XACƏ
XADİMƏ
OBASTAN VİKİ
Eldar İsmayılov (ictimai xadim)
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir. Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.). "Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub. == Həyatı == Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. == Təhsili == Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
Elşad Quliyev (ictimai xadim)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
İctimai xadim
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
Xadim bəy Talış
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. Abdal bəy Talış Floor, Willem.
Xadim bəy Xüləfa
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. Abdal bəy Talış Floor, Willem.
Anar Kərimov (hərbi xadim)
Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi. == Haqqında == Hərbi təhsilini 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988–1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-də Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir. Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir.
Aslan Abbasov (siyasi xadim)
Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021). == Həyatı == Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır. Görkəmli teatr və kino aktyoru Xalq artisti Ələddin Abbasovun qardaşı oğludur == Əmək fəaliyyəti == 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru. 2006–2016 Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzinin baş elmi işçisi. 2004–2006 Azərkimya Dövlət Şirkətinin Səthi Aktiv Maddələr Zavodunun direktoru.
Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Ermənistan Demokratik Respublikası – 4 fevral 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi. == Həyatı == Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dili mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirsə də ədəbiyyata meyil etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir. Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat etmişdir.
Namiq Məmmədov (ictimai xadim)
Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014). Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur. 1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır. Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir.
Rafiq Bayramov (ictimai xadim)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Ramil Qasımov (ictimai xadim)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir.
Rəşid Mahmudov (ictimai xadim)
Rəşid İsmayıl oğlu Mahmudov (6 noyabr 1929, Mican, İsmayıllı rayonu – 2008) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, görkəmli publisist, naşir və ictimai xadim. Rəşid Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, "Kommunist" qəzetinin redaktoru , "Azərbaycan kommunisti" – "Kommunist Azerbaydjana" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, "Kitab" Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın "Əməkdar jurnalisti" fəxri adına, "Qızıl qələm", "Üstad" ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. 1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir. Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış, Rəşid Mahmudovun 1988–1991-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Tofiq Süleymanov (ictimai xadim)
Tofiq İbrahim oğlu Süleymanov — Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor. Tofiq İbrahim oğlu Süleymanov 16 may 1955-ci ildə Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuş, 1972-ci ildə orada orta məktəbi bitirmişdir.1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil almış, həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA)"Kaspi" Elmi Mərkəzində (indiki Milli Aerokosmik Agentliyində) əmək fəaliyyətinə başlamışdır. O, 1978–1993-cü illərdə həmin təşkilatda mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, aparıcı elmi işçi, sektor rəisi, şöbə rəisi, 1993–2004-cü illərdə MAKA aparatında Elmi-texniki idarə rəisinin müavini, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə rəisi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən MAKA-nın Baş direktorunun birinci müavini, 2007–2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru olmuş, 2008-ci ildən indiki dövrə qədər yenidən MAKA-nın Baş direktorunun birinci müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsi, tələbə; 1979-cu ildə Ümumittifaq "Alqoritm" Elm-İstehsalat Birliyinin Elmi-Tədris Mərkəzində dinləyici (Moskva şəhəri) ; 1979–1982-ci illərdə elmi təcrübəçi, aspirant – (SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutu, SSRİ Dövlət Hidrometeorologiya Komitəsi, Moskva şəhəri); 1988-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutu"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1991-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutut"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1999–2003 illərdə 3324.07- "məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə doktorluq hazırlığı. 2006-cı il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə texnika elmləri doktoru; 2012-ci il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə professor. 1990–1995-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "İnformasiya – ölçmə sistemləri" kafedrasında dosent; 2005-ci ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının "Ətraf mühitin aerokosmik monitorinqi" kafedrasında dosent, professor. 1985–1992-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Gənc Alimlər Təşkilatının sədr müavini, sədri; 1999-cu ildən "Dövlət İmtahan Mərkəzində" imtahan rəhbəri; 2004-cü ildən MAKA-nın Birləşmiş Elmi-Texniki Şurasının sədr müavini; 2005–2011-ci illərdə MAKA-da fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi; 2007-ci ildən "AMAKA-nın Xəbərləri" jurnalının Baş redaktorunun müavini; 2007-ci ildən MAKA-nın Ekspert Şurasının sədri; 2007-ci ildən MAKA-nın Direktorlar Şurasının üzvü, hal-hazırda Direktorlar Şurasının sədr müavini; 2011-ci ildən YAP MAKA Ərazi İlk Partiya Təşkilatının sədri; 2016-cı ildən YAP Binəqədi Rayon Təşkilatının Şura üzvü; 1985 – Azərb. SSR Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Elm- İstehsalat Birliyinin "Ən yaxşı gənc alimi diplomu" 1991 – SSRİ Kosmonavtika Federasiyasının "Akademik S. P. Korolyov adına medalı" 2004 – AMEA-nın Yer Elmləri Bölməsinin "Fərmanı" 2005 – AMEA-nın "Fəxri Fərmanı" 2010 – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi medalı" (11 dekabr,№ 1232) 2013 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" 2017 – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin "Fəxri Fərmanı" 2017 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" Hesablama riyaziyyatı və informasiya nəzəriyyəsi; Məsafədən müşahidənin kosmik sistemləri; Kosmik məlumatların emalı metodları; Məsafədən müşahidənin tətbiqi məsələləri; Aerokosmik ekoloji monitorinq.
Çingiz Abdullayev (ictimai xadim)
Çingiz Əli oğlu Abdullayev (1 aprel 1960, Ağstafa) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994—), "Azərsu" ASC-nin sədrin müşaviri (2011—), sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü. Çingiz Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir. 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur. 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin rəhbəri olmuşdur. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur.
Yusif Vəliyev (ictimai xadim)
Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı, Ağdam qəzası – 1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). == Həyatı == Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
Əbu Süleym Fərəc Xadim Türki
Əbu Süleym Fərəc Xadim Türki və ya bəzən səhvən Fərəc ibn Süleym də adlandırılır — Abbasi saray xədimi və məmuru. 819-cu ildə əsir düşmüş xəlifə əleyhdarı İbrahim ibn Mehdini xəlifə Məmunun (h. 813–833) hüzuruna müşayiət etmişdir. Ayalon, David. Eunuchs, Caliphs and Sultans: A Study in Power Relationships. Jerusalem: Magnes Press, The Hebrew University. 1999. ISBN 978-9-6549-3017-8. Bosworth, C. E., ed. (1987).
Eldar Nuriyev (dövlət xadimi)
Eldar Qasım oğlu Nuriyev (15 noyabr 1955, Lənkəran) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin sabiq müdiri, 29 noyabr 2019-cu ildən Ədliyyə nazirinin müavini. == Həyatı == Eldar Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E. Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir. O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E. Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E. Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. 2000-ci ildə o, prokurorluq sisteminə qayıdır.
Elmira Qasımova (dövlət xadimi, 1942)
Elmira Məmməd qızı Qasımova (1 dekabr 1942, Naxçıvan) — Azərbaycanlı şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). == Həyatı == Elmira Qasımova 1942-ci il dekabrın 1-də Azərbaycanda Naxçıvan şəhərində həkim ailəsində anadan olub. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra 1959-64-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitunun alman dili şöbəsində təhsil alır. 1964-74-cü illərdə Naxçıvan şəhərində 2 saylı məktəbin müəllimi, 1974-76-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 1976-78-ci ildə 10 saylı orta məktəbin direktoru vəzifələrində çalışmışdır. 1978-1979-cu illərdə Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin katibi seçilmişdir. 1979-80-ci illərdə Naxçıvan Muxtar Respublikasının maarif naziri vəzifəsində, 1980-1983-cü illər Azərbaycan KP Naxçıvan şəhər Komitəsinin birinci katibi vəzifəsində, 1977-2009-cu illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin İdeoloji şöbəsinin müdiri, Naxçıvan şəhər Xalq Deputatları Məclisinin sədr müavini, sədri, Naxçıvan şəhər təhsil şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1979-1984-cü illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. == Yaradıcılığı == E.Qasımova ədəbi yaradıcılığa məktəbdə təhsil aldığı illərdə başlayır. "Yay gecəsi" adlı ilk mətbu şeiri 1956-cı ildə "Şərq qapısı"nda dərc olunub. "Sevil" qadınlar məclisinin sədr müavini olan şairə "Xalqlar Dostluğu" ordeni ilə təltif olunmuşdur.
