ÇİN₅

[ rus. ] Rütbə, vəzifə, xidmət dərəcəsi.
[Xortdan:] Əvvələn, oğlun həştad min tümən pul verib, bir yaranallıq çini aldı. Ə.Haqverdiyev.

// dan. Poqon. □ Çini düşmək zar. kin. – vəzifədən düşmək, hörmətdən düşmək, daha sayılmamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇİN I ÇİN, ORAQ (ot, zəmi və s. biçmək üçün alət: çin dişli oraq dişsiz olur) Çini yaxşı kəsəndə, zəmi dolaşıqsız olanda kişinin kefi göynən gedərdi (Q
  • ÇİN dəryaz — kərənti
  • ÇİN xeyli — çoxlu
  • ÇİN doğru — həqiqət
  • ÇİN pillə — qat
  • ÇİN rütbə — dərəcə — titul

Omonimlər

  • ÇİN ÇİN I is. Rütbə, dərəcə. Kim onu tutsa hökumətdən böyük çin alacaq (C.Bərgüşad). ÇİN II is. Ölkə. Mələyim, nuri-cəmalın səri afaqa dolub; Atdı bütxanə

Antonimlər (əks mənalı sözlər)

  • ÇİN ÇİN – YALAN Mənim yuxum çin oldu. C.Bərgüşad. Xanım, hamısı yalandır (S.S.Axundov)

Etimologiya

  • ÇİN1 Orağın dişli formasıdır. Çin (Kitay) sözü ilə bağlıdır. Çini (qablar) da Çin sözü ilə bağlıdır. Bunlar (çin, çini qab) ilk dəfə Çində istehsal olunduğ
ÇİN₁
ÇİN₃
OBASTAN VİKİ
Çin (dəqiqləşdirmə)
Çin Şərqi Asiyada bir bölgə.
Çin Ensiklopediyası
Çin Ensiklopediyası (çin. 中国大百科全书; Pinyin:Zhōngguó Dà Bǎikē Quánshū ;Çin Böyük Ensiklopediyası) — Çin dilində ilk böyük-girişli müasir ensiklopediya.
Çin Respublikası
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Çin Səddi
Böyük Çin səddi — bu nəhəng abidənin əsas materialı dağ süxurları və torpaqdır. Ona kərpicdən üzlük çəkilib. == Ümumi məlumat == Bəşər tarixində gələcək nəsillərə insan əli ilə yaradılmış çox heyrətamiz möcüzələr yadigar qalmışdır. Onlardan biri də çinlilərin yaradan əlləri və bitib-tükənməz əməkləri ilə tikilən Böyük Çin səddidir. Çinlilər bu səddə Çan Çançen deyirlər. Sarı dənizin Lyodun körfəzinin sahillərindən başlayıb, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrdən artıqdır. Böyük Çin səddi ilk dəfə e.ə. 221-ci ildə Çin imperatoru Sin Şixuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilərək, təxminən 17000 km uzadılmışdır. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Sin Şixuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi.
Çin Taybeyi
Çin Taybeyi — Çin Xalq Respublikasında müstəmləkə dövlət olan Tayvanın idman yarışlarında istifadə etdiyi addır. (Taybey həmin dövlətin paytaxtı) Bu ad Tayvanın Çinin tərkib hissəsi olduğuna insanları inandırmaq, həmçinin Tayvan idmançılarına bu ad altında yarışmaq şansı verir. Adın qoyulması həm də iki ölkə arasında gərginliklərin müşahidə olunmaması üçün yaxşı şərait yaratmışdır. Tayvan həm də bu adla Qış və Yay Olimpiya Oyunlarına qatıla bilir, müxtəlif idman yarışlarında o cümlədən komanda idman növlərində iştirak edə bilir. Məsələn, Çin Taybeyi qadın milli voleybol komandası 1990-cu ildə keçirilən voleybol üzrə qadınlararası dünya çempionatının final mərhələsində iştirak etmişdir. Maraq üçün onu da qeyd edək ki, bu ölkə müxtəlif yarışlarda müxtəlif bayraqlardan istifadə edir. Məsələn komandanın Paralimpiya Oyunlarında, Olimpiya oyunlarında və futbol yarışlarında bayraqları fərqlidir. Bir-birinə bənzəyən bu bayraqların hamısı göy, qırmızı ləçəkşəkilli çərçivənin içində fərqli simvollardan ibarətdir. Komandanın ilk ən böyük təcrübəsi 1980 Qış Olimpiya Oyunları olmuşdur. Turnirdə yer alan Çin Taybeyi komandası medal qazana bilməsə də tarixi uğura imza atmışdı.
Çin abeliyası
Çin abeliyası (lat. Abelia chinensis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, çoxsaylı, gözəl, qırmızımtıl, sallaq zoğlara malik, zərif, yarım həmşəyaşıl koldur. Yarpaqları tünd-yaşıl, oval-ucu bizdir. Uzun müddət ağ ətirli, zəngvari, qırmızı xətli çiçəkləri budaqların uclarında çiçək qruplarına yığılmışdır. İyuldan oktyabr ayınadək çiçəkləyir. == Ekologiyası == Düz günəşli, işıqlı yerlərdə yaxşı bitir. Yazın əvvəlindən payızadək bol suvarılır. Qışda temperatur kəskin aşağı endikdə yarpaqları tökülməyə başlayır.
