1. Həyatda olan yaxşı və pis şeylər, müsbət və mənfi hallar.
[Bədircahan:] Allah vurub, deyir, cahılları, qocadan danış… Cahandidə, yaxşı-yamanı görmüş…
□ Yaxşı-yaman sanmaq (bilmək) – yaxşısını pisindən ayırmaq.
Bəs ki uşaqdır hələ, yaxşı-yaman sanmayır; Elmin əbəs olduğun anlamayır, qanmayır.
[Rüstəm:] Yaxşı-yaman bilmək, irəli getmək üçün yaxşı yoldaş lazımdır.
// Hal, vəziyyət.
Qövsi, ondan qeyri kim, könlüm onun yanındadır; Hiç kim vaqif deyil yaxşı-yamanımdan mənim.
2. Yaxşı və pis sözlər, müsbət və mənfi fikirlər.
Hələ bir dəfə atam məni çağırdı ki, ay bala, qızın adına yaxşı-yaman deyirlər.
3. Zərf mənasında. Babat, bir təhər, bir növ, bir qaydada.
…Məktəb öz başına qalıb, yaxşıyaman öz işinə məşğul olubdur.