Elmira Qasımova (dövlət xadimi, 1951)
Elmira Məmməd qızı Qasımova (9 fevral 1951, Yalavac, İmişli rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Elmira Qasımova 1951-ci il fevralın 9-da İmişli rayonunun Yalavac qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunnda dil ədəbiyyatı üzrə ali, Sosial İdarəetmə və Politologiya İnstitutunda isə politologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Elmira Qasımova ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 68 nömrəli İmişli dairəsindən bitərəf namizədi olan Elmira Qasımova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Elmira Qasımova Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının və Azərbaycan—Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
Elnur Əliyev (dövlət xadimi)
Elnur Əliyev (1979, Bakı) — Mədəniyyət nazirinin birinci müavini (2021–2022). İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri. == Həyatı == Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-cü illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib. Elnur Əliyev 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib. 2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub. E. Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb. Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
Elxan Nuriyev (dövlət xadimi)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda, 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində və 2010-cu ildə Almaniyanın Bonn Universitetinde təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb. 1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr fon Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub.
Elçin Cəfərov (idman xadimi)
Elçin Cəfərov (azərb. Elçin Lənkəran oğlu Cəfərov‎) — Milli Olimpiya Komitəsinin üzvü, 2010-cu ildən Azərbaycan Güləş Federasiyasının Yunan-Roma güləşi üzrə vitse-prezidenti == Həyatı == Elçin Cəfərov 1959-cu il fevralın 7-də Ağdam rayonunda anadan olub. 10 yaşından güləşlə məşğul olmağa başlayan Cəfərov ümumittifaq yarışlarında mükafatlar qazanıb. İdmançı karyerasına 26 yaşında erkən vida deyib. == Karyerası == Daha sonra məşqçilik fəaliyyətinə başlayan E. Cəfərov 1981-ci ildə Yunan-Roma güləşi üzrə idman ustası adına layiq görülüb. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirib. 1992-ci ildə “Əməkdar məşqçi” adına layiq görülüb. Elçin Cəfərov 1992-ci ildən 1994-cü ilə kimi Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin birinci müavini və bir müddət sədr vəzifələrində çalışıb. 1996-cı ildə Gənclər və İdman Nazirliyinin İdman və Baş İdman İdarələrinin rəisi olub. 2002-2010-cu illərdə 10 il yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi işləyib.
Elçin Əsgərov (dövlət xadimi)
Emin Hüseynov (dövlət xadimi)
Emin Zamin oğlu Hüseynov (12 noyabr 1974, Sumqayıt) — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi (2018-ci ildən), Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (2024-cü ildən), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin müşahidə şuralarının üzvü, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü, Azərbaycan Respublikası maliyyə nazirinin sabiq müavini (2016–2018). == Həyatı == Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olmuşdur. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Kommersiya fakültəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirmiş, 1998-ci ildə ABŞ-nin Florida Ştatı Universitetində iqtisad üzrə magistr dərəcəsini almışdır. 2009-cu ildə isə ABŞ-nin Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə ikinci magistr dərəcəsini almışdır. Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. == Fəaliyyəti == Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, 2001–2003-cü illərdə isə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsinin ofisində iqtisadçı vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində ölkə üzrə iqtisadçı olmuşdur. 2005–2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Emin Hüseynov 2005–2007-ci illərdə burada Tədqiqatlar departamentinin, 2007–2008-ci illərdə Tədqiqatlar və statistika departamentinin direktoru, 2008–2010-cu illərdə isə Tədqiqatlar departamentinin direktoru və Mərkəzi Bankın baş iqtisadçısı işləmişdir. 2010–2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru olmaqla bərabər, bankın baş direktoru vəzifəsində də çalışmışdır. Emin Hüseynov 2013–2016-cı illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) Strategiya və inkişaf məsələləri üzrə, 2016-cı ilin yanvar–iyul aylarında isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifəsində işləmişdir.
Faiq Quliyev (dövlət xadimi)
Faiq Maqbet oğlu Quliyev (7 yanvar 1977, Bakı) — Azərbaycan Respublikasının dövlət xadimi və diplomatı. Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri. 2018–2020-ci illərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövət Komitəsinin Sədr müavini. == Həyatı == Faiq Maqbet oğlu Quliyev 7 yanvar 1977-ci ildə Azərbaycan SSR-in Bakı şəhərində doğulmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinə daxil olmiş və 1997-ci Beynəlxalq hüquq fakültəsini bitirmişdir. 2001-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin Magistraturasını Beynəlxalq hüquq Magistri dərcəsi üzrə başa vurmuşdur. Faiq Quliyev əmək fəaliyyətinə Bakıda, hüquqünas kimi 2001-ci ildə "Fərid MMC" şirkətində başlamışdır. 2007-ci ildə Tbilisidə fəaliyyət göstərən, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "SOCAR Energy Georgia" MMC-də Marketinq və Beynəlxalq əlaqələr Departamentinin rəhbəri təyin edilmiş və 2017-ci ilə kimi bu vəzifəni icra etmişdir. 2012–2017-ci illərdə "SOCAR Energy Georgia" MMC-nin Sosial məsələləri üzrə meneceri vəzifəsində çalışmışdır. Ailəlidir.
Fikrət Məmmədov (dövlət xadimi)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Evlidir, 4 övladı var. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.
Firudin Qurbanov (dövlət xadimi)
Qurbanov Firudin İsa oğlu (tam adı: Qurbanov Firudin İsa oğlu; 29 avqust 1952, Ağsu rayonu) — Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini (2014-cü ildən), Bakı Dövlət Universitetinin rektor əvəzi (2018–2019). == Həyat == Firudin Qurbanov 29 avqust 1952-ci ildə Azərbaycan SSR-in Ağsu rayonunda anadan olub. Bakı şəhərində orta məktəbi bitirəndən sonra, 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "İqtisadiyyat və planlaşdırma" fakültəsinə qəbul olunmuş və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1974–1975-ci illərdə orduda xidmət edib. Evlidir, 2 övladı var. == Əmək fəaliyyəti == 1975–1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnsitututunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982–1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində işləyib. 1989–1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində işləyib. 1994–2007-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində (Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi) Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri işləyib.
Fuad Əlizadə (dövlət xadimi)
Fuad Əlizadə (Əlizadə Fuad Rəhim oğlu; d. 26 mart 1980, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi. == Həyatı == Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil almış, ingilis dili ixtisasına yiyələnmişdir. 2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışmışdır. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini almışdır. 2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 2005-2007-ci illərdə əlavə təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində təhsil almışdır. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir. 2005-2013-cü illərdə Azərbaycan Respublıikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinin audit sektorunun müdiri vəzifəsində çalışmışdır.
Fərhad Babayev (dövlət xadimi)
Fərhad Ağa Səlim oğlu Babayev (5 yanvar 1948, Bakı – 2 oktyabr 2023, Bakı) — Heydər Əliyev Sarayının direktoru (1989–2020), Əməkdar Mədəniyyət İşçisi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Fərhad Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən bu günə qədər Heydər Əliyev adına Sarayın direktorudur. Həmin dövrdən indiyədək Heydər Əliyev adına Saraya ləyaqətlə rəhbərlik edir. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub.2009-cu ildən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatı Heydər Əliyev adına Saray üzrə ilk partiya təşkilatının idarə heyətinin üzvüdür. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub.
