Allahqulubağı
Allahqulubağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Əlibəyli inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Kəndinin adının mənası "Allahquluya məxsus bağ" deməkdir. 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürlərkən bu ərazi Allahqulu adında bir şəxsə verilmişdir. 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Allahqulubağı da onlardan biri idi. 1917-ci ildə Birinci və İkinci Allahqulubulağı adı ilə iki kənd qeydə alınmışdı. Kənd SSRİ dövründən 1996-cı ildə başlanan torpaq islahatı prosesinədək Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Yediyarlı kəndləri ilə bir yerdə olmaqla Karl Marks adına kolxoz kimi fəaliyyət göstərmişdir. 1978-ci ildəki Kürdəki böyük daşqın zamanı Zərdaba səfər edən Heydər Əliyev bu kolxozda da görüş keçirmişdir.
== Coğrafiyası ==
Zərdab şəhərindən 3,5 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir.