ADAQLI
ADAMYANA
OBASTAN VİKİ
Canavar-adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar “skinwalker”lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Canavar adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar “skinwalker”lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Düşünən adam
Düşünən Adam — Ogüst Roden tərəfindən yaradılan bədii əsər, heykəl. Parisdə yerləşən Rodin Muzeyində sərgilənən “Düşünən Adam” heykəli bürünc və mərmər qarışığından hazırlanmış və fəlsəfi düşüncəni izah edən bir simvol olaraq istifadə edilməkdədir. Orijinal əsər 1,85 metr ölçüsündə çılpaq kişi modelidir, fəlsəfi yanaşmalara görə, oturan və dərin düşüncə halında görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir. Kiçik ölçüdə ilk dəfə gips forması 1880-ci hazırlandı. Böyük ölçüdəki ilk halına bürünc tökmə olaraq, 1902-ci ildə başlayan Rodin bunu 1904-ci ildə tamamladı. İndiki halını 1906-cı ildə tapan “Düşünən Adam” heykəli 1922-ci ildə o dövrün Hoteli olan Rodin Muzeyinə köçürülüb. Heykəlin yaradılma fikri isə bir komissiya tərəfindən Parisə yeni bir qapı təsvirinin hazırlanması istəyiylə doğulmuşdur. Rodin müasir Avropanın fikir atalarından sayılan Dantenin İlahi Komediya adlı əsərindəki Cəhənnəm və Cənnət hissələrindən xüsusilə, Cəhənnəm təsvirinin təsirində qalaraq və onlardan ilham alaraq işlərə başlamışdır. İlk olaraq, Cəhənnəm qapıları təsvirini ön planda tutan Rodin bu mərhələdə əvvəllər daha kiçik və fərqli heykəl fiqurları yaratmağı planlamışdır. Rodinin yaratdığı heykəlin çılpaq olması ciddi mənada müstəqillik göstərməsi, bəzi reaksiyalara səbəb olsa belə, heykəltəraşa olduqca məşhurluq qazandırmışdır.
Dəmir adam
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Adam
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — dik duruşa, nisbətən inkişaf etmiş beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Fil adam
"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb. Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur: - Həkim, siz məni sağalda bilərsiz? - Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik.. Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını “Kralın Əmrində” kimi düşünsə də, dostlarının məsləhəti ilə onu “Gülən Adam” olaraq dəyişib.Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca "L'Homme qui rit" - " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. Quinpen - əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üçün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq ölmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Günahsız adam
Günahsız adam (Hanqıl: 세상 어디에도 없는 착한 남자; YR: Sesang Eodiedo Eobneun Chakan Namja, ing. The Innocent Man) — 2012-ci il Cənubi Koreya istehsalı olan melodram serialı. Serial 2012-ci ildə sentyabrın 12-dən noyabrın 15-ə qədər yayımlanıb. Və yüksək reytinq göstərib. Son Qun Ki , Mun Çae Von , Park Si Yeon , Li Kvan Soo , Li Yoo Bi və Li San Yeob. "Kang Ma Roo" tibb universitetində oxuyan , gələcəyi ilə əlaqədar parlaq fikirləri olan gənc bir tələbədir. Uşaqlıqdan tanıdığı və sevdiyi "Han Jae Hee" isə həm oxuyub həm də bir televiziya kanalında müxbirlik edən gənc bir qızdır. Bir gün "Kang Ma Roo" evə gəldikdə bacısı "Kang Cho Ko"nun bərk xəstələndiyini görür. Bacısını xəstəxanaya çatdırmaq istəyəndə isə "Han Jae Hee"dən bir telefon zəngi alır. Telefonda "Han Jae Hee"nin səsinin pis olduğunu eşidir və bacısını qoyub özünü onun yanına çatdırır.
Hörümçək-adam
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Omer Adam
Omer Adam (ivr. ‏ עומר אדם‏‎; 22 oktyabr 1993, Şimali Karolina, ABŞ[…]) — İsrail müğənnisi. Mizrahi şərq musiqisi üslubunda müasir musiqi alətlərinin müşayəti ilə mahnılar ifa edir. 2009-cu ildə İsraildə keçirilən Koxav Nolad musiqi müsabiqəsinə qatıldıqdan sonra məşhurlaşmışdır. 2010-cu ildə "Names Mimeh" adlı ilk albomunu satışa çıxarmışdır.