Fərid Məmmədov (dövlət xadimi)
Fərid Əhmədov (dövlət xadimi)
Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Azərbaycan Respublikasının ədliyyə naziri (2024-cü ildən), Rəqəmsal i̇nkişaf və nəqliyyat nazirinin müavini (2022–2024), Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022), Azərbaycan Universitetinin rektoru (2015–2017), BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır. Beynəlxalq hüquq sahəsində nüfuzlu elmi nəşrlərdə dərc edilmiş monoqrafiya, bir sıra elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan, rus və ingilis dillərini bilir.
Hüseyn Abdullayev (dövlət xadimi)
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Hüseyn Abdullayev (sovet dövlət xadimi)
Hüseyn Abdulla oğlu Abdullayev (1880, Güləbird – 1969, Laçın) — Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini (1921–1922). == Həyatı == Hüseyn Abdulla oğlu Abdullayev 1880-ci ildə Yelizavetpol quberniyası, Zəngəzur qəzasının Məzməzək kəndində (indiki Laçın rayonunun Güləbird kəndi) kəndli ailəsində anadan olmuşdur. Çar Rusiyası zamanı öz kəndlərində yüzbaşı təyin edilən Hüseyn Abdullayev, müstəqil Azərbaycan Demokratik Respublikası zamanı da həmin vəzifəni daşımışdır. 1917-ci ildə çar Rusiyasında Oktyabr İnqilabı baş verənə qədər Zəngəzurda gizli inqilabi fəaliyyət göstərən Hüseyn Abdullayev 1920-ci ildə Azərbaycanda Sovet Hökuməti qurulduqdan sonra bir sıra məsul vəzifələrdə çalışmışdır. 1920–1921-ci illərdə Zəngəzur Qəza Partiya Komitəsində təlimatçı, 1922-ci ildə Zəngəzur Qəza İcraiyyə Komitəsi sədrinin müavini, 1922–1923-cü illərdə Qubadlı Sahə Partiya Komitəsinin katibi, 1923–1925-ci illərdə Zəngilan-Cəbrayıl Sahə İcraiyyə Komitəsinin sədri, 1925–1929-cu illərdə Kürdüstan qəzasının Muradxanlı Dairə İcraiyyə Komitəsinin sədri, 1929–1930-cu illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədri, 1930–1931-ci illərdə Qubadlı Rayon Kolxoz Quruluşu Komitəsinin sədri, 1931–1932-ci illərdə Laçın Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1933–1935-ci illərdə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr müavini, 1935–1936-cı illərdə Zəngilan Rayon İcraiyyə Komitəsi Torpaq Şöbəsinin müdiri, 1936–1937-ci illərdə Laçın rayonu Məzməzək kənd soveti icraiyyə komitəsinin sədri, 1937–1940-cı illərdə Laçın Rayon Yağ Tədarükü İdarəsinin müdiri, 1941–1942-ci illərdə Laçın Rayon Zəhmət Sənaye Artelinin müdiri, 1942–1943-cü illərdə Laçın Rayon Kommunal Təsərrüfatı Şöbəsinin müdiri, 1944–1959-cu illərdə isə Laçın Yağ-Pendir Zavodunun direktoru vəzifələrində çalışmışdır. 1955-ci ildən isə Ümumiitifaq əhəmiyyətli təqaüdçü statusu almışdır. Dəfələrlə Azərbaycan Kommunist Partiyası qurultaylarının, rayon partiya təşkilatı komfranslarının nümayəndəsi olmuş, rayon partiya, sovet təşkilatlarının seçkili orqanlarında iştirak etmiş, raykomun plenum üzvü, rayon və şəhər sovetlərinin deputatı seçilmişdir. Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin "Budağın xatirələri", "Bir cüt tərlan" və Nəzər Heydərovun "Zəngəzur dağlarında" əsərlərinin qəhrəmanlarından biridir. Hüseyn Abdullayev "Şərəf nişanı" ordeni və bir sıra medal və s. mükafatlarla təltif edilmişdir.
