QABAQ₁

is.
1. bot. Qarpız, qovun və xiyar cinsindən, yerə yayılan iriyarpaqlı bir bitkinin uzunsov, ya girdə, sarımtıl və ya yaşıl meyvəsi; balqabaq, kudu. Qabaq tağı şamama verməz. ( Ata. sözü ).
2. məc. dan. Dadsız, tamsız qovun, qarpız və s. haqqında. Bir qovun kəsdik, lap qabaq çıxdı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QABAQ I qabaq bax balqabaq II qabaq bax 1. əvvəl 1; 2. ön; 3. üz
  • QABAQ əvvəl — irəli
  • QABAQ əvvəlki — keçmiş
  • QABAQ üz — sifət — bəniz
  • QABAQ balqabaq — kudu

Omonimlər

  • QABAQ QABAQ I is. bot. Balqabaq. Qarpız, qovun və xiyar cinsindən olub, sarımtıl bostan bitkisidir. Sonra bibim haradansa bir ovuc qabaq toxumu tapdı, bir n

Antonimlər (əks mənalı sözlər)

  • QABAQ QABAQ – SONRA Məsələn, hər kəs su içməmişdən qabaq su içmək ehtiyacı duyur (M.İbrahimov); Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başına

Etimologiya

  • QABAQ1 Sözün əsli qaraq (göz) kimi olub “ön tərəf” anlamını əks etdirib, qarşı kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov
QABAĞARDAN
QABAQ

Digər lüğətlərdə