Şahıhuban Sultan və ya Şah Sultan (d. 1544 - ö. sentyabr 1580) — Osmanlı sultanı II Səlimin qızı[1].
Şahıhuban Sultan | |
---|---|
türk. Şah Hanım Sultan osman. سلطانة الملك | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Manisa, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Atası | II Səlim |
Anası | Nurbanu Sultan |
Həyat yoldaşları |
Çakırcıbaşı Həsən Paşa Zal Mahmud Paşa |
Uşağı | Fülanə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Şah Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Əsməhan və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir.
Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nigahlandı. Mərasimin ardından bacıları kimi İstanbulda qalan Şah Sultana İbrahim Paşa sarayı təsis edildi.[2]
1566-cı ildə babasının vəfatıyla atası və digər ailə üzvləri İstanbula gəldi. Bu tarixdən etibarən anası Nurbanu Sultan və bacılarıyla birlikdə Osmanlı hərəminin güclü simalarından birinə çevrildi. Bu nigahdan övladının olub-olmadığı bilinmir.
Ancaq 13 yanvar 1574-cü ildə əri, həmin ilin dekabrında isə atası vəfat etdi və Manisa sancaqbəyi olan qardaşı Şahzadə Murad sürətlə paytaxta gələrək taxta çıxdı. Taxta çıxan qardaşının istəyilə, 1575-ci ildə atasının vəzirlərindən Zal Mahmud Paşayla nigahlandı və ertəsi il bir qız uşağı dünyaya gətirdi. Ancaq çox keçmədən 1580-ci ilin sentyabrında əri Zal Mahmud Paşayla eyni gündə vəfat etdi.
Bəzi mənbələrdə Kösə Hüsrəv Paşanın onun ilk evliliyindən doğulan oğlu olduğu qeyd edilsə də, paşanın 1553-cü ildən etibarən xidmətə başladığı və bu tarixdə Şah Sultanın hələ 9 yaşında olduğu nəzərə alınaraq, bunun yanlış olduğunu demək mümkündür.