Hüseyn Zeynalov (dövlət xadimi)
Hüseyn Yusif oğlu Zeynalov (3 aprel 1925, Bakı – 2009, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1974–1979), Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi (1963–1974), Azərbaycan SSR Ali Sovetinin VII–IX çağırış deputatı. == Həyatı == Hüseyn Yusif oğlu Zeynalov 3 aprel 1925-ci ildə Bakıda anadan olmuşdur. Atası Yusif Zeynalov Azərbaycanın bir sıra rayonlarında icraiyyə komitəsi sədri vəzifəsində çalışmış, 1937-ci ildə Stalin repressiyalarına məruz qalmışdır. 1940-cı ildə 8-ci sinfi bitirən Hüseyn Zeynalov Bakıda yeni yaradılmış İxtisaslaşmış Dəniz Donanması Məktəbinə daxil olmuş, 1943-cü ildə məktəbi başa vurduqdan sonra təyinatla Frunze adına Bakı Ali Hərbi Dəniz Donanması Məktəbində təhsilini davam etdirmişdir. Bir ildən sonra Xəzər Hərbi Donanmasına hərbi xidmətə göndərilmiş, orduda xidmət etməklə yanaşı, ictimai və siyasi işlərdə də fəallıq göstərərək komsomol təşkilatının katibi seçilmişdir. 1949-cu ildə donanmada xidmət edə-edə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuş və buranı 1953-cü ildə bitirmişdir. Hüseyn Zeynalov 1950-ci ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan SSR Yerli Sənaye Nazirliyində iqtisadçı, şöbə rəisi, Azərbaycan SSR Ticarət Nazirliyində bölmə rəisi vəzifələrində işləmişdir. 1953-cü ildən müəllim, Baş Qənd Ticarəti İdarəsinin və Baş Baqqaliyyə İdarəsinin baş əmtəəşünası, Ticarət Nazirliyinin şöbə rəisi, kollegiya üzvü olmuşdur. 1959-cu ildən Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində Ticarət şöbəsinin müdiri vəzifəsində çalışmış, 1960–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Maliyyə və plan şöbəsinin müdiri olmuşdur. Hüseyn Zeynalov 1963–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsinin rəisi, 1974–1979-cu illərdə isə Azərbaycan SSR ticarət naziri vəzifələrində çalışmışdır.
Həsən Həsənov (incəsənət xadimi)
Həsən Həsənov (7 iyul 1950, Faxralı, Bolnisi rayonu – 6 aprel 2021, Bakı) – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). == Həyatı == Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin "Öz fəaliyyət teatr kollektivinin rəhbəri" fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunmuşdur. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikomu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub.
Kamal Abdullayev (dövlət xadimi)
Kamal Məmmədoviç (Məmməd oğlu) Abdullayev (8 mart 1922, Bakı – 17 iyun 1982) — Azərbaycan Kommunist Partiyası Qaradağ Rayon və Yevlax Şəhər Komitəsinin birinci katibi. == Həyatı == 1922-ci ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1939-cu ildə əmək fəaliyyətinə başlamışdır, 1941–1946-cı illərdə Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1947-ci ildən 1950-ci ilədək sənət məktəbində komsomol təşkilatının katibi, Azərbaycan LKGİ Bakı Komitəsinin şöbə müdiri, 1951-ci ildə Azərbaycan LKGİ Əzizbəyov RK-nın birinci katibi olmuşdur. 1952–1957-ci illərdə Xəzər Neftdaşıma Donanması siyasi şöbəsi rəisinin müavini vəzifəsində işləmişdir. 1958–1961-ci illərdə partiya məktəbində oxumuşdur. 1962-ci ildən Azərbaycan KP Bakı Komitəsinın təlimatçısı, Azərbaycan KP MK-nın məsul təşkilatçısı, inspektoru vəzifələrində işləmişdir. 1965-ci ildən Azərbaycan KP Yevlax Şəhər Komitəsinin birinci katibi olmuşdur, 1975-ci ildən isə Qaradağ Rayon Komitəsinin birinci katibidir. Azərbaycan SSR Ali Soveti mandat komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir.