Çin aktinidiyası
Çin aktinidiyası — Cənub Şərqi Asiyada bitir.Yarpaqları tökülən kol lianasıdır.Çin aktinidiyasının meyvələri "kivi" kimi tanınmışdır.Tumurcuqları tamamilə və ya bir hissəsi yarpaq yarıqlarında gizlənmişdir.Yarpaqları növbəli,bütöv,kənarları dişlidir,yalançı zoğları yoxdur.Çiçəkləri müxtəlif ölçülü (diametri 1-1,5-dən 3 sm-ədək),yarpaqların qoltuqlarında üç-üç və ya tək yığılmışdır.Çiçəkyanlığı iki və ya 4-5 hissəlidir.Çiçək tacı kasaşəkillidir,ağ,qızılı-sarı və ya narıncı rəngli çiçəkləri olur.Sütuncuqları 8-15 ədəd,sapvari,bünövrəsində bitişik və üstə əyilmişdir.Meyvəsi uzunsov giləmeyvə,sarı-yaşıl və ya açıq-narıncı,yeməlidir. == Ekologiyası == Şaxtayadavamlılığı zəifdir.Minerallarla zəngin torpaqlarda bitir.Qrunt sularına tab gətirmir. == Azərbaycanda yayılması == Lənkəranda,Astarada,Qubada,Zaqatalada,Balakəndə mədəni şəraitdə becərilir. == İstifadəsi == Meyvəsi iyli,turşaşirin,yeməlidir.Tərkibində çoxlu vitamin vardır.Şaquli yaşıllaşdırmada geniş istifadə olunan sarmaşan bitkidir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Çin alliqatoru
Çin alliqatoru (lat. Alligator sinensis) — iki tanınmış alliqator növündən biridir. Şərqi Asiyada, Çinin Yanszı çayı hövzəsində yayılmışdır. Olduqca nadir növdür, təbiətdə cəmi 200 baş Çin alleqatoru qalmışdır. == Təsvir == Çin alliqatoruı alt çənədə fərqli qara ləkələr olan sarımtıl-boz rənglidir. Qarın açıq boz rəngdədir. Pəncələr qısadır. Barmaqlarının sonucunda dırnaqlar var. Ön ayaqları üzmə membranlarından məhrumdur. Quyruqları uzun, kütləlidir və suda əsas hərəkətverici qüvvədir.
Çin ardıcı
Çin ardıcı (lat. Juniperus chinensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Şimali-Şərqi Çində, Koreyada, Yaponiyada bitir. Hündürlüyü 20 metrə qədər, sürünən zoğları olan ikievli kol, bəzən ağacdır. Cavan zoğların və qoca budaqların iynəyarpaqları iynəşəkilli, yuxarı budaqlarda qabıqşəkilli, mavi-yaşıldır. Cavan budaqları qonur-qırmızı, yumru-dördhissəli, çox nazikdir. Bitkilər ikievli və ya birevlidir. Çətiri erkək nümunələrin iynəyarpaqları piramida formalı, göyümtül rəngdədir. İynəşəkilli, dişilərdə isə qabıqşəkilli olur. Xırda yarpaqları kütucludur.
Çin azərbaycanlıları
Çin azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Çində yaşayan hissəsinin adı. 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində Azərbaycanın Pekindəki səfirliyində yaradılmış məntəqə üzrə adları seçici siyahısında olan 280 seçicidən 267-si (95 faiz) səsvermədə iştirak etmişdir. == Çin azərbaycanlılarının fəaliyyəti == 2009-cu ildə Çində yaşayan azərbaycanlılar İsrailin apardığı hərbi əməliyyatlar nəticəsində dünyadan təcrid olunmuş fələstinlilər üçün 9 min dollar ianə toplayıb. 2012-ci ildə Çində yaşayan azərbaycanlılar Ramil Səfərovun əfv edilməsini qeyd etmək üçün işlədikləri restoranda heç kəsdən hesab almayıb. == Həmçinin bax == Azərbaycan-Çin münasibətləri == İstinadlar == == Xarixi keçidlər == "Diasporanın üzərinə düşən gözəl missiya-səpələnənləri bir yerə yığmaq". İstifadə tarixi: 2015-06-22.
Çin bayramaları
Çin – qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir və öz bayramlarının çoxcəhətli ənənəsi ilə məşhurdur. "Rəsmi bayramlar" Çində Yeni il (bütün ölkədə yanvarın 1-i qeyd olunur), Bahar bayramı (Ay təqvimi ilə Yeni il, bütün ölkədə üç gün qeyd olunur), Beynəlxalq qadınlar günü (8 mart), Zəhmətkeşlərin beynəlxalq həmrəylik günü (1 may), ümumxalq tərəfindən bir gün qeyd olunur, Çin gəncliyi günü (4 may), Uşaqların beynəlxalq müdafiəsi günü (1 iyun), Çin Milli-azadlıq ordusunun yaranması günü (1 avqust), Müəllim günü (10 sentyabr), ümumxalq səviyyədə üç gün qeyd olunan ÇXR Milli bayramıdır (1 oktyabr). Bunlardan əlavə Çində Milli bayramlar geniş qeyd edilir. Cədvəl 5-də bu bayramların adı və keçirilmə tarixi göstərilir. Ümumi bayramlarla yanaşı bir çox milli azlıqlar öz ənənəvi bayramlarını da qoruyub saxlamışdılar. Məsələn, daylarda bu "Su bayramı", monqollarda "Nadom"dur, iyanlar "Məşəl bayramını" qeyd edir, yaotyanlar "Danu bayramını" bayram edir, baylar "Mart bazarı", çjuanlar – mahnı yarışları keçirir, tibetlilər tibet Yeni ilini və "Vanqo" məhsul bayramını, myaotyanlar "Tyaoxua" bayramını keçirirlər. == Çin Yeni ili == Çin Yeni ili – qış gündönümündən sonra ayın təzə çıxdığı 2-ci gündür. O, yeni tarix hesabı ilə yanvarın üçüncü ongünlüyündən fevralın ikinci ongünlüyünə qədərki günlərin birinə düşür. Sinxay inqilabından sonra (1911-ci il) Çində yeni tarix hesabı tətbiq olunmağa başlanmışdır. Yeni üsulla Yeni ili fərqləndirmək üçün Ay təqvimi ilə Yeni il Bahar bayramı adlandırılmışdır.
Çin bayramları
Çin – qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir və öz bayramlarının çoxcəhətli ənənəsi ilə məşhurdur. "Rəsmi bayramlar" Çində Yeni il (bütün ölkədə yanvarın 1-i qeyd olunur), Bahar bayramı (Ay təqvimi ilə Yeni il, bütün ölkədə üç gün qeyd olunur), Beynəlxalq qadınlar günü (8 mart), Zəhmətkeşlərin beynəlxalq həmrəylik günü (1 may), ümumxalq tərəfindən bir gün qeyd olunur, Çin gəncliyi günü (4 may), Uşaqların beynəlxalq müdafiəsi günü (1 iyun), Çin Milli-azadlıq ordusunun yaranması günü (1 avqust), Müəllim günü (10 sentyabr), ümumxalq səviyyədə üç gün qeyd olunan ÇXR Milli bayramıdır (1 oktyabr). Bunlardan əlavə Çində Milli bayramlar geniş qeyd edilir. Cədvəl 5-də bu bayramların adı və keçirilmə tarixi göstərilir. Ümumi bayramlarla yanaşı bir çox milli azlıqlar öz ənənəvi bayramlarını da qoruyub saxlamışdılar. Məsələn, daylarda bu "Su bayramı", monqollarda "Nadom"dur, iyanlar "Məşəl bayramını" qeyd edir, yaotyanlar "Danu bayramını" bayram edir, baylar "Mart bazarı", çjuanlar – mahnı yarışları keçirir, tibetlilər tibet Yeni ilini və "Vanqo" məhsul bayramını, myaotyanlar "Tyaoxua" bayramını keçirirlər. == Çin Yeni ili == Çin Yeni ili – qış gündönümündən sonra ayın təzə çıxdığı 2-ci gündür. O, yeni tarix hesabı ilə yanvarın üçüncü ongünlüyündən fevralın ikinci ongünlüyünə qədərki günlərin birinə düşür. Sinxay inqilabından sonra (1911-ci il) Çində yeni tarix hesabı tətbiq olunmağa başlanmışdır. Yeni üsulla Yeni ili fərqləndirmək üçün Ay təqvimi ilə Yeni il Bahar bayramı adlandırılmışdır.
