ZƏRGƏR

f. qızıldan müxtəlif şeylər düzəldən və ya qızıl məmulatı təmir edən usta.

ZƏRGAH
ZƏRGUN
OBASTAN VİKİ
Zərgər
Zərgər — qızıldan düzəldilən məmulatların ustası. Zərgər (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Zərgər (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Zərgər (Biləsuvar)
Zərgər (fars. زرگر‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 926 nəfər yaşayır (197 ailə).
Zərgər (Füzuli)
Zərgər, Zərgar və ya Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Zərgər (Əhər)
Zərgər (fars. زرگر‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Zərgər dialekti
Zərgər dialekti Romano dilinin dialektlərindəndir ki, İranın Qəzvin, Şimali Xorasan və Tehran ostanlarında yaşayan bir qrup Romano oymaqlarının dilidir ki zərgər adlanırlar.
Zərgər məhəllə
Zərgərməhəllə — İranın Mazandaran ostanının Babül şəhristanının Laləabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 425 nəfər və 110 ailədən ibarət idi.
Mirzə Xudaverdi Zərgər
Mirəbdülvahab Seyyid Zərgər
Mirəbdülvahab Seyyid Zərgər (tam adı: Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov; 1880, Bakı – 1920, Bakı) — maarif xadimi, pedaqoq, şair. Bakıda təşkil olunmuş şairlər məclisindən "Məcməüş-şüara"nın üzvü olan və "Seyyid Zərgər" təxəllüsü ilə tanınan Mirəbdülvahab Hacı Mirağazadə Mirhəsənov 1880-ci ildə Bakıdan anadan olmuşdur. Şairin ulu babası vaxtilə Cənubi Azərbaycanın Səbzəvar şəhərlərindən köçərək Bakıya gəlmiş və burada yaşamışdır Şair 1920-ci ildə vəfat etmişdir.[1] Seyid Zərgər dövri mətbuatda çap etdirdiyi şeirlərinin bir qismində xalqı maarifə, təhsilə çağırır, millətin geridə qalmasını Sabiranə tənqid edirdi. "İrşad" qəzetindən başlamış bir çox mətbuatda mütərəqqi ideyaları çıxış etdiyi üçün camaat arasında ləkələnir və "Kimyagər". "Qızılçı", "Daruşgənə", "Mehtər Nəim" ("Məzəli", "Babayi-Əmir"), "Əbülbəşər" (Arı") kimi gizli imzaları çıxış etməyə məcbur olur.
Zərgər Məşədi Ağamirzə
Zərgər Məşədi Ağamirzə — Gəncənin məşhur zərgəri. Mobil Əhmədovun babası Zərgər Məşədi Ağamirzə 1853 cü ildə Gəncənin Zərrabi məhəlləsində doğulmuşdur. 1957-ci ildə Gəncənin Dört yol məhəlləsində vəfat etmişdir. Səbiskar qəbirstanlığında dəfn olmuşdur. Onun düzəltdiyi zərgərlik məmulatları Dəli Alı, İran şahı Müzəffərəddin, Mirzə Abbas Abbaszadə və onlarla böyük şəxsiyyətə hədiyyə edilib. Əl işləri Azərbaycanın bir çox muzeylərində sərgilənən məşhur gəncəli zərgər Məşədi Ağamirzə. Zərgərin vaxtilə Gəncədə keçirilən toylar zamanı ağız-ağız dolaşan bir şakəri də olub. Baba yolu ilə gedən Zərgər Ağamirzə yolunun davamçısı. Zərgər Məşədi Ağamirzənin Birinci xanımı Gəncədə böyük mülkədar Muxtar bəy Qazıyevin bacısı Xədicə xanım olub. Qızı Xuraman xanım Səlman Əhmədlili ilə ailə həyatı qurmuşdur.
