Porçinski zolaqlı arısı
Porçinski zolaqlı arısı (Bombus mlokosievitzi) — Bombus cinsinə aid nadir növ. Bu növ Azərbaycanın Qırmızı kitabına düşən həşaratlar siyahısına salınmışdır. Sayları heyvandarlığın inkişafı ilə əlaqədar getdikcə azalır. İlk dəfə polyak Entomoloqu və general Oktaviy İvanoviç Radoşkovski tərəfindən qeydə (1820–1895) alınmışdır. Növün adı İosif Porçinskinin şərəfinə adlandırılmışdır (1848–1916) — rus entomoloqu.
Qarışıq meşə və dağ ərazilərində yayılırlar. Cənubi Qafqazın endemik canlısıdır. Azərbaycanda əsasən Gölgöl gölü ətrafı ərazilərdə yayılırlar. Türkiyə və İranın hündürlüyü 3500 m olan bölgələrində rast gəlinir.
Bu növün ziyarət etdikləri bitki növləri: Acantholimon androsaceum, Astragalus ornithopoides, Campanula glomerata, qıvrım şeytanqanqalı, Centaurea glastifolia, Jurinea moscus, Lamium amplexicaule, Salvia, Taraxacum, Trifolium pratense, Lallemantia canescens, Nepeta fissa, şeytanqanqalı, Vicia pannonica, Melampyrum arvense, Astragalus aureus, Centaurea glastifolia, Prunella vulgaris, Stachys cretica, Anchusa leptophylla, Astragalus baibutens, Chartolepis glastifolia, Lamium tomentosum, Medicago falcata, Salvia verticillata, Trifolium ambiguum.