Çin bayrağı
Çin bayrağı — Çinin Dövlət bayrağı.
Çin bağçası
Çin bağçası üç min ildir inkişaf etmiş mənzərəli bağ tərzidir. Buraya həm Çin imperatorlarının və həm də imperator ailəsinin üzvlərinin zövq almaq və təsirləndirmək üçün qurduğu geniş bağları və alimlər, şairlər, keçmiş dövlət məmurları, əsgərlər və tacirlər tərəfindən əks olunmaq və qaçmaq üçün yaradılan bağlar daxildir. İnsanlarla təbiət arasında mövcud olan harmoniyanı ifadə etmək məqsədi daşıyan idealizə olunmuş miniatür mənzərə yaradırdılar. Tipik bir Çin bağçası divarlarla əhatə olunmuşdur və bir və ya daha çox gölməçəni, qaya əsərlərini, ağacları və çiçəkləri və bağ içərisindəki sarma yolları əhatə edir. Quruluşdan quruluşa keçərək ziyarətçilər mənzərə şəkillərinin bir tumurcuğu kimi açaraq diqqətlə tərtib edilmiş bir sıra səhnələrə tamaşa etmək olar. == Tarixi == Ən erkən qeydə alınan Çin bağçaları Şan sülaləsi dövründə (e.ə. 1600–1046) Sarı çay vadisində yaradılmışdır. Bu dövrdən bəri pu, siz və yuan yazıları olan çin simvolu tısbağa qabıqlarında həkk edilmişdir. Şan sülaləsinin məşhur kral bağı, paytaxtı Yinin qərbində Wenwang tərəfdə inşa edilən Teras, Gölet və Ruh Parkı (Lingtai, Lingzhao Lingyou) idi. Başqa bir erkən kral bağı, son Şan hökmdarı Kral Zhou (1075–1046) tərəfindən tikilən Shaqui və ya Kum Təpələri idi.
Çin belamkandası
Adi süsən (lat. Iris domestica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Arealı == Himalaydan Yaponiya və Filippinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Belamcanda chinensis (L.) DC. Belamcanda chinensis var. curtata Makino Belamcanda chinensis f. flava Makino Belamcanda chinensis var. taiwanensis S.S.Ying Belamcanda chinensis f. vulgaris Makino Belamcanda flabellata Grey Belamcanda pampaninii H.Lév. Belamcanda punctata Moench Bermudiana guttata Stokes Epidendrum domesticum L. Ferraria crocea Salisb. Gemmingia chinensis (L.) Kuntze Gemmingia chinensis f.
Çin birgözü
Çin birgözü (lat. Ligustrum sinense) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == 3 m hündürlükdə sıx çətirli, həmişəyaşıl koldur. Çətrinin diametri 2 m-ə qədərdir. Cavan budaqları sarımtıl rəngli, sıx tükcüklüdür. Yarpaqları uzunsov-oval şəkilli, üstdən parlaq, tünd yaşıl, altdan açıq yaşıldır. Kiçik, ağ çiçəkləri ətirli, süpürgə çiçək qrupunda toplanır. == Ekologiyası == May-iyun aylarında çiçək açır, toxumları sentyabr-oktyabr aylarında yetişir. Toxumla, oduncaqlaşmış və yaşıl gövdə qələmləri ilə çoxaldılır.
Çin bəbiri
Çin coğrafiyası
== Çin coğrafiyası == Belə bir fikir mövcuddur ki, ölkənin coğrafi mövqeyi və iqlimi orada yaşayan xalqların xarakteri, adət və ənənələrinin formalaşmasına ciddi təsir edir. Buna görə də, Cinlə maraqlananları başlanğıc üçün onun coğrafiya və iqlimi ilə qısaca tanış etmək istəyirik. == Ərazisi == Sakit okeanın qərb suları ilə yuyulan Çin, Asiyanın şərqində yerləşir. Çinin quru ərazisi 9,6 mln.km2-dir. Çin ərazisi cənubdan şərqə 5,7 min km, şimaldan cənuba isə 3,7 min km uzanır. Çin həmçinin ucsuz-bucaqsız dəniz sərhədlərinə də malikdir. Çinin şərq və cənub-şərq sahillərini Boxay, Sarı, Şərqi Çin və Cənubi Çin dənizləri yuyur. Çinin ərazi sularının ümumi sahəsi 4,73 mln. km2-dir. Çin sahillərində çoxlu adalar vardır ki, bunların ən böyüyü Tayvan və Xaynandır.
Çin dalaqotu
Çin dalaqotu (lat. Chrysosplenium sinicum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin dalaqotu cinsinə aid bitki növü.
Çin dağdağanı
Çin dağdağanı (lat. Celtis sinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Amerika, Çin, Yaponiya, Koreya və Rusiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20 m-ə çatan, oval formalı çətirə malik ağacdır. Yarpaqları yumurtavari, ucu sivri, qaidəsi enli, tünd-yaşıl rəngdədir, üstdən hamar, altdan isə çılpaq olur, torşəkilli damarları aydın görünür. Aprel ayında çiçəkləyir, oktyabrda isə meyvəsi yetişir. Meyvəsi tünd-çəhrayı rəngdədir. Ancaq payızda təzə yığılmış toxumlar vasitəsilə artırılır. == Ekologiyası == Quru, daşlı torpaq şəraitində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda rast gəlinir.