Qardan adam
Qardan adam — sıxışdırılmış qardan düzəldilən insana bənzər heykəl. Ümumiyyətlə, uşaqlar tərəfindən, əylənmək məqsədiylə düzəldilir. Gövdəsi və başı müxtəlif həcmli üç böyük qar topundan, qollar budaqdan düzəldilir. Burnunu adətən kök, gözünü isə kömür əvəz edir. Boynuna şal bağlanılır. Başına papaq əvəzinə adətən vedrə qoyulur və əlinə süpürgə verilir. Gövdəsinin önünə düyməəvəzi kiçik daşlar düzülür. İlk Qardan adamın nə vaxt edildiyi naməlumdur. Ancaq Araşdırmaçı Bob Eckstein, Avropa muzeyləri, sənət qalereyaları və kitabxanalarda bədii təsvirləri araşdıraraq orta əsrlərdə bəri qardan adam etmə ənənəsinin olduğunu isbat etmişdir. Qardan adam uşaqların əyləncəsi olduğu qədər, Milad və qış bəzəmələri üçün də istifadə edilən məşhur bir temadır.
Qarışqa-adam
Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır. Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".
Qurd adam
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar “skinwalker”lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Ruh adam
Ruh adam — məşhur türk şairi, yazıçısı, tarixçisi və türk millətçiliyinin ideoloji rəhbərlərindən biri olan Hüseyn Nihal Atsızın romanlarındandır. Atsızın digər romanlarının əksinə olaraq simvolizmi mənimsədiyi əsəridir. Qədim türkcə əsərin izahı ilə başlayan hekayə, Türkiyə Cümhuriyyətinin qurulduğu illərdə yaşamış zabitin hekayəsidir. Əsərin qəhrəmanı məhkəmədə sədaqət andını daha əvvəl Sultana edən və indi Cümhuriyyətə bağlanan zabitlərin necə olub da Osmanlını bu qədər tez tərk edə bildiyinə heyrətlənməsindən bəhs edir. Roman evli olduğu halda başqa qadına aşiq olan kapitan Burkayın acılarını anladaraq başlayır. Romanın qəhrəmanı kapitan Səlim Pusatdır. Səlim Pusat dostu Şərəf ilə birlikdə monarxist olduğunu gizlətmir. Buna görə də dostu Şərəf ilə birlikdə hərbi sahədən qovulurlar. Məhkəmə prosesi zamanı günahsız olduqları bilinsə də, rütbələri əllərindən alınmışdır. Səlim Pusat və dostu Şərəf iki il həbsə məhkum edilirlər.
Uilyam Adam
Vilyam Adam (memar) —
Vilyam Adam
Vilyam Adam (memar) —
Vilye-Adam
Vilye-Adam (fr. Villiers-Adam) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — L'il-Adam. Əhalisi — 2.006 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 25 km şimalda, Serji belediyyənin 13 km şərqdə yerləşir.
Yanan adam
Yanan adam festivalı (ing. Burning Man) — ABŞ-nin Nevada çölünün Black Rock bölgəsində hər il avqust ayının son həftəsi ilə sentyabr ayının ilk həftəsi arasında keçirilən festival. Festival ilk dəfə 1986-cı ildə Larri Harvey və dostları tərəfindən təşkil edilmişdir. Festivalda iştirak etmək üçün əvvəlcədən müraciət edərək qeydiyyata düşmək və bilet almaq lazımdır. Xüsusilə, gecələr böyük əyləncələr və mərasimlər təşkil edilir. Yanan adam fiquru festivalın əsas simvoludur. Təşkilatçılar festivalın musiqi və sənət festivalı olduğunu deyirlər. Hər il müxtəlif gündəmi olan festivalda 2011-ci ildə əsas gündəlik olaraq "keçid mərasimləri" mövzusu seçilmışdir. 2011-ci ildə festivala 50 mindən artıq insan qatılmışdır. Yanan adam festivalı keçirilir.