Kamil Məmmədov (dövlət xadimi)
Kamil Seyid oğlu Məmmədov (18 avqust 1931, Qutqaşen) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi. O, 1972–1985-ci illərdə isə yeyinti sənaye naziri olmuş, 1976, 1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Kamil Seyid oğlu Məmmədov 18 avqust 1931-ci ildə Qəbələ (keçmiş Qutqaşen) şəhərində anadan olmuşdur. 1951-ci ildə orada orta məktəbi əla medalla qurtararaq Leninqrad Texnologiya İnstitutuna daxil olmuş, bu təhsil müəssisəsini mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Kamil Məmmədov 1956–1958-ci illərdə Azərbaycan SSR Ərzaq məhsulları sənayesi nazirliyində baş mexanik, 1959–1962-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Komitəsində texniki şöbənin müdiri, 1962–1964-cü illərdə isə Bakı biskvit fabrikində baş mühəndis kimi çalışmışdır. O, 1964–1969-cu illərdə Azərbaycan SSR Nazirlər Kabinetində şöbə müdirinin müavini, 1970–1971-ci illərdə Ət-süd sənayesi nazirinin müavini, 1971–1972-ci illərdə Yeyinti sənayesi nazirinin müavini, 1972–1985-ci illərdə isə Yeyinti sənaye naziri vəzifələrində işləmişdir. Məmmədov daha sonra 1985–1991-ci illərdə Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin 1-ci müavini — Respublika naziri (1985–1989), 1991–1992-ci illərdə Kənd təsərrüfatı nazirinin 1-ci müavini, 1993–1994-cü illərdə Yeyinti-sənaye şirkətinin vitse – prezidenti kimi çalışmışdır. O, 1994–1996-cı illərdə Taxıl məhsulları Dövlət şirkətinin prezidenti, 1996–1999-cu illərdə Taxıl Agentliyinin prezidenti olmuş, 1976,1980 və 1985-ci illərdə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Fəaliyyət göstərdiyi dövrdə Gəncə, Bərdə, Salyan, Ağdam çörək zavodları, Naxçıvan mineral sular zavodu, Zaqatala, Şəki və Qəbələ tütün-fermentasiya zavodları, Bakı maya kombinatı, Bakı tütün fabriki, Əli-Bayramlı hidrogenizasiya zavodu, Bakı çay və biskvit fabriklərinin filialları tikilmişdir. Gəncə və Əli-Bayramlı yağ-piy kombinatlarının yenidənqurma işləri aparılmışdır.
Kamran Hüseynov (dövlət xadimi)
Kamran Əsəd oğlu Hüseynov (15 dekabr 1913, Çərəli, Zəngəzur qəzası – 19 aprel 2006, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, "Şöhrət" ordeni laureatı. == Həyatı == Kamran Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938–1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940–1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir. Kamran Hüseynov 1941–1944-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, 1944–1945-ci illərdə Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, 1945–1947-ci illərdə indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1949–1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən biri olmuş Kamran Hüseynov 1952–1953-cü illərdə Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, 1953–1958-ci illərdə isə Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Kamran Hüseynov 1958–1961-ci illərdə respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, 1961–1968-ci illərdə Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. Kamran Hüseynov 1968–1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur. O, 1980–1993-cü illərdə respublika Ticarət və Sənaye Palatasının sədri işləmiş, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri idi.

Digər lüğətlərdə