Mirzə Əhməd Zərgər
Mirzə Əhməd Zərgər və ya Mirzə Əhməd Mirzə Xudaverdiоğlu (1786, Pensər, Talış xanlığı – bilinmir, Ərçivan, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — tarixçi. Talış xanlığının tarixi haqqında olan "Əxbarnamə" əsərinin müəllifidir. == Həyatı == Mirzə Əhməd əslən Qarabağda yaşayan Zərgərli tayfasındandır. Müəllifin babası Kərbəlayi Qurban Nadir şahın hakimiyyəti dövründə Qarabağdan Talış mahalının Qızılabad kəndinə köçüb gəlmiş, burada ev saldırmış, bir neçə il həmin yerdə yaşamışdır. Daha sоnra Ağa Məhəmməd şah Qacar Mir Mustafa xan üzərinə hücum etdiyi zaman məcburiyyət qarşısında qalaraq Astaranın Kurab mahalının Butəsər kəndinə (indiki Pensər kəndi) köçərək Ağa Kərim məhəlləsində yaşamışdır. Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi оğlu 1786-cı ildə anadan оlub. O, Talış xanlığının tarixi haqqında olan “Əxbarnamə” əsərinin müəllifidir. İranın Rəşt və Ərdəbil şəhərlərində təhsil alıb. 1828-ci ildə Pensər kəndinə qayıdıb, həyatının əsas hissəsini Pensər kəndinin Nəbirli məhəlləsində yaşamışdır. Mirzə Əhməd 12 il ruslara xidmət edib, bir neçə il Lənkəran və Astarada sərhədbəyi vəzifəsində işləyib.
Araz Zərgər
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Araz Zərgər bələdiyyəsi
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fikrət Zərgərli
Fikrət İsmayıl oğlu Zərgərli (8 dekabr 1929, Bakı – 27 iyul 1984, Bakı) — tibb elmləri doktoru, professor. Respublikamızın tibb sahəsi milli kardiocərrahiyyənin banisi, Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı. == Həyatı == F. Zərgərli 1929-cu ildə Bakı şəhərində anadan olub. Qısamüddətli xəstəlikdın sonra 1984-cü ildə vəfat edib. == Təhsili == 1947-ci ildə 6 №-li məktəbi gümüş medalla bitirib N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1949-cu ildə isə İ. M. Seçenov adına Moskva Tibb İnstitutuna keçib və həmin tibb müəssisəsini fərqlənmə ilə bitirib. == Karyerası == Bilik və savadına görə F. Zərgərlini Moskva Tibb İnstitutunun hospital cərrahiyyə kafedrasına dəvət etmişlər. Müvəffəqiyyətlə aspiranturanı bitirdikdən sonra o, 53 №-li Moskva şəhər xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah kimi çalışırdı. Daha sonra isə 1967-ci ildə F. Zərgərli öz fəaliyyətini A. L. Myasnikov adına Elmi Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsi rəhbəri vəzifəsində davam etdirdi. 1966-cı ildə bir qrup cərrahlarla könüllü olaraq zəlzələnin nəticələrini aradan qaldırmaq məqsədilə Daşkəndə yola düşmüşdü. 1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktor dissertasiyasını müdafiə etdi.
Qarasavad (zərgərlik)
Qarasavad — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda gümüşdən hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri çox zaman bu üsulla bəzədilirdi. Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.
Roza Zərgərli
Roza Zərgərli (27 mart 1979, RSFSR) — Azərbaycanlı rejissor, müğənni, aktrisa, yazıçı və televziya aparıcısı. Roza Zərgər qızı Allahverdiyeva 1979-cu ildə Rusiyanın Tümen vilayətinin Labıtnangi şəhərində hərbçi ailəsində anadan olmuşdur. Orta ixtisas musiqi məktəbində və Musiqi Texnikumunda akkordeon və fortepiano ixtisasları üzrə təhsilini uğurla başa çatdırandan sonra, 2001-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tədbirlər rejissorluğu ixtisasında təhsil alıb, 2015-ci ildə isə magistr səviyyəsinin “Rejissor sənətinin tarixi və nəzəriyyəsi” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2000-ci ildən indiyə qədər 20 il ərzində Roza Zərgər qızı Allahverdiyeva öz ixtisası üzrə Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib (2014-2015), “İki yetimin taleyi”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” “Aydın”, “Solğun çiçəklər”, “Haray”, “Ölülər” və s. kimi tamaşaların baş quruluşçu rejissoru olmuşdur, həmin tamaşaların bir çoxunda aktrisa kimi müxtəlif obrazlarda çıxış etmişdir. Bununla yanaşı, gözəl səsə, ifaçılıq məharətinə malik olduğundan o, estrada müğənnisi kimi fəaliyyət göstərmiş, bir çox beynəlxalq musiqi festivallarında münsif kimi Azərbaycanı təmsil etmiş, bu günə qədər Azərbaycandan namizədliyi irəli sürülən iştirakçılarının bir qismi laureat olmuşdur. (“Serta Avrazisi”, “Ural mono”, “Vostoçnıy bazar”, “Türk pop estrada etnik musiqi festivalı”, “Abakan” musiqi festivalı, “Meykin Aziya”, özü isə “Sarı Arka” jaz festivalının laureatı olub). Roza Zərgər qızı Allahverdiyeva rejissor kimi yaradıcılığını daima təkmilləşdirərək bir sıra sənədli filmlərə quruluş vermişdir. 2002-ci ildə çəkdiyi “Qarabağnamə” filmi YUNESKO-nun dəstəyi ilə Fransada keçirilən festivalda I yerə layiq görülmüşdür. 2005-ci ildə o, “Zülmətlər övladı”, “Talelər”, “Leyli və Məcnun”, “Atəş”, “İstanbul qızı”, “Eşqimin köləsi” və s.
