiquli" markalı (Ya 56–83 AQ) maşınında
evə gedərkən hərbi hissənin yanında
əsgərlər tərəfindən atəşə tutulmuşdur.
Həkimlər gələnə kimi çoxlu qan itirmişdir.
26 nömrəli xəstəxanaya aparılmış,
orada edilən cərrahiyyə əməliyyatı
kömək etməmiş, yanvarın 22-si vəfat etmişdir.
22 yanvar 1990
151 Yefimiçev Boris Vasilyeviç 15 yanvar 1945 Rus Azərbaycan korlar cəmiyyətinin trikotaj fabrikində işçi Yanvarın 20-də axşam 22.00 və 23.00 arasında Haqverdiyev küçəsində
qarın nahiyəsindən süngü bıcaq zərbəsi
və avtomatla bədənin müxtəlif nahiyələrinə
açılan atəş nəticəsində
daxili orqanları tamamilə zədələnmişdir.
Yanvarın 21-i axşam 19.00 radələrində vəfat etmişdir.
21 yanvar 1990
152 Yusupov Oleq Kərimoviç 28 fevral 1944 Rus 1 nömrəli hərbiləşdirilmiş yanğın dəstəsində sürücü. Yanğınsöndürmə maşınının (53–31-AQA)
"Naxçıvan" mehmanxanasının yanından
keçərkən atəşə tutulması
nəticəsində sinəsindən ağır güllə yarası almış,
xəstəxanaya çatdırılsa da,
2 saat sonra vəfat etmişdir.
20 yanvar 1990
153 Zülalov İsbəndiyar Adil oğlu 5 dekabr 1963 Azərbaycanlı Geoloji kəşfiyyat idarəsində fəhlə. 1 nömrəli taksimotor
parkının yanında hərbçilər
tərəfindən atəşə tutulmuş,
aldığı yaralardan yerindəcə həlak olmuşdur.
20 yanvar 1990
154 Naməlum Patanatomik analiz
qalıqların 25–30 yaşlı kişiyə
məxsus olduğunu müəyyən etmişdir.
Naməlum Naməlum. Alın nahiyəsindən alınan güllə yarası nəticəsində həlak olmuşdur. 20 yanvar 1990
155 Naməlum Patanatomik analiz
qalıqların 25–30 yaşlı kişiyə
məxsus olduğunu müəyyən etmişdir.
Naməlum Naməlum. Üstündən tank keçmiş, sol ayağından başqa heç nə qalmamışdır. Sol ayağında uzunluğu 6–7 mm, eni 1 mm çapıq var idi. 20 yanvar 1990

Biblioqrafiya

  • Черный январь. Баку — 1990: документы и материалы.- Баку: Азернешр, 1990.- 288 s.
  • Rafiq Səməndər. Şəhidlər. Bakı: Gənclik, 1990.- 448 s.
  • Qulu Kəngərli. Qara yanvar şəhidləri.- Bakı: Gənclik, 1992.- 312 s.
  • 20 Yanvar faciəsi və rabitəçilər.- Bakı: Nurlan, 2003.-95 s.
  • Çapay Sultanov. The Last Blow from the Empire: Baku, 20 January, 1990.- Baku: Qismət, 2008.- 520 s.
  • Vahid Məhərrəmov. Qanlı gecə — Qanlı tarix. Bakı: Hərbi Nəşriyyat, 2011.- 96 s.
  • Tacir Qurbanov, Almara Nəbiyeva, Maral Qocaman. Azadlıq Carçıları. Bakı: "Zərdabi Nəşr" MMC, 2021.- 240 s.

Xarici keçidlər