Çin dili
Çin dili — Çin-Tibet dil ailəsinə aid bir dil. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı con ven və (中文، Zhōngwén), han ü (汉语/漢語، Hànyǔ) adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır. == Əlifbası == Çin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilmiş yazı növü zamanla ideoqramlara çevrilmiş və geniş yayılmışdır. Məlum olan bütün ideoqramları əzbərləmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur. == Çin dilinin yazılışı == Çin dili iki cür yazılır: 1. Klassik 2.
Çin dominosu
Çin dominosu — Çində və bəzi Asiya ölkələrində yayılmış stolustü oyun. 32 ədəd sümükdən hazırlanmış fiqurdan ibarətdir. Çin dominosunda adi domino fiqurlarında olduğu kimi ayırıcı xətt olmur. Fiqurlar üzərindəki nöqrələr iki rəngdə: ağ və qırmızı rəngdə olurlar. Hər biq fiqurun adı olur.
Çin feniksi
Çin feniksi (çin. ənən. 鳳凰, sadə. 凤凰, pinyin: fènghuáng) — Çin mifologiyasında möcüzəvi quş, Çin əjdahasından fərqli olaraq, qadını təmsil edir və cənubun rəmzidir. İnsanlara onun görünməsi imperatorun qüdrətinə şahidlik edən böyük əlamət və ya əvvəlcədən xəbər vermək hadisəsi kimi başa düşülür. Feuxuan, həmçinin "Avqust Xoruzu" adlandırılır, çünki bəzən Çin zodiakında xoruz yer tutur. Qərb dünyasında Çin feniksi və ya sadəcə olaraq Feniks kimi adlandırılır. == Məna == Feniksin çox müsbət çalarları var. O, yüksək ləyaqət və bərəkət rəmzidir. Feniks həmçinin İn və Yan simvolunu xarakterizə edir.
Çin filbaharı
== Təbii yayılması: == Şərqi Çində geniş yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 20 m-ə, çətirinin diametri 4 m-ə çatan, dırmaşan, kolvari liandır. Yarpaqları mürəkkəb, təklələkvari olub, qışda tökülən, uzunluğu 30 sm-ə çatır. Yarpaqcıqları 7-13 ədəd, ovalvari uzunsov, təzə yarpaqları qırmızımtıl rəngə çalır. Ucu şiş çıxıntılıdır. Çiçəkləri mavi – bənövşəyi, zəif ətirli, çoxçiçəkli, uzunluğu 25-40 sm, eni 6-10 sm-ə qədər olan salxımlarda yerləşir. Çiçək oxu və çiçək saplaqları zəif tüklüdür. Tacı göyümtül-bənövşəyi, solğun bənövşəyi və ya mavi-göydür. Kasacığı qoşa dodaqlı, zəngvari, 5 dişicikli; dişiciklərin 2-si digər 3 bizvari dişicikdən xırdadır. Yumurtalığı qısa, ayaqcıq üzərindədir.
Çin fotiniyası
Çin fotiniyası (lat. Photinia serratifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin fotiniya cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub-Şərqi Asiyada, Çində yayılmış təxminən 40 yarımnövü vardır. == Botaniki təsviri == Hündürlüyü 12 m-dək olan həmişəyaşıl ağac və ya koldur. Düz, budaqlı gövdəsi vardır. Dərili, oval, yarpaqları sadə, parlaq kənarları dişli, qısa saplaqlarda yerləşir. Yarpaqları al qırmızı, sonradan tünd yaşıl olur. Çiçəkləri kiçik, ağ, beş ləçəyi və erkəkcikləri hamar qalxanlarda və ya qısa süpürgələrdə, uc çiçək quruplarında yığılmışdır. Meyvəsi kiçik, tünd qırmızıdır. Toxumlarla, qələmlə və calaqla çoxalır.
Standart Çin dili
Standard Çin dili, Putonghua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir. Standard Çin dili, Çində Pǔtōnghuà (普通話) ("Ümumi Ləhcə") Guóyǔ (國語) olaraq ("Milli Dil") Çin Respublikasında (Tayvanda yəni), Malayziya və Sinqapurda Biǔozhǔn Huáyǔ (標準 華語) ("Standart Çin dili") olaraq bilinir. Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var. I ton, düz ton:(ˉ) II ton, artan ton: (ˊ) III ton, dalğalı ton: (ˇ) IV ton, enən ton: (ˋ) Nümunə, ma hecasında: 1.mā 媽 (ana) 2.má 麻 (çətənə) 3.mǎ 馬 (at) 4.mà 罵 (söyüş) Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
Standart çincə
Standard Çin dili, Putonghua və ya Standard Mandarin, Çinin rəsmi dilidir. Çinin şimalında danışılan Mandarinin Pekin ləhcəsindən irəli gələrək yaranmışdır. Çində bu dil məmurların dili — guānhuà (官 话) adlanırdı, lakin Çin Xalq Respublikası qurulandan sonra 1955-ci ildə adı putonghua (普通话) "yayılmış söz" olaraq dəyişdirilmişdir. Standard Çin dili, Çində Pǔtōnghuà (普通話) ("Ümumi Ləhcə") Guóyǔ (國語) olaraq ("Milli Dil") Çin Respublikasında (Tayvanda yəni), Malayziya və Sinqapurda Biǔozhǔn Huáyǔ (標準 華語) ("Standart Çin dili") olaraq bilinir. Standard Çin dili digər Çin dilləri kimi tonlu dildir. Yəni fərqli sözlər eyni səsin fərqli intonasiyaları ilə yaranır. Cəmi 4 ton var. I ton, düz ton:(ˉ) II ton, artan ton: (ˊ) III ton, dalğalı ton: (ˇ) IV ton, enən ton: (ˋ) Nümunə, ma hecasında: 1.mā 媽 (ana) 2.má 麻 (çətənə) 3.mǎ 馬 (at) 4.mà 罵 (söyüş) Yuxarıdakı ma kimi bir hecanın 4 tonu 4 ayrı söz kimi qəbul edilir.