Yunis Zərgərli
Yunis Süleyman oğlu Zərgərli (1908, Salyan, Cavad qəzası – 1990, Salyan, Salyan rayonu) — Azərbaycanlı Pedaqoq Yunis Zərgərli 1908-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1916-cı ildə Salyan rus ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1921-ci ildə atası vəfat etsə də, anası Seyidtamam oğlunun təhsilinə xüsusi diqqət göstərmişdir. 1922-ci ildən Yunis Zərgərli Bakı şəhərindəki pedaqoji təmayüllü nümunəvi orta məktəbdə oxumuşdur. Həmin təhsil ocağında Abdulla Şaiq, Hüseyn Sadiq, Ağa bəy İsrafilbəyli, Qafur Rəşad kimi nüfuzlu müəllimlərdən dərs almışdır. Məktəbin riyaziyyat müəllimi Ağaəli Qasımov yeniyetmə Yunisin qeyri-adi istedada malik olduğunu görüb onunla daha ciddi məşğul olmuşdur. 1926-cı ildə "Şaiq Nümunə məktəbi"ni fərqlənmə attestatı ilə bitirən 19 yaşlı Yunis Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Çətin maddi vəziyyətə görə axşamlar fəhlə fakültələrində dərs deyən gənc həm də ilkin peşə vərdişlərinə yiyələnmişdir. 1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra o, Bakı şəhərində inspektor-metodist vəzifəsində işləyib. 1933-cü ildə Salyana qayıdır və bütün fəaliyyətini məktəb işinə istiqamətləndirir.
Zərgəran
Zərgəran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Zərgəran kəndi Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bizlan kəndi olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Əhalisi 65 nəfərdir ki onunda 30 nəfəri kişi, 35 nəfəri qadındır.
Zərgərli
Zərgərli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Qəbələ rayonunun faktiki mövcud olan Zərgərli kəndi dəqiqləşdirmə qaydasında Bum kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 15 aprel 2005-ci ildə Zərgərli kəndi Bum kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zərgərli kənd inzibati ərazi vahidi yaradılmışdır. Deyilənə görə burada yaşayan əhali arasında varlı insanlar, xüsusən qır-qızıllı camaat çox imiş, elə ta əvvəldən zərgərlərin, əli dürrlə oynayan sənətkarların adı ilə kənd belə adlanıb. Bu varidat, miras əhaliyə heç də xoşbəxtlik gətirməyib. Sovet hakimiyyəti qurulandan sonra camaatın nəyi varsa əlindən alınıb və kəndin yarısı repressiyanın qurbanı olub. Kəndin rayon mərkəzi ilə arası 17 km-dır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. Əhali əsasən qoyunçuluqla məşğul olur. Bu köçəri camaatın ət, süd, yun istehsalında birincilər sırasında adı çəkilir.
Zərgərlik
Zərgərlik — metal işləmə sənətinin başlıca sahəsi. Zinət istehsal edən zərgərlik sənəti sırf şəhər sənətkarlığıdır və şəhərlərdə cəmləşmişdir. Bakı, Şabran, Qəbələ, Beyləqan şəhərlərinin arxeoloji qazıntılarından zərgərlik sənəti ilə bağlı faktiki materiallar: gil putalar, qəliblər, metalı süzmək üçün qab, istifadə olunmuş məhək daşları, zərgər qaşığı, çəkici, kəsici alət və s. tapılmışdır Qəbələnin Qala sahəsində, III qazıntıdan tapılmış, serpantindən hazırlanmış qəlibdə tökmə üsulu ilə möhür üzük, qəlibin arxa tərəfi isə çaxmaq üsulu ilə kəmər üçün pilək hazırlamağa xidmət etmişdir . Arxeoloji materiallardan bəlli olur ki, orta əsr Azərbaycan zərgərləri bəzək əşyaları istehsal edərkən qiymətli metallarla – qızıl və gümüşlə yanaşı, həm də mis və tuncdan istifadə etmişdilər. Bu xüsusiyyət Azərbaycan şəhərlərinin məhəlli xüsusiyyəti olmayıb Müsəlman Şərqinin zərgərlik sənətinin səciyyəvi xüsusiyyətlərindən biri idi. Arxeoloji qazıntıların nəticələri zərgərlik məmulatı arasında baş, qol-bilək, barmaq, sinə, bel bəzəklərinin üstünlük təşkil etdiyini göstərir. Bəzək əşyaları məmulatın növündən, bədii məziyyətlərindən asılı olaraq istehsal texnikasına görə sadə və ya mürəkkəb quruluşda hazırlanmışdır. Yerli zərgərlər iş prosesində əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullardan geniş istifadə edirdilər . Məmulatın növündən asılı olaraq bəzək əşyaları həndəsi, nəbati və ya zoomorf motivli naxış elementləri ilə bəzədilirdi.
Zərgərməhəllə
Zərgərməhəllə — İranın Mazandaran ostanının Babül şəhristanının Laləabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 425 nəfər və 110 ailədən ibarət idi.
Zərgərqulubulağı (Meşkinşəhr)
Zərgərqulubulağı (fars. زرگرگلي بلاغي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 259 nəfər yaşayır (48 ailə).
Zərgərtəpə
Zərgərtəpə — Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Füzuli şəhərinin mərkəzindən 2 km. şimal-şərqdə, Köndələnçayın sağ sahilində yerləşən, son tunc dövrünə aid 1 hektar sahəsi olan yaşayış yeri. Quruçay və Köndələnçay vadisində Tunc dövrünün sonu və Dəmir dövrünün əvvəllərinə aid böyük yaşayış yerlərindən biri Zərgərtəpədir. Yastı təpədən ibarət olan bu yaşayış yeri Füzuli şəhərindən 2 km-ə qədər şimal-qərbdə, Köndələnçayın sağ sahilində yerləşir. Hazırda onun tutduğu sahə bir hektardan artıqdır. Ümumilikdə Zərgərtəpə Köndələnçayın sağ sahilini əmələ gətirən təpələr silsiləsinə daxildir. Bu təpələrin çoxundan dəmyə şəraitində əkin yeri kimi istifadə olunduğundan hər il şum vaxtı onların üstündə maraqlı arxeoloji materiallara təsadüf edilir. Zərgərtəpə qədim yaşayış yeri quruluşuna və coğrafi yerləşməsinə görə Azərbaycanın son tunc və ilk dəmir dövrünə aid olan yaşayış yerlərindən fərqlənmir. Su mənbəyinin yaxınlığı, əlverişli torpaq-iqlim şəraiti tunc dövrünün bütün mərhələlərində əkinçi-maldar icmaların oturaq məskənləri üçün əsas və zəruri şərtlərdən olmuşdur.
Zərgərtəpə yaşayış yeri
Zərgərtəpə — Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Füzuli şəhərinin mərkəzindən 2 km. şimal-şərqdə, Köndələnçayın sağ sahilində yerləşən, son tunc dövrünə aid 1 hektar sahəsi olan yaşayış yeri. Quruçay və Köndələnçay vadisində Tunc dövrünün sonu və Dəmir dövrünün əvvəllərinə aid böyük yaşayış yerlərindən biri Zərgərtəpədir. Yastı təpədən ibarət olan bu yaşayış yeri Füzuli şəhərindən 2 km-ə qədər şimal-qərbdə, Köndələnçayın sağ sahilində yerləşir. Hazırda onun tutduğu sahə bir hektardan artıqdır. Ümumilikdə Zərgərtəpə Köndələnçayın sağ sahilini əmələ gətirən təpələr silsiləsinə daxildir. Bu təpələrin çoxundan dəmyə şəraitində əkin yeri kimi istifadə olunduğundan hər il şum vaxtı onların üstündə maraqlı arxeoloji materiallara təsadüf edilir. Zərgərtəpə qədim yaşayış yeri quruluşuna və coğrafi yerləşməsinə görə Azərbaycanın son tunc və ilk dəmir dövrünə aid olan yaşayış yerlərindən fərqlənmir. Su mənbəyinin yaxınlığı, əlverişli torpaq-iqlim şəraiti tunc dövrünün bütün mərhələlərində əkinçi-maldar icmaların oturaq məskənləri üçün əsas və zəruri şərtlərdən olmuşdur.
Şəbəkə (zərgərlik)
Şəbəkə — zərgərlikdə üsul. VIII əsrdə Azərbaycanda qızıl və gümüşdən hazırlanmış zinət şeyləri əsas etibarı şəbəkə üsulu ilə hazırlanırdı. Şəbəkə zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara deyilir. Şəbəkə əsasən iki şəkildə olur: qızıl və gümüş tellərlə zərgərlik əşyasının özü hazırlanır, qızıl və gümüş tellərlə zərgərlik əşyasının üzəri bəzənir.
Samir Zərgərov
Samir Zərgərov (azərb. Zərgərov Samir Firdus oğlu‎; 29 avqust 1986, Xanlar, Azərbaycan SSR) — azərbaycanlı futbolçu, yarımmüdafiəçi. O, Azərbaycanın gənclərdən ibarət yığmasının da rənglərini qorumuşdur. Peşəkar futbolçu karyerasına 2004-cü ildə Bakının “Ədliyyə” komandasında çıxış etməklə başlayıb. O, Azərbaycan Premyer Liqasının “Standard” (Sumqayıt), “Qəbələ” və “Gəncə” klublarında da çıxış edib. 2011-ci ildə Bakının “İnter” klubunun futbolçusu olub. O, avrokuboklarda debütünü 2013-cü il iyulun 18-də Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Norveç “Tromso”su ilə keçirib. O, 2007-ci il iyunun 2-də Yunanıstan millisi ilə Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın gənclərdən ibarət milli komandasının (U 21) heyətində debüt edib. FC Inter Baku-nun tərkibində 2011-ci ildə Birlik Çempionlar Kubokunun qalibi. FK İnter Bakının tərkibində 2011/12 mövsümündə futbol üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı FK İnter Bakının tərkibində 2012/13 mövsümündə futbol üzrə Azərbaycan çempionatının bürünc mükafatçısı.
Zərgərlik məmulatları
Zərgərlik məmulatları (lat. jocellum - zərgərlik; lat. iocus - zarafat, əyləncə, bəzək) — zərgərlik sənəti ilə bağlı olan məhsullar. Geniş mənada zərgərlik dekorativ-tətbiqi sənət növü, qiymətli materialların emalı və zərgərlik məmulatlarının hazırlanması sənətidir. Lakin bu tərif zərgərlik sənətinin mahiyyətini tam açmır, onun bədii mənası ən bahalı materialları zərgərin iradəsi, istedadı və bacarığı ilə daha da bahalı və gözəl olana çevirməkdir. Qiymətli materialların klassik tərifi 1912-ci ildə görkəmli ingilis alimi və zərgəri Herbert Smit tərəfindən verilmişdir. Qiymətli materiallar üç əsas tələbi ən yaxşı şəkildə ödəməlidir: gözəllik, nadirlik, uzunömürlülük. Bununla belə, materialların qiymətli (və ya nəcib), yarı qiymətli (“bəzək”) və adi kateqoriyalara bölünməsi şərti və axıcıdır. Onların arasındakı sərhədlər əsrlər boyu dəyişmiş və müxtəlif mədəniyyətlərdə fərqli qiymətləndirilmişdir. Buna uyğun olaraq, ustad zərgərin peşəsi, fəaliyyət sahəsi və cəmiyyətdəki mövqeyi fərqli qiymətləndirilirdi.
Əbdülqafur Zərgərov
Əbdülqafur Əminulla oğlu Zərgərov (1929, Bakı — 1999, Bakı) — iqtisad elmləri üzrə fəlsəfə doktoru, AMEA-nın müxbir üzvü. Əbdülqafur Zərgərov 1929-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Moskvada Şərqşünaslıq İnstitutunda alıb. O, Yaxın Şərq fakültəsini İqtisadyönümlü ölkəşünaslıq ixtisası üzrə bitirib. Əbdülqafur Zərgərov bir müddət Azərbaycan SSR Nazirlər Sovetində elmi müəssisələr və ali məktəblər qrupunda məsləhətçi işləyib. Daha sonra SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturada oxuyub. Moskvada iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi adını almaq üçün dissertasiya müdafiə etdikdən sonra Bakıya qayıdıb, uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Əbdülqafur Zərgərov Azərbaycanda ictimai elmlər sahəsində elmi informasiya mərkəzinin yaradıcısıdır. Alimini rəhbərliyi ilə 70-ci illərdə hazırlanan statistik məcmuələr XX əsrdə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişaf dinamikasını öyrənmək üçün gərəkli bir vasitə olaraq qalır. Habelə Əbdülqafur Zərgərovun təşəbbüsü nəticəsində 1992-ci ilin yazında Azərbaycan Milli Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutu yaradılıb.

Digər lüğətlərdə