Mingəçevir Su anbarı

Mingəçevir su anbarı
kosmosdan görünüşü 40°54′ şm. e. 46°45′ ş. u.HGYO
kosmosdan görünüşü
40°54′ şm. e. 46°45′ ş. u.HGYO
Ölkə  Azərbaycan
YerləşməsiMərkəzi Aran
RayonYevlax
ŞəhərMingəçevir
Dəniz səviyyəsi71.000 m
Uzunluğu70.000 m
Eni18.000 m
Sahəsi605 mln m²
Həcmi15730 mln. m³
Orta dərinliyi27 m
Tökülən çaylarKür, Alazan
Axan çaylarKür
Su sistemiKür → Xəzər dənizi
BəndiMingəçevir SES
Mingəçevir su anbarı (Qafqaz)
Mingəçevir su anbarı (Azərbaycan)
Azərbaycan fiziki xəritəsində Mingəçevir su anbarı (göy rəngli çevrə daxilində)


Mingəçevir su anbarıKür çayının Bozdağdan keçdiyi yerdə yaradılmış su anbarı. Mingəçevir su anbarının və su-elektrik stansiyasının (SES) tikintisi 1953-cü ildə tamamlanıb. Su anbarının normal dolma səviyyəsində (83 m) ümumi su tutumu 15730 mln. m3, faydalı həcmi isə 8210 mln. m3-dir. Su anbarının çay boyu uzunluğu 70 km, eni 3 km-dən (bənddə) 18 km-ə qədər (Alazan çayı tökülən yerdə) dəyişir. Maksimal dərinliyi 75 m, orta dərinliyi 26 m, sahil xəttinin uzunluğu 247 km, su güzgüsünün sahəsi isə 605 km2-dir. Mingəçevir su anbarı bəndinin üstdən uzunluğu 1550 m, eni 16 m, hündürlüyü 80 m-dir (Avropadakı suvarma vasitəsiylə quraşdırılan ən hündür bəndlərdən biridir).

Kür çayından ayrıca olaraq hövzə iki kanalı su ilə təchiz edir:

  1. 172 km uzunluğundakı Yuxarı Qarabağ kanalı
  2. 123 km uzunluğundakı Yuxarı Şirvan kanalı

Bu kanallar Mil, Muğan, Şirvan düzlərindəki min hektara yaxın ərazinin suvarılmasında istifadə edilir.

Su anbarından həmçinin balıqçılıq, su təchizatı və rekreasiya məqsədi üçün də istifadə olunur. Mingəçevir su anbarının bəndində ümumi gücü 371 min kvt olan 6 hidroaqreqatdan ibarət su-elektrik stansiyası (SES) tikilmişdir. Mingəçevir su anbarı istismara verildikdən sonra yalnız 1959, 1963, 1968, 1973, 1975, 1976, 1978 və 1988-ci illərdə tam həcmdə doldurulmuşdur.

Su anbarının ixtiofaunası

[redaktə | mənbəni redaktə et]

50–60-cı illərdə Mingəçevir su anbarının ixtiofaunasının tərkibində təkcə bu çaya xas olan balıqlarla yanaşı Xəzər balıqlarına da rast gəlinirdi. Bu illərdə nərə cinsli balıqlara, Kür külməsinə, Qafqaz enlibaşına, Xəzər şirbitinə, adi qijovçuya, Kür çilpaqçasına, Adi qambuziyaya və s. tək-tək rast gəlinsə də Xəzər qızılbalığına, İlanbalığına, Xəzər həşəminə, çay balıqları olan xramulya, zərdəpər, şirbit, şəmayı, poru kimi balıqlarla eyni səviyyədə rast gəlinirdi. Bu illərdə su anbarında 32 növ balıq və bir hibrid (çapaq x külmə hibridi) qeydə alınmışdı. Son illərdə aparılan tədqiqatlar göstərmişdir ki, sıradan çıxan növlərin əvəzinə su anbarında yeni növlər görünməyə başlamışdır. Onlar su anbarına keçən əsrin 70-ci illərdində buraxılmış ağamur, qalınalın, qarasol və karp balıqları və ilk dəfə bizim tərəfimizdən qeyd olunmuş qumluq xulu və iriboğaz xuldur. Daban balığı isə özbaşına gələn balıqdır. Mingəçevir su anbarının ixtiofaunasında ilk illərində yuxarıda qeyd olunduğu kimi balıqlar və başqa hidrobiontlar bioloji göstəricilərə görə su anbarında hələ möhkəmlənməmələri ilə xarakterizə olunurdusa, su anbarı təşəkkül tapandan sonra burada yaşayan orqanizmlərin tərkibində və ehtiyatında da sabitləşmə müşahidə olunur. Son illərdə yığılan materiallar və aparılan müşahidələr Mingəçevir su anbarının indiki dövründə yaşayan balıqların ekologiyası, ehtiyatı, ovlanma dinamikası və s. haqqında olan məlumatlara kifayət qədər əlavələr etməyə imkan verir. Hazırda Mingəçevir su anbarının balıq faunası 35 növdən ibarətdir. Onların 23 növü vətəgə əhəmiyyətli, 12 növü isə vətəgə əhəmiyyəti olmayanlardır. Hazırda su anbarında əsasən 10–12 növ balıq (çapaq, külmə, çəki balığı, şəmayi, naxa, sıf, həşəm, daban balığı, qalınalın) ovlanır. Ovda nadir hallarda qızıl balığa, ağ amura, poru və şirbitə də rast gəlinir.

Təhlükəsizlik

[redaktə | mənbəni redaktə et]

Mingəçevir su anbarı kifayət qədər yüksək seysmik dayanıqlığa dözümlü konstruksiya ilə inşa edilib. Mingəçevirin özü 8 ballıq seysmik zonaya düşür. Anbarın maksimum yükgötürmə qabiliyyəti 18 milyard tondur. Ancaq onu kritik həddə qədər doldurmaq olmaz. Mingəçevir su anbarındakı suyun həcmi daim tənzimlənir. Gürsululuq dövründə kritik həddin keçilməsinə yol verilmir, artıq su kanallarla buraxılır. Su anbarının təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılan Su Ehtiyatları Dövlət Agentliyi cavabdehdir. Mingəçevir su anbarının və elektrik stansiyasının hava hücumundan müdafiəsi üçün 5-dən çox zenit raket divizionunun və ən azı 1 əlahiddə radiotexniki taborun cəlb edildiyi ehtimal edilir.[1]

  1. Kür silsilə su anbarlarının biologiyası. Bakı, Elm,2010,

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Mingəçevir su anbarı və onun təhlükəsizliyi - HƏRBİ EKSPERT (ANALİZ)". 2019-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.