Tacikistan-Çin sərhədi
Tacikistan-Çin sərhədi 477 km (296m) uzunluqdadır və Qırğızıstan ilə yoldan, şimal-cənub xətti boyunca müxtəlif dağ silsilələri və Pamir silsiləsinin Əfqanıstanla keçid nöqtəsinə qədər uzanır. Tacikistandan keçid məntəqəsinə gedən yol Murqab kəndindən keçir və dəniz səviyyəsindən 4365 metr yüksəklikdə yerləşir. Qışda məntəqənin bu hissəsi çoxlu qarla örtülür, bu da hərəkət etməyi çətinləşdirir. Xüsusilə ilin qış fəsli üçün insanlar və nəqliyyat vasitələrini il boyu keçməyə imkan verən yollar da daxil olmaqla müvafiq infrastruktur qurulmuşdur. == Tarix == Tacikistan-Çin sərhədi Tacikistan Respublikası ilə Çin Xalq Respublikası arasında keçən dövlət sərhədidir. Sərhəd Tacikistanın cənub tərəfdən deyil, şərqdən keçməsinə baxmayaraq, "MDB və Postsovet məkanının cənub sərhədi" nin bir hissəsidir. İki ölkənin dövlət sərhədinin ümumi uzunluğu 494.95 kilometrdir. Demək olar ki, bütün sərhəd bir tərəfdən Tacikistanın Dağ-Bədəxşan Muxtar Bölgəsindəki Pamir dağ silsiləsi boyunca, digər tərəfdən Çinin Sincan Uyğur Muxtar Vilayətinin cənub-qərb hissəsində keçir. 1991-ci ildə Tacikistan müstəqil olduqdan sonra, SSRİ-Çin sərhədinin bir hissəsini miras aldı. 2011-ci ildə Tacikistan, Pamir dağlarında 1,122 km² (433 kv m) ərazini Çin Xalq Respublikasına verərək, 130 illik mübahisəyə son qoyaraq 1999-cu ildə bağladığı müqaviləni ratifikasiya etdi.
Taksin Çinnavat
Taksin Çinnavat (tay ทักษิณ ชินวัตร ; 26 iyul 1949[…], Sankanpxenq[d]) — Tailand iş adamı, siyasətçi və ziyarətçi professorudur. 2001-ci ildən 2006-cı ilədək Taylandın Baş naziri vəzifəsində çalışmışdır. Hakimiyyətdən kənarlaşdırıldıqdan sonra 2008-ci ildə korrupsiyada günahkar bilinir və hazırda özünü sürgündə yaşayır. Thaksin 1987-ci ildə mobil telefon operatoru Advanced Info Service və İT və telekommunikasiya konqlomeratı Shin Corporation şirkətini qurdu və nəticədə onu Taylandın ən varlı adamlarından biri etdi. O, 1998-ci ildə Tay Rak Tayland Partiyasını (TRT) qurdu və sürüşkən bir seçki qələbəsindən sonra 2001-ci ildə Baş Nazir oldu. Tamamilə vəzifə tutan ilk demokratik yolla seçilmiş Baş nazir və 2005-ci ildə yenidən seçildi. böyük əksəriyyəti. Taksin 2500-dən çox insanın öldüyü "narkotiklərə qarşı müharibə" elan etdi. Thaksin hökuməti yoxsulluğu azaltmaq, infrastrukturu genişləndirmək, kiçik və orta sahibkarlığı təşviq etmək və ümumdünya səhiyyə əhatə dairəsini genişləndirmək üçün proqramlara başlamışdır. Thaksin, müsəlman cənub əyalətlərində separatçı üsyanlara qarşı güclü silahlı bir yanaşma etdi.
Tao Te Çinq
== Tao Te Çinq (Dao De Tszin) == Tao Te Çinq, Qədim Çin fəlsəfəsi olan Taoizmə aid kitabdır. === Tao Te Çinqin tarixi === Tao Te Çinq ənənəyə görə eramızdan əvvəl 600-cü illərdə yazılmışdır. Kitabın müəllifi taoist mütəfəkkir [[Lao Tszı]] (və ya Lao Zı, mənası "Qoca Usta") hesab olunur. Rəvayətə görə Lao Tszı sarayda arxiv baxıcısı imiş. Lakin kitabin müəllifliyi və yazılış tarixi tam təyin edilməmiş hesab olunur. Tao Te Çinqin mətninin daha əvvəlki dövrlərə aid olduğu, eramızdan əvvəl 6-cı əsrdə onun sadəcə olaraq qələmə alındığı hesab edilir. Tao Te Çinq özündən sonra gələn fəlsəfi və dini cərəyanlara, o cümlədən Neo Konfusianizmə və Çin Buddizminə dərin təsir göstərmişdir. Tao Te Çinq 250 dəfədən çox müxtəlif dillərə tərcümə edilmişdir. === Kitabın adının tərcüməsi === Tao Te Çinq adı müxtəlif formalarda tərcümə oluna bilər. Tao (Dao) – sözü əsasən "yol" kimi tərcümə olunsa da, "cığır", "kök", "metod" mənalarını da verir.
Temuçin (Çingiz xan)
Çingiz Xan (monq. Чингис Хаан; təq. 31 may 1162 – 18 avqust 1227 və ya 25 avqust 1227) — Monqol hökmdarı və sərkərdəsi. Monqol qəbilələrini bir bayraq altında birləşdirərək, insanlıq tarixindəki ən böyük ikinci imperiya olmuş Böyük Monqol imperiyasını (1206–1368) qurmuşdur. == Arxa plan == Monqollar qəbilələrə, tayfalara və uluslara ayrılırdılar. Monqol cəmiyyəti siniflərə — bozqır aristokratiyasına, rəiyyətə və qullara bölünmüşdü. Bu qulların dünyanın digər ölkələrdəki qullardan bir fərqi vardı: onları satmırdılar. XII əsrin ikinci yarısında Dalay-nur və Buar-nur monqol qəbiləsindən olan tatarlar da köçərilik edirdilər. Tatarlardan qərbdə kerait adlı xalq yaşayırdı. Nayman qəbiləsi isə keraitlərdən qərbdə məskən salmışdı.
Xan Çinarı (Şəki)
Xan Çinarı — Şəki şəhərindəki Şəki xan sarayının həyətində yerləşən ağac. Çinar Şəkidə Xan sarayının həyətində yerləşir. Ağac 1530-cu ildə əkilib. Gövdəsi 7.3 metrdir. Hündürlüyü 34 metrdir. Xan sarayının qarşısında olan çinarlar "Qırmızı kitab"a salındığından onları kəsmək qadağandır. Çinarlar Şərq çinarı növünə aiddirlər. Ağacların Xan sarayının binası üçün hələlik təhlükəsi yoxdur. 2019-cu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində bu ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xarici İşlər Nazirliyi (Çin)
Çin Xarici İşlər Nazirliyi (çin. 中华人民共和国外交部) — Çin Xalq Respublikasının dövlət xarici siyasət orqanı. Çin Xarici İşlər Nazirliyi Dövlət Şurasının üzvüdür və Çin Xalq Respublikası Hökumətinin xarici dövlətlərlə və beynəlxalq hökumətlərarası təşkilatlarla xarici əlaqələrinə rəhbərlik edir. == Tarixi == Nazirlik 1954-cü il 28 sentyabrda yaradılmışdır. İlk Xarici İşlər Naziri Çjou Enlay olmuşdur. 2 oktyabr 1949-cu ildə SSRİ Çinlə diplomatik əlaqələr quran ilk ölkə olmuşdur.
Yalançı çinaryarpaq ağcaqayın
Çinaryarpaq ağcaqayın — Sabunağacıkimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır. == Sinonim == Acer abchasicum Rupr. Acer atropurpureum Dippel Acer bohemicum C.Presl ex Opiz. [Invalid] Acer dittrichii Ortm. Acer erythrocarpum Dippel Acer euchlorum Dippel Acer fieberi Opiz [Invalid] Acer hybridum Bosc Acer majus Gray Acer melliodorum Opiz Acer montanum Garsault [Invalid] Acer opizii Ortmann ex Opiz. Acer opulifolium Thuill. Acer procerum Salisb. Acer pseudoplatanus var. acuminatum Tausch Acer pseudoplatanus f.
Yapon-Çin müharibəsi (1937—1945)
Çin–yapon müharibəsi — 1937–1945-ci illər arası Çin və Yaponiya arasında baş vermiş münaqişə. Çinlilər 33 milyona qədər itki verdilər (hərbi və mülki), yaponlar isə 3 milyona yaxın itki verdilər. == Çin və Yaponiya arasında münaqişə == 1937-ci ildən Yaponiya Mancuriyaya nəzarət edirdi və Çinin içərilərinə doğru hərəkət etməyə hazır idi. 1937-ci ilin 7 iyulunda baş vermiş Marko Polo körpüsündəki hadisə, Çin və Yaponiya arasında irimiqyaslı müharibəyə səbəb oldu. Homindançı və kommunist çinlilər vətəndaş müharibəsini dayandırdılar və yapon işğalına qarşı vahid cəbhədə birləşdilər. SSRİ, bu müharibədə Çin qüvvələrinə hərbi yardım etmişdi. Yaponlar Şanxay, Nankin və Uxanda mühüm hərbi qələbələr qazandı, lakin dünya ölkələri, əsas da ABŞ xüsusilə Panay hadisəsinə görə Yaponiyanın təcavüzkar siyasətini pislədi. 1939-cu ildə yaponlar, SSRİ-ni Uzaq Şərqdən, xüsusilə də Mancuriyadan çıxarmağa çalışırdılar. Onlar, Marşal Georgi Jukovun rəhbərliyi altındakı sovet və monqol hərbi qüvvələri tərəfindən Xalxin-Qol döyüşündə məğlub edildilər. Bu şimala olan yapon hücumunu və SSRİ-nin Almaniyaya qarşı müharibənin əvvəlində Sovet-Yapon bitərəflik paktının imzalanmasının nəticəsi kimi Çinə edilən yardımını dayandırdı.
Yaponiya-Çin müharibəsi (1894-1895)
Yaponiya-Çin müharibəsi — Koreyada hökmranlığı almaq və Çinə soxulmaq məqsədi ilə Yaponiyanın başlatdığı müharibə. Müharibəni Yaponiya 1894 il iyulun 25-də başlamışdır (rəsmi olaraq avqustun 1-də elan edilmişdir). Yapon ordu və donanmasının üstünlüyü, Çin feodal dövlətinin texniki-iqtisadi geriliyi, ordu rəhbərliyinin nöqsanları Çinin məğlubiyyətinə səbəb oldu. Müharibə zamanı ABŞ və İngiltərə Yaponiyaya yardım göstərirdi. Yaponiya-Çin müharibəsi Şimonoseki müqaviləsinin (1895) imzalanması ilə başa çatmışdır. Müharibə Çinin bölüşdürülməsi və maliyyə çəhətdən əsarətə alınmasının başlanğıçını qoydu. == Arxaplan == Yaponiya coğrafi cəhətdən özünə yaxın olan Koreyanı "təhlükə ocağı" kimi görürdü. Yapon siyasətinin məqsədi avropalıların Koreya üzərindəki təsirini azaltmaq və mümkün olduqda Koreyanı nəzarət altına almaq idi. 1876-ci ildə böyük siyasi təzyiq nəticəsində Koreya Yaponiya ilə öz izolasiyasına son qoyan və ticari əlaqələrə icazə verən müqavilə imzalayır. Bu müqavilədən sonra on illərlə Çin və Yaponiya arasında Koreya uğrunda mübarizə başlayıb.1884-cü ildə Yapon modernizasiyasından ilhamlanaraq və Yaponiyanın birbaşa yardımı ilə Koreyda çevrilişə cəhd edildi.
Yeni il Çində
Çin Yeni ili — Çində təntənə ilə qeyd olunan bayram. Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər.
Yuan Çin İmperiyası
Yuan sülaləsi (1271-1368-ci) il - Çində hökmranlıq etmiş Monqol sülaləsi. == Tarixi == Monqollar bütün Çini idarə edən ilk şimal xalqı olmuşlar. Uzaq qərbə qədər uzanan imperiya yaradan monqollar 1210-cu ildə çjurçjenlərin Tszin dövlətini fəth etdilər. 1215-ci ildə Çingiz xan Pekini ələ keçirdi. 1227-ci ildə monqollar Qərbi Syaya uğurlu zəfər yürüşü etdilər. Bu yürüşdən qayıdan zaman Çingizxan ölür. 1229-cu ildə monqolların böyük xanı Çingizxanın üçüncü oğlu Uqedey olur. İmperiyanın paytaxtı Qaraqorum olur. Uqedey öz hakimiyyətinə Çinin çjurçjenlərin əlində olan şimal vilayətlərinə yürüşlərlə başladı. Bu müharibədə Sonrakı Sun sülaləsi monqollarla ittifaq bağlayaraq ümid etdi ki, onların köməyi ilə çjurçjenlərin zəbt etdiyi torpaqlarını geri qaytara biləcək.
Yue Çin dili
Yue Çin dili, Çin dilinin əsas qollarından biridir. Cənubi Çində, əsasən Quanqdonq və Guangxi əyalətlərində danışılır. Kantonca termini tez-tez bütün budağı təsvir etmək üçün istifadə olunur; dilçilər bu termini yalnız nüfuzlu (prestijli) ləhcələr adlandırılan Guanco (Canton) və Hong Kong ləhcələri üçün istifadə edirlər. Guanconun cənub-qərbindəki sahil bölgələrində danışılan Taishan ləhcəsi, Guangdongdan Cənub-Şərqi Asiya və Şimali Amerikaya köçən insanların çoxunun danışdığı ləhcədir. Sonrakı mühacirlər Kanton dilində danışanlardır. Yue dialektləri digər Çin dilləri ilə qarşılıqlı anlaşılmır. Orta Çin dilindəki son samit və intonasiya kateqoriyalarına görə ən mühafizəkar variantlardan biridir, lakin digər Çin dillərinin ilk və orta samitlərində saxladıqları müxtəlif fərqlilikləri itirmişdir.
Yuxarı Çinar (Əsədabad)
Yuxarı Çinar və ya Çinar Abbasxan (fars. چنار علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,020 nəfər yaşayır (602 ailə).
Çih Çin-Şui
Çih Çin-Şui (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Çih Çin-Şui Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Çin-yapon müharibəsi (1937-1945)
Çin–yapon müharibəsi — 1937–1945-ci illər arası Çin və Yaponiya arasında baş vermiş münaqişə. Çinlilər 33 milyona qədər itki verdilər (hərbi və mülki), yaponlar isə 3 milyona yaxın itki verdilər. == Çin və Yaponiya arasında münaqişə == 1937-ci ildən Yaponiya Mancuriyaya nəzarət edirdi və Çinin içərilərinə doğru hərəkət etməyə hazır idi. 1937-ci ilin 7 iyulunda baş vermiş Marko Polo körpüsündəki hadisə, Çin və Yaponiya arasında irimiqyaslı müharibəyə səbəb oldu. Homindançı və kommunist çinlilər vətəndaş müharibəsini dayandırdılar və yapon işğalına qarşı vahid cəbhədə birləşdilər. SSRİ, bu müharibədə Çin qüvvələrinə hərbi yardım etmişdi. Yaponlar Şanxay, Nankin və Uxanda mühüm hərbi qələbələr qazandı, lakin dünya ölkələri, əsas da ABŞ xüsusilə Panay hadisəsinə görə Yaponiyanın təcavüzkar siyasətini pislədi. 1939-cu ildə yaponlar, SSRİ-ni Uzaq Şərqdən, xüsusilə də Mancuriyadan çıxarmağa çalışırdılar. Onlar, Marşal Georgi Jukovun rəhbərliyi altındakı sovet və monqol hərbi qüvvələri tərəfindən Xalxin-Qol döyüşündə məğlub edildilər. Bu şimala olan yapon hücumunu və SSRİ-nin Almaniyaya qarşı müharibənin əvvəlində Sovet-Yapon bitərəflik paktının imzalanmasının nəticəsi kimi Çinə edilən yardımını dayandırdı.
Çin-yapon müharibəsi (1937—1945)
Çin–yapon müharibəsi — 1937–1945-ci illər arası Çin və Yaponiya arasında baş vermiş münaqişə. Çinlilər 33 milyona qədər itki verdilər (hərbi və mülki), yaponlar isə 3 milyona yaxın itki verdilər. == Çin və Yaponiya arasında münaqişə == 1937-ci ildən Yaponiya Mancuriyaya nəzarət edirdi və Çinin içərilərinə doğru hərəkət etməyə hazır idi. 1937-ci ilin 7 iyulunda baş vermiş Marko Polo körpüsündəki hadisə, Çin və Yaponiya arasında irimiqyaslı müharibəyə səbəb oldu. Homindançı və kommunist çinlilər vətəndaş müharibəsini dayandırdılar və yapon işğalına qarşı vahid cəbhədə birləşdilər. SSRİ, bu müharibədə Çin qüvvələrinə hərbi yardım etmişdi. Yaponlar Şanxay, Nankin və Uxanda mühüm hərbi qələbələr qazandı, lakin dünya ölkələri, əsas da ABŞ xüsusilə Panay hadisəsinə görə Yaponiyanın təcavüzkar siyasətini pislədi. 1939-cu ildə yaponlar, SSRİ-ni Uzaq Şərqdən, xüsusilə də Mancuriyadan çıxarmağa çalışırdılar. Onlar, Marşal Georgi Jukovun rəhbərliyi altındakı sovet və monqol hərbi qüvvələri tərəfindən Xalxin-Qol döyüşündə məğlub edildilər. Bu şimala olan yapon hücumunu və SSRİ-nin Almaniyaya qarşı müharibənin əvvəlində Sovet-Yapon bitərəflik paktının imzalanmasının nəticəsi kimi Çinə edilən yardımını dayandırdı.
Çin-Özbəkistan münasibətləri
Çin-Özbəkistan münasibətləri (çincə:中國-烏茲別克斯坦關係; özbəkcə:Xitoy-O'zbekiston munosabatlari) — Çin və Özbəkistan Respublikası arasındakı beynəlxalq münasibətlərdir. Hər iki ölkə Şanxay Əməkdaşlıq Təşkilatına üzvdür. == Tarixi == Çin Özbəkistanın müstəqilliyini 1991-ci il dekabrın 27-də tanıdı və iki ölkə 1992-ci il yanvarın 2-də beynəlxalq münasibətlər qurdular. 2005-ci ildə Özbəkistan prezidenti İslam Kərimovun Çin prezidenti Hu Cintao ilə görüşü zamanı hər iki ölkə Pekində "Çin-Özbək dostluğu və əməkdaşlıq müqaviləsi" imzalamışdır. Özbəkistan Çin əleyhinə Çin uyğur fəallarını geri qaytarmaq üçün əməkdaşlıq edir. Özbəkistanın Baş naziri Abdulla Oripov 26 avqust 2019-cu il tarixli iclasda Çini Özbəkistanın "ən yaxın tərəfdaşı" olaraq xarakterizə etmişdir. Özbəkistan ərazisinin çox hissəsi bir zamanlar Tan sülaləsi tərəfindən idarə olunurdu və yalnız şimal-qərbdəki kiçik bir torpaq ərazisi Tang sülaləsi tərəfindən idarə olunmurdu. Sui və Tang sülalələri dövründə Orta Asiyanın bəzi ölkələri kollektiv olaraq "Zhaowu doqquz soyad" adlandırıldı.Onlara Kang (indiki Səmərqənddə yerləşir), Anguo (indiki Buxarada yerləşir) və Cao (indiki Səmərqəndin şimalında) daxildir ), Şi Dövləti (indiki Daşkənddə yerləşir), Rays Dövləti (indiki Səmərqəndin cənub-şərqində yerləşən) və He State (indiki Səmərqəndin şimal-qərbində yerləşən); Çin bu qədim ölkələrlə tez-tez ticarət mübadiləsi edir və tez-tez elçilərlə görüşür, Kang Çin, Anguo, Rays və Shiguo musiqi və rəqsi də Çinə tanıdıldı. Kang Guo, Tang sülaləsinə təqdim olunan "qızıl şaftalı" adlı bir şaftalı istehsal etdiyi deyilir. Tang sülaləsindən kömək almaq və Ərəb İmperiyasının istilasına qarşı durmaq üçün Kang Tang sülaləsinə qoşulmağı xahiş etdi və bəzi ölkələr sonradan eyni tələb etdi; buna görə də Tan Sülaləsi bu qədim ölkələrlə birləşərək Ərəb İmperiyasına qarşı çıxdı.
Çin-Şimali Koreya sərhədi
Çin-Şimali Koreya sərhədi -Çin Xalq Respublikası (ÇXR) və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) ölkələrini ayıran beynəlxalq sərhəddir. == Coğrafiya == Sərhəd 1,420 kilometr (880 mil) uzunluğundadır. Qərbdən şərqə, Amnokqanq, Pektusan dağı və Tumen çayı bu ölkələri ayırır. Çinin şimal-şərq hissəsində Lyaonin əyalətində Yalutszyan çayının aşağı axınında yerləşən Dandun sərhəddə ən böyük şəhərdir. Çayın digər sahilində Şimali Koreyanın şimali Pyonqan əyalətində yerləşən Sinıyçju şəhəri yerləşir. Hər iki şəhər sərhədin qərb hissəsini təşkil edib Sarı dəniz yaxınlığında yerləşir. Hər iki şəhərin sahil kənarı Çin-Koreya Dostluq Körpüsündə birləşir Yalutszyan çayında 205 ada vardır. Bunlarin 127-i Şimali Koreyaya, 78-i Çinə məxsusdur. Pektusan dağında yerləşən Koreya və Mancurların doğulduğu yer hesab olunan Çhonji gölü Yalutszyan çayının mənbəyi olub Pektusan dağında yerləşir. Bu göl həmçinin Tumen çayının mənbəyidir, hansı ki sərhədin şərq hissəsini təşkil edir.
Çin Dünya Ticarət Mərkəzi
Çin Dünya Ticarət Mərkəzi (sadələşdirilmiş Çin dili: 中国 国际 贸易 中心; ənənəvi Çin dili: 中國 國際 貿易 中心; pinyin: Zhōngguó guójì màoyì zhōngxīn) Pekinin mərkəzi iş bölgəsi olan Çaoyang Bölgəsində yerləşir. Kompleksin inşası 1985-ci ildə başlamış və 2010-cu ildə Çin Dünya Ticarət Mərkəzi Tower 3 tamamlandıqdan sonra başa çatmışdır. Çin Dünya Ticarət Mərkəzi, 1985-ci ildə qurulan və əməkdaşlıq edən iki şirkətə məxsus olan Kuok qrupunun bir törəmə qrupudur. Bu şirkətlərə China Shi Mao İnvestisiya və Kerry Sənaye Şirkəti daxildir. Çin Dünya Ticarət Mərkəzi, Pekinin ən böyük bina kompleksidir, bütün Shangri-La otelləri, ticarət mərkəzləri, ofislər, mənzillər, konqres otaqları və sərgi salonu da daxil olmaqla təxminən 14 komponentdən ibarətdir. Çin Ümumdünya Ticarət Mərkəzi, dünyanın ən böyük müasir ticarət qarışıq istifadə sahəsi olduğu və beynəlxalq aləmdə dost bir cəmiyyət kimi nüfuzunu qoruduğu üçün yaxşı tanınır. "Çinin dünyaya açıldığı yer" kimi məşhurdur. Çin Dünya Ticarət Mərkəzi son bir neçə ildə bir çox mükafat və uğur qazandı. Ən görkəmli binalarından biri olan Çin Dünya Ticarət Mərkəzi Tower 3, Pekindəki ən hündür binadır və 330 m-ə çatır. Rəsmi olaraq 30 Avqust 1990-cı ildə açılsa da, 1989-cu ilə qədər icarəçilər artıq mövcud idi.
Çin Elektrik Korporasiyası
Çin Elektrik Korporasiyası və ya China Electronics Corporation (CEC) — Çin Xalq Respublikasının dövlət şirkətidir və Çində həm mülki, həm də hərbi məqsədlər üçün məhsul istehsal edən ən böyük telekomunikasiya istehsalçılarından biridir. Korporasiyanın fəaliyyəti bir neçə sahəyə bölunub. Bunlar: kompüter proqramı ilə kompüter avadanlıqlarının istehsalı və sistem inteqrasiyası, telekomunikasiya şəbəkəsi və terminallarının hazırlanması və müxtəlif rəqəmsal məişət texnikasının istehsalı sahələridir. == Tarixi == Şirkət 1989-cu ildə, Çin Xalq Respublikasının Elektron Sənayesi Nazirliyinin tərkibində qurulur. Çin Elektrik Korporasiyası 2007-ci ildə Niderlandın Philipsin mobil telefon şöbəsindən, "Philips" ticarət nişanı ilə mobil telefon satma hüququnu alır. O zaman "Philips"in şöbəsinin illik gəliri 400 milyon avro, işçi sayı isə 240 nəfər idi. 2020-ci ilin avqust ayında ABŞ Müdafiə Nazirliyi, ABŞ-də birbaşa və ya dolayısı ilə fəaliyyət göstərən Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli şirkətlərin adlarını açıqlayır. "Çin Elektrik Korporasiyası"da bu siyahıya daxil edilir. 2020-ci ilin noyabrında Donald Trump, hər hansı bir Amerika şirkəti və ya vətəndaşının, ABŞ Müdafiə Nazirliyinin siyahıya aldığı şirkətlərin səhmlərinə sahib olmasını qadağan edən bir sərəncam imzalayır və bu şirkətlərin siyahısında "Çin Elektrik Korporasiyası"nın adıda keçir.
Çin Elm və Texnologiya Universiteti
Çin Elm və Texnologiya Universiteti (çin. 中国科学技术大学) — Çin Xalq Respublikasının Hefei şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1958-ci ildə qoyulmuşdur. == Xarici əlaqələri == Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.

Digər lüğətlərdə