Çuxur adam
Çuxur adam (port. Índio do Buraco; bilinmir[…], bilinmir[…] – təq. iyul 2022, Amazon yağış meşələri) və ya Tanaru hindusu – Braziliyanın Rondoniya ştatının Amazon meşələrində tək yaşamış yerli. O, Tanaru yerli bölgəsinin yeganə sakini idi. Çuxur adamın hansı dildə danışdığı, xalqının necə adlandığı və adının nə olduğu naməlumdur. 1970–90-cı illərdə braziliyalılar tərəfindən törədilmiş soyqırımdan sonra xalqının sağ qalan sonuncu nümayəndəsi olmuş, 1990-cı illərdən ölümünə qədər tək yaşamışdır. 1996-cı ildə Braziliyanın FUNAI təşkilatını onu uzaqdan müşahidə etməyə başlasa da, o, insanlardan uzaq durmağı seçmişdir. Çuxur adam ovçu və yığıcı həyat tərzi sürmüş, tez-tez yer dəyişdirmişdir. Hər evinin yanında naməlum məqsədlə çuxur qazdığı üçün "Çuxur adam" kimi tanınmağa başlamışdır. 2022-ci ilin avqustunda evində ölü tapılmışdır.
Frans Adam
Frans Adam (4 may 1815[…], Milan – 30 sentyabr 1886, Münxen) — Münhen şəhərindən olan alman rəssamı. Albreçt Adamın ikinci oğlu və tələbəsi.O özünü əsgər həyatının, döyüşlərin, xüsusən də atların istedadlı təsviri kimi məşhurlaşdırıb. O böyük realizmdə atasından fərqlənir, həm də Avstriyada hörmət qazandığı macar xalq həyatından səhnələrdə çox mahirdir; üstəlik, bir neçə gözəl icra edilmiş atlı portretləri ilə tanınır. Frans Adamın məzarı Münhendəki köhnə cənub qəbiristanlığında yerləşir[2]. Müəllim, məşhur tələbələri arasında Georg Grimm. "24 iyul 1859-cu ildə Solferino və Valecio arasındakı yol" (1867) "1812-ci ildə Rusiyadan geri çəkilmə" "1859-cu il kampaniyası zamanı Avstriya lancerlərinin Piedmontes əjdahaları ilə döyüşü" (1868) "Sedan yaxınlığındakı Floanda fransızlarla döyüş" (1879) "10 oktyabr 1870-ci ildə Orleanın tutulması zamanı ilk ordu korpusu" (1879) "Sedan döyüşündən sonra əsirlərin daşınması" "Villa Mestredə Xorvat yaşayış yeri" İmperator Frans Cozef və feldmarşal Vredenin atlı portretləri (1859).
Qar adam
Qar adamı və ya Yeti — Asiyadakı dağlıq bölgələrdə yaşadığı iddia edilən əfsanəvi varlıq. Görünüşü Şimali Amerika meşələrində rast gəlindiyi irəli sürülən Biqfutu xatırladır. Şahidlər bu əsrarəngiz məxluqun iri meymuna oxşadığını bildirirlər. Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əlləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub orda yaşayırlar.
Tənha adam
Tənha adam (türk. Issız Adam) — rejissoru Çağan İrmak olan, 2008-ci il istehsalı türk melodram filmi. Baş rollarda Melis Birkan və Camal Hünalın çəkildiyi film, Alpər adlı aşpazla, uşaq geyimlərinin dizaynı və tikilməsi ilə məşğul olan Ada adlı gənc qızın sevgisindən və xüsusilə müasir həyatın insanları necə təcrid etdiyini izah edir. Çəkilişləri beş həftə çəkən film 2008-ci il noyabrın 7-də Türkiyədə kinoteatrlarda nümayiş etdirilib. Türkiyəli tamaşaçıların böyük marağına səbəb olmuş film, 15-ci həftəsində 2 milyon 765 min izləyiciyə çatmışdır. Film 2009-cu ildə Rhode İsland film festivalında (ABŞ) "Ən Yaxşı Film Mükafatı"na layiq görülüb. Alpər öz restoranında aşpazdır. Dəbdəbəli yaşamağı, işində uğur qazanmağı sevən lakin günlərini hər gün fərqli qadınlarla keçirərək şəxsi həyatını nizamlaya bilmirdi. Ada, Alpərin müasir həyatından fərqli olaraq, çox təvazökar, həyatda eniş-yoxuşları çox olmayan, Taksimdə uşaq geyimləri dizaynı və tikişi ilə məşğul olan gənc qızdır. Bir gün köhnə bir kitab tapmaq üçün Bəyoğlu ətrafında gəzərkən Alpər və Ada eyni kitab evinə girirlər və onlar üçün sevgi ilə ziddiyyətli bir həyat başlayır.
Udi Adam
Ehud "Udi" Adam (ivr. ‏אהוד "אודי" אדם‏‎; 22 yanvar 1958, Tel-Əviv) — İsrail Müdafiə Qüvvələrinin keçmiş generalı və İsrail Şimal Komandanlığının keçmiş rəhbəri. Adam 2016-cı ilin mayından 2020-ci ilin mayına qədər İsrail Müdafiə Nazirliyinin baş direktoru vəzifəsində çalışmışdır.
İçəridəki adam
İçəridəki adam (İngiliscə orijinal adı: Inside Man) — 2006-cı ildə Russell Gewirtz tərəfindən yazılmış və Spike Lee tərəfindən çəkilmiş triller-detektiv-dram filmidir. Hər şey adi bank quldurluğu kimi başlayır. Wall Streetin ən böyük korporasiyalarından birinin foyesində özünü rəngsaz kimi təqdim edən dörd quldur 50 nəfəri girov götürəndə, polis adi prosedura qaydalarına əməl edir və quldurlarla danışıqlar aparmaq üçün iki detektiv təyin olunur. Zaman keçdikcə detektivlər başa düşürlər ki, quldurlardan həmişə bir addım geridə qalırlar. Hər vəziyyətdə işə yarayan planlar alt-üst olur və zaman keçdikcə çarələr tükənməyə başlayır. Bank müdiri baş verənlərlə çox ciddi şəkildə maraqlanır. Bu vaxt bir makler soyğunçularla təkbətək görüş tələb edir.
Adam Kadr
Adam Kadr (ing. Adam Cadre; 5 fevral 1974, Silver-Sprinq[d], Merilend) — ABŞ yazıçısı. O, romanlar, ssenarilər, veb-komikslər, esselər kimi bir sıra formalarda aktivdir, lakin ən yaxşı interaktiv uydurma sahəsindəki işi ilə tanınır. Adam Kadr 5 fevral 1974-cü ildə ABŞ-də, Merilend ştatının Silver-Sprinq şəhərində anadan olmuşdur. Onun 1998-ci ildə dərc edilən "Fotopiya" əsəri əvvəllər üstünlük təşkil edən tapmacaları və resurs idarəetmə elementlərini aradan qaldıraraq interaktiv uydurmada yeni bir istiqamətə öncülük etmişdir. Əsər bu sahənin "inkişafına çox təsirli" və "bütövlükdə video oyunlar üçün, interaktiv mühit haqqında anlayışımızın inkişafı üçün vacibdir" kimi qeyd edilmişdir.
Azərbaycanda ilin adamı mükafatı
"Azərbaycanda ilin adamı" mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.
Ağ adam (film, 2004)
Ağ adam filmi rejissor Rafiq Dadaşov tərəfindən 2004-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film ağ adamlardan-albinoslardan bəhs edir. Azərbaycanda onların ən nümayəndəsi şair, tərcüməçi; "Səməd Vurğun medalı" laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Giya Paçxataşvilidir. Film şairin həyat və yaradıcılığından bəhs edir. Film ağ adamlardan-albinoslardan bəhs edir. Azərbaycanda onların ən nümayəndəsi şair, tərcüməçi; "Səməd Vurğun medalı" laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Giya Paçxataşvili dir. Film şairin həyat və yaradıcılığından bəhs edir. Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir.
Ağ adam (film, 2016)
Ağ adam qısametrajlı sənədli televiziya filmi rejissor Orxan Hüseynli tərəfindən 2016-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film ağ adamlardan-albinoslardan bəhs edir. Film ağ adamlardan-albinoslardan bəhs edir. Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunan, dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan nadir xəstəliklərdən biridir. Belə insanlar (və ya digər canlılar) dərisi ağ rəngli olmaqla, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.
Ağ kətandakı adam (film, 2000)
Ağ kətandakı adam tammetrajlı sənədli film rejissor Şamil Nəcəfzadə tərəfindən 2000-ci ildə çəkilmişdir. Film Simurq kinostudiyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Babilin Ən Varlı Adamı
Babilin ən varlı adamı, Corc S. Cleyon-un 1926-cı il kitabıdır ki, bu, Qədim Babildə 4000 il əvvəl təyin olunan məsəllər toplusu vasitəsilə maliyyə tövsiyələrini bölüşdürən bir kitabdır. Kitab məsəllərin ilkin nəşrindən təxminən bir əsr sonra çapda qalır və şəxsi maliyyə məsləhətlərinin klassiki kimi qəbul edilir. Nümunələri "Babilin ən zəngin adamı" olmuş kasıb mirzə Arkad adlı uydurma Babil personajı danışır. Arkadın məsləhətlərinə "Yeddi Müalicə" (yaxud pul və sərvət yaratmaq yolları) və "Qızılın Beş Qanunu" (yaxud sərvəti necə qorumaq və investisiya etmək) daxildir. Arkadın məsləhətlərinin əsas hissəsi "əvvəlcə özünüzə ödəyin", "öz imkanlarınız daxilində yaşamaq", "bildiyinizə sərmayə qoymaq", "uzunmüddətli qənaət" və "ev sahibi olmaq"dır. Məzmun 1920-24-cü illərdə ABŞ bankları və sığorta şirkətləri tərəfindən paylanmış bir sıra broşürlərdəndir; broşuralar bir-birinə bağlandı və 1926-cı ildə kitab şəklində nəşr olundu. Kitaba tez-tez şəxsi maliyyə məsləhətlərinin klassiki kimi istinad edilir, və şəxsi maliyyə məsləhətləri və sərvətlərin idarə edilməsi ilə bağlı müasir tövsiyə olunan oxu siyahılarında görünür. Satılan 2 milyon nüsxə ilə ilk nəşrindən təxminən 90 il sonra çap edin. Klason özü 1930-cu ildə "Babilin Ən Zəngin Adamı və Digər Hekayələr" adlı illüstrasiyalı cildli nəşri nəşr etdirdi və bu nəşr indi 1250 ABŞ dollarına satılır. Kitabın qeyri-adi quruluşu məsəllər haqqında əlavə müzakirələr və anlayışlar təmin edən bir çox müasir törəmə əsərlərə ilham verdi.
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Cerri Adams
Cerrard "Cerri" Adams (ing. Gerard "Gerry" Adams; 6 oktyabr 1948[…], Belfast) — Şimali İrlandiyanın Şinn Feyn partiyasının lideri.
Con Adams
Con Adams (ing. John Adams; 19 (30) oktyabr 1735[…], Breyntri[d], Böyük Britaniya krallığı – 4 iyul 1826[…], Kuinsi[d], Massaçusets, ABŞ[…]) — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti (1789–1797) və 2-ci prezidenti (1797–1801), ABŞ-nin bani atalarından biri. ABŞ İstiqlal Bəyannaməsinin müəlliflərindən biridir. Adams dövlət xadimi, diplomat və Amerikanın Böyük Britaniyadan ayrılmasının aparıcı müdafiəçisidir. O, quldarlığa qarşı olmuş, heç zaman qul sahibi olmamış və bununla fəxr etmişdir. Adams 6-cı ABŞ prezidenti Con Kuinsi Adamsın atasıdır. Con Adams 1735-ci il 30 oktyabrda Massaçusets ştatının Breyntri yaşayış məntəqəsində, nüfuzlu fermer ailəsində dünyaya gəlmişdi. Ailənin kənd şəraitində yaşamasına baxmayaraq təhsilə xüsusi meyli ilə digərlərindən fərqlənirdi. Gələcək prezident Harvardda təhsilini bitirdikdən sonra vəkil kimi fəaliyyətə başlayır və tezliklə böyük uğurlar qazanır. Çox keçmir ki, onun adı Bostonun tanınmış vəkilləri ilə bir sırada çəkilir.
Con Kauç Adams
Con Kauç Adams (ing. John Couch Adams; 5 iyun 1819[…] – 21 yanvar 1892[…], Kembric) — Britaniya astronomu. London Astronomiya Cəmiyyətinin prezidenti, Kembric astronomiya rəsədxanasının direktoru (1861). Uranın hərəkətindəki kənara çıxmaları əsasən Neptun planetinin orbitini Urben Leveryedən xəbərsiz müəyyən etmişdir (1845). Bu, Neptunun kəşfinə səbəb olmuşdur. Biography on the St Andrews database Weisstein, Eric Wolfgang (ed.). "Adams, John Couch (1819–1892)". ScienceWorld. O'Connor, John J.; Robertson, Edmund F., "John Couch Adams", MacTutor History of Mathematics archive, University of St Andrews "Adams, John Couch" . New International Encyclopedia.
Con Kinsi Adams
Con Kuinsi Adams (ing. John Quincy Adams; 11 iyul 1767, 11 iyul 1767[…], Breyntri[d], On üç koloniya – 23 fevral 1848[…], ABŞ kapitolu) — Amerika Birləşmiş Ştatlarının 6-cı prezidenti (1825-1829) və 8-ci Dövlət katibi (1817-1825). ABŞ-nin 2-ci prezidenti Con Adamsın böyük oğlu. 1809-1814-cü illərdə ABŞ-nin Rusiyada ilk rəsmi nümayəndəsi olmuşdur. ABŞ-nin ilk altı prezidenti dövlətin əsas qurucuları hesab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır. Onların sonuncusu Con Kuinsi Adamsdır. 1824-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən heç biri lazımi səsi toplaya bilmədiyi üçün ABŞ Konstitusiyasına uyğun olaraq, rəqibi Endrü Ceksondan daha az səs toplamasına baxmayaraq ABŞ Konqresi Con Kuinsi Adamsı prezident elan etdi. Bu, ABŞ tarixində yeganə belə haldır. Con Kuinsi Adams 11 iyul 1767-ci ildə Massaçusets ştatının Breyntri (indi Kuinsi adlanır) şəhərində, ABŞ-nin ikinci prezidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun gələcək taleyinin müəyyənləşməsində həlledici rol oynamışdır.
Con Kuinsi Adams
Con Kuinsi Adams (ing. John Quincy Adams; 11 iyul 1767, 11 iyul 1767[…], Breyntri[d], On üç koloniya – 23 fevral 1848[…], ABŞ kapitolu) — Amerika Birləşmiş Ştatlarının 6-cı prezidenti (1825-1829) və 8-ci Dövlət katibi (1817-1825). ABŞ-nin 2-ci prezidenti Con Adamsın böyük oğlu. 1809-1814-cü illərdə ABŞ-nin Rusiyada ilk rəsmi nümayəndəsi olmuşdur. ABŞ-nin ilk altı prezidenti dövlətin əsas qurucuları hesab olunur və ənənəvi olaraq «bani atalar» adlandırılır. Onların sonuncusu Con Kuinsi Adamsdır. 1824-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən heç biri lazımi səsi toplaya bilmədiyi üçün ABŞ Konstitusiyasına uyğun olaraq, rəqibi Endrü Ceksondan daha az səs toplamasına baxmayaraq ABŞ Konqresi Con Kuinsi Adamsı prezident elan etdi. Bu, ABŞ tarixində yeganə belə haldır. Con Kuinsi Adams 11 iyul 1767-ci ildə Massaçusets ştatının Breyntri (indi Kuinsi adlanır) şəhərində, ABŞ-nin ikinci prezidenti olmuş Con Adamsın ailəsində dünyaya gəlmişdir. Amerikanın köhnə siyasətçiləri ailəsinə mənsubluğu onun gələcək taleyinin müəyyənləşməsində həlledici rol oynamışdır.
Corc Adamski
Corc Adamski (ing. George Adamski) – amerikalı-polyak yazıçı, ufoloq və 1940–1950-ci illərdə uçan naməlum obyektlər tərəfindən qaçırıldığını və onlarla dostluq münasibətləri qurduğunu iddia etmiş şəxs. Adamski UNO-larla birlikdə Aya və digər planletlərə uçuşlar apardığını bildirmişdir və XX əsrin ortalarında uçan naməlum obyektlərin qaçırdığı ən məşhur şəxs kimi tanınmaqdadır. Adamski, 1950-ci illərdən etibarən ön plana çıxmağa başlayan uçan naməlum obyekt tədqiqatçılarından biri idi. Özünü filosof, müəllim, tələbə və uçan naməlum obyekt tədqiqatçısı olaraq adlandıran yazıçını bir çox müasiri yalançı, fırıldaqçı və şarlatan olduğunu bəyan etmişdilər. Yazıçı tərəfindən Skandinaviya ufoları ilə baş tutan görüşlərdən və kosmik gəmilərində onlarla səyahətlərini təsvir edən üç kitab yazılmışdır. "Uçan boşqablar endi" adlanan ilk kitab 1953-cü ildə Dezmond Leslinin həmmüəllifliyində nəşr edilmişdir. 1955-ci ildə isə "Kosmik gəmilərin içində" və 1961-i ildə "Uçan boşqabın vidası" adlı sayca üçüncü kitab çıxmışdır. Müəllifin ilk iki kitabı bestseller əsərlər kimi Amerika Birləşmiş Ştatlarında 200 min nüsxədən çox satılmışdır. Adamskinin iddiaları və fəaliyyəti Amerika Birləşmiş Ştatlarından sonra ən çox Yaponiyada əks-səda doğurmuşdur.
Dünyanı xilas edən adam (film, 1982)
Dünyanı xilas edən adam (türk. Dünyayı kurtaran adam)1982-ci il, türk filmi.
Dəmir adam (dəqiqləşdirmə)
Dəmir adam
Dəmir adam (film, 2008)
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "Dəmir adam" filmi Marvel Kinematoqrafiya Kainatının ilk filmidir. Filmin rejissoru Con Favro, ssenaristləri Mark Ferqu, Havk Ostbi, Art Markum və Mett Holloveydır. Filmin baş rollarında Robert Dauni, Terrens Hovard, Ceff Brices, Şon Toub və Qvinet Peltrou çıxış edir. Filmdə məşhur iş adamı və mühəndis Toni Starkın Dəmir adam zirehini hazırlaması və Dəmir adam adını alaraq superqəhrəman olmasından bəhs olunur. Filmin çəkilməsi məsələsi 1990-cı ildən başlayaraq müxtəlif vaxtlarda Universal Pictures, 20th Century Fox və New Line Cinema tərəfindən gündəmə gətirilib. 2006-cı ildə Marvel Studios Dəmir adam haqqında filmin çəkilməsi hüquqlarına sahib olub. Marvel Studios filmin istehsalı ilə məşğul olub, Paramount Pictures1 isə filmin distribütori olub. Filmin rejissoru Con Favro seçilib.
Dəmir adam (film musiqisi)
“Iron Man: Original Motion Picture Soundtrack” 2008-ci ildə çıxarılmış “Dəmir adam” filminin musiqi albomudur. Albom 6 may 2008-ci ildə çıxarılmışdır. Film musiqisi Ramin Cavadi tərəfindən bəstələnmişdir.
Dəmir adam (personaj)
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir. Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
Dəmir adam 2
Dəmir adam 2 (ing. Iron Man 2) – Marvel Studios tərəfindən istehsal olunmuş, Marvel Comics personajı Dəmir adam komikslərinə əsaslanan 2010-cu il ABŞ superqəhrəmanlıq filmi. 2008-ci il istehsalı "Dəmir adam" filminə sikveldir, Marvel Kinematoqrafiya Kainatının isə 3-cü filmidir. Con Favronun rejissorluğu və Castin Terunun ssenaristliyi ilə istehsal olunmuş filmin əsas rollarını Robert Dauni, Qvinet Peltrou, Don Çidl, Skarlet Yohansson, Sem Rokuell, Mikki Rurk və Samuel Lorey Cekson canlandırırlar. "Dəmir adam" filmindəki hadisələrdən 6 ay sonra Toni Stark ABŞ hökumətinin Dəmir adam texnologiyasını almaq cəhdləri ilə, eləcə də, sinəsində ark reaktorunun səbəb olduğu sağlamlıq problemi ilə üzləşir. Eyni zamanda, rus alim İvan Vanko Stark ailəsindən qisas almaq üçün eyni texnologiyanı hazırlayır və silahlar istehsal edir, Starkın rəqibi Castin Hammerə qoşulur. 2008-ci ilin mayında "Dəmir adam" filminin uğurlu buraxılışından sonra Marvel Studios dərhal sikvel anons etmiş və üzərində işləməyə başlamışdır. Həmin ilin iyulunda Tero ssenarini yazmaq, Favro isə yenə rejissorluq etməklə vəzifələndirilmişdir. Dauni, Peltrou və Cekson əvvəlki filmdəki rollarını yenidən canlandırsalar da, Çidl Terrens Hovardı Ceyms Rods rolunda əvəz etmişdir. 2009-cu ilin ilk aylarında Rurk, Rokuell və Yohansson da filmin aktyor heyətinə qatılmış, həmin ilin aprel-iyul aylarında çəkilişlər baş tutmuşdur.
Dəmir adam 2 (film, 2010)
Dəmir adam 2 (ing. Iron Man 2) – Marvel Studios tərəfindən istehsal olunmuş, Marvel Comics personajı Dəmir adam komikslərinə əsaslanan 2010-cu il ABŞ superqəhrəmanlıq filmi. 2008-ci il istehsalı "Dəmir adam" filminə sikveldir, Marvel Kinematoqrafiya Kainatının isə 3-cü filmidir. Con Favronun rejissorluğu və Castin Terunun ssenaristliyi ilə istehsal olunmuş filmin əsas rollarını Robert Dauni, Qvinet Peltrou, Don Çidl, Skarlet Yohansson, Sem Rokuell, Mikki Rurk və Samuel Lorey Cekson canlandırırlar. "Dəmir adam" filmindəki hadisələrdən 6 ay sonra Toni Stark ABŞ hökumətinin Dəmir adam texnologiyasını almaq cəhdləri ilə, eləcə də, sinəsində ark reaktorunun səbəb olduğu sağlamlıq problemi ilə üzləşir. Eyni zamanda, rus alim İvan Vanko Stark ailəsindən qisas almaq üçün eyni texnologiyanı hazırlayır və silahlar istehsal edir, Starkın rəqibi Castin Hammerə qoşulur. 2008-ci ilin mayında "Dəmir adam" filminin uğurlu buraxılışından sonra Marvel Studios dərhal sikvel anons etmiş və üzərində işləməyə başlamışdır. Həmin ilin iyulunda Tero ssenarini yazmaq, Favro isə yenə rejissorluq etməklə vəzifələndirilmişdir. Dauni, Peltrou və Cekson əvvəlki filmdəki rollarını yenidən canlandırsalar da, Çidl Terrens Hovardı Ceyms Rods rolunda əvəz etmişdir. 2009-cu ilin ilk aylarında Rurk, Rokuell və Yohansson da filmin aktyor heyətinə qatılmış, həmin ilin aprel-iyul aylarında çəkilişlər baş tutmuşdur.
Dəmir adam 3 (film, 2013)
Dəmir adam 3 (ing. Iron Man 3) — Amerika istehsalı olan Marvel Kinematoqrafiya Kainatının yeddinci filmi.
Dəmirdən adam (film, 1972)
«Dəmirdən adam» (çin. 仇連環, translit. Çou Lyanxuan; ing. Man of Iron / Warrior of Steel) — 1972-ci ildə Çjan Çe və Pao Syueli tərəfindən çəkilən Honkonq döyüş filmi. Filmin sikveli həmin il çəkilən Şantundan döyüşçüdür.. Şanxay rayonlarından biri iki dənə cinayətkar dəstə tərəfindən idarə olunur. Həmin dəstələrdən birinin rəhbəri Çen Baoqen, digərinin rəhbəri isə Yuy Çjenxendir. Bir gün, Yuy Çjenxenin oğlu Yuy Syaokay kart oyununda məğlub olur və bütün pulunu öz cinayətkar dəstəsinə sahib olan Çou Lyanxuana uduzur. Buna qəzəblənən Yuy yoldaşlarını bu problemi həll etmək üçün Çounun yanına yollayır, ancaq onlar müvəffəqiyyətsiz olurlar. Həmin gün, Çou Syaoka Şen Çzyuyfan adlı bir qıza aşiq olur.

Значение